121
odur ki, mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki
sahibliyində natura halında qalmış olsun.
Əgər əmlak məhv edilmiş, başqa hala salınmış və ya istifadə edilmişdirsə,
ona olan mülkiyyət hüququna xitam verilir. Bu halda mülkiyyətçi ona dəymiş
zərərin ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Vindikasiya iddiası,
bu iddianın mahiyyətinə uyğun olaraq yalnız fərdən müəyyən edilən əşyaya –
yəni mülkiyyətçinin əilndən çıxan və onun qaytarılmasına yönələn əmlaka
yönələ bilər.
Bu zaman yadda saxlamaq lazımdır ki, fərdən müəyyən edilən əşya ilə
cinsən müəyyən edilən əşya arasındakı fərqlər nisbidir və mülki dövriyyənin
konkret şəraitindən asılı olur. Buna görə də vindikasiya iddiası həmin növ üçün
ümumi xassələrə malik olan bütün əşyalara, məsələn, taxıl, tikinti materialı və s.
irəli sürülə bilər.
Əgər əmlakı faktiki sahibliyində olanın cinsən müəyyən edilən
əşyalarından (əmlakından) ayırmaq mümkün deyilsə, onda vindikasiya iddiası
deyil, əmlakı əsassız əldə etməkdən və ya saxlamaqdan əmələ gələn
öhdəliklərə görə iddia irəli sürülməlidir.
3. Nəhayət, vindikasiya iddiası müqavilə öhdəliklərindən irəli gəlmir, o,
mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi müdafiə edir.
Vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
Bununla yanaşı olaraq, vindikasiya tələbi mülkiyyətçi olmasa da qanuna və
müqaviləyə əsasən, əmlaka sahiblik edənə də məxsus ola bilər. Adətən əmlaka
titul sahibliyi edən belə şəxslər kirayəçi, komisyonçu, podratçı və s. qismində
çıxış edə bilərlər. Burada əmlakı başqasının qanunsuz sahibliyindən mülkiyyətçi
deyil, əmlaka müvəqqəti sahib olan şəxs tələb edir. Əmlakın mülkiyyətçi
tərəfindən deyil, müvəqqəti sahib tərəfindən geri tələb edilməsi üçün şəxs
qanuna və ya müqaviləyə əsasən, əmlakın müvəqqəti sahibi olmasını sübut
etməlidir. Bu zaman həmin şəxs tərəfindən istər vindikasiya, istərsə də neqator
iddia verildikdə bu cür iddia, həm onun, həm də mülkiyyətçinin mənafeyinə
uyğun olur.
Vindikasiya iddiası zamanı cavabdeh qismində vindikasiya prosesində
əmlaka qanunsuz sahib olması sübut olunmalı olan şəxs durur.
Hüquq ədəbiyyatında vindikasiya iddiasının predmeti haqqında müxtəlif
fikirlər, mülahizələr mövcuddur. Bəzi hüquqşünaslar qeyd edirlər ki, vindikasiya
iddiasının predmetini mübahisəli əmlak təşkil edir. Lakin bu fikirlə razılaşmaq
olmaz. Belə ki, əmlak mülki hüququn obyekti hesab edildiyindən, mübahisəli
əmlak da vindikasiya iddiasının ancaq obyektini təşkil edə bilər. Vindikasiya
iddiasının predmeti isə qanunsuz sahiblikdən əmlakın qaytarılması tələbidir.
Əgər iddiaçı əmlakın dəyəri məbləğində ona pul konpensasiyası verilməsi
tələbini irəli sürürsə, o, öz hüquqlarını müdafiənin dəymiş ziyana görə iddia
üsulları ilə təmin edə bilər.
Mülkiyyətçi iddianın predmeti ilə yanaşı olaraq cavabdehə qarşı tələbləri
ilə bağlı olan hüquqi faktların əsaslarını da göstərməlidir. Əmlakın tələbinə dair
iddianın əsasını əmlakın sahiblikdən çıxması səbəbləri, əmlakın cavabdehə
çatması şərtləri, mübahisəli əmlakın naturada olması, iddiaçı ilə cavabdeh
arasında tələb olunan əmlaka dair öhdəlik xarakterli əlaqələrin olmaması təşkil
edir. Göstərilən səbəblərin məcmusu ilə mübahisəli məsələyə iddia hüququ və
onun vindikasiya iddiası ile tələb edilməsi imkanları təsdiq olunur.
Qeyd etmək lazımdır ki, vindikasiya iddiası irəli sürən təkcə əmlaka və
sahiblik imkanından məhrum olmasını deyil, eyni zamanda bu hüquqi imkanın
konkret subyektiv hüquqa əsaslanmasını da sübut etməlidir.
Mülkiyyətçi tərəfindən əmlakın başqasının qanunsuz sahibliyindən geri
122
tələb edilməsində cavabdehin vicdanlı və ya vicdansız sahib olması məsələsinin
müəyyən edilməsinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.3-cü maddəsinə
əsasən, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə
edildikdə və əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib)
mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak
mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs
tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya
özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış
olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə
edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Bundan fərqli olaraq
mülkiyyətçinin vicdanlı sahibindən əmlakını geri tələbetmə məsələsi bir qədər
mürəkkəbdir. Mülkiyyətçi əmlakı vicdanla əldə edən şəxsdən aşağıdakı 3
şərtlərdən biri mövcud olduqda tələb edə bilər:
1. Əmlak mülkiyyətçi tərəfindən və ya onun razılığı ilə sahibliyinə verilmiş
şəxs tərəfindən itirilmiş olduqda.
2. Əmlak hər birindən oğurlanmış olduqda.
3. Əmlak onların iradəsindən asılı olmayaraq sair yollarla onların
sahibliyindən çıxmış olduqda.
Göstərilən bu üç şərtdən biri mövcud olarsa mülkiyyətçi öz əmlakını
vicdanlı sahibindən geri tələb edə bilər. Əgər əmlak mülkiyyətçinin kobud
diqqətsizliyi nəticəsində onun sahibliyindən çıxmışdırsa, burada əmlakın geri
tələb edilməsi məsələsi bir qədər mürəkkəbləşir. Mülkiyyətçi öz əmlakını
saxlamaq üçün başqasına vermişsə və həmin şəxs mülkiyyətçinin etibarından
sui-istifadə edərək onu vicdanlı əldə edənə satırsa, bu halda vindikasiya iddiası
vicdanlı əldə edənə qarşı qaldırıla bilməz. Bu hallarda qanun əmlakı vicdanlı
əldə edənin hüquqlarını qoruyur və o mürəkkəb hüquqi tərkiblər əsasında əldə
etdiyi əmlakın mülkiyyətçisi olur.
Mülkiyyətçinin əlindən əmlakın onun iradəsilə çıxdığı halda əmlakı əvəzli
surətdə vicdanlı əldə edən mülkiyyətçiyə dəyən ziyanın əvəzini ödəməli olur. Bu
zaman mülkiyyətçidən fərqli olaraq əmlakı əldə edən əmlakı satan haqqında
daha çox təsəvvürə malik olur. Buna əsasən, əmlak mülkiyyətçiyə qaytarılır,
əmlakı əvəzli surətdə vicdanlı əldə edən ona dəymiş ziyanın satıcı tərəfindən
ödənilməsi tələbini irəli sürmək imkanı əldə edir.
Mülkiyyət
formasından
və
növündən
asılı
olmayaraq
əmlak
vindikasiyasının ümumi şərtləri belədir.
Lakin qanunvericilik əmlak vindikasiyasında bir müstəsna hala yol verir.
Mülki Məcəllənin 157.3-cü maddəsinə (maddə 24 iyun 2005 tarixli qanunla
çıxarılmışdır) əsasən, pul, habelə adsız qiymətli kağızlar vicdanlı əldə edəndən
geri tələb oluna bilməz.
Başqasının qanunsuz sahibliyində olan əmlak tələb olunarkən, çox vaxt
həmin əmlakın gətirdiyi gəlirə görə tərəflər arasında mübahisələr yaranır.
Qanun burada əmlakın vicdanlı və ya vicdansız yolla əldə olunmasını
fərqləndirir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb
edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli
olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun
götürdüyu və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin
ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin
qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın
qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan
götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin
ödənilməsini tələb edə bilər.
Söhbət o gəlirdən gedə bilər ki, o qanunsuz sahiblikdə olan əmlakdan
Dostları ilə paylaş: |