94
müəyyənləşdirilməyibsə, şərt yalnız hadisənin baş verməyəcəyinin aydın
olduğu vaxt yerinə yetirilmiş sayılır (Mülki Məcəllənin 328.5-ci maddəsi).
Əqdlərin formaları. Əqd bağlanarkən iradənin ifadə üsulu əqdin forması
adlanır. Əqdin etibarlı olması üçün qanunvericiliklə müəyyənləşdirilmiş formaya
riayət edilməsi zəruridir. Belə forma müəyyənləşdirilməyibsə, tərəflər onu özləri
müəyyənləşdirə bilərlər. Əqdlər şifahi və ya yazılı formada bağlanır. Şifahi
bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi
onun rəftarından məlum olur.
Mülki Məcəllənin 330-cu maddəsinə əsasən, bu Məcəllə ilə və ya
tərəflərin razılaşması ilə yazılı forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana
bilər. Əgər tərəflərin razılaşmasında ayrı qayda müəyyənləşdirilməyibsə,
bağlanarkən icra edilən bütün əqdlər şifahi bağlana bilər, amma notarial forması
müəyyənləşdirilmiş əqdlər və sadə yazılı formasına riayət edilməməsi
etibarsızlığına səbəb olan əqdlər istisna təşkil edir.
Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya
şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış
sənədin tərtibi yolu ilə bağlanmalıdır.
Yazılı formada əqdin bağlanmasının aşağıdakı müsbət cəhətləri vardır:
1.Yazılı formada bağlanması şifahiyə nisbətən əqdin məzmununu daha
geniş açır;
2. Mülki dövriyyənin işirakçılarına öz iradələrini dəqiq ifadə etməyə və
müqaviləni dəqiq yerinə yetirməyə imkan verir;
3. Əqddən irəli gələn öhdəliklərin tərəflərdən birinin yerinə yetirməməsi
hallarını aradan qaldırmaq üçün məhkəmənin işini yüngülləşdirir.
Yazılı əqdlər də iki cür olur: sadə əqdlər və notarial qaydasında təsdiq
edilməli olan əqdlər. Sadə yazılı formada bağlanan əqdlərdə müqavilə üçün
lazım olan bütün rekvizitlər – tərəflərin adları, əqdin məzmunu, iştirakçıların
imzaları göstərilməlidir. Bu cür əqdlərin etibarlı olması üçün əqddə iştirak edən
şəxslərin mütləq imzaları olmalıdır. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə
və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa
fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün
imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür
notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən
təsdiqlənməlidir.
Elə dövlət hüquqi şəxsləri var ki, onların bağladığı əqdlər iki imza ilə -
müdirin (direktorun, rəisin və s.) və baş mühasibin imzası ilə təsdiq olunmalıdır.
Məktub və ya teleqramlarla mübadilə, sifarişin qəbul olunmasının təsdiq edilməsi
də sadə yazılı əqdlərə aiddir.
Əqdin sadə yazılı formasına riayət edilməməsi mübahisə halında əqdi və
onun şərtlərini təsdiq etmək üçün tərəfləri şahid ifadələrinə istinad etmək
hüququndan məhrum edir, lakin yazılı və digər sübutlar təqdim etmək
hüququndan məhrum etmir. Qanunvericiliklə müəyyən edilmiş hallarda əqdin
sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur.
Notarial formanın sadə yazılı formadan fərqi ondan ibarətdir ki, əqdin
notariat qaydasında təsdiqlənməsi yazılı sənəddə notariusun və ya bu cür
95
notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici
qeyd etməsi yolu ilə həyata keçirilir.
Mülki Məcəllənin 334.3-cü maddəsinə əsasən, əqdlərin notariat
qaydasında təsdiqlənməsi aşağıdakı hallarda məcburidir:
1) bu Məcəllədə göstərilmiş hallarda;
2) bu Məcəllə ilə həmin növlü əqdlər üçün bu forma nəzərdə tutulmuş
olmasa da, tərəflərdən hər hansı birinin tələbi ilə.
Hər şeydən əvvəl yaşayış evinin və s. daşınmaz əmlakın alqı-satqı
müqaviləsi bağlanarkən, vəsiyyətnamə tərtib edilərkən bu qaydalara riayət
olunmalıdır.
Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb
olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.
Bir sıra hallarda yazılı formaya riayət etməkdən başqa, həm də əqdin
müəyyən
dövlət
orqanında
qeydiyyata
alınması
tələb
olunur.
Qeydiyyatdankeçmə başlıca olaraq əqdin məzmununun qanuniliyini yoxlamaq,
həmçinin, əqddən əmələ gələn hüquqların qeydiyyata alınması məqsədi daşıyır.
Əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinə riayət
edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.
Əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ
gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə
məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı
vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun
qeydə alınır (Mülki Məcəllənin 336.2-ci maddəsi).
Əqdlərin etibarsızlığı. Mülki qanunvericilikdə əqdin etibarsız hesab
olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir:
1) subyekt tərkibinə görə;
2) məzmununa görə;
3) formasına görə;
4) iradə və iradə ifadəsinə görə.
Subyekt tərkibinə görə bağlanan əqdlərin etibarsızlığı onunla şərtlənir ki,
əqd onu bağlayan şəxslərin hüquq və fəaliyyət qabiliyyətinə uyğun gəlmir. Belə
əqdlərin etibarsızhğı çox zaman onların fəaliyyət qabiliyyəti olmayan və ya
fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər tərəfindən bağlanılması ilə izah
olunur. Mülki Məcəllənin 342.1-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində
fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır.
Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eynilə
qaytarmalı, alınanları eynilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini
pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin
fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real
zərərin əvəzini də ödəməlidir.
Spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə
qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən
məhdudlaşdırılmış fiziki şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair
sərəncam verilməsi barədə bağladığı əqd himayəçinin iddiası ilə məhkəmə
tərəfindən etibarsız sayıla bilər. Belə qayda yetkinlik yaşına çatmayanlar
Dostları ilə paylaş: |