69
tutulduqda;
2. Xüsusi təhlükəli cinayətə görə məhkəməyə verilmiş təqsirləndirilən şəxslərdən heç
olmasa biri ona elan edilmiş ittihamla məhkəmədə andlı iclasçıların iştirakı ilə baxılması
haqqında arzusunu bildirdikdə.
Beləliklə, yalnız xüsusilə, ağır cinayətlərdə ittiham edilən şəxslərə münasibətdə
andlılar məhkəmələrinin tətbiq olunmasını onunla izah etmək olar ki, bu zaman həmin
şəxslərin həyatı həll olunur. Ona görə də belə məsələni 1 və ya 3 hakimə deyil, xalq
içərisindən seçilmiş və öz vicdanının səsinə qulaq asan 12 üzvə həvalə edilməsi daha
məqsədə müvafiq olardı.
Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin I hissəsinə görə
məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir. Həmin
maddənin III hissəsinə görə isə məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət
məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.
Göründüyü kimi konstitusiya icraatı ədalət mühakiməsinin bir forması kimi qəbul edilir
və Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir.
Hüquq ədəbiyyatında ədalət mühakiməsinə verilən anlayış əsasında Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin ədalət mühakiməsini həyata keçirməsini
təsdiqləmək olar:
1. Ədalət mühakiməsi məhkəmələr tərəfindən həyata keçirilir. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası məhkəmə sisteminə
daxil olan ali instansiyadır.
2. Ədalət
mühakiməsi
məhkəmə
iclaslarında
həyata
keçirilir.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi də onun səlahiyyətinə aid edilmiş işlərə məhkəmə
iclaslarında baxır.
3. Ədalət mühakiməsi Azərbaycan Respublikası Konstitusiyasında və digər
qanunvericilik aktlarında müəyyən edilmiş demokratik prinsiplər əsasında həyata keçirilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də öz fəaliyyətini Azərbaycan
Respublikası Konstitusiyasında və «Konstitusiya Məhkəməsi haqqında» qanunun 15 - 19-cu
və 25 - 29-cu maddələrində nəzərdə tutulmuş prinsiplər əsasında həyata keçirir.
4. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş prosessual qaydada həyata keçirilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də Konstitusiya icraatını «Konstitusiya
Məhkəməsi haqqında» qanunda müəyyən edilmiş prosessual qaydada həyata keçirir.
«Konstitusiya Məhkəməsi haqqında» qanunun 40-cı maddəsinə görə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsində icraat aşağıdakı 2 üsulla həyata keçirilir:
a) Konstitusiya məhkəmə icraatı;
b) xüsusi Konstitusiya icraatı.
70
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan Konstitusiya işləri üzrə
konstitusiya məhkəmə icraatı aşağıdakı növlərdə həyata keçirilir: Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı və 8-ci bəndlərində nəzərdə
tutulmuş məsələlərin həlli üçün verilmiş sorğularla əlaqədar işlərin icraatı; qanunverici, icra və
məhkəmə hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə
əlaqədar sorğular üzrə işlərin icraatı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə
xüsusi konstitusiya icraatı aşağıdakı növlərdə həyata keçirilir: Azərbaycan Respublikası
Konstitusiyasını və qanunlarının şərh edilməsi üçün verilən sorğularla əlaqədar işlərin icraatı;
Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək
qabiliyyətini, tamamilə, itirdiyi barədə məlumatı aydınlaşdırmaq üçün Azərbaycan
Respublikasının Milli Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası
Prezidentinin istefa ərizəsinə baxılması ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası
Prezidentinin vəzifədən kənarlaşdırılması məsələsi ilə əlaqədar işlərin icraatı; Azərbaycan
Respublikasının Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi ilə
əlaqədar işlərin icraatı; yeni seçilmiş Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasının
keçirilməsi vaxtının təyin edilməsi ilə əlaqədar olan işlərin icraatı; Azərbaycan Respublikası
Milli Məclisinin və ya Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası
Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması ilə əlaqədar işlərin icraatı.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 66-cı maddəsinə görə
ədalət mühakiməsinin bir forması olan cinayət mühakimə icraatını aşağıdakı məhkəmələr
həyata keçirir: rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr, ağır cinayətlərə dair işlər üzrə
Azərbaycan Respublikası məhkəməsi, ağır cinayətlərə dair işlər üzrə Azərbaycan
Respublikası hərbi məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan
Respublikası Apelyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi.
Azərbaycan Respublikasında ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid
edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı Azərbaycan Respublikasının Ali
Məhkəməsidir. O, qanunla müəyyən edilmiş prosessual qaydalarda ümumi və
ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir, məhkəmələrin praktikasına aid
məsələlər üzrə izahatlar verir.
8. Azərbaycan Respublikası Prokurorluğu
Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq
orqanlarının dövlət hakimiyyəti sistemində yerinin müəyyənləşdirilməsi aktual məsələlərdən
biridir.
Dostları ilə paylaş: |