100
özü təqsirkardırsa, onda iddia müddəti bərpa edilmir və iddia rədd edilməlidir.
Şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi,
əmanətçilərin banka qoyulmuş əmanətlərinin verilməsi, fiziki şəxsin həyat və
sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi, mülkiyyətçinin və ya digər
sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması və s. bu
kimi tələblər istisna olmaqla iddia müddəti bütün əmlak tələblərinə aid edilir.
101
MÖVZU 5. MÜLKİYYƏT HÜQUQU, ONUN ƏLDƏ EDİLMƏSİ,
İTİRİLMƏSİ VƏ MÜDAFİƏSİ.
P L A N
1. Mülkiyyət hüququnun anlayışı və məzmunu.
2. Mülkiyyət hüququnun formaları və növləri.
3. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi (xitamı).
4. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi.
1. Mülkiyyət hüququnun anlayışı və məzmunu
Mülkiyyətçilik elə anlayışlara aiddir ki, onun ətrafında uzun əsrlər boyu
insanların düşüncələri qarşı-qarşıya gəlmişdir. Lakin, təkcə nəzəri döyüşlərlə iş
bitmir. İnsanların mülkiyyətçilik münasibətlərinin dəyişdirilməsi, bu sahədə yeni
münasibətlərin bərqərar olunması uğrunda mübarizələri bütün dünyada həmişə
sosial təbəddülatların meydana gəlməsinə səbəb olmuşdur. Bu mübarizələr
bəzən müvəffəqiyyətli, bəzən də çox uğursuz nəticələrə səbəb olmuşdur.
Olmuşdur ki, cəmiyyət, həqiqətən, öz inkişafının yeni, daha yüksək pilləsinə
qalxmışdır. Lakin, mülkiyyətçilik münasibətlərinin dağıdılması nəticəsində
cəmiyyətin çox geri düşməsi və bu gerilikdən uzun müddət çıxa bilməməsi
halları da olmuşdur.
XX əsrdə bizim ölkəmizdə mülkiyyətçilik münasibətlərinin iki dəfə
dağıdılması prosesi baş vermişdir. Birinci dəfə bu fəlakətlə nəticələnmiş və
nəticələri neçə-neçə nəsli korlamış olan 1920-ci ilin aprelində başlanmışdır.
İkinci dəfə isə bizim günlərdə baş verir. Onun əsas məqsədi mülkiyyətçilik
münasibətlərini onun əsl mahiyyətinə qaytarmaq, indiki rejimin sosial dayağı ola
biləcək xüsusi mülkiyyətçilərin geniş təbəqəsini yaratmaqdan ibarətdir. Beləliklə,
nə deməkdir mülkiyyət?
Bu, ilk növbədə şəxsin və yaxud kollektivin ona mənsub əmlaka öz əmlakı
kimi münasibət bəsləməsi kimi başa düşülə bilər. Mülkiyyət «mənimki» və
«səninki» olanların fərqləndirilməsinə əsaslanır. Hər hansı bir konkret məqamda
hansı mülkiyyət forması və ya növünün daha yüksəkdə olmasından asılı
olmayaraq mülkiyyətçilik o vaxt meydana gələ bilər ki, istehsalın nəticələrinə və
şərtlərinə kimsə «özününkü», kimsə «özgəninki» kimi münasibət bildirə bilsin.
Bunsuz, ümumiyyətlə, mülkiyyət yoxdur. Bu nöqteyi-nəzərdən hansı ideoloji
niyyətə xidmət etsə də, hər hansı bir mülkiyyət forması xüsusidir.
Mülkiyyətin elementar izahından belə bir nəticəyə gəlmək olar ki, o,
102
insanın əşyaya münasibəti deməkdir. Lakin bu mülkiyyətin məzmununun
açılmasında kifayət edici deyildir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər,
kənar şəxslərlə də münasibətdə olur. Buna görə de mülkiyyət təkcə insanın
əşyaya münasibətində deyil, həmin əşya barəsində insanlar arasındakı
münasibətlərdə özünü göstərir. Münasibətlərin bir qütbündə əşyaya öz əşyası
kimi münasibət göstərən mülkiyyətçi, digər qütbündə isə həmin əşyaya yad
münasibət göstərməyə borclu olan digər, üçüncü şəxslər çıxış edir. Bu o
deməkdir ki, bütün üçüncü şəxslər özgə əşyasına, o cümlədən bu əşyada
təcəssüm edən mülkiyyətçinin iradəsinə hər cür təcavüzdən imtina etməyə
borcludurlar.
Mülkiyyətin müəyyən olunması o deməkdir ki, o, əşya qismində olanın
maddi qidavericisidir. Mülkiyyətə eyni zamanda iradəvi məzmun da xasdır, belə
ki, məhz mülkiyyətçinin suveren iradəsi ona mənsub olan əşyanın məişət
təyinatını müəyyən edir.
Mülkiyyət - ictimai münasibətdir. Əgər özgə şəxslərdə mülkiyyətçinin
əşyasına «özgəninki» münasibəti olmasaydı, mülkiyyətçinin də həmin əşyaya
«özününkü» münasibəti olmazdı. İctimai münasibət kimi mülkiyyətin məzmunu
mülkiyyətçinin maddi nemətlərin istehsalı, bölgüsü, dəyişməsi və istifadə
edilməsi prosesində digər şəxslərlə çıxış etməsi labüd olan əlaqə və
münasibətlərdə açılır.
Mülkiyyət maddi və iradəvi məzmuna malik olan ictimai münasibətdir və
əmlak münasibətlərində başlıca yer tutur. Lakin bu, mülkiyyətin xarakteri üçün
kifayət hesab oluna bilməz. Bunun üçün mülkiyyətçinin ona mənsub əmlaka hər
hansı bir konkret formada ifadə oluna bilən iradəvi aktını göstərməsi lazımdır.
Mülkiyyətçi öz əmlakıyla bağlı istənilən münasibətə girə bilər, bir şərtlə ki, bu
qanunvericiliklə qadağan edilməsin və yaxud mülkiyyətin sosial təbiətinə zidd
olmasın. Mülkiyyətçinin iradəsi ona mənsub əmlaka sahiblik, istifadə və
sərəncamda ifadə olunur. Mülkiyyətçinin əşyaya (əmlaka) münasibətdə konkret
aktı, nəticə etibarilə bunlarla məhdudlaşır.
Sahiblik dedikdə, mülkiyyətçinin əmlak (əşya) üzərində faktiki sahibliyi,
yəni təsərrüfat ağalığı başa düşülür. Sahiblikdə mülkiyyətçilik münasibətlərinin
tarazlığı, əmlakın fərdə və kollektivə bağlılığı əks olunur. Əmlakdan onun faydalı
təbii xassələrinin hasil edilməsi, habelə ondan fayda götürülməsi istifadə adlanır.
İstifadədən fayda - gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola
bilər. Sərəncam dedikdə isə mülkiyyətçi tərəfindən əmlakın hüquqi
müqəddəratının təyin edilməsi başa düşülür. Bu, əmlakın özgəninkiləşdirilməsi,
kirayə verilməsi, girov qoyulması və s. üsullarla ola bilər. Əmlakdan istifadə
edilməsi və onun
üzərində sərəncam verilməsində,
artıq mülkiyyət
münasibətlərinin dinamikası ifadə olunur.
İqtisadi kateqoriya kimi mülkiyyət, bütün tarixi dövrlərdə mövcud olmuşdur.
Əlbəttə, insanların hələ təbiətdən ayrılmadığı, öz ehtiyaclarını sadə vasitələrlə
ödədiyi bəşər cəmiyyətinin ilk başlanğıc mərhələsi istisna olunur. Cəmiyyətin
inkişafının müxtəlif dövrlərində əmlak münasibətləri də müxtəlif olmuşdur. İctimai
formasiyalara uyğun olaraq mülkiyyətin müxtəlif tipləri - ibtidai icma, quldarlıq,
feodal - təhkimçi və kapitalist tiplərini bir-birindən ayırmaq olar. Yaxın keçmişə
qədər mülkiyyətin bir tipi kimi sosialist mülkiyyəti də kifayət qədər əsaslar
olmadan qeyd edilirdi. Sosializm birliyinə daxil olan dünyanın heç bir ölkəsində
sosializm əslində qurula bilmədi. Bilavasitə istehsalçılar istismara məruz qalır,
istehsal vasitələrinin istehsalçılara verilməsi həqiqətdə baş vermədi. Bu ölkələrin
totalitar rejimləri mülkiyyətin o tipini təsdiq etdi ki, o, mülkiyyətin xarakterik
Dostları ilə paylaş: |