98
aldığı isə dövlət mədaxilinə tutulur.
Əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd
edilməsi və yaxud restitusiyaya yol verilməməsi təşkil edir. Restitusiyanın rədd
edilməsi dedikdə, tərəflərdən heç birinin əvvəlki vəziyyətə qaytarılmaması başa
düşülür. Bu zaman hər iki tərəfin icra etdiyi və ya icra etməli olduğu dövlət
mədaxilinə keçir. Bu qayda əsasən, tərəflərin hər ikisinin hərəkətlərində qəsd
olduğu hallarda tətbiq olunur.
Bəzi hallarda əqdin etibarsız sayılması, əqdin etibarsızlığında təqsirli tərəf
üçün digər tərəfin çəkdiyi zərəri ödəmək öhdəliyini əmələ gətirir.
Göründüyü kimi mülki hüquqda əqdin etibarsız sayılmasının mühüm
əhəmiyyəti vardır. Bu, hüquq qaydalarının qorunmasına, qanunazidd olan
hüquq və vəzifələrin yaranmasının qarşısını almağa yönəldilməklə mülki
dövriyyənin normal inkişafına şərait yaradır.
5. İddia müddəti.
Mülki hüquqda müddətlərin xüsusi qrupunu mülki hüquqların müdafiəsi
müddətləri təşkil edir. Mülki hüquqların müdafiəsi müddəti dedikdə elə müddət
başa düşülür ki, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının
müdafiəsini və yaxud məcburi qaydada həyata keçirilməsini tələb edə bilər.
Pozulmuş mülki hüquqların müdafiəsinin əsas vasitəsini iddialar təşkil etdiyinə
görə, göstərilən müddətləri də iddia müddətləri adlandırırlar.
Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək
üçün müəyyən olunmuş müddətə iddia müddəti deyilir. İddia müddəti qanunla
elə hallar üçün müəyyən edilmişdir ki, həmin hallarda konkret şəxsə məxsus
olan maddi hüquq pozulur və bu hüququn müdafiəsi üçün hüququ pozmuş
şəxsə məcburedici tədbirlərin tətbiq edilməsi lazımdır. Məcburetmə tədbirləri
qanunla mülki hüquqların müdafiəsi üçün səlahiyyəti olan orqanlar (məhkəmə
və s.) tərəfindən tətbiq edilir. Maraqlı tərəfin tələbi üzrə məcburetmə
tədbirlərinin tətbiqinə həmişə deyil, yalnız iddia müddəti hüdudları daxilində yol
verilir.
Pozulmuş subyektiv mülki hüquqların məcburi həyata keçirilməsi imkanı
maddi mənada iddia hüququ, bu hüquqların müdafiəsi üçün məhkəməyə
müraciət etmək hüququ isə prosessual mənada iddia hüququ adlanır. İddia
müddətinin ötürülməsi məhkəməyə iddia ilə müraciət etmək hüququnu aradan
qaldırmır. Subyektiv mülki hüququn pozulmasından nə qədər vaxt keçərsə
keçsin, maraqlı şəxs istənilən vaxt iddia qaldıra bilər. İddia müddətinin
keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb
baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilir. Beləliklə, hətta maddi mənada
iddia hüququ aradan qalxsa belə, prosessual mənada iddia hüququ saxlanılır.
Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il
təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı
müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli
öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
99
Tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və
ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia
hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən
əmələ gəlir. Bəzən elə hallar olur ki, iddiaçı özündən asılı olmayaraq qanunla
müəyyən edilmiş müddətdə iddia verə bilmir. Belə hallarda iddia müddətinin
dayandırılması müəyyən edilmişdir.
İddia müddətinin dayandırılmasının mahiyyəti ondan ibarətdir ki, şəxs
qanunda göstərilən səbəblərə görə iddia qaldıra bilmək və ya öz hüquqlarını
müdafiə etmək imkanından məhrum olduğuna görə iddia qaldıra bilmədiyi vaxt
kəsiyi iddia müddətinə daxil edilmir. İddia müddətinin dayandırılması üçün əsas
olan halların mövcud olduğu vaxt kəsiyi iddia müddətinə hesablanmır. Göstərilən
hallar aradan çıxdıqdan sonra iddia müddəti öz axımını davam etdirir.
Mülki Məcəllənin 379.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı
aşağıdakı hallarda dayandırılır:
1) iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına
bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda;
2) iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin
tərkibində olduqda;
3) müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət
(moratorium) müəyyənləşdirdikdə;
4) fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda;
5) müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ-hüquqi
aktın qüvvəsi dayandırıldıqda.
İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş
hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı
aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud
olmaqda davam etsin. Müddətin dayandırılması üçün əsas olan maneələr
aradan götürüldüyü gündən müddətin axımı davam edir və müddətin qalan
hissəsi altı aya qədər uzadılır. Iddia müddəti altı aydan az olduqda isə iddia
müddəti həmin müddətə çatdırılır.
Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs
borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt
yeni müddətə daxil edilmir.
Borclu öz öhdəliyini iddia müddəti keçdikdən sonra icra edibsə, icraedici
etdiyi zaman iddia müddətinin keçməsini bilməmiş olsa da icra etdiyini geri tələb
etməyə haqlı deyildir.
İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün
əsasdır. Məhkəmə iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə
pozulmuş hüquq müdafiə edilməlidir. Üzrlü səbəblərə ağır xəstəlik, köməksiz
vəziyyət, savadsızlıq və i.a. aiddir. Əgər vəziyyət obyektiv xarakter daşıyırsa və
o, iddianın vaxtında qaldırılmasına mane olmuşsa, onda onlar üzrlü səbəb
hesab edilə bilər. Əgər iddia müddətinin buraxılmasında öz təsərrüfatsızlığına,
səhlənkarlığına, diqqətsizliyinə görə vaxtında iddia qaldırmayan maraqlı şəxs
Dostları ilə paylaş: |