54
Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur və
onlar tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli
Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş
şəkildə çıxarılır və iki ay ərzində səsə qoyulur.
Qanunvericilik
təşəbbüsü
hüququna
malik
olanlar
sistemində
Azərbaycan
Respublikasının Milli Məclisinin deputatları xüsusi yer tutur. Belə ki, deputat mandatını
qazanmış hər bir şəxs xalqın adından danışır və səs verir, xalqın hakimiyyətini ifadə edir.
Lakin bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, hakimiyyətin digər budaqları - icra və
məhkəmə hakimiyyəti də xalqın içərisindən, xalqın iradəsi əsasında təşkil edilir. Prezident
istər seçki vasitəsilə, istər sadə parlament tərəfindən seçilsin, fərqi yoxdur. Çünki o, hər iki
halda xalqın nümayəndəsidir. Lakin subyektiv olaraq parlamentarilərin qanunvericilik
təşəbbüsü hüququnu digərlərindən daha önəmli hesab edirik. Çünki digər hakimiyyət
orqanları parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında fəaliyyət göstərir. Lakin bu icra
hakimiyyətinin qanunvericilik prosesində rolunu azaltmır.
Digər dövlətlərdə isə qanunvericilik təşəbbüsü hüququna əsasən hökumət və
parlament malikdir. Amerika Birləşmiş Ştatlarında qanunvericilik təşəbbüsü hüququna yalnız
parlamentin üzvləri malikdir; təkcə büdcənin layihəsini prezident təqdim edir. Bir çox
dövlətlərdə bu hüquqa - ali dövlət orqanları, mərkəzi dövlət təsisatları, parlamentdaxili
orqanlar, parlamentin orqan və təsisatları, seçki qrupları malikdir.
Qeyd etdiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı, «Azərbaycan
Respublikasının Milli Məclisi deputatlarının statusu haqqında» qanunun 4-cü və 9-cu
maddələrinə əsasən deputatın qanunvericilik təşəbbüsü hüququ vardır. «Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının statusu haqqında» qanunun 9-cu maddəsinə əsasən
deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:
-
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
-
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında
layihə təklif edə bilər;
-
qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə
bilər.
Qanunvericilik prosesinin digər mərhələsi qanunların müzakirəsi mərhələsidir.
Qanunların müzakirəsi mərhələsi qanunvericilik prosesinin sistemində çox mühüm yer tutur.
Qanunvericilik təşəbbüsü hüququ ilə daxil olmuş qanun layihəsi parlament tərəfindən
müzakirəyə çıxarılır. Onu da qeyd etmək lazımdır ki, qanunların müzakirəsi mərhələsi
qanunvericilik prosesinin ən geniş mərhələsidir. Bu prosesdə parlament iclaslarında və
komissiyalarında qanun layihəsi üzərində işlənilir. Palataların plenar iclasları və komitələri
55
(komissiyalar) müxtəlif qanun layihəsini müzakirə etməyə borcludur. Palataların plenar
iclaslarında qanun layihəsinin müzakirəsi, çox vaxt layihənin oxunması adlanır. Qanunun
oxunması termini bir çox parlamentlərdə saxlanılır. Bu zaman layihə üç oxunuşdan keçir. Hər
bir ölkədə bu mərhələnin öz xüsusiyyətləri vardır, ümumiyyətlə, o, aşağıdakı mərhələlərdən
ibarətdir.
İlk oxunuşda məqsəd, ümumiyyətlə, belə qanunun qəbul edilməsinə ehtiyacın olub-
olmaması məsələsi həll edilir. Parlament, adətən qanun layihəsini təqdim edənin məruzəsini
dinləyir, layihəyə konseptuallıq baxımından qiymət verilir: qanun layihəsinin predmetinin
varlığına qanunvericilikdə ehtiyac varmı? Bu mənada qanun layihəsinin əsas ideyasına
qiymət verilir; mövcud problemləri müvəffəqiyyətlə həll edib-etməməsi məsələsinə baxılır.
Əgər parlament üzvlərinin böyük əksəriyyəti, ikisindən biri müəyyən suallara rədd cavabı
verirsə, qanun layihəsi növbəti oxunuşa verilmir. Əgər suallara qənaətbəxş cavab verilirsə,
qanun layihəsi birinci oxunuşda qəbul olunur və növbəti mərhələyə hazırlanır. Layihənin ikinci
oxunuşa hazırlanması üçün parlamentin və ya palatanın sədri onu müvafiq komissiyaya
göndərir və ya bununla bağlı xüsusi komissiya yaradır.
Qanun layihəsi ilk oxunuşda qəbul olunana qədər layihənin təşəbbüskarı tərəfindən
layihə geri götürülə bilər.
İkinci oxunuşda layihə mahiyyəti üzrə bütün detallarına qədər müzakirə edilir.
Parlament layihə ilə işləyən komissiyanın hesabatını dinləyir.
Beynəlxalq praktikada olan qaydalar Azərbaycan Respublikasında da qanunvericilikdə
nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisinin Daxili nizamnaməsində
müəyyən olunub ki, qanun layihəsi üç oxunuşdan keçməlidir. Milli Məclisin sədrinin qərarı ilə
və ya Milli Məclisin protokol qaydasında qəbul etdiyi qərarla qanun layihəsinə bir oxunuşda
baxıla bilər (maddə 16).
Qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Milli Məclis aşağıdakı
qərarlardan birini qəbul edir:
-
layihə birinci oxunuşda qəbul edilsin və söylənilmiş təkliflər və iradlar nəzərə
alınmaqla onun üzərində iş davam etdirilsin (bu qərar protokol qaydasında qəbul
olunur);
-
layihə qəbul edilməsin;
-
qanun qəbul edilsin.
Birinci oxunuşda qəbul edilmiş qanun layihəsinə dair təklifləri və iradları aparıcı daimi
komissiya öyrənir və ümumiləşdirir. Layihənin ayrı-ayn maddələri üzrə qruplaşdırılmış
dəyişikliklərə aparıcı daimi komissiyanın iclasında baxılır və daimi komissiya bu dəyişikliklərlə
razı olduqda onları layihənin mətninə daxil edir. Yenidən işlənilmiş qanun layihəsi ikinci
oxunuşda baxılmaq məqsədilə Milli Məclisin iclaslarının gündəliyinə salınmaq üçün Milli
Dostları ilə paylaş: |