64
Hər bir hakimiyyət qolu demokratik cəmiyyətdə müəyyən rolu yerinə yetirir.
Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu isə müxtəlif hüquqi mübahisələrdə
Konstitusiyada, qanunlarda, qanun qüvvəli aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş hüququn aliliyini təmin etməkdir.
Beləliklə, məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını
müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquq-pozmalardan mühafizə edən və
dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən
dövlət hakimiyyətinin bir qoludur.
Dövlət hakimiyyətinin bir qolu olmaq etibarilə məhkəmə hakimiyyəti dövlət
hakimiyyətinin bütün əlamətlərinə malikdir. Buraya aşağıdakı əlamətləri aid etmək olar: a)
dövlət hakimiyyətinin universallığı, yəni qərarların hamıya şamil olunması; b) dövlət
hakimiyyətinin xüsusi aparat vasitəsilə həyata keçirilməsi; c) dövlət hakimiyyətinin
cəmiyyətdə məcburiyyət monopoliyasına malik olması; ç) dövlət hakimiyyətinin suverenliyi.
Bütün bunlarla yanaşı məhkəmə hakimiyyəti müəyyən spesifik əlamətlərlə digər
hakimiyyət qollarından fərqlənir:
a) məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş qaydada yaradılmış xüsusi
orqan - məhkəmələr tərəfindən həyata keçirilməsi;
b) məhkəmə hakimiyyətinin məhkəmə iclaslarında işlərə baxılıb həll edilməsi yolu ilə
həyata keçirilməsi;
c) məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş prosessual formada həyata
keçirilməsi;
ç) onun fəaliyyətinə xüsusi nəzarət sisteminin olması.
Məhkəmə hakimiyyətinin spesifik əlamətlərinə aşağıdakıları da aid edirlər: məhkəmə
hakimiyyətinin məqsədləri, demokratizm prinsipləri əsasında məhkəmələrin təşkili, məhkəmə
hakimiyyətinin qanun əsasında həyata keçirilməsi, konkret işlərə baxılması nəticəsində
məhkəmə tərəfindən dövlət məcburiyyətinin tətbiqi.
Digər hakimiyyət qolları ilə yanaşı məhkəmə hakimiyyəti bir sıra müəyyən funksiyalar
yerinə yetirir. Məhkəmə hakimiyyətinin əsas və həmişə mövcud olan funksiyası ədalət
mühakiməsinin həyata keçirilməsidir. Bu, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan
Respublikasının Qanununun 3-cü maddəsində də təsbit olunur. Həmin maddəyə əsasən
Azərbaycan Respublikasının məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin həyata
keçirilməsinə yönəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinə görə ədalət
mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri aşağıdakılardır:
1.
Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən,
65
və qanunamüvafiq baxırlar.
2. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı
yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və
müdaxilə edilməsi yolverilməzdir.
3. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi
əsasında həyata keçirilir.
4. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.
5. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi
məhkəmə icraatına yol verilmir.
6. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.
7. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin
olunur.
8. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.
9. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət
dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.
Azərbaycan Respublikasında qəbul edilən yeni qanunvericilik aktları - Azərbaycan
Respublikası Konstitusiyası, 1997-ci il 10 iyun tarixli «Məhkəmələr və hakimlər haqqında»
qanun, «Konstitusiya Məhkəməsi haqqında»1997-ci il 21 oktyabr tarixli və 2003-cü il 23
dekabr tarixli qanunlar Azərbaycan Respublikasında məhkəmə sisteminin yeni strukturunu
müəyyən etdi. Hal-hazırda Azərbaycan Respublikasının məhkəmə sistemini şərti olaraq iki
qrupa bölmək olar:
a) konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı;
b) ümumi məhkəmələr.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası və «Konstitusiya
Məhkəməsi haqqında» 23 dekabr 2003-cü il qanunu ilə onun səlahiyyətinə aid edilmiş işlərə
baxır. Bu orqan Azərbaycan Respublikasının ən yuxarı məhkəmə orqanıdır və əsas vəzifəsi
Konstitusiyanın aliliyini təmin etməyə yönəlmişdir.
Ümumi məhkəmələrin sistemi və səlahiyyəti «Məhkəmələr və hakimlər haqqında»
qanunda göstərilmişdir. Qanunun 19-cu maddəsinə görə Azərbaycan Respublikasında ədalət
mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı
məhkəmələr həyata keçirir:
-
rayon (şəhər) məhkəmələri;
-
ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi;
-
hərbi məhkəmələr;
-
ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi;
-
yerli iqtisad məhkəmələri;
66
-
beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan
Respublikasının İqtisad Məhkəməsi;
-
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi;
-
Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi;
-
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi;
-
Azərbaycan Respublikasının Ali Məhkəməsi.
Həmin maddəyə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmə sistemi
daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr də yaradıla bilər. Bütün
demokratik konstitusiyalar fövqəladə məhkəmələrin yaradılmasını qadağan edir. Təsadüfi
deyil ki, Azərbaycan Respublikasının Konstitusiyası və «Məhkəmələr və hakimlər haqqında»
qanuna müvafiq olaraq fövqəladə məhkəmələrin və qanunla nəzərdə tutulmayan qaydada
məhkəmənin yaradılması qadağandır.
6. Hakimlərin hüquqi statusu
Hər bir dövlətin Konstitusiyasının daha çox diqqət yetirdiyi məsələlərdən biri məhkəmə
hakimiyyətini həyata keçirən şəxslərin - hakimlərin statusu ilə bağlıdır. «Məhkəmələr və
hakimlər haqqında» qanunun 92-ci maddəsinə görə hakimlər ədalət mühakiməsini həyata
keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.
Hakimlərin hüquqi statusu Konstitusiyada və qanunlarda əks olunmuş bir sıra
prinsiplərlə müəyyən olunur. Bu prinsiplər sırasına aşağıdakılar daxildir: hakimlərin təyinatı,
hakimlərin dəyişilməzliyi, hakimlərin müstəqilliyi, hakimliklə bir araya sığmayan fəaliyyətlə
məşğul olmaması.
Hal-hazırda Azərbaycan Respublikasında hakimlər təyin olunurlar. Lakin bu təyinat
kortəbii xarakter daşımır və hakimliyə namizədlərin müsabiqədən keçməsini nəzərdə tutur.
Bu müsabiqə isə iki pillədə həyata keçirilir. Birinci pillədə hakimlər test üsulu ilə yazılı
imtahandan keçirlər. İkinci pillədə isə Məhkəmə-Hüquq Şurasında hakimliyə namizədlərlə
fərdi müsahibə aparılır. Qaydalara görə müsabiqəyə 30 yaşı tamam olmuş, 5 il hüquq ixtisası
üzrə işləmiş ali təhsilli hüquqşünas, ikili vətəndaşlığı və digər dövlətlər qarşısında öhdəliyi
olmayan, heç bir siyasi fəaliyyət ilə məşğul olmayan, fiziki və psixi qüsurları olmayan,
məhkum olunmamış şəxslər buraxılırlar.
Bundan sonra hakim vəzifəsinə müvafiq sayda namizəd təyin edilmək üçün
Azərbaycan Respublikası Prezidentinə təqdim edilir. Azərbaycan Respublikası Prezidenti isə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi
və Azərbaycan Respublikası Apelyasiya məhkəmələrinin hakimlərini təyin etmək üçün
Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir. Azərbaycan Respublikasının digər
məhkəmələrinin hakimlərini isə Azərbaycan Respublikası Prezidenti təyin edir. Naxçıvan MR
Dostları ilə paylaş: |