62
ikinci bazar günü səsvermənin ikinci turu keçirilir. İkinci turda, ancaq birinci turda ən çox səs
toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş
namizədlərdən sonra gələn iki namizəd iştirak edir. İkinci turda səs çoxluğu toplayan namizəd
prezident seçilmiş hesab olunur. Konstitusiyaya görə, Prezident seçkilərinin yekunları
haqqında məlumatı, səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi rəsmən elan edir. Bundan sonra 3 gün ərzində prezident and içir və
rəsmi olaraq vəzifəyə qəbul olunur. And içdiyi gündən prezident, səlahiyyətlərinin icrasına
başlayır.
Azərbaycan
Respublikası
qanunvericiliyində
müddətinə
görə
prezidentin
səlahiyyətlərinin xitamının iki üsulu fərqləndirilir: prezidentin səlahiyyətlərinin qanunla
müəyyən edilmiş vaxtın bitməsi ilə xitamı və vaxtından əvvəl xitamı. Konstitusiyaya əsasən,
Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti 5 ildir və bu müddət, onun and
içdiyi gündən hesablanır. Eyni zamanda heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan
Respublikasının Prezidenti seçilə bilməz. Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətləri yeni seçilmiş Prezidentin and içməsi ilə xitam olunur.
Azərbaycan Respublikasının Konstitusiyasında Prezidentin səlahiyyətlərinin vaxtından
əvvəl xitamı da nəzərdə tutulmuşdur.
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı aşağıdakı hallarda baş verir:
a) Prezident istefa verdikdə;
b) səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə;
c) Konstitusiya
ilə
nəzərdə
tutulmuş
hallarda
və
qaydada
vəzifəsindən
kənarlaşdırıldıqda;
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitam edilməsində üç subyekt iştirak edir:
prezident, Milli Məclis, Konstitusiya Məhkəməsi.
Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin II—III hissəsinə
əsasən, Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası
Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin
istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan
Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.
Azərbaycan Respublikası Konstitusiyasında respublika prezidentinin vəzifədən
kənarlaşdırılmasının impiçment (təqsirləndirmə - dövlətin vəzifəli şəxslərinin xəyanət və digər
ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı) qaydası təsbit edilmişdir. Konstitusiyanın
107-ci
maddəsinə
əsasən,
Azərbaycan
Respublikası
Prezidentinin
vəzifədən
kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə
63
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsinin
təşəbbüsü
ilə
Azərbaycan
Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul
olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər.
Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində
tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli
Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə
göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli
sürülmüş ittiham rədd edilmiş sayılır.
Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay
ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda
Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının
Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.
Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən
Azərbaycan Respublikasının Baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra
etmək qabiliyyətini, tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikasının Milli Məclisinin sədri icra edir.
Eyni səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikasının Milli Məclisi sədrinin icra etməsi mümkün olmadıqda
Azərbaycan
Respublikasının
Milli
Məclisi
Azərbaycan
Respublikası
Prezidentinin
səlahiyyətlərini başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.
5. Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qoludur
Hər bir demokratik dövlətdə dövlət hakimiyyəti hüquqi dövlətin əsas prinsipi olan
«hakimiyyət bölgüsü» əsasında təşkil edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsində bu prinsip əks olunmuşdur: Azərbaycan
Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra
hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini
Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Dostları ilə paylaş: |