117
1) əsas istehsal vasitələrinin dövlətin xeyrinə məcburi alınması;
2) əmlakın dəyəri ödənilmədən dövlət mülkiyyətinə keçməsi;
3) maddi dəyərlərin normativ qaydada, başqa sözlə, rəhbərliyin qərarı ilə
və başqa aktlarla alınması.
Təəssüf ki, ölkəmizdə milliləşdirmə əvəzsiz olaraq aparılmış, əvvəlki
sahiblərə heç bir kompensasiya verilməmişdir. Onilliklər sübut etdi ki, böyük
istehsal potensialını öz əlində cəmləşdirməklə dövlət artıq, onun idarə
olunmasının öhdəsindən gələ bilməmişdir.
Artıq, fiziki və hüquqi şəxslərin əmlakının məcburiyyət yolu ilə dövlətin
müsadirə etməsi imkanları əsaslı dəyişikliklərə uğramışdır. Belə ki, Azərbaycan
Respublikasında «Mülkiyyət haqqında» Qanunun 23-cü maddəsində göstərilir ki,
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mülkiyyət hüququna
xitam verən qanunvericilik aktları qəbul etdikdə həmin aktların qəbul olunması
nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi məhkəmənin qərarı ilə
Azərbaycan Respublikası və Naxçıvan MR tərəfindən mülkiyyətçiyə tam həcmdə
ödənilir.
Hazırda ölkəmizdə özəlləşmə, yəni dövlət əmlakının fiziki və hüquqi
şəxslərin mülkiyyətinə verilməsi prosesi gedir. Bu zaman dövlət mülkiyyətinə
xitam verilməsi və bunun əsasında fiziki və hüquqi şəxslərin mülkiyyət
hüququnun əldə edilməsi hüquq varisliyi qaydasında baş verir.
Törəmə üsullardan biri də hüquqi şəxsin ləğvi və ya yenidən təşkili zamanı
mülkiyyət hüququnun əldə edilməsidir.
Yenidən qurulması zamanı hüquqi şəxsin əmlakı hüquqi varislərə keçir.
Müəssisə ləğv edildikdə isə kreditorlarla haqq-hesab çəkildikdən sonra yerdə
qalan hissə hüquq varisləri arasında bölünür. Bu zaman müəssisənin təsis
müqaviləsi nəzərə alınır. Əgər ləğv olunan hüquqi şəxs ictimai təşkilatdırsa,
onun əmlakı ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada rəftar olunur. Bütün
bu sahədə mübahisəli məsələlər məhkəmə qaydasında həll olunur.
Rekvizisiya və müsadirə də mülkiyyət hüququnun əldə edilməsinin törəmə
üsullarındandır.
Hüquq pozuntusu üçün sanksiya olaraq dövlət tərəfindən əmlakın məcburi,
dəyəri ödənilmədən alınmasına müsadirə deyilir. Belə hallarda dövlət həmin
əmlaka görə mülkiyyətçinin öhdəliklərindən ötrü cavabdeh deyildir.
Cinayət hüququ müsadirəyə tamah məqsədilə edilmiş ağır və xüsusilə ağır
cinayətlərdə əlavə cəza növü kimi baxır. Müsadirə yalnız məhkəmə tərəfindən
və qanunda nəzərdə tutulmuş hallarda tətbiq olunur. Müsadirə müqəssirin həyatı
üçün zəruri olan və onun himayəsində olanın əmlakına yönəldilə bilməz. Belə
əmlakın siyahısı qanunvericiliklə müəyyən olunur.
Mülki-hüquqi müsadirə sanksiya kimi etibarsız əqdlər zamanı da tətbiq
edilir.
Müsadirənin milliləşdirmə ilə oxşarlığı var, hər ikisində əmlak məcburi,
dəyəri ödənilmədən dövlət mülkiyyətinə daxil edilir. Bunların bir-birindən fərqi
ondadır ki, milliləşdirmədə əmlakın alınması normativ qaydada həyata keçirilir,
müsadirədə isə konkret hüquq pozuntusuna görə.
Mülkiyyətçidən dövlət mənafeyi və ya ictimai mənafe üçün (təbii fəlakətlər,
texnoloji qəzalar, epidemiyalar və s.) dəyəri ödənilməklə əmlakın dövlət
tərəfindən alınması həcz və yaxud rekvizisiya adlanır.
Rekvizisiya aşağıdakı cəhətlərinə görə müsadirədən fərqlənir:
1.
Rekvizisiyada əmlakın dövlət mülkiyyətinə keçməsi, ancaq
dəyəri ödənilməklə mümkündür;
2.
Əmlakın dövlət mülkiyyətinə qatılmamaqla müəyyən müddətdə
alınması. Məsələn, təbii fəlakət zamanı yerli icra hakimiyyəti və
bələdiyyə
orqanları
əhaliyə
məxsus
olan
nəqliyyat
118
vasitələrindən istifadənin vacibliyi haqqında qərar çıxara bilər.
3.
Rekvizisiyada əmlakın alınması hüquq pozuntusuna görə deyil,
dövlət və ictimai maraqların təmini məqsədilə həyata keçirilir.
Əmlakı üzərində qanunsuz rekvizisiya və müsadirəyə məruz qalmış şəxs
ona dəymiş zərərin dövlət hesabına ödənilməsi barədə məhkəmədə iddia ilə
çıxış edə bilər.
Törəmə üsullardan biri də müqavilə üzrə əmlak əldə edənin mülkiyyət
hüququnun əmələ gəlməsidir. Müqavilə üzrə əmlak əldə edənin mülkiyyət
hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə
tutulmamışdırsa, əşyanın verildiyi vaxtdan əmələ gəlir.
Mülki Məcəllənin 181-ci maddəsində daşınar əşyalara mülkiyyət
hüququnun əldə edilməsi əsasları göstərilmişdir. Həmin maddəyə əsasən,
daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi
əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi
bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı
sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib
kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu
əldə edənə verməsi.
Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və
ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan
istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ isə
həmin əmlakın mülkiyyətçisinə məxsusdur.
Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-
satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninləşdirilməsinə
dair digər əqd əsasında əldə edilə bilər. Fiziki şəxs öldükdə, ona mənsub olmuş
əmlaka mülkiyyət hüququ onun vərəsələrinə, hüquqi şəxs yenidən təşkil
edildikdə isə yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxsə
keçir.
Mülki qanunvericilik daşınmaz əşyalara mülkiyyət hüququnun əldə
edilməsində bir sıra qaydalar müəyyən etmişdir. Həmin qaydalardan biri də
daşınmaz əmlakın satılmasına (verilməsinə) dair əqdlərin dövlət reyestrində
qeydə alınmasıdır. Belə ki, bu cür əmlaka mülkiyyət hüququ onun verilməsinin
daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi
qeydə alınanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində
fasiləsiz və etirazsız sahiblik etmişsə, daha həmin sahə barəsində ona etiraz
edilə bilməz.
Mülkiyyətçisi olmayan daşınmaz əmlakın əldə edilməsində isə mühüm
tələb qanunvericiliklə müəyyən edilmiş əldəetmə müddətinin şərtlərinə riayət
edilməsidir.
Konstitusiya
və
mülki
qanunvericiliyin
mülkiyyət
hüququnun
toxunulmazlığını təsbit etməsi, bu və ya digər əmlak üzərində bütün hallarda
fiziki və hüquqi şəxslərin mülkiyyət hüququnun təsdiq olunmasını təmin etməsi
demək deyildir.
Biz, bir şəxsdə mülkiyyət hüququna xitam verilməsinin digər şəxsdə
mülkiyyət hüququnun əldə edilməsi ilə nəticələnməsi barədə çoxlu misallar
gətirmişik. Lakin ola bilər ki, mülkiyyət hüququna xitam verilməsi onun digər
şəxsdə əmələ gəlməsi ilə nəticələnməsin. Bu əşyanın mülkiyyətçi tərəfindən
istifadə olunması hallarından başqa, mülkiyyətçinin onu məhv etməsi zamanı da
baş verə bilər. Məsələn, ona lazım olmadıqda və ya səlahiyyətli dövlət orqanının
tapşırığı ilə xəstə mal-qaranın məhv edilməsi və s.
Deyilən səbəblər bəzən, ümumiyyətlə, hüquqi cəhətdən tənzimlənmə tələb
Dostları ilə paylaş: |