74
3) Tərəflərin təşəbbüskarlığı;
4) Münasibətlərin bir qayda olaraq iddia qaydasında müdafiəsi;
5) Tərəflərin əmlak məsuliyyəti.
Subyektlərin hüquq bərabərliyinə əsaslanan, əmlak və şəxsi qeyri-əmlak
münasibətlərini tənzim edən mülki hüquq normaları nizamsız vəziyyətdə deyil,
müəyyən sistemdə düzülmüşlər. Mülki hüquq institutlarının müəyyən məntiqi
ardıcıllıqla düzülüşünə mülki hüququn sistemi deyilir. Mülki hüquq institutu
dedikdə isə, eyni cinsli münasibətləri tənzim edən hüquq normalarının məcmusu
başa düşülür. Məsələn, mülkiyyət münasibətlərini tənzim edən hüquq
normalarının məcmusu mülkiyyət hüququ institutu adlanır.
Mülki hüququn sistemi obyektiv surətdə formalaşmışdır və mülki hüququn
predmetinə daxil olan ictimai münasibətlərin spesifik xüsusiyyətlərinə əsaslanır.
Digər müstəqil hüquq sahələri kimi mülki hüququn sistemi də iki hissədən -
ümumi və xüsusi hissələrdən ibarətdir. Mülki hüququn predmetinə daxil olan
saysız-hesabsız ictimai münasibətlərin ümumi xüsusiyyətləri onların hüquqi
tənzimləmə vahidliyini, bu münasibətlərin konkret növlərinin spesifik əlamətləri
isə onların hüquqi tənzimləmə differensasiyasını qabaqcadan müəyyən edir.
Ümumi hissəyə elə normalar və müddəalar daxildir ki, onlar ümumi
xarakter daşıyır və bütün hüquq institutları, yaxud onların çoxuna eyni dərəcədə
tətbiq edilir. Buraya mülki hüququn predmetini, vəzifələrini, onun əsas
prinsiplərini, mülki hüquq üzrə hüquq münasibətlərini müəyyən edən bölmələr,
habelə şəxslər (fiziki və hüquqi), əşya hüququ, o cümlədən mülkiyyət hüququ,
əqdlər, müddətlər və öhdəliklər haqqında ümumi müddəalar daxildir. Mülki
hüququn ümumi hissəsinin normaları sayəsində fiziki və hüquqi şəxslər
arasında, habelə onların öz aralarında, fəaliyyətin bütün sahələrində - sənaye,
nəqliyyat, tikinti, ticarət, məişət, kənd təsərrüfatı, sahibkarlıq, əqli fəaliyyət və
digər sahələrdə əmlak münasibətlərinin eyni cür tənzimlənməsi həyata keçirilir.
Mülki hüquqla tənzim olunan ictimai münasibətlərin ayrı-ayrı növlərini və
qruplarını nizama salan normalar mülki hüququn xüsusi hissəsini təşkil edir.
Xüsusi hissə özündə məzmunca müxtəlif mülki hüquq normalarını birləşdirir. Bu
normalar mülki hüquq institutlarında qruplaşdırılır. Mülki hüquq institutu özündə
müəyyən növ ictimai münasibətlərin yalnız bir hissəsini tənzim edən normaları
birləşdirir.
Xüsusi hissəyə müqavilələrdən əmələ gələn öhdəliklər - alqı-satqı,
dəyişmə, bağışlama, əmlak kirayəsi, icarə, borc, lizinq, podrat, tapşırıq, və s.;
qanundan əmələ gələn öhdəliklər - özgə işlərini tapşırıqsız aparma, əsassız
varlanma; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər,
habelə vərəsəlik hüququnu müəyyən edən bölmələr daxildir. Bura, həmçinin,
yaradıcılıq fəaliyyətinin nəticələrinə olan hüquqlar - müəlliflik hüququ, kəşf
hüququ, ixtira, səmərələşdirmə təkliflərinə və sənaye nümunələrinə olan
hüquqları əks etdirən normalar aiddir.
Beləliklə, mülki hüquq normalarının sistem halında qruplaşmasının, nəinki
nəzəri, həm də hüquqyaradıcı və hüquqtətbiqedici orqanlar üçün mühüm
praktiki əhəmiyyəti vardır. Məzmunu mülki hüquq normalarından ibarət olan yeni
normativ aktların qəbul edilməsi zamanı onların mövcud olan hüquq normalarına
uyğunluğunu müəyyənləşdirmək lazımdır. Mülki hüquq normalarının müəyyən
sistemdə qruplaşması bu işi xeyli asanlaşdırır. Əks-təqdirdə, mülki hüquq
normalarının nizamsız vəziyyətdə olması qəbul edilən qanunların onlara
uyğunluğunun müəyyənləşdirilməsində olduqca çətinliklər yaradardı. Mülki
75
hüquq normalarının müəyyən meyarlara görə sistemləşdirilməsi bu normaların
konkret hadisələrə uyğun olaraq axtarılıb-tapılması və tətbiq edilməsini xeyli
asanlaşdırır.
Mülki qanunvericilik (mülki hüququn mənbələri). Mülki hüquq
normalarının, vahidliyi və differensasiyası nəzərə alınmaqla qruplaşdırılması öz
ifadəsini mülki hüququn mənbələri hesab edilən müxtəlif hüquqi normativ
aktlarda tapır. Özündə əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edən,
mülki hüquq normalarmı əks etdirən aktların məcmusuna mülki qanunvericilik
deyilir.
Mülki Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının
mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və
bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki
hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir.
Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi
vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi
əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər
öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan
şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Ailə, əmək münasibətləri, təbii
ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqəli
hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmlak, torpaq, təbiəti mühafizə,
müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa,
mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
Mülki hüququn mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan
Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiyada
mülkiyyət və onun formaları, vətəndaşların mülkiyyət və əqli mülkiyyət hüququ,
şəxsi və mənzil toxunulmazlığı, sağlamlığın qorunması, şərəf və ləyaqətin
müdafiəsi, azad sahibkarlıq, zərərin ödənilməsini tələb etmək və s. hüquqları,
həmçinin, onların həyata keçirilməsi təminatlarını müəyyən edən məsələlər öz
əksini tapmışdır.
Konstitusiyadan sonra mülki hüququn mənbələri içərisində Azərbaycan
Respublikasının 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəlləsi
başlıca yer tutur. 74 fəsildən və 1325 maddədən ibarət olan bu Məcəllənin
ümumi hissəsində (1-566-cı maddələr) mülki hüququn ümumi və prinsipial
müddəaları təsbit olunmuş, xüsusi hissədə (567-1325-ci maddələr) isə öhdəlik
hüququnun bütün növləri müvafiq ardıcıllıqla verilmiş, vərəsəlik hüququnun
ümumi və xüsusi hissəsini tənzim edən normalar sistemləşdirilmişdir.
Vəzifələri mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak
münasibətlərini tənzimləməkdən, onların hüquqlarını və qanuni mənafelərini
müdafİə etməkdən, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi
həyatının və şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaqdan, mülki
dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar
iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarət olan bu Məcəllənin əsas
məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin
azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
Mülki hüququn mənbələrinə həm də Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamları da daxildir. Lakin Nazirlər Kabinetinin qəbul
etdiyi bütün aktlar deyil, yalnız mülki münasibətlər sahəsində qəbul etdiyi qərar
və sərəncamlar mülki hüququn mənbəyini təşkil edir. Bu aktlarla əsasən,
Dostları ilə paylaş: |