67
məhkəmələrinə hakim vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan MR Ali Məclisinin sədri
iştirak edir. Azərbaycan Respublikasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
hakimləri 15 il, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Iqtisad
Məhkəməsi, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi, Naxçıvan MR Ali Məhkəməsi
hakimləri 10 il, digər məhkəmələrin hakimləri isə 5 il müddətinə təyin edilirlər.
Müasir dövrün konstitusiyalarının hakimlərin statusu ilə bağlı nəzərdə tutduğu mühüm
prinsip hakimlərin dəyişilməzliyidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və
«Məhkəmələr və hakimlər haqqında» qanunun 97-ci maddəsinə görə hakimlər səlahiyyət
müddətində dəyişilməzdirlər. Bu prinsipə uyğun olaraq hakim vəzifəsinə təyin olunmuş
şəxslər qanunla nəzərdə tutulmuş əsaslar istisna olmaqla özlərinin razılığı olmadan
vəzifədən kənarlaşdırıla, daha yüksək və ya daha aşağı vəzifəyə təyin oluna bilməzlər.
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və «Məhkəmələr və hakimlər
haqqında» qanunun 100-cü maddəsinə görə hakimlər müstəqildirlər və yalnız Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına tabedirlər. Qanunun 100-cü maddəsinə görə
hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və
toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, səlahiyyətlərinə
xitam verilməsinin və vəzifədən kənarlaşdırılmasının məhdudlaşdırılması ilə, məhkəmə
hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə
tutulmuş qaydada həyata keçirilməsi ilə məhkəmə icraatına hər hansı şəxs tərəfindən
məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi
təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun sosial
təminatlar verilir.
Hakimlərin statusunu müəyyən edən mühüm prinsiplərdən biri hakim vəzifəsi ilə bir
araya sığmayan fəaliyyətlə məşğul olmamaq hesab olunur. Azərbaycan Respublikası
Konstitusiyasının 126-cı maddəsinə görə hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta
bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya
və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və
siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq
fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Konstitusiyada hakimlərin statusunu müəyyən edən digər mühüm prinsip məhkəmə
immunitetidir. Məhkəmə immuniteti dedikdə, məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli
şəxslərin - hakimlərin toxunulmazlığı və məsuliyyətə cəlb edilməsinin qanunla nəzərdə
tutulmuş xüsusi qaydada həyata keçirilməsi başa düşülür.
Azərbaycan Respublikası Konstitusiyasının 128-ci və «Məhkəmələr və hakimlər
haqqında» qanunun 101-ci maddəsinə görə hakimlər toxunulmazdır. Hakimlərin
toxunulmazlığı həmçinin, onların mənzillərinə, xidməti otaqlarına, nəqliyyat və rabitə
68
vasitələrinə, poçt, teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur.
Hakim cinayət məsuliyyətinə cəlb oluna, tutula, həbs edilə bilməz, onların barəsində
məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, onlar axtarışa, şəxsi
müayinəyə və gətirilməyə məruz qala bilməzlər. Cinayət törətməkdə şübhə edilən şəxs
qismində saxlanılmış hakim şəxsiyyəti müəyyənləşdirildikdən sonra dərhal azad edilməli, bu
barədə Azərbaycan Respublikası Baş prokuroruna dərhal yazılı məlumat verilməlidir. Əgər
hakimlərin əməllərində cinayət tərkibinin əlamətləri varsa, onlar vəzifədən kənarlaşdırıla
bilərlər. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə Azərbaycan Respublikası
Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan
Respublikası Milli Məclisi qarşısında məsələ qaldıra bilər. Hakimlər vəzifədən
kənarlaşdırıldıqdan sonra Ali Məhkəmənin razılığı və Azərbaycan Respublikası Baş
prokurorunun qərarına əsasən, cinayət məsuliyyətinə cəlb edilə və həbs oluna bilər.
7. Azərbaycan Respublikasının məhkəmə sistemi: məhkəmə müdafiə hüququ və
məhkəmə üsulunun formaları
Konstitusiya hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsinə əsasən hər kəs
dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin,
vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət
edə bilər. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ
vardır (Azərbaycan Respublikası Konstitusiyası, maddə 62).
Hal-hazırda Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə hüquq islahatları
vətəndaşların məhkəmə müdafiə hüququnun genişlənməsinə səbəb oldu. Bu islahatların
mühüm cəhətlərindən biri də xalq iclasçıları (şeffenlər) institutunun ləğv edilməsi və andlı
iclasçılar institutunun qanunvericiliyə gətirilməsi oldu.
Vətəndaşların ədalət mühakiməsinin həyata keçirilməsində iştirakının andlı iclasçılar
forması şeffenlər formasından daha çox demokratikliyi ilə fərqlənir. Belə ki, şeffenlər
sistemində xalq iclasçıları cinayət və mülki işlərin bütün məsələlərini andlılar məhkəmələrində
olduğu kimi müstəqil deyil, peşəkar hakimlərlə bir kollegiyada həll edirdilər. Bununla da onlar
peşəkar hakimlərin təsirilə öz müstəqilliklərini itirir, faktiki olaraq dekorativ rol oynayırdılar.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 359-cu maddəsi konkret
işlərə hansı hallarda andlılar məhkəmələrində baxılmasını müəyyən edir. Həmin maddəyə
görə hakim aşağıdakı hallarda andlı iclasçıların iştirakı ilə məhkəmə baxışını təyin edir:
1. Təqsirləndirilən şəxsin məhkəməyə verildiyi cinayətə görə cinayət qanununun
norması ilə ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi imkanı nəzərdə
Dostları ilə paylaş: |