Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   11   12   13   14   15   16   17   18   ...   84

29 
 
müəyyən  edilən  hər  hansı  siyasi  statusun  müəyyən  edilməsi.  Xalqın  iradəsi 
demokratik  dövlətin  yeganə  bazisidir  və  dövlət  hakimiyyətinə,  onun  formasının 
dəyişməsinə mandat məhz ondan gəlir. 
Azərbaycan  Respublikası  Konstitusiyanın  1-ci  maddəsinə  əsasən, 
Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan 
xalqıdır. 
Xalq hakimiyyəti aşağıdakı əsas formalarla həyata keçirilir: 

Bilavasitə  demokratiya.  Bu  zaman  xalq  ona  məxsus  olan  dövlət 
hakimiyyətini bilavasitə həyata keçirir. 

Nümayəndəli demokratiya. Xalqı təmsil edən, onun iradəsi ilə fəaliyyət 
göstərən  dövlət  hakimiyyəti  və  yerli  özünüidarə  orqanları  vasitəsilə 
həyata keçirilir. 
Azərbaycan  Respublikasının  da  Konstitusiyası  bu  prinsipi  təsbit  edərkən, 
mövcud  sistem  nəzərə  alınmış  və  özünəməxsus  bir  bölgü  işlənib 
hazırlanmışdır. 
Konstitusiyanın 
preambulasında 
Azərbaycan 
Respublikası 
Konstitusiyasının  1991-ci  il  18  oktyabr  tarixində  qəbul  edilmiş  “Azərbaycan 
Respublikasının  Dövlət  Müstəqilliyi haqqında” Konstitusiya Aktına əsaslanması 
haqqında  müddəa  əks  olunmuşdur.  Məhz  bu  aktda  da  ilk  dəfə  olaraq 
Azərbaycan Respublikasında hakimiyyətin bölgüsü təsbit olunmuşdur. 
Yeni  Konstitusiyaya  əsasən  dövlət  hakimiyyəti  hakimiyyətlərin  bölünməsi 
prinsipi  əsasında  həyata  keçirilir.  Qanunverici  hakimiyyəti  Milli  Məclis  həyat 
keçirir,  icra  hakimiyyəti  Azərbaycan  Respublikası  Prezidentinə  mənsubdur, 
məhkəmə  hakimiyyətini  isə  ədalət  mühakiməsi  yolu  ilə  məhkəmələr  həyata 
keçirir.       
Qanunvericilik  hakimiyyətini  Azərbaycan  Respublikasının  Milli  Məclisi 
həyata  keçirir.  İcra  hakimiyyətini  bölgü  çərçivəsində,  əsasən  prezident  təmsil 
edir, bununla belə, hakimiyyət bölgüsü mexanizmində Nazirlər Kabineti də iştirak 
edir.  İcra  hakimiyyəti  bütövlükdə  icra  hakimiyyəti  sisteminə  daxil  olan  bütün 
orqanlar  tərəfindən  həyata  keçirilir.  Məhkəmə  hakimiyyətini  Azərbaycan 
Respublikası  məhkəmələri  ədalət  mühakiməsi  yolu  ilə  həyata  keçirir. 
Qanunverici  hakimiyyət  yalnız  bir  orqanda  təşkilatlanıb,  onun  yerli  orqanları 
yoxdur.  İcra  hakimiyyəti  çoxsaylı  orqanlar  sistemində  təşkilatlanıb,  bütün 
səviyyələrdə  müxtəlif  orqanlara  malikdir.  Məhkəmə  hakimiyyəti  də  daxilən  hər 
bir  üzvü  (hər  bir  məhkəmə)  geniş  muxtariyyətə  malik  olan  orqanlar  sistemi 
tərəfindən  həyata keçirilir,  yəni  bir məhkəmə digər məhkəmənin işinə müdaxilə 
edə  bilməz,  hər  bir  məhkəmə  ayrılıqda  məhkəmə  hakimiyyətinin  daşıyıcısıdır. 
Ölkənin  ali  orqanları  səviyyəsində  hər  üç  hakimiyyət  budağı  arasında 
tarazlaşdırma  və  çəkindirmə  sistemi  qarşılıqlı  şəkildə  realizə  olunur.  Həm  Milli 
Məclis,  həm  də  prezident,  həm  də  Konstitusiya  Məhkəməsi  bir-birinə 
konstitusion  səlahiyyətlər  vasitəsilə  təsir  edir.  Hakimiyyət  budaqları  daxilində 
ikinci  səviyyədə  mənzərə  bir  qədər  fərqlidir.  Bu  orqanlardan  sonra  gələn  və 
orqanlar  iyerarxiyasında  mühüm  rola  malik  orqanlar,  ancaq  və  ancaq  icra 
hakimiyyətində  dəqiq  və  təşkilatlanmış  şəkildə  mövcuddur.  Burada  söhbət 
mərkəzi icra hakimiyyəti orqanlarından gedir. 
Demokratik  dövlətin  ayrılmaz  xüsusiyyətlərindən  biri  də  burada 
plüralizmin  mövcudluğudur,  yəni  onun  ideoloji  və  siyasi  müxtəlifliyə  malik 
olmasıdır. 
Siyasi  müxtəliflik  özünü  aşağıdakılarda  göstərir:  birincisi,  çoxpartiyalılıq; 


30 
 
ikincisi,  ictimai  birliklərin  qanun  qarşısında  bərabərliyi;  üçüncüsü,  ictimai 
birliklərin  sərbəst  fəaliyyəti;  dördüncüsü,  məqsəd  və  fəaliyyəti  Azərbaycan 
Respublikasının  konstitusiya  quruluşunun  məcburi  dəyişdirilməsi  və  onun 
bütövlüyünün  pozulmasından,  dövlətin  təhlükəsizliyinin  sarsıdılması,  silahlı 
birləşmələr 
yaradılması, 
sosial, 
irqi, 
milli 
və 
dini 
düşmənçiliyin 
qızışdırılmasından  ibarət  olan  ictimai  birliklərin  təşkil  edilməsi  və  fəaliyyətinin 
qadağan olunması 
  
Hüquqi      dövlət.      Ölkəmizdə  həyata  keçirilən  konstitusion  islahatların 
məqsədi  demokratik  dəyərlərin  təsbit  olunması  və  gerçəkləşdirilməsi 
mexanizmlərinin işlənib hazırlanmasıdır. 
Hüquqi  dövlət  anlayışı  özündə  konstitusion  demokratik  dövlət  anlayışında 
mövcud  olan  əlamətləri  birləşdirir.  Lakin  hüquqi  dövlətin  spesifik  əlamətlərinin 
üzərində  dayansaq  hüquqi  dövlət  haqqında  daha  geniş,  aydın  təsəvvür 
yaratmış olarıq. 
Bu prinsiplər əsasən, aşağıdakılardır: 
1.  Hüququn aliliyi prinsipi; 
2.  Hakimiyyətin bölgüsü prinsipi; 
3.  Hamının qanun qarşısında bərabərliyi; 
4.  Hüquq və azadlıqların üstünlüyü prinsipi; 
5.  İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi. 
6.  Qarşılıqlı  məsuliyyət,  yəni  şəxsin  dövlət  və  dövlətin  şəxs  qarşısında 
məsuliyyəti; 
7.  Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi. 
Azərbaycan  Respublikası  Konstitusiyasında  təsbit  olunan  -  «Azərbaycan 
hüquqi  dövlətdir»  formulasına  belə  dövlət  quruculuğunun  başlıca  məqsədi, 
vəzifəsi və istiqaməti kimi baxmaq lazımdır. 
Hüququn  aliliyi  prinsipi  hüquqi  dövlətin  ən  mühüm  prinsipidir.  Bu  prinsip 
öz  təzahürünü  hər  şeydən  əvvəl  qanunun  aliliyində  tapır.  Başqa  sözlə,  ictimai 
həyatın  bütün  sferalarına  aid  olan  əsas  ictimai  münasibətlər  qanunqüvvəli 
aktlarla  deyil,  yalnız  qanunla  nizama  salınmalıdır.  Ölkəmizdə  Konstitusiya  ən 
yüksək  hüquqi  qüvvəyə  malik  olan  qanundur.  Konstitusiya  təkcə  qanunvericilik 
sisteminin  yox,  eyni  zamanda  hüquq  sisteminin  əsasını  təşkil  edir.  Digər 
tərəfdən  Konstitusiya  -  dövlətin  bütün  ərazisində  birbaşa  hüquqi  qüvvəyə 
malikdir.  Azərbaycan  Respublikası  Konstitusiyasının  147-ci  maddəsində 
Konstitusiyanın  əsas  qanun  kimi  bir  sıra  özünəməxsus  əlamətləri  təsbit 
edilmişdir. 
«I. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında 
ən yüksək hüquqi qüvvəyə malikdir. 
II.  Azərbaycan  Respublikasının  Konstitusiyası  birbaşa  hüquqi  qüvvəyə 
malikdir. 
III. Azərbaycan 
Respublikasının 
Konstitusiyası 
Azərbaycan 
Respublikasının qanunvericilik sisteminin əsasıdır». 
Hüquqi  dövlətin  növbəti  prinsipləri  -  hər  kəsin  qanun  qarşısında 
bərabərliyi  və  insan  və  vətəndaşların  hüquq  və  azadlıqlarının  üstünlüyü 
konstitusion quruluşun humanist əsası kimi qəbul edilir. 
Hüquqi  dövlətdə  dövlət,  insan  və  vətəndaşların  təbii  hüquq  və 
azadlıqlarının  Konstitusiyada  təsbit  edilməsi  ilə  yanaşı,  bu  hüquq  və 
azadlıqların  realizə  edilməsi  təminatlarını,  həmçinin  onların  müdafiə  edilməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə