119
etmir (mülkiyyətçi öz əmlakmı məhv edərkən, əgər bu hərəkət başqalarının
maraqlarına toxunmursa), bəzən də bu səbəblər təkcə mülkiyyət hüququ
normalarının deyil, digər hüquq normalarının təsirinə düşmüş olur. Məsələn,
sığorta, zərərvurma nəticəsində yaranan öhdəliklər və s.
Mülki qanunvericiliyə əsasən, mülkiyyət hüququnun itirilməsinin (xitamının)
aşağıdakı növləri fərqləndirilir:
1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi,
habelə daşınmaz əmlakın tamamilə məhv olması;
2. Daşınar əşyanın mülkiyyətçisinin mülkiyyət hüququndan imtina etməsi,
əşyanın məhv olması və ya sonralar hər hansı başqa şəxsin bu əşyaya
mülkiyyət hüququnu əldə etməsi;
3. Öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;
4. Qanuna
görə həmin şəxsə mənsub ola bilməyən əmlakım
özgəninkiləşdirilməsi;
5. Sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;
6. Təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;
7. Rekvizisiya;
8. Müsadirə.
Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə
nəzərdə
tutulmuş
qaydada
fiziki
və
hüquqi
şəxslərin
mülkiyyətinə
özgəninkiləşdirilir.
Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və
cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun
dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər.
4.
Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi.
Mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin
ən mühüm problemlərindən biridir. Məlumdur ki, hüquqi dövlət quruluşu olan
cəmiyyətlərdə mülkiyyət-iqtisadi münasibətləri həmişə hüquqi təminata bağlıdır.
Bu öz əksini respublikanın yeni qəbul edilmiş Konstitusiyasında da tapmışdır.
Mülkiyyət toxunulmazlığı, vətəndaşların şəxsi işlərinə özbaşına müdaxilənin
yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsi, mülkiyyət
hüququnun bütün formalarının bərabərliyi və s. prinsipləri təsbit etməklə
Konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətimizin ən mühüm
vəzifələrindən biri hesab edir.
Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu
hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş
hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki
qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir.
Göstərilən vasitələr özünün hüquqi təbiətinə görə bir neçə qrupa bölünür.
Mülkiyyət hüququnun müdafiəsi vasitələri içərisində hər şeydən əvvəl əşya
hüquqi iddiaları qeyd etmək lazımdır. O vasitələri ki, onlar konkret vəzifələrlə
bağlı deyildir, vəzifələri ya mülkiyyətçinin əşya üzərində sahiblik, ondan istifadə
və barəsində sərəncamını bərpa etmək, ya da bu səlahiyyətlərin mülkiyyətçi
tərəfindən həyata keçirilməsində maneələri və ya şübhələri yox etməkdir.
Müvafiq olaraq əşya-hüquqi iddialara başqasının qanunsuz sahib olduğu
əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi (vindikasiya iddiası), pozulmuş
hüquqlar sahiblikdən məhrumedilmə ilə əlaqədar olmadıqda da öz hüquqlarının
bərpa edilməsi (neqator iddia) və nəhayət, mülkiyyət hüququnun etiraf edilməsi
120
haqqında iddialardır. Daha dəqiq desək, konkret subyektiv hüquq kimi mülkiyyət
hüququ qeyd etdiyimiz iddialarla müdafiə olunur.
Mülkiyyət hüququnun müdafiəsinin ikinci, mülki-hüquqi vasitələr qrupu
öhdəlik-hüquq xarakterli vasitələrdir. Onlara, məsələn, mülkiyyətçiyə dəymiş
zərərin ödənilməsi, əsassız olaraq əldə edilmiş əmlakın alınması iddiaları və s.
aiddir. Bütün bunlar üçün xarakterik cəhət odur ki, onları təşkil edən tələblər
mülkiyyət hüququndan deyil, digər hüquq institutlarından və bu institutlara uyğun
olan subyektiv hüquqlardan irəli gəlir. Məsələn, mülkiyyətçi əmlakı icarəyə
verdikdə öz hüquqlarını müqavilə hüququ normaları ilə müdafiə edir.
Mülkiyyət hüququnun müdafiəsinin mülki-hüquqi vasitələrinin üçüncü
qrupunu onlar təşkil edir ki, onlar, nə əşya-hüquq, nə də öhdəlik-hüquq xarakterli
vasitələr deyildir, mülki hüququn müxtəlif institutlarından irəli gəlir. Məsələn,
xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizəsi, qanunun tələblərinə müvafiq
olmayan bağlanan əqdlərdə tərəflərin mənafelərinin müdafiəsi belələrindəndir.
Nəhayət, xüsusi, mülki-hüquqi vasitələrin dördüncü qrupuna qanunla
müəyyən olunmuş qaydada mülkiyyət hüququna xitam verilməsi zamanı
mülkiyyətçinin mənafelərinin müdafiəsinə yönələn vasitələr daxildir.
Azərbaycan Respublikası və ya Naxçıvan Muxtar Respublikası mülkiyyət
hüququna xitam verən qanunvericilik aktları qəbul etdikdə həmin aktların qəbul
olunması nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi məhkəmənin qərarı ilə
Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilir.
Dövlət idarəetmə orqanları və ya yerli orqanlar tərəfindən qanuna uyğun
gəlməyən aktın qəbul edilməsi nəticəsində mülkiyyətçinin və başqa şəxslərin
onlara məxsus əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam
hüquqları pozularsa, həmin akt mülkiyyətçinin və ya hüquqları pozulan şəxsin
iddiasına əsasən, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Dövlət orqanının mülkiyyətçidən əmlakın bilavasitə alınmasına yönəldilən
qərarı ilə əlaqədar olaraq mülkiyyət hüququna xitam verilməsinə yalnız
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda
və qaydada yol verilir. Bu zaman mülkiyyətçiyə eyni dəyərə malik əmlak verilir
və ya dəymiş zərərin əvəzi tam həcmdə ödənilir.
Mülkiyyətçi, mülkiyyət hüququna xitam verən qərarla razılaşmadıqda,
məhkəmə mübahisəni həll edənədək həmin qərar icra edilə bilməz.
Mülkiyyət hüququnun müdafiə olunmasının mülki-hüquqi vasitələrindən biri
kimi başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb
edilməsi - vindikasiya iddiasını göstərmək olar.
Böyük nəzəri və praktik əhəmiyyət kəsb edən vindikasiya qaydaları çox
vaxt öyrənilən institutun hüdudlarından kənara çıxır.
Vindikasiya iddiası dedikdə (lat. Vim dicere - güc tətbiq etmək haqqında
xəbərdarlıq etmə) əmlakın, ona sahiblik etməyən mülkiyyətçinin faktiki sahiblik
edəndən, naturada qaytarılması haqqında müqavilədən kənar tələbi başa
düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi
üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. Hər şeydən əvvəl mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum
olunmalıdır. Əgər əmlak mülkiyyətçidədirsə, lakin ona sahiblik və
üzərində sərəncam hüquqlarını başqaları mənimsəyir və ya bu
hüquqların həyata keçirilməsinə mane olursa, onda mülkiyyət
hüququnun müdafiəsinin digər üsulları, konkret misalda mülkiyyət
hüququnun etiraf edilməsi və ya mülkiyyətçinin hüquqlarının sahiblikdən
məhrum edilməklə əlaqədar olmayan pozuntulardan müdafiəsi tətbiq
edilir.
2. Vindikasiya iddiasının irəli sürülməsi üçün mühüm şərtlərdən biri də
Dostları ilə paylaş: |