86
üçün vacibdirsə, onda əmlak ayrılığı da bu birliyin fəaliyyətinin maddi bazasını
əmələ gətirir. Hər hansı bir təşkilat özünün maddi bazasına - torpaq sahələrinə,
texniki predmetlərə, daşınar obyektlərə, pul vəsaitlərinə və s. malik olmadan
fəaliyyət göstərə bilməz. Bütün bunlar kompleks halında hüquqi şəxsin xüsusi
əmlakını təşkil edir və onu digər şəxslərdən fərqləndirir.
3. Müstəqil əmlak məsuliyyəti.
Ümumi qaydaya görə hüquqi şəxsin əmlakının mülkiyyətçiləri və yaxud
iştirakçıları onun öhdəliklərinə görə cavab vermirlər, eyni zamanda hüquqi
şəxslər də onların öhdəliklərinə görə məsuliyyət daşımırlar. Başqa sözlə, hər
hansı bir hüquqi şəxs öz öhdəliklərinə görə müstəqil surətdə mülki-hüquqi
məsuliyyət daşıyır.
Hüquqi şəxsin kreditorları öhdəlikdən yaranan tələblə yalnız həmin hüquqi
şəxsə müraciət edə bilərlər. Bu tələbə görə çərimə, qanun-vericiliklə müəyyən
edilmiş qaydada yalnız hüquqi şəxsin əmlakından alına bilər.
4. Mülki dövriyyədə öz adından çıxış etməsi.
Hüquqi şəxsin mülki dövriyyədə öz adından çıxış etməsi özünü onda
göstərir ki, o, öz adından mülki hüquqlar əldə edə və həyata keçirə, habelə
vəzifələr daşıya bilər, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən
hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz
orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr
götürürlər. Bəzi hallarda hüquqi şəxsin marağına uyğun olaraq hüquqi
hərəkətləri onun adından etibarnaməyə əsasən, onun təmsilçiləri həyata
keçirirlər. Yuxarıda göstərilən maddənin 3-cü bəndinə müvafiq olaraq hüquqi
şəxs adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün
vicdanla və ağılla hərəkət etməlidir. Əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) tələbi ilə o, hüquqi
şəxsə vurduğu zərərin əvəzini ödəməlidir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hüquqi şəxsin mülki dövriyyədə öz
adından çıxış etməsi onun ən zəruri əlamətlərindəndir. O, sanki digər əlamətləri
özündə cəmləşdirir. Maddi və təşkilati zəmin əsasında yaranaraq, bu əlamət,
hüquqi şəxsin müstəqilliyinin və mülki hüquq subyektliyinin son ifadəsidir.
Göstərilən bu dörd əlamətin hamısının birlikdə olması vacibdir. Bu və ya
digər təşkilat, idarə və müəssisə göstərilən əlamətlərdən biri-nə belə malik
deyilsə, hüquqi şəxs hesab oluna bilməz.
Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir
və mülki vəzifələr daşıyır. Kommersiya hüquqi şəxsləri qanunla qadağan
edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki
hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə
müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər, yalnız xüsusi
icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Hüquqi şəxsin hüquq
qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
Fiziki şəxsdən fərqli olaraq, hüquqi şəxsin fəaliyyət qabiliyyəti hüquq
qabiliyyəti ilə eyni zamanda əmələ gəlir. Hüquqi şəxslər xüsusi hüquq
qabiliyyətinə malikdirlər. Bu onunla izah edilir ki, hüquqi şəxs öz əsasnaməsi
(nizamnaməsi) dairəsində fəaliyyət göstərir. Hüquqi şəxsin fəaliyyət qabiliyyəti
dedikdə, onun mülki dövriyyədə müstəqil olaraq çıxış edəbilmə qabiliyyəti başa
düşülür. Qanunvericiliyə əsasən, hüquqi şəxsin fəaliyyət qabiliyyəti faktiki
cəhətdən onun orqanlarının yaradılması ilə əmələ gəlir. Hüquqi şəxslərin
87
orqanları vahid və kollegial olmaqla iki qrupa bölünür. Dövlət hüquqi şəxsləri
vahid rəhbərlik prinsipi əsasında təşkil edilir və adətən bir orqanları olur. Vahid
rəhbərliyə hüquqi şəxs olan idarə, müəssisə və təşkilatın direktoru, rəisi və s.
misal ola bilər. Kollegial orqanlardan fərqli olaraq onlar təyin edilirlər.
Kooperativ, ictimai və digər hüquqi şəxslər isə kollegial orqanlara malikdir. Bu
cür tipli hüquqi şəxslərin orqanları onların ümumi yığıncağı tərəfindən təyin
edilir. Kollegial orqanlara ümumi yığıncaqdan əlavə, yuxarı orqana tabe olan
icra orqanı, nəzarət orqanı olan - təftiş komissiyası və s. misal ola bilər.
Hüquqi şəxsin orqanı onun tərkib hissəsidir. Orqanın nizamnamə ilə
müəyyən edilən fəaliyyəti həyata keçirməsi hüquqi şəxsin fəaliyyəti kimi
qiymətləndirilir və onun üçün hüquq və vəzifələr yaradır.
Hüquqi şəxsin fəaliyyət qabiliyyəti, həmçinin onun nümayəndəlikləri
vasitəsilə həyata keçirilir. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və
hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi
nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun
funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən, nümayəndəlik
funksiyalarmı həyata keçirən ayrıca bölməsi filial sayılır.
Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq
etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların
rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında
fəaliyyət göstərirlər.
Hüquqi şəxslərin əmələ gəlməsinin üç üsulu (qaydası) vardır:
1) sərəncam;
2) icazə;
3) təqdimedici normativ üsul.
Sərəncam qaydasında dövlət hüquqi şəxsləri əmələ gəlir. Bunun mahiyyəti
ondan ibarətdir ki, hüquqi şəxsin yaranması üçün səlahiyyətli dövlət orqanlarının
xüsusi inzibati sərəncamı lazımdır.
İcazə qaydasında yeni hüquqi şəxsin yaradılması təşəbbüsü təşkilatçılara -
fiziki və yaxud hüquqi şəxslərə aiddir. Belə hüquqi şəxsin yaradılmasında dövlət
orqanının iştirakı həmin hüquqi şəxsin yaradılmasına icazə verməsində ifadə
olunur. Burada icazə ya dövlət orqanları, ya da buna səlahiyyəti çatan
kooperativ və ictimai təşkilatlar tərəfindən verilir. İcazə qaydasında yaranan
hüquqi şəxslərə həmkarlar ittifaqlarını, idman cəmiyyətlərini və s. misal
göstərmək olar.
Təqdimedici normativ qaydada hüquqi şəxsin əmələ gəlməsi üçün dövlət
orqanlarının sərəncamı və icazəsi lazım deyildir. Belə hüquqi şəxslərin əmələ
gəlməsi onunla izah edilir ki, onların yaradılması qabaqcadan xüsusi hüquq
normalarında müəyyən olunmuşdur. Dövlət orqanı isə belə hüquqi şəxsin
yaradılmasında hüquq normalarına əməl olunmasını yoxlamaq səlahiyyətinə
malikdir. Hüquqi şəxslərin əmələ gəlməsinin belə qaydası istər respublikamızda,
istərsə də xarici ölkələr-də daha çox yayılmışdır.
Mülki qanunvericilikdə hüquqi şəxsin xitammm iki qaydası gö-stərilir:
1) yenidən təşkiletmə;
2) təsviyyə, yəni ləğvetmə.
Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya
hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə
bilər.
Yenidən təşkiletmə qaydasında universal (ümumi) hüquq varisliyi tətbiq
Dostları ilə paylaş: |