125
səlahiyyətlərinin həyata keçirilməsinin əsaslarına xidmət edir.
İddianın əsasını iddiaçının əmlak üzərində mülkiyyət və s. əşya
hüquqlarının olmasını təsdiq edən hallar təşkil edir.
Mülkiyyət hüququnun müdafiəsinin onun etiraf edilməsi yolu ilə təmin
olunmasının əsas şərti iddiaçının əmlaka öz hüquqlarının təsdiq etməsidir. Bu
onun əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquq təsdiqedici sənədlərdən,
habelə mübahisəli əşyanın ona məxsus olmasını təsdiq edən digər vasitələrdən
irəli gələ bilər.
Neqator iddiada olduğu kimi mülkiyyət hüququnun etiraf edilməsi haqqında
iddia üzrə hüquq münasibətlərinə də iddia müddəti təsir etmir.
Belə ki, iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş
hüququn müdafiə edilməsinə dair tələb istənilən vaxt baxılmaq üçün məhkəmə
tərəfindən qəbul edilir.
Bütün yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək lazımdır ki,
mülkiyyətin və digər əşya hüquqlarının müdafiəsi üçün qanunvericilik tərəfindən
lazımi və təsirli üsullar müəyyən edilmişdir. Bu üsullar ölkəmizdə mülkiyyətin
Konstitusiya ilə təsbit edilmiş formalarının möhkəmlənməsinə və onun inkişaf
etməsinə xidmət edir.
126
MÖVZU 6. ƏMƏK HÜQUQUNUN ƏSASLARI
P L A N
1. Əmək hüququnun anlayışı və mənbələri.
2. Kollektiv müqavilə və saziş.
3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi.
4. Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu.
5. Əmək müqaviləsinin bağlanması qaydası və əmək müqaviləsinə xitam
verilməsinin əsasları
6. İş vaxtının və istirahət vaxtının anlayışı və növləri.
7. Əmək intizamı və maddi məsuliyyət.
8. Əməyin mühafizəsi.
9. Əmək mübahisələri: fərdi və kollektiv əmək mübahisələri.
1. Əmək hüququnun anlayışı və mənbələri.
Ümumi hüquq nəzəriyyəsindən məlum olduğu kimi, hüququn sahələrə və
institutlara bölünməsi, hüquqi tənzimetmənin predmet və metodları nəzərə alınmaqla
həyata keçirilir. Bu predmetin müəyyən edilməsi həmin hüquq sahəsinin normaları ilə
nizama salınan ictimai münasibətlərin təyin edilməsi və onların müəyyən qruplarda
təsnifləşdirilməsi deməkdir.
Əmək hüququ - milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və
təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu
əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya
hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini
bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur.
Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə
işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək
qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair
müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir.
Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi
üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək
üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər.
Əmək müqaviləsi əsasında muzdlu əmək münasibətləri, vətəndaşın (işçinin)
müəssisənin daxili əmək qaydalarına, əmək rejiminə və əməyin təşkilinin digər
xüsusiyyətlərinə tabe olmaqla müəyyən ixtisas, peşə və vəzifə üzrə əmək funksiyasını
yerinə yetirmək məqsədilə müəssisənin əmək kollektivinə daxil olması ilə əmələ gəlir.
Əmək münasibətlərinin tənzimlənməsi ilə əmək hüquq münasibətləri yaranır.
127
Əmək hüquq münasibətlərinin məzmununu subyektlərin (tərəflərin) bu hüquq
münasibətlərinin yarandığı andan əldə etdikləri konkret hüquq və vəzifələr təşkil edir.
Bir tərəfin (işçinin) hüququ digər tərəfin (müdiriyyətin) konkret vəzifələrinə uyğundur
və ya əksinə. Məsələn, işçinin əmək haqqı almaq hüququ müdiriyyətin işçiyə əmək
haqqını ödəmək vəzifəsilə həyata keçir.
Lakin əmək hüququnun predmeti yalnız muzdlu əmək münasibətlərindən ibarət
deyildir. Bura əməklə sıx bağlı olan və törəmə adlanan aşağıdakı ictimai münasibətlər
də daxildir:
1) məşğulluq və işədüzəltmə üzrə münasibətlər;
2) təşkilati-idarəçilik münasibətləri;
3) istehsalatda kadrların peşə hazırlığı və ixtisasının artırılması üzrə
münasibətlər;
4) əmək müqaviləsi tərəflərinin bir-birinə vurduqları maddi ziyanın ödənilməsi ilə
bağlı münasibətlər;
5) əməyin mühafizəsi və işçilərin sağlamlığı üzrə münasibətlər;
6)
əmək mübahisələrinə baxılması üzrə münasibətlər və s.
Beləliklə, əmək qanunvericiliyi ilə tənzimlənən sosial-ictimai münasibətlərin
dairəsini müəyyən etməklə əmək hüququnun aşağıdakı anlayışını vermək olar:
Əmək hüququ milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən
arasında yaranan əmək münasibətlərini, habelə onlarla sıx bağlı olan digər
törəmə münasibətləri nizama salan hüquq normalarının məcmusudur.
Əmək hüququ Azərbaycanın hüquq sistemində xüsusi yer tutur. O, işçilərin işə
qəbul olunma, başqa işəkeçirmə və işdənçıxarılma qaydalarını, əməyin ödənilməsi
sistemi və normalarını, əməkdəki nailiyyətlərinə görə həvəsləndirməni, əmək və icra
intizamının pozulmasına görə intizam tənbeh tədbirlərinin tətbiqini, fərdi və kollektiv
əmək mübahisələrinə baxılması qaydalarını müəyyən edir.
Əmək hüquq normalarının təsbit edildiyi normativ hüquqi aktlar əmək hüququnun
mənbələri adlanır. Əmək hüququnun mənbələri hər şeydən əvvəl əmək
qanunvericiliyinin müəyyən normativ aktlarda ifadəsinin formasıdır. Bu cür normativ
aktlarda isə həm əmək hüquq normaları, həm də kompleks hüquq normaları mövcud
ola bilər.
Əmək hüququnun mənbələri içərisində əsas yeri Azərbaycan Respublikasının 12
noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiya yüksək hüquqi qüvvəyə malik olub,
qanunvericiliyin əsasını təşkil etdiyinə görə bütün qanunlar və digər dövlət
orqanlarının aktları onun əsasında və ona müvafiq qaydada qəbul edilir. Burada
əməyin
hüquqi tənzimləməsinin başlıca əsas
prinsipləri müəyyən edilib.
Konstitusiyanın 35-ci (əmək hüququ), 36-cı (tətil hüququ), 37-ci (istirahət hüququ), 38-
ci (sosial təminat hüququ), 41-ci (sağlamlığın qorunması hüququ), 59-cu (azad
sahibkarlıq hüququ) və s. maddələrində təsbit edilən bu prinsiplər milli əmək
qanunvericiliyimızin əsas mahiyyəti və məzmununu təşkil edir.
Əmək hüququnun mənbələri sistemində konstitusiyadan sonra başlıca yeri
Azərbaycan Respublikasının Əmək Məcəlləsi tutur (Azərbaycan Respublikasının
1999-cu il 1 fevral tarixli qanunu ilə təsdiq edilmiş və 1999-cu il iyulun 1-dən qüvvəyə
mimişdir).
Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublika ərazisində əmək
münasibətlərini nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən
qanunvericilik aktıdır.
İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla
müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən
Dostları ilə paylaş: |