123
əmələ gəlsin. Bununla əlaqədar verilən iddialar mülkiyyətçi tərəfindən
əsaslandırılmalıdır.
İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə, öz növbəsində
əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri
məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
Zəruri məsrəflər dedikdə, əmlakın qorunmasına, saxlanmasına, cari və
əsaslı təmirinə sərf olunan məsrəflər başa düşülməlidir.
Gəlir və məsrəflərin hesablanması ilə yanaşı, qanunvericilik əmlakın
yaxşılaşdırılması üçün edilən əlavələrin taleyini də həll edir.
Başqasının qanunsuz sahib olduğu əmlakı tələb etmək hüququ ilə yanaşı,
pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da
mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə
bilər. Belə bir hüquq neqator iddia ilə təmin olunur (lat actio neqotoria - inkar
etmə iddiası). Neqator iddia dedikdə, mülkiyyətçinin ona məxsus olan əmlakdan
istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane
olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı
müqavilədən kənar tələbi başa düşülür. Vindikasiya iddiası kimi, neqator iddia da
mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia
mübahisə doğuran əşyaya görə mülkiyyətçi və üçüncü şəxslər öhdəlik və sair
münasibətlərdə olmadıqda və baş vermiş hüquq pozuntusu subyektiv mülkiyyət
hüququnun xitamına səbəb olmadıqda irəli sürülür.
Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka
sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından
məhrum olduqda malik olur.
Mülkiyyət hüququnun həyata keçirilməsinə özünün qanunazidd hərəkətləri
ilə mane olan şəxs cavabdeh qismindədir.
Neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan
pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda
üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə
mülkiyyətçiyə əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə
törədir. Məsələn, qonşu tərəfindən torpaq sahəsinin qanunsuz çəpərlənməsi
aparılan tikintiyə mane ola bilər və ya bilavasitə tikinti anbarlarına yaxın
ağacların əkilməsi və s.
Elə hallar ola bilər ki, maneələr mülkiyyətçinin əmlaka sərəncam
səlahiyyətlərinin həyata keçirilməsinə imkan verməsin. Məsələn, borclunun
əmlakına həbs qoyularkən, ola bilsin ki, əmlakın içində üçüncü şəxsə məxsus
əşya olsun və bu zaman o, bu əşya üzərində sərəncam səlahiyyətlərini yerinə
yetirə bilməsin və s.
Maliyyə, vergi orqanları tərəfindən əmlakına qoyulmuş məhdudiyyətlərin
götürülməsi barədə müəssisələrin iddiası da neqator iddia hesab oluna bilər.
Neqator iddia mülkiyyət hüququnun həyata keçirilməsinə yönəldilən
maneə təhlükəsinin olması imkanları olduqda da irəli sürülə bilər. Məsələn,
neqator iddia mülkiyyətçi, onun əmlakdan istifadə səlahiyyətlərinə mane ola
biləcək tikintinin inşasının layihələşdirilməsinə qarşı da qaldırıla bilər.
Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, barəsində
sərəncam hüquqlarının əsasları və bu səlahiyyətlərin həyata keçirilməsinə
üçüncü şəxsin fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir.
İddia hüquq pozuntusunun davam etdiyi və onun nəticələrinin aradan
qaldırılmadığı müddətdə
qaldırıla bilər.
Mülkiyyət
hüququnun həyata
keçirilməsinə olan maneələr aradan qaldırıldıqdan sonra neqator müdafiə üçün
əsaslar aradan qalxmış olur.
Demək, vindikasiya iddiasından fərqli olaraq neqator iddia üzrə hüquq
münasibətləri iddia müddətinin təsirinə məruz qalmır. Burada hüquq
124
pozuntusunun baş vermə müddəti əhəmiyyət kəsb etmir, çünki iddia bu
pozuntunun davam etdiyi vaxtda istənilən anda qaldırıla bilər.
Əgər üçüncü şəxs özünün hərəkətlərinin hüquqa uyğun olduğunu sübut
edərsə, neqator iddianın təmini rədd edilir.
Vindikasiya və neqator iddialardan başqa mülkiyyət hüququnun müdafiəsi
daha bir əşya-hüquqi vasitə ilə - mülkiyyət hüququnun etiraf edilməsi haqqında
iddia ilə təmin oluna bilər. Qeyd olunmalıdır ki, bu başlıq altında olan iddialar
daha çox məhkəmə praktikasında işlədilir və onların böyük əksəriyyəti ya
öhdəlik-hüquqi xarakter daşıyır, ya da tərəflərin nisbi hüquq münasibətlərindən
əmələ gəlir. Belə münasibətlər müqavilə öhdəlikləri, vərəsəlik hüququ normaları
və s. ilə tənzimlənir. Nisbi hüquqi tellərlə bağlı olmayan, üçüncü şəxslərə
yönələn iddialara da rast gəlinir. Belə hallara misal olaraq tikinti sahibinin onun
tikintiyə mülkiyyət hüququnun tanınmasını təsdiqləyən hüquq müəyyənedici
sənədlərin verilməsi barədə yerli idarəetmə orqanlarına tələbini göstərmək olar.
Ədəbiyyatda belə tələblərin hüquqi təbiəti müxtəlif cür qiymətləndirilir.
Bəzən müəlliflərin fikrinə görə, mülki qanunvericilik mülkiyyət hüququnun
etiraf edilməsinə dair müstəqil iddia tanımır. Mülkiyyət hüququnun etiraf edilməsi
tələbi, onların fikrincə, vindikasiya və neqator iddianın tərkibi kimi çıxış edir.
Digər müəlliflər, tamamilə, haqlı olaraq deyilən iddiaya müstəqil əşya-
hüquqi vasitə kimi baxırlar.
Həqiqətən də, deyilən iddianı müstəqil iddia kimi qəbul etmədikdə
mülkiyyətçilərin bir çox konkret halda tələbinin hüquqi təsnifini vermək mümkün
olmaz. Məsələn, mülkiyyətçi maddi köməklik məqsədilə öz əşyasını müvəqqəti
olaraq əvəzsiz lombarda qoymaq üçün başqasına verir. Tərəflər razılığa gəlirlər
ki, ssuda borcları verildikdən sonra əşya mülkiyyətçiyə qaytarılacaqdır.
Belə müqavilə, hərçənd müqavilə tiplərinin hər hansı birinə uyğun gəlməsə
də hər halda öhdəliklər yaradır. Hesab edək ki, əşyanı mülkiyyətçidən alan şəxs
ssuda borclarının ödənilməsinə qədər vəfat edir. Mülkiyyətçi əşyaya olan
hüquqlarını necə müdafiə edə bilər? Bu halda tələbin vindikasiya iddiası üzrə
yönəldilməsi düz olmazdı, belə ki, lombardın əşyaya sahibliyini qanunsuz hesab
etmək olmaz, çünki, girov qoyan mülkiyyətçinin iradəsinə əsasən hərəkət
etmişdir. Bu zaman neqator iddianın köməyinə də arxalanmaq olmaz, çünki
mülkiyyətçi sahiblikdən məhrum olmuşdur. Belə olan təqdirdə mülkiyyətçi yalnız
müstəqil tələblə, mülkiyyət hüququnun etiraf edilməsi iddiası ilə çıxış edə bilər.
Beləliklə, mülkiyyət hüququnun etiraf edilməsi iddiası dedikdə, mübahisəli
əmlak üzərində iddiaçının mülkiyyət hüququ faktının üçüncü şəxslər qarşısında
təsdiq edilməsi və tanınması ilə bağlı müqavilədən kənar tələbi başa düşülür.
İddia mülkiyyətçi tərəfindən, onunla mübahisə doğuran əşyaya görə
öhdəlik və sair hüquq münasibətində olmayan, mülkiyyətçinin həmin əmlak
üzərində hüquqlarını bölən, inkar edən və tanımayan üçüncü şəxsə qarşı
qaldırıla bilər. Deyilən iddianı qaldırmaq hüququna eyni zamanda əmlak
üzərində titul sahibliyi, xüsusilə tam təsərrüfatçılıq aparan və operativ idarəçilik
edən subyektlər də malikdir.
Cavabdeh kimi belə hallarda əşyaya öz hüquqlarını elan edən və ya
etməməklə iddiaçının həmin əşyaya mülkiyyət hüququnu tanımayan üçüncü
şəxslər çıxış edir.
Mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddianın predmeti
cavabdehdən hər hansı bir öhdəliyin icrasını tələb etməyən, yalnız iddiaçının
mülkiyyət hüququnun və başqa əşya hüquqlarının tanınması faktının təsdiqi
hesab olunur. Mülkiyyət hüququnun etiraf edilməsi hüquqda şübhələri dağıdır,
hüquqda lazım olan inamı təmin edir, tərəflər arasında hüquq münasibətlərinə
aydınlıq gətirir, əmlak üzərində sahiblik, ondan istifadə və barəsində sərəncam
Dostları ilə paylaş: |