96
tərəfindən bağlanmış əqdlərə də şamil edilir. Bu şəxslər yalnız qanunvericiliklə
nəzərdə tutulmuş qaydada xırda məişət əqdlərini bağlaya bilərlər.
Hüquqi şəxslərin bağladığı əqdlər aşağıdakı əsaslara görə etibarsız
hesab olunur:
1) hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla bağladığı
əqdlər;
2) hüquqi şəxsin orqanının öz səlahiyyətlərini aşmaqla bağladığı əqdlər.
Hüquqi
şəxsin
öz
nizamnaməsində
müəyyənləşdirilmiş
fəaliyyət
məqsədlərinə zidd olaraq bağladığı əqd və ya müvafiq fəaliyyətlə məşğuliyyət
üçün xüsusi icazəsi (lisenziyası) olmayan hüquqi şəxsin bağladığı əqd, əgər
əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli
olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxsin, onun təsisçisinin və ya hüquqi
şəxsin fəaliyyətinə nəzarət edən orqanın iddiası ilə məhkəmə tərəfindən
etibarsız sayıla bilər (Mülki Məcəllənin 349-cu maddəsi).
Məzmununa görə əqdlərin etibarsızlığı onun şərtlərinin qanunun
tələblərinə uyğun gəlməməsi ilə müəyyən olunur. Burada «qanun» dedikdə,
respublikanın qanun və qanun qüvvəli aktları, xüsusilə mülki qanunvericiliyi
nəzərdə tutulur. Belə etibarsız əqdlər obyektiv və subyektiv əlamətlərlə
xarakterizə olunur. Əqdin hüquqazidd (qanunazidd) xarakteri onun obyektiv
əlamətidir. Subyektiv əlamət isə - tərəflərin əqdin hüquqazidd (qanunazidd)
olduğunu başa düşdükləri halda, onu bağlamaq və icra etmək niyyətləri olması
ilə əlaqədardır.
Formasına görə bağlanan əqdlərin etibarsızlığı onunla şərtlənir ki,
qanunla müəyyən olunmuş formaya riayət edilmir. Formanı pozmaqla
bağlanmış əqdlər bilavasitə qanunda göstərilmiş hallarda etibarsız sayılır.
İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir:
1) daxili iradənin deyil, yalnız iradə ifadəsinin mövcudluğu. Bunlara
zorakılıq, hədə təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin
mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə
bilməyən şəxslərin bağladıqları əqdlər aiddir.
2) iradə ifadəsinin daxili iradənin düzgün əks etdirməməsi. Məsələn, bir
tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi
nəticəsində bağlanmış əqdlər və s.
3) daxili iradənin, qeyri-normal amillərin təsiri altında formalaşması. Bu
cür etibarsız əqdlərə aldatma, yanılma və ya ağır vəziyyətə düşmə
nəticəsində bağlanan əqdləri misal göstərmək olar.
4) iradə və iradə ifadəsinin yalnız görünüş üçün mövcudluğu. Bura aiddir:
uydurma və yalan əqdlər.
Mülki Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma əqd ona uyğun
hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış
əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd isə başqa əqdi pərdələmək
məqsədilə bağlanan əqddir. Yalan əqd etibarsızdır. Yalan əqdə onun mahiyyəti
nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları
əqdə aid olan qaydalar tətbiq edilir.
Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata
97
keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun
etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
Bu cür əqd bağlandığı andan etibarsızdır.
Hüquq normasına uyğun gəlməyən əqdlər bağlandığı andan buna aid
iddianın
qaldırılmasından
və
məhkəmə
tərəfindən
etibarsız
sayılıb-
sayılmamasından asılı olmayaraq özlüyündə əhəmiyyətsiz əqdlərdir. Bu cür
əqdlərin etibarsızlığı nəticələrinin tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs
irəli sürə bilər. Məhkəmənin bu cür nəticələri öz təşəbbüsü ilə tətbiq etmək
ixtiyarı vardır. Bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin
etiraz nəticəsində məhkəmə qaydasında etibarsız hesab edilən əqdlər
mübahisəli əqdlər adlanır. Bu əqdlər məhkəmədə mübahisələndirilməmişsə və
onlar tərəfindən etibarsız sayılmamışdırsa, qüvvədə qalır. Əqdi, həmin hissə
daxil edilmədən bağlamağın mümkünlüyü güman edilərsə, əqdin bir hissəsinin
etibarsız sayılması onun qalan hissələrinin etibarsızlığına səbəb olmur.
Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan
belə hesab edilir, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin
etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir.
Əgər belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə
onda məsələ bir qədər mürəkkəbləşir. Belə hallarda restitusiya (latınca restitutio
– bərpa deməkdir) tətbiq olunur.
Mülki hüquqda əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki
vəziyyətlərinə qaytarılması restitusiya adlanır.
Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur:
1) ikitərəfli restitusiyanın tətbiq edilməsi;
2) birtərəfli restitusiyanın tətbiq edilməsi;
3) restitusiyanın rədd edilməsi.
Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız olduqda,
əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa,
tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa,
alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar
əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə
olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə
bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. Belə nəticələr ikitərəfli
restitusiya adlanır. Yetkinlik yaşına çatmayan, fəaliyyət qabiliyyəti olmayan,
habelə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxslərin bağladıqları əqdlər
üzrə məhz ikitərəfli restitusiyaya yol verilir. Mülki hüquqda bir qayda olaraq,
ikitərəfli restitusiya tətbiq olunur.
Əqd bağlayarkən tərəflərdən biri qəsdən digər tərəfin zərərinə, onun
hüquqlarını və qanuni mənafeyini pozmaqla və yaxud dövlətin və cəmiyyətin
mənafeyinə zidd hərəkət etdiyi halda yalnız birtərəfli restitusiya tətbiq edilir.
Birtərəfli restitusiyaya zərər çəkən barəsində yol verilir. Aldatma, zorakılıq, hədə
təsiri altında, habelə bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa
gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlər üçün
məhz birtərəfli restitusiya nəzərdə tutulur. Bu zaman yalnız təqsirli tərəf aldığını
bütünlüklə qaytarır və çəkilmiş xərcləri ödəyir, zərərçəkənin təqsirli tərəfdən
Dostları ilə paylaş: |