Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.

səhifə75/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
1   ...   71   72   73   74   75   76   77   78   ...   84

159 
 
cinayətlər hesab olunur. 
Qanunda daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlərə 
aid edilir. 
 
3.  Cinayət məsuliyyətinin anlayışı və əsasları. 
 
Hüquq  normalarının  pozulmasında  təqsirli  olan  şəxslərə  tətbiq  edilən  dövlət 
məcburiyyəti hüquqi məsuliyyətin müxtəlif formalarında ifadə olunur. Onlardan biri də 
cinayət məsuliyyətidir. 
Hüquqi məsuliyyətin digər formalarından o, yüksək ağırlığı ilə fərqlənir ki, bu da 
cinayət işləri üzrə hökmün həmişə dövlət adından çıxarılması növündə cəzanın tətbiqi 
ilə başa çatır. 
 
Cinayət  məsuliyyəti  cinayət  -  hüquq  münasibətləri  çərçivəsində  həyata  keçirilir 
(əmələ  gəlir,  reallaşır,  xitam  olunur).  Cinayət  hüquq  münasibətləri  -  cinayət  törətmiş 
şəxslərlə  dövlət  arasında  qanunla  tənzim  olunan  münasibətlərdir.  Cinayət  hüquq 
münasibətləri  cinayətin  törədilməsi  anından  əmələ  gəlir.  Məhz  bu  andan  cinayət 
törətmiş  şəxslərin  və  dövləti  təmsil  edən  ədalət  mühakiməsi  orqanlarının  hüquq  və 
vəzifələri  meydana  çıxır:  dövlətin  təqsirli  şəxslərə  cinayət  məsuliyyətini  təşkil  edən 
məcburetmə  tədbirlərini  tətbiq  etmək  hüququ  yaranır.  Bununla  belə,  təqsirli  şəxslərə 
cinayət qanunu ilə müəyyən edilmiş hədlərdə konkret təyin edilməsi onun vəzifəsidir. 
Öz növbəsində, təqsirli şəxslərin məsuliyyət daşımaq vəzifəsi yaranır. 
Ancaq  bu  şəxslər  cəzanın,  törətdikləri  cinayətlərin  xarakterinə  və  dərəcəsinə 
müvafiq olaraq təyin edilməsində hüquqa malikdirlər. Cinayət məsuliyyətinin müəyyən 
fəaliyyət  hüdudları  var.  Cinayət  hüquq  münasibətləri,  şəxslərin  cinayət  törətdikləri 
andan  dərhal,  geniş  miqyasda  cinayət  məsuliyyətinin  əmələ  gəlməsi  ilə  əlamətdar 
olan və ancaq tədricən realizə olunan hüquq münasibətləridir. Cinayət məsuliyyətinin 
faktiki  olaraq  reallaşdırılması  şəxslərin  ibtidai  istintaq  mərhələsində  müttəhim 
qismində  cəlb  edilməsi  anından  başlayır.  Cinayət  məsuliyyəti  işə  məhkəmə  baxışı 
ittiham  hökmünün  çıxarılması  mərhələsində  davam  edir,  o  həm  də  təyin  olunmuş 
məhkəmə  cəzasının  real  icrası  mərhələsində  də  mövcud  olur.  Cinayət  məsuliyyəti, 
cinayət  hüquq  münasibətlərinin  aradan  qaldırılmasının  aşağıda  göstərilmiş  hallarında 
xitam  olunur:  Cəzanı  çəkib  qurtarma,  cinayət  məsuliyyətindən  azad  etmə,  amnistiya 
və yaxud əfv etmə haqqında akta görə. 
Cinayət  məsuliyyətinin  əsaslarının  müəyyən  edilməsinə  qanunvericilik  və 
cinayət  hüquq  nəzəriyyəsi  iki  aspektdən  yanaşır:  hüquqi  və  faktiki  əsaslar.  Cinayət 
Məcəlləsinin  3-cü  maddəsinə  əsasən,  yalnız  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş 
cinayət  tərkibinin  bütün  əlamətlərinin  mövcud  olduğu  əməlin  (hərəkət  və  ya 
hərəkətsizliyin)  törədilməsi  cinayət  məsuliyyəti  yaradır.  Buradan  belə  nəticə  çıxır  ki, 
cinayət  məsuliyyətinin  vacib  və  yeganə  əsasları  törədilmiş  əməldə  qanunda 
göstərilmiş  cinayət  tərkibinin  mövcud  olmasıdır.  Belə  ki,  şəxsi  əqidə,  niyyət  və 
baxışlarına  (sonuncular  əgər  törədilmiş  əməldə  ifadə  olunmursa)  görə  cinayət 
məsuliyyətinə  cəlb  etmək  olmaz.  Bununla  belə,  əməl  ictimai-təhlükəli  olmalı,  yeni 
ictimai münasibətlərə ziyan vurmalıdır. Əgər subyektin davranışının müəyyən forması 
cinayət  məsuliyyətinin  faktiki  əsasları  hesab  olunursa,  onda  törədilmiş  əməldə 
qanunda  nəzərdə  tutulan  konkret  cinayət  tərkibinin  mövcud  olması  onun  hüquqi 
əsaslarını təşkil edir. 
Cinayət  tərkibi  -  konkret  ictimai-təhlükəli  əməli  cinayət  kimi  xarakterizə  edən 
əlamətlərin cinayət qanunu ilə müəyyən edilmiş məcmusudur. 
 
Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibini xarakterizə edən əlamətlər dörd 


160 
 
qrupa bölünür: obyekt və obyektiv cəhəti  xarakterizə,  edən əlamətlər (bunlar cinayət 
tərkibinin obyektiv əlamətləri adlanır) və subyekt və subyektiv cəhəti xarakterizə edən 
əlamətlər (subyektiv əlamətlər). 
Cinayətin  obyektini  cinayət  qanunu  ilə  mühafizə  edilən  o  ictimai  münasibətlər 
təşkil edir ki, onlara cinayət nəticəsində mühüm ziyan yetirilir və yaxud yetirilə bilər. 
Cinayətin obyektiv cəhətinə törədilmiş əməlin (hərəkət və yaxud hərəkətsizliyin) 
xüsusiyyətləri,  bu  əməlin  nəticələri,  yəni  vurulmuş  ziyan  və  cinayətin  zahiri  tərəfini 
xarakterizə  edən  digər  əlamətlər,  məsələn:  yeri,  vaxtı,  üsulu,  vasitəsi,  şəraiti  və  s. 
aiddir. 
Obyektiv cəhətin əlaməti kimi əməl, iki formada çıxış edir: cinayətkar hərəkət və 
cinayətkar hərəkətsizlik. 
Cinayətkar hərəkət - cinayət qanunu ilə qadağan olunan, fəal ictimai - təhlükəli 
davranış aktıdır. Məsələn, qəsdən adam öldürmə (Cinayət Məcəlləsinin 120 maddəsi), 
qəsdən sağlamlığa ağu zərər vurma (maddə 126) və s. 
Cinayətkar  hərəkətsizlik  –  cinayət  qanunu  ilə  qadağan  olunan,  passiv  ictimai-
təhlükəli  davranış  aktıdır,  yəni  ziyanlı  nəticələrin  qarşısının  alınması  üçün  şəxsin, 
müəyyən  hərəkətləri  etməli  olduğu  halda  onu  etməməsidir.  Cinayətkar  hərəkətsizlik 
şəraitində  hər  şeydən  əvvəl  müəyyən  qaydada  hərəkət  etmək  vəzifəsini  təyin  etmək 
lazımdır. Hərəkət etmək vəzifəsi aşağıdakı əsaslardan irəli gəlir: bilavasitə qanundan, 
məsələn,  qanunvericiliyə  və  ya  xüsusi  qaydalara  müvafiq  olaraq  xəstəyə  kömək 
etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım 
göstərilməməsi  (maddə  142);  təqsirli  şəxsin  xidməti  mövqeyindən,  məsələn,  vəzifəli 
şəxsin  öz  vəzifəsini  yerinə  yetirməməsi;  qohumluq  münasibətindən,  məsələn, 
uşaqlara  və  ya  valideynlərə  kömək  göstərməkdən  qərəzli  boyun  qaçırma  (maddə 
176). 
Cinayətkar  hərəkət  və  yaxud  hərəkətsizlik  -  insan  davranışının  iradəvi  aktıdır, 
buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya 
digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə 
göstərilən hərəkətlərin edilməsinin faktiki imkanlarını müəyyən etmək lazımdır. Belə ki, 
fiziki  məcburiyyət,  lazımi  ixtisasın,  istehsal  təcrübəsinin  olmaması,  qarşısı  alınmaz 
qüvvə (təbii hadisələr, məsələn, zəlzələ, sel, daşqın və s.) və s-nin təsiri altında şəxsin 
hərəkətsizlik etməsi cinayət məsuliyyətini istisna edən hallardır. 
Obyektiv  cəhətin  əlamətlərinə  ictimai-təhlükəli  əməl  ilə  baş  verən  ictimai  - 
təhlükəli nəticə arasında səbəbli əlaqə aiddir. 
 
Cinayətin subyektiv cəhəti - əqli, iradi və motivasiya (motivlərin formalaşması və 
inkişaf  prosesi)  proseslərinin  üzvü  vəhdətindən  ibarət  olub,  cinayətin  törədilməsi  ilə 
bilavasitə  əlaqədar  olan  şəxsin  psixi  fəaliyyətidir.  Təqsir,  motiv  və  məqsəd  cinayətin 
subyektiv cəhətini xarakterizə edən hüquqi əlamətlərdir. 
Təqsir  -  şəxsin  törətmiş  olduğu  ictimai-təhlükəli  əmələ  qəsd  və  yaxud 
ehtiyatsızlıq formasında ifadə olunan psixi münasibətidir. Təqsir – cinayətin subyektiv 
cəhətinin vacib əlaməti, məsuliyyətin yaranmasının zəruri şərtidir. 
Motiv  -  subyektin  cinayət  törətdiyi  zaman  rəhbər  tutduğu,  dərk  olunmuş  daxili 
arzusunun şərtləndirilmiş tələbatı və maraqlarıdır. 
Məqsəd - şəxsin  cinayət  törətdiyi zaman  gələcək nəticənin əldə edilməsi üçün 
göstərdiyi cəhdin təfəkkür modelidir. 
Təqsir əqli və iradi elementləri özündə əks etdirən psixoloji məzmuna malikdir. 
Təqsirin  əqli  elementi  iki  amillə  xarakterizə  olunur:  əməlin  ictimai  -  təhlükəli 
xarakterinin  dərk  edilməsi  və  onun  ictimai-təhlükəli  nəticələrinin  qabaqcadan 
görülməsi.  İradi  element  cinayətin  subyektinin  psixikasında  baş  verən  iradəvi 




Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   84


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə