46
2) payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir.
Növbədənkənar sessiyaları isə Milli Məclisin sədri Azərbaycan Respublikası
Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Əgər bu sessiyalar
deputatların tətil dövründə cağırılarsa, bu zaman tətil dayandırılır və deputatlar məzuniyyətdən
geri çağırılır. Növbəti və növbədənkənar sessiyalar dövründə Milli Məclis iclaslar keçirir.
Növbəti çağırışın I iclasını ən qocaman deputat açır, seçilmiş deputatların siyahısını oxuyur. O,
sədr seçilənədək I iclası aparır. I iclasda hesablayıcı komissiya, sonra isə sədr seçilir və
bununla da I iclas işini bitirir. Sədrin seçilməsi üçün onun 63 deputatın səsini alması tələb
olunur.
Daxili nizamnaməyə görə Milli Məclisin iclasları ayda 2 dəfədən az olmayaraq keçirilir.
İclasların günü və saatını Milli Məclisin sədri təyin edir. Əgər 83 deputat iclasda iştirak edirsə,
iclas səlahiyyətli hesab olunur. Milli Məclisin iclasları açıq, aşkarlıq şəraitində keçirilir və
kütləvi informasiya vasitələri ilə işıqlandırılır. İclaslar qapalı keçirilə bilər. Bu haqda qərar
qəbul olunmalıdır. Bunun üçün deputatların sadə səs çoxluğu tələb olunur. Milli Məclisin
iclaslarında Respublika Prezidenti, kütləvi informasiya vasitələrinin nümayəndələri və sədrin
dəvətilə başqa şəxslər iştirak edə bilər. Milli Məclisin iclasları protokollaşdırılır və stenoqrama
alınır. İclasın protokolunu sədr imzalayır. Açıq iclasların stenoqramları dərc olunur. Amma
qapalı iclas stenoqramı dərc oluna bilməz. Stenoqram dərc olunanadək deputat öz çıxışının
mətni ilə tanış ola bilər. Bununla əlaqədar mübahisə yaranarsa, məsələni intizam komissiyası
həll edir. Milli Məclisin iclaslarında çıxışların vaxtı və ardıcıllığı onun daxili nizamnaməsi ilə
müəyyən olunur. İclaslarda deputatların iştirakı məcburidir. Əgər deputat üzrlü səbəbdən
iclasda iştirak etmirsə, əvvəlcədən Milli Məclisin katibliyinə məlumat verməlidir. Daxili
nizamnaməyə görə Milli Məclisin iclaslarını sədr aparır.
Daxili Nizamnamədə Milli Məclisin orqanları kimi Milli Məclisin daimi komissiyalarının,
hesablama palatası, hesablayıcı komissiya və intizam komissiyasını adı çəkilir.
Hesablama palatası - Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət
büdcə nəzarəti orqanıdır. Bu orqan sədr, sədr müavini və 7 auditordan ibarətdir. Onlar Milli
Məclis tərəfindən təyin olunurlar.
Hesablayıcı komissiya - elektron sistemindən istifadə etmədən açıq və gizli
səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız Milli Məclisin
iclaslarında fəaliyyət göstərir. Bu orqan bir il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir.
Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətli hesab olunur.
Hesablayıcı komissiyanın bütün qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
İntizam komissiyası - deputatların parlamentdaxili məsuliyyətə cəlbetmə işlərinə,
deputat toxunulmazlığına xitam verilməsi və səlahiyyətlərinin itirilməsi işlərinə baxır və həll
edir. Bu komissiya 7 üzvdən ibarət tərkibdə bir il müddətinə seçilir.
47
Parlament Konstitusiya və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi
əsasında fəaliyyət göstərir. Milli Məclisin Daxili Nizamnaməsi 17 may 1996-cı il tarixli
Azərbaycan Respublikası qanunu ilə təsdiq edilib. Bu nizamnamə 4 fəsil və 53 maddədən
ibarətdir:
I
fəsil - Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin ümumi qaydaları.
II
fəsil - Milli Məclisin orqanları.
III fəsil - Milli Məclis deputatının parlamentdaxili məsuliyyəti.
IV fəsil - Keçid və yekun müddəaları.
Nizamnamənin 50-ci maddəsində göstərilir:
Milli Məclisin Daxili Nizamnaməsi Milli Məclis tərəfindən qanunla təsdiq edildikdən və
Prezident tərəfindən imzalandıqdan sonra dərc olunduğu gündən qüvvəyə minir.
Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası qanunları üçün nəzərdə tutulmuş
qaydada edilir. Milli Məclisin deputatları Daxili Nizamnaməyə riayət etməlidir. Bu işə Milli
Məclisin rəhbərliyi nəzarət edir.
Milli Məclis öz səlahiyyət müddətində daimi və başqa komissiyalarını yaradır.
Milli Məclisin hər cağırışının I sessiyasında daimi komissiyaları yaradılır. Daimi
komissiyalar «Daimi komissiyalar haqqında» Qanun əsasında fəaliyyət göstərirlər.
Onların fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır:
-
siyasi plüralizm;
-
fikir plüralizmi;
-
aşkarlıq;
-
məsələlərin sərbəst müzakirəsi.
Daimi Komissiyaların say tərkibi Milli Məclis tərəfindən müəyyən olunur, azı 5, çoxu
20 deputatdan ibarət olmalıdır. 15 üzvdən çox tərkibə malik daimi komissiya köməkçi
komissiya yarada bilər. Hər bir deputat daimi komissiyalardan birinin üzvü olmalıdır. Daimi
komissiyanın sədri, müavini və üzvləri azı 63 deputatın səs çoxluğu ilə seçilirlər. Daxili
Nizamnaməyə görə deputat heç bir daimi komissiyanın üzvlüyünə daxil olmursa, Milli
Məclisin sədri sərəncamla həmin deputatı daimi komissiyaların birinə daxil edir.
Daimi komissiyalar iclaslar keçirir. Əgər komissiyanın üzvlərinin yarısı iştirak edirsə,
iclas səlahiyyətli hesab olunur. İclası daimi komissiyanın sədri, o, olmadıqda və ya onun
tapşırığı ilə müavin aparır. Milli Məclisin sədrinin tələbi ilə Milli Məclisin daimi komissiyasının
növbədənkənar iclası çağırılır. İclas haqqında komissiya üzvü, iclas gününə azı 2 gün qalmış
xəbərdar edilməlidir. Komissiya üzvlərinin daimi komissiyanın iclasında iştirakı məcburidir.
Amma üzrlü səbəbdən icazə almaq şərtilə iştirak etməmək olar.
Nizamnaməyə görə 2 və ya daha çox komissiya birgə iclas keçirə bilər. Daimi
komissiyaların fəaliyyət forması qərar və rəydir. Azərbaycan Respublikasının Milli Məclisi
Dostları ilə paylaş: |