115
Atılmış başqa əmlak onu sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman
daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz
hesab edilir.
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarından biri de tapıntıdır.
Tapıntı o əşyalar hesab olunur ki, mülkiyyətçinin və ya onun səlahiyyətlərini
həyata keçirən şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən onun
sahibliyindən çıxmış və kimsə tərəfindən tapılmış olsun.
İtirilmiş əşyanı tapan şəxs tapıntı
barədə
onu itirmiş şəxsə
(mülkiyyətçisinə), əgər mülkiyyətçi məlum deyilsə, onda polisə dərhal xəbər
verməli və həmin əşyanı təhvil verməlidir. Əşyanı tapan şəxsə mülkiyyətçinin
məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi
hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan birillik
müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət
hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara
xitam verilir.
Əşyanı tapan şəxs, onu mülkiyyətçisinə verdiyi zaman tapılmış əşyanın
dəyərinin 5 %-i miqdarında bəxşiş tələb edə bilər.
Tapıntı ilə dəfinənin müəyyən oxşarlığı var. Bu hər ikisində gözlənilmədən
özgə əmlakının tapılmasıdır. Bununla bərabər dəfinənin özünün xüsusiyyətləri
var. Dəfinə, yəni müəyyən niyyətlə torpağa basdırılmış və ya sair üsullarla
gizlədilmiş elə pul və ya qiymətli əşyalardır ki, onun mülkiyyətçisini müəyyən
etmək olmur və ya mülkiyyətçi qanuna əsasən, bu əşyalara mülkiyyət hüququnu
itirmiş olur. Mülkiyyətçinin iradəsindən asılı olmayaraq itirilmiş tapıntıdan fərqli
olaraq, dəfinəni düşünülmüş qaydada gizlədilən qiymətli əşya hesab etmək olar.
Dəfinənin aşkar edilməsi üsulları müxtəlifdir. Əgər dəfinənin mülkiyyətçisini
müəyyənləşdirmək mümkün olmasa, onda dəfinə, onun gizlədildiyi torpaq
sahəsinin və yaxud tikilinin mənsub olduğu şəxslə dəfinəni aşkar etmiş şəxsin
mülkiyyətinə, bərabər paylar şəklində daxil olur. Dəfinənin aşkar edilməsi şəxsin
əmək və ya qulluq vəzifələrindən irəli gəlmirsə, həmin şəxs dövlətə təhvil verdiyi
qiymətli əşyanın dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdir.
Mülkiyyət hüququnun əldə edilməsi üsullarından olan nəzarətsiz
heyvanların hüquqi rejimindən Mülki Məcəllənin 192-ci maddəsində bəhs edilir.
Həmin maddəyə uyğun olaraq, nəzarətsiz və ya otlamağa buraxılmış mal-qaranı
və ya digər nəzarətsiz heyvanları tutan şəxs onları mülkiyyətçisinə qaytarmalıdır,
heyvanların mülkiyyətçisi və ya onun olduğu yer bilinmədikdə isə onları tutduğu
andan ən geci üç gün keçənədək aşkar etdiyi heyvanlar barədə polisə xəbər
verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər görməlidir.
Nəzarətsiz ev heyvanlarının tutulması barədə xəbər verildiyi gündən altı ay
müddətində onların mülkiyyətçisi aşkar edilməzsə və ya özü onlara hüququnu
bildirməzsə, heyvanları saxlayan və onlardan istifadə edən şəxs onlara
mülkiyyət hüququ əldə edir. Həmin şəxs saxladığı heyvanları mülkiyyətə
götürməkdən imtina etdikdə, onlar dövlət mülkiyyətinə daxil olur.
Nəzarətsiz heyvanlar mülkiyyətçisinə qaytarıldıqda, onları saxlamış şəxs,
heyvanlardan istifadə nəticəsində götürdüyü mənfəəti çıxmaq şərtilə, onların
saxlanması ilə bağlı çəkdiyi zəruri xərclərin əvəzinin heyvanların mülkiyyətçisi
tərəfindən ödənilməsi hüququna malikdir. Nəzarətsiz heyvanları tutmuş şəxs
onların mülkiyyətçisindən tutduğu heyvanların dəyərinin 5 %-i miqdarında bəxşiş
tələb edə bilər. Bundan başqa, nəzarətsiz heyvanları tutan şəxs səlahiyyətli
şəxsdən həmin heyvanlar saxlanması xərclərinin əvəzini ödəməyi de tələb edə
bilər. Əgər heyvanları tutan şəxs bu barədə məlumat verməmişsə və ya onu
gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir.
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarından bırı də mülkiyyətin
116
əldəetmə müddətidir. Müddəti əldə edənin mülkiyyət hüququ əvvəlki
mülkiyyətçinin iradəsindən asılı olmayaraq əmələ gəlir. Həm fiziki, həm də hüquqi
şəxslərin əldəetmə müddətinə görə mülkiyyət hüququ yarana bilər.
Əldəetmə müddətinə görə mülkiyyət hüququnun yaranması üçün qanunda
nəzərdə tutulan müəyyən şərtlərin (rekvizitlərin) olması vacibdir.
Birinci, qanunda nəzərdə tutulmuş əldəetmə müddətinin vaxtı başa
çatmalıdır. Bu zaman daşınmaz (məsələn, ev və s.) və daşınar (avtomobil və s.)
əmlaka mülkiyyət hüququnun əldə olunması bir-birindən fərqlənir. Daşınmaz
əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla,
açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət
hüququ əldə edir (Mülki Məcəllənin 179.1-ci maddəsi).
İkinci, müddətli əldə edən əmlakı öz şəxsi əmlakı kimi əldə edərkən onun
digər mülkiyyətçisinin olmamasını nəzərə almalıdır, əks halda müddətli
əldəetmənin rekvizitləri yox olmuş olur, həm də sahibliyin vicdanlılıq və aşkarlığı
şübhə altına alınmış olur.
Üçüncü, o əmlakı vicdanlı əldə etməlidir. Bu o deməkdir ki, əmlakı əldə
edən həmin əmlak üzərində mülkiyyət hüququna malik olmamasını bilmir və
bilməməlidir. Belə ki, hüquq təsdiqedici sənədlərin olmaması (məsələn, yaşayış
evinə) hələ əldə edənin vicdansız olmasına dəlalət etmir.
Dördüncü, əmlakı əldə edən onu açıq əldə etməli, gizlətməməlidir. Əks
halda onun həm vicdanlı, həm də qanunla tələb olunan rekvizitlərinin olmasına
şübhə yaranar.
Beşinci, müddətli əldəetmə yuxarıda deyilən şərtlərə cavab verməklə həm
də daimi (fasiləsiz) olmalıdır. Müddətli əldəetmə üzrə mülkiyyət hüququnun
əmələ gəlməsinin axma müddəti əldə edənin əmlakı sahibinə qaytarmaq barədə
öhdəliklərinin etiraf olunması və ya ona səlahiyyətli şəxs tərəfindən əmlakın
qaytarılması barədə təqdim olunan iddia ilə kəsilmiş olur.
Mülki qanunvericilik özbaşına tikinti və onun nəticələrini də mülkiyyət
hüququnun əldə edilməsinin ilkin üsullarına şamil edir. Tikinti məqsədləri üçün
ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya
şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş
yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti
sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun
tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər
əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə özbaşına tikilmiş tikintilər məhkəmənin
qətnaməsinə əsasən, əvəzsiz olaraq alınıb bələdiyyə fonduna verilə bilər və ya
yerli orqanların qərarına əsasən, onları tikdirən şəxs tərəfindən və ya onun
hesabına sökülə bilər.
Belə tikintilərə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına
bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin
saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini
pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa,
göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (Mülki
Məcəllənin 180.3-cü maddəsi).
Mülkiyyət hüququnun əldə edilməsinin mühüm üsullarından biri də törəmə
üsuldur. Törəmə üsulla mülkiyyət hüququnun yaranması dedikdə, əmlak
üzərində mülkiyyət hüququnun əvvəlki mülkiyyətçinin hüququndan törəməsi
başa düşülür.
Ölkəmizdə vaxtilə - sosialist inqilabı nəticəsində mülkiyyətin hökmran
növünün əmələ gəlməsində milliləşdirmə mühüm rol oynamışdır. Milliləşdirmə
dedikdə, istehsal vasitələrinin normativ qaydada məcburi dəyəri ödənilmədən
dövlətin xeyrinə olaraq alınması başa düşülür.
Milliləşdirmə üçün aşağıdakılar səciyyəvidir:
Dostları ilə paylaş: |