80
aldığı əşyaya mülkiyyət hüququ yaranır. Adətən, hüquq yaradan hüquqi
faktlarda subyektə hüquq ilk dəfə verilir.
Hüquq dəyişən faktlar o hüquqi faktlara deyilir ki, burada fakt mütləq
hüquq münasibətlərinin dəyişməsinə səbəb olur. Bu cür faktlara borcun tələb
edilməsinin güzəşti və ya başqa şəxsə keçirilməsini misal göstərmək olar. Mülki
hüquq münasibətlərinin dəyişməsi təkcə bu münasibətlərin subyektiv tərkibində
deyil, həm də obyektlərinin, məzmununun dəyişməsində özünü göstərir.
Məsələn, əmlak kirayəsi (icarə) müqaviləsinə əsasən, kirayəçi (icarəçi) əşyanı
itirərsə, onun dəyərini ödəməlidir.
Xitamverici hüquqi faktlar elə faktlardır ki, burada mövcud hüquq
normaları əsasında mülki hüquq münasibətlərinə xitam verilir. Mülki hüquq
münasibətlərinə xitam verilməsi şəraitdən asılı olaraq müxtəlif cür olur.
Məsələn, mülkiyyət hüququ olan obyektin məhvi, sıradan çıxması, hüquq
münasibətlərinə girən iştirakçılardan birinin ölməsi, borclunun borcu ödəməsi və
s.
Mülki hüquqi nəticələrin baş verməsi üçün tələb olunur ki, onları yaradan
şərait qanunla müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
14-cü maddəsində deyilir: «Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə
nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə
nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar
və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir». Hüquqi nəticələr müxtəlifdir.
Məsələn, insanın doğulması faktı ilə onun mülki hüquq qabiliyyəti yaranır,
vətəndaşın 18 yaşına çatması ilə o, tam fəaliyyət qabiliyyəti əldə edir, iddianın
irəli sürülməsi iddia müddətinin axımını kəsir.
Hüquqi faktların daha çoxsaylı qrupunu mülki hüquq münasibət-ərinin
əmələ gəlməsi, dəyişməsi və ya xitamı ilə bağlı vəziyyətlər (əsaslar) təşkil edir
(MM-nin 14-cü maddəsinin 2-ci hissəsi). Həmin əsaslara əqdlər, müqavilələr,
səlahiyyətli orqanların verdiyi aktlar, elm, ədəbiyyat, incəsənət əsərlərinin
yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma və s. daxildir.
Qanun mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam
olunmasını çox vaxt bir vəziyyətlə deyil, hüquqi və ya faktiki tərib adlanan
hüquqi faktların məcmusu ilə əlaqələndirir. Məsələn, vəsiyyətnaməyə görə
vərəsə üç hüquqi faktın yaranması ilə miras əmlakına sahib olur:
vəsiyyətnamənin tərtib olunması, vəsiyyət edənin ölümü, mirasın qəbul
edilməsinə razılığın olması.
Yaratdığı hüquqi nəticələrdən və insanların iradəsi ilə əlaqəsindən asılı
olaraq hüquqi faktlar təsnifləşdirilir. Mülki qanunvericilikdə hüquqi faktların iki
növü fərqləndirilir.
1.
Hadisələr;
2.
Hərəkətlər.
İnsanların iradəsi ilə əlaqəsi olmayan hüquqi faktlara hadisələr deyilir.
Hadisələrə insanın anadan olması, onun təbii ölümü, zəlzələ, ildırım çaxması və
s. misal ola bilər. O hadisələr hüquqi əhəmiyyət kəsb edir ki, onların baş
verməsi hüquqi nəticələrə səbəb olur. Məsələn, insanın anadan olması,
valideynlərin uşağı saxlamaq və tərbiyə etmək vəzifəsini əmələ gətirir, yaxud
insanın ölməsi, bir hüquqi fakt kimi vərəsələr arasında hüquq münasibətlərinin
əmələ gəlməsinə səbəb olur və s.
Mülki hüquqda hadisələr də iki qrupa bölünür:
1. Mütləq və yaxud fors-major hadisələr;
81
2. Nisbi hadisələr.
Mütləq hadisələr elə hadisələrdir ki, onların yaranması və inkişafı insanın
iradəvi fəaliyyəti ilə bilavasitə bağlı deyil. Məsələn, zəlzələ, vaxtın keçməsi və s.
Nisbi hüquqi hadisələr insanların fəaliyyəti nəticəsində yaranır, ancaq bu
hərəkətdən asılı olmayaraq inkişaf edir. Məsələn, yanğın, insan ölümü, insanın
doğulması və s.
Hərəkətlər insanların iradəvi hərəkətlərinin, yəni şüurlu fəaliyyətinin
nəticəsi olan həyati faktlardır. Qanun isə onları müəyyən hüquqi nəticə ilə
əlaqələndirir. Hüquqi faktların əksəriyyətini hərəkətlər təşkil edir. Hərəkətlər də
öz növbəsində hüquqauyğun və hüquqazidd hərəkətlərə bölünür.
Hüquqauyğun hərəkətlər o hərəkətlərə deyilir ki, onlar hüquq normalarının
(qanunun) tələbləri ilə üst-üstə düşür, heç bir halda qanuna zidd olmur. Qanun
əsasında bağlanılmış bütün mülki-hüquqi əqdlər alqı-satqı, dəyişmə və s.
müqavilələr belələrindəndir.
Hüquqauyğun hərəkətlər içərisində hüquqi aktlar və hüquqi əməllər
mühüm yer tutur. Mülki hüquqda mülki hüquq münasibətlərinin yaranmasına,
dəyişməsinə və xitam edilməsinə yönəldilmiş hüquqi fəaliyyət hüquqi akt adlanır.
Mülki hüquqi aktlar sistemində əsas yerlərdən birini əqdlər tutur. Hüquqi aktlara,
həmçinin, səlahiyyətli dövlət orqanlarının fərdi aktları, ərizələr, şikayətlər,
sazişlər və s. aiddir. Vətəndaşların və təşkilatların müəyyən hüquqi nəticələr
əldə edilməsinə yönəldilmiş hüquqauyğun fəaliyyəti saziş adlanır. Sazişlərin
əhatə dairəsi olduqca genişdir.
Hüquqi əməl mülki hüquq subyektinin elə hüquqauyğun hərəkətidir ki,
burada hüquqi nəticə şəxsin arzusundan asılı olmayaraq baş verir. Hüquqi
əməllərə elmi əsərin yaradılması, müəssisələrdə malların hazırlanması və s.
misal ola bilər.
Mülki hüquqda bəzən hərəkətsizlik də, yəni qanunla nəzərdə tutulmuş
müəyyən hərəkətləri etməmək də hüquqi nəticələrə səbəb olur. Məsələn,
kreditorun vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməməsi və ya
borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə
yetirməməsi və s.
Hüquqauyğun hərəkətlərdən fərqli olaraq, hüquqazidd hərəkətlər hüquq
pozuntusuna səbəb olan hərəkətlərdir. Öhdəliklərin yerinə yetirilməməsi,
başqasının mülkiyyətinə ziyan vurulması və s. hüquqazidd hərəkətlərə misal ola
bilər. Hüquqazidd hərəkətlər hüququ pozan şəxs üçün xoşagəlməz hüquqi
nəticələrə səbəb olur. Bu hərəkətlər hüquq normaları və cəmiyyətin mənafeyinə
zidd olduqlarına görə mülki hüquqi məsuliyyət yaradır.
Mülki hüquq münasibətlərinin məzmunu və forması. – Mülki hüquq
münasibətlərinə onların strukturu aspektində baxılmalıdır. Digər hüquq
münasibətlərində olduğu kimi mülki hüquq münasibətləri də öz strukturuna görə
aşağıdakı hissələrdən ibarətdir:
1) məzmun və forma;
2) subyektlər;
3) obyektlər.
İctimai münasibətlərin mülki hüquqi tənzimi prosesində onların
iştirakçılarına verilən subyektiv hüquq və vəzifələr, mövcud olan hüquq
münasibətləri çərçivəsində onların gələcək davranışlarını qabaqcadan müəyyən
edir. İstənilən ictimai münasibət kimi, mülki hüquq münasibətləri də insanlar
arasındakı qarşılıqlı əlaqələr nəticəsində formalaşır. Hüquq münasibətlərində
Dostları ilə paylaş: |