84
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların müstəqil
surətdə öz qazancları, təqaüdləri və digər gəlirləri barəsində sərəncam vermək;
elm, ədəbiyyat və ya incəsənət əsərlərinə, ixtiralara dair müəllif hüquqlarını
həyata keçirmək; qanuna uyğun olaraq kredit idarələrinə əmanət qoymaq və
onlar barəsində sərəncam vermək; bir sıra xırda məişət xarakterli əqdləri
bağlamaq hüququ vardır. Digər hallarda bu şəxslər əqdləri yalnız öz qanuni
nümayəndələrinin - valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların
yazılı razılığı ilə bağlaya bilərlər.
14 yaşından 18 yaşınadək olan şəxslər vurduqları ziyana görə
qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Yetkinlik yaşı çatmayan şəxslərin fəaliyyət qabiliyyəti üçün xarakterik
cəhətlərdən biri də budur ki, onların fəaliyyət qabiliyyəti darala və genişlənə
bilər. Belə ki, on səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi
halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam fəaliyyət
qabiliyyəti əldə edir.
Mülki Məcəllənin 32-ci maddəsinə əsasən spirtli içkilərdən və ya narkotik
vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz
ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə
tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. O,
yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc,
pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər.
Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil
surətdə əmlak məsuliyyəti daşıyır.
Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan
əsaslar
aradan
qalxdıqda
məhkəmə
onun
fəaliyyət
qabiliyyətinin
məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik
məhkəmənin qərarına əsasən ləğv olunur.
Şəxsin nəinki yaş, habelə psixi vəziyyəti onun fəaliyyət qabiliyyətini
müəyyən edə bilər. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin
mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər
də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
Şəxsin, fəaliyyət qabiliyyəti olmayan sayılması üçün hüquqi və tibbi
kriteriya lazımdır. Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və öz
hərəkətlərinə rəhbərlik edə bilməməsi (hüquqi kriteriya) ağıl zəifliyi və ya ruhi
xəstəlik (tibbi kriteriya) ilə şərtlənir. Bu cür şəxslər üzərində qəyyumluq
müəyyənləşdirilir. Onların adından əqdləri həmin şəxsin qəyyumu bağlayır.
Şəxs sağaldıqda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində
müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
Mülki qanunvericilikdə fiziki şəxsin hüquqi taleyi ilə bağlı mübahisə doğuran
məsələlərdən biri də şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsidir.
Ümumi qaydalara görə, bizim qanunvericilikdə şəxsin xəbərsiz itkin düşmüş elan
edilməsi kimi kateqoriyanın olması, mülki hüquq münasibəti subyektlərindən
birinin, məsələn, borclunun, ərin (arvadın), digər qohumların və s. olmaması ilə
yaranan hüquqi qeyri-müəyyənlikləri aradan qaldırmaq zəruriyyəti ilə
əlaqədardır.
Mülki Məcəllənin 40.1-cı maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer
məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı
şəxslərin ərizəsinə əsasən, məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab
edə bilər. Xəbərsiz itkindüşmə faktı müəyyən hüquqi nəticələrə səbəb olur:
85
həmin şəxsin qanuni əmlakının daimi idarə edilməsi üçün qəyyumluq müəyyən
edilir; bu əmlak hesabına onun borcları ödənilir; öhdəsində olan şəxslərə
dolanacaq xərcləri verilir; əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını
itirməyə görə pensiya almaq hüququ əmələ gəlir və s.
Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə
məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə
onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir.
Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində
məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt
hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin
düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında
ölmüş elan edilə bilər.
Mülki Məcəllənin 41.2-ci maddəsinə müvafiq olaraq hərbi əməliyyatlarla
əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi
əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə
qaydasında ölmüş elan edilə bilər. Ölmüş elanetmə halında ölüm günü
məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün hesab edilir.
Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə,
məhkəmə əvvəlki qətnaməni ləğv edir; ölüm haqqında qeydiyyat ləğv olunur;
əgər yeni nikah bağlanmamışdırsa, nikah bərpa olunur. Qayıtma vaxtından asılı
olmayaraq, şəxs, onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa
şəxsə verilmiş əmlakdan qalanının qaytarılmasını tələb edə bilər. Əvəzli əqdlər
üzrə əmlak o vaxt qaytarılır ki, həmin şəxs əmlakı əldə edərkən şəxsin sağ
olmasını bildiyi sübut edilsin.
Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətə keçmiş və satılmışsa, onda
əmlakmın satışından götürülmüş məbləğ ona qaytarılır.
Hüquqi şəxslər və dövlət mülki hüquq münasibətlərinin subyektləri
kimi. Mülki hüquq münasibətlərinin subyekti təkcə fiziki şəxslər deyil, həm də
təşkilatlar, idarə və müəssisələr ola bilər. Mülki qanunvericilikdə idarə, müəssisə
və təşkilatları fiziki şəxsdən fərqli olaraq, hüquqi şəxs adlandırırlar. Hüquqi
şəxsin anlayışı Mülki Məcəllənin 43.1-ci maddəsində verilmişdir. Həmin
maddəyə əsasən, hüquqi şəxs, qanunla müəyyənləşdirilən qaydada dövlət
qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində
ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından
əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr
daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
Göründüyü kimi, hər bir qurum deyil, yalnız aşağıdakı əlamətlərə malik olanlar
hüquqi şəxs hesab olunurlar:
1. Təşkilati vahidlik.
Bu o deməkdir ki, hüquqi şəxs tam, vahid təşkilat qismində təşkil edilir.
Hüquqi şəxsin təşkilat vahidliyinə malik olması onun nizamnamə və ya
əsasnaməsi ilə müəyyən olunur. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq
edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Nizamnamədə hüquqi
şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi
qaydası müəyyənləşdirilir. Dövlət büdcəsində olan idarə və müəssisələr,
həmçinin, ictimai və s. təşkilatlar həmin növ təşkilatlara dair ümumi əsasnaməyə
uyğun olaraq hərəkət edirlər.
2. Ayrıca əmlaka malikolma.
Əgər təşkilati vahidlik çoxlu şəxslərin vahid bir kollektiv halında birləşməsi
Dostları ilə paylaş: |