48
aşağıdakı daimi komissiyaları yaradır:
1)
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası;
2)
Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası;
3)
İqtisadi siyasət daimi komissiyası;
4)
Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası;
5)
Aqrar siyasəti daimi komissiyası;
6)
Sosial siyasət daimi komissiyası;
7)
Regional məsələlər daimi komissiyası;
8)
Elm və təhsil məsələləri daimi komissiyası;
9)
Mədəniyyət məsələləri daimi komissiyası;
10)
İnsan hüquqları daimi komissiyası;
11)
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası.
Daxili nizamnaməyə görə Milli Məclisin deputatlarından müvəqqəti komissiyalar
yaradıla bilər. Müvəqqəti komissiyaların fəaliyyəti Milli Məclisin qəbul etdiyi qərarlarla
müəyyənləşdirilir.
2. Milli Məclis deputatının hüquqi statusu
Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət
parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır.
Azərbaycanda isə parlamenti (Milli Məclisi) Azərbaycan Respublikasının deputatları təşkil edir.
«Deputat» termini serb sözü olub hərfi mənası «elçi göndərilmiş» deməkdir. Deputatların əsas
vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata
keçirməkdir. Belə ki, Russo deyirdi: «Deputat xalqın nümayəndəsi hesab olunmalıdır. O,
seçicilərin müvəkkil olunmuş, səlahiyyətli nümayəndəsidir». Yəni xalq deputatı seçir və o,
xalqın ümumi iradəsinə uyğun hərəkət etməlidir. Bu fikirdən «imperativ mandat» prinsipi
meydana gəlir ki, bu, deputatın hüquqi statusunu müəyyən edir. Bu prinsipə görə, deputat onu
seçən şəxslərin - seçicilərin qarşısında məsuliyyət daşıyır. Əgər deputat onların mənafeyinə
uyğun hərəkət etməzsə, seçicilər onu geri çağıra bilər. Əslində imperativ mandat
məqsədəuyğun deyil. Çünki parlamentdə qanun qəbul olunarkən deputat heç də bütün
seçicilərin ayrı-ayrılıqda mənafeyini nəzərə ala bilməz.
Başqa bir prinsip «azad mandat» prinsipidir. Bu prinsip alman hüquqşünasları
tərəfindən irəli sürülüb. Mahiyyəti ondan ibarətdir ki, hansı dairədən seçilməsindən asılı
olmayaraq deputat bütün xalqın nümayəndəsidir. Yəni, deputat konkret seçicilərin deyil,
xalqın mənafeyini təmsil edir. Prelo azad mandatın məzmununu aşağıdakı qaydada
ümumiləşdirib:
1) bu mandat ümumi hesab olunur. Yəni deputatlar ayrı-ayrı dairələrdən seçilməsinə
49
baxmayaraq, onlar bütün xalqı təmsil edir;
2) bu mandat imperativ deyil, konsultativdir. Yəni deputat məcburiyyətdən uzaqdır,
onu konkret olaraq nəyisə etməyə məcbur etmək qadağan olunur, deputat
seçicilər qarşısında məsuliyyət daşımır;
3) bu mandat geri çağırıla bilməz;
4) bu mandat, həyata keçirən deputat üzərinə öhdəlik qoymur
Bu dörd xüsusiyyət azad mandatın əsas əlamətləridir və müxtəlif Konstitusiya
normalarında öz əksini tapır. Əksər dövlətlərdə, o cümlədən Azərbaycanda da bu mandat
tətbiq olunur.
Deputatın səlahiyyət müddəti, adətən seçkilərdən sonra başlanır. Azərbaycan
Respublikası Konstitusiyanın 84-cü maddəsinə görə, deputatın səlahiyyət müddəti
Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Milli
Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Deputatlıqdan çıxanların yerinə yeni seçkilər
keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət
müddəti ilə məhdudlaşır. 87-ci maddəyə görə, deputatların səlahiyyətləri Milli Məclisin yeni
çağırışının ilk iclas günü bitir. Milli Məclisin deputatlıqdan çıxanların yerinə yeni seçkilər Milli
Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir. Milli
Məclis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli hesab olunur.
«Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» 1996-cı il 17
may tarixli Qanunun 4 və 5-ci maddələrində deputatın səlahiyyətləri və fəaliyyət formaları
göstərilir. Qanuna görə deputatın aşağıdakı səlahiyyətləri var:
-
Milli Məclisin iclaslarında iştirak etmək;
-
Milli Məclisin orqanlarına seçmək və seçilmək;
-
qanunvericilik təşəbbüsünü həyata keçirmək;
-
deputat sorğusu vermək;
-
məlumat almaq və yaymaq;
-
toxunulmaz olmaq;
-
Konstitusiya ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina
etmək;
-
vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.
Qanuna görə deputat aşağıdakı formalarda fəaliyyət göstərir:
1)
Milli Məclisin iclaslarında iştirak edir;
2)
komissiyaların işində iştirak edir;
3)
Milli Məclisin sədrinin, komissiyaların tapşırıqlarını yerinə yetirir;
4)
deputat sorğuları verir;
50
5)
seçicilərlə iş aparır.
Konstitusiyanın 89-cu maddəsinə görə, Milli Məclisin deputatı aşağıdakı hallarda
mandatdan məhrum edilir:
-
seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
-
Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin
vətəndaşlığını qəbul etdikdə;
-
cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
-
dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya
və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq
fəaliyyəti istisna olmaqla);
-
özü imtina etdikdə.
Deputat öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş
digər hallarda onların səlahiyyətləri itirilir. Bu haqda qərarın qəbul olunma qaydası qanunla
müəyyən olunur. Belə ki, 1996-cı il 17 may tarixli qanuna görə bu barədə intizam komissiyası
rəy verir. Rəyə Milli Məclis növbəti iclasında baxır. Milli Məclis bu məsələyə bir qayda olaraq
səlahiyyətlərinin itirilməsi qaldırılan deputatın iştirakı ilə baxır. Tələb olunan səs çoxluğu ilə
bu haqda qərar qəbul olunur.
1996-cı il 17 may tarixli Qanununa əsasən deputatın hüquq və vəzifələri göstərilir.
Deputatın hüquqları aşağıdakılardır:
1.
Deputatın Milli Məclisin iclaslarında iştirak etmək hüququ və səs hüququ. Deputat
müzakirə olunan məsələ barədə fikrini bildirə, təklif və qeydlərini verə bilər.
2. Deputatın seçmək və seçilmək hüququ. Milli Məclisin sədrinin, sədr müavinlərinin,
komissiya sədrlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa
deputatların namizədliklərini irəli sürə bilər, namizədlərin müzakirəsində və
səsvermədə iştirak edə bilər.
3. Deputatın qanunvericilik təşəbbüsü hüququ. Deputat qanunvericilik hüququnu
aşağıdakı formalarda həyata keçirir:
-
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
-
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında
layihə təklif edə bilər;
-
qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif
edə bilər;
-
Milli Məclisdə baxılan qanuna və qərar layihəsinə dəyişiklik və əlavə edilməsi
haqqında təkliflər irəli sürə bilər.
Dostları ilə paylaş: |