41
göstərmək;
-
siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan
Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir
göstərmək.
Siyasi partiyaların təsnifatı müxtəlif meyarlara əsasən aparılır.
I. Siyasi rejimə görə:
II. Siyasi sistemdəki yerinə görə:
III. İdeoloji əlamətinə görə:
IV. Açıq və ya gizli fəaliyyət göstərməsindən asılı olaraq:
V. Üzvlərin sayı və təşkilati strukturuna görə:
VI. Sinfi xarakterindən asılı olaraq:
Respublikamızda dini birliklərin fəaliyyəti xüsusi olaraq «Dini etiqad
azadlığı haqqında» Azərbaycan Respublikasının 20 avqust 1992-ci il Qanunu
ilə tənzimlənir.
Bu qanun dövlətlə dini birliklərin qarşılıqlı münasibətlərini tənzimləyərkən
müəyyən edir ki, dövlət:
-
vətəndaşların, özlərinin dini mənsubiyyətini müəyyənləşdirməsinə,
valideynlərin uşaqlarmı öz dini əqidələrinə və dinə münasibətlərinə uyğun
tərbiyə etmələrinə müdaxilə etmir;
-
dini birliklərin üzərinə dövlət orqanlarının və yerli özünüidarəetmə
orqanlarının funksiyalarının həyata keçirməsi vəzifəsini qoymur;
-
mövcud qanuna zidd olmayan dini birliklərin fəaliyyətinə müdaxilə
etmir;
-
dövlət və bələdiyyə tədris müəssisələrində təhsilin dünyəvi xarakterini
təmin edir;
Bu qanunda təsbit olunmuşdur ki, dini birlik:
-
özünün xüsusi quruluşuna və mövcud qanunvericiliyə uyğun
yaradılır;
-
dövlət orqanları və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak
etmir;
-
siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara
maddi və digər köməkliklər göstərmir.
Qanuna görə dini birliklər vətəndaşlar tərəfindən öz dini tələbatlarını
ödəmək üçün könüllü olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada, azı 10
nəfər üzvlərin ərizəsinə əsasən yaradılan dini təşkilatlardır. Lazımi qaydada
qeydə alınmış dini cəmiyyət öz daxili işlərini idarə etmək üçün icra orqanı və
nəzarət komissiyasını seçir, dindarlar qrupu isə öz rəhbərini seçir. Dini
mərkəzlər, dini idarələr və dini təhsil müəssisələri dini birliklərin könüllü ianəsi
hesabına saxlanılır və öz nizamnamələrinə uyğun fəaliyyət göstərirlər.
Dini
birliklərin
nizamnaməsində
(əsasnaməsində)
aşağıdakılar
göstərilməlidir:
-
dini birliyin növü, dini mənsubiyyəti və yeri;
-
dini birliyin əmlak vəziyyəti;
-
dini birliyin nizamnaməsinə dəyişikliklər və əlavələr etmək qaydası;
-
dini birliyin fəaliyyətinə xitam verildikdə əmlak məsələlərinin və başqa
məsələlərin həlli qaydası və s.
Qanunvericiliyi mütəmadi şəkildə pozduqda dini birliklərin fəaliyyətinə
müəyyən edilmiş qaydada xitam verilə bilər.
42
Azərbaycan Respublikasında dinin, dini birliklərin dövlətdən ayrılması heç
də birlik üzvlərinin cəmiyyətin və dövlətin idarə olunmasında, dövlət orqanları və
yerli özünüidarəetmə orqanlarına seçkilərdə, siyasi partiyaların və digər
birliklərin
fəaliyyətində
iştirak
etmək
kimi
vətəndaş
hüquqlarını
məhdudlaşdırmır.
Din vicdan azadlığının ifadə forması kimi, onun siyasi institut kimi dövlətlə
münasibətlərinin qanunvericilik tənzimi bütövlükdə cəmiyyətin ahəngdar inkişafı
üçün mühüm əhəmiyyət kəsb edir.
43
MÖVZU 3. AZƏRBAYCAN RESPUBLİKASINDA QANUNVERİCİLİK, İCRA VƏ
MƏHKƏMƏ HAKİMİYYƏTİ.
P L A N
1. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri və fəaliyyətinin əsasları.
2. Milli Məclis deputatının hüquqi statusu.
3. Qanunvericilik prosesi.
4. Azərbaycan Respublikası Prezidentinin Konstitusiya statusunun əsasları.
Azərbaycan Respublikası Prezidentinin seçilməsi və səlahiyyətlərinin xitam
edilməsi qaydaları.
5. Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qolu kimi.
6. Hakimlərin hüquqi statusu.
7. Azərbaycan Respublikasının məhkəmə sistemi: məhkəmə müdafiə hüququ və
məhkəmə üsulunun formaları.
8. Azərbaycan Respublikası Prokurorluğu.
1. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri.
Hakimiyyət bölgüsü mexanizmində ən əsas vasitə hakimiyyətin bölünməsini təmin
edən elementlər - səlahiyyətlərdir. Məhz bu səlahiyyətlərin bir-birinə olan münasibətindən,
onların həcmindən asılı olaraq hakimiyyət bölgüsünün mövcud olub olmadığını demək olar.
Ona görə də hakimiyyət bölgüsünü analiz edərkən, əsas diqqət onlara yetirilməlidir.
Hakimiyyət bölgüsünün elementləri bu və ya digər hakimiyyət budağına aid edilən bütün
səlahiyyətləri əhatə etmir. Buraya məhz o səlahiyyətlər aiddir ki, hakimiyyət budaqlarının bir-
birinə təsir etməsi, bir-birinin fəaliyyətinə müdaxilə etməməsi və nəzarət etməsini təmin edir.
Bu səlahiyyətlər istisnasız olaraq məhz hakimiyyət bölgüsü mexanizminin həyata keçirilməsi
naminə müdaxilə imkanmı təmin etməlidir. Başqa sözlə, bu səlahiyyət mütləq digər
hakimiyyət budağına yönəlməli, ən başlıcası onun fəaliyyət sahəsinə təsir etməyə imkan
verməlidir. Lakin iş sadəcə olaraq bununla bitmir. Ayrı-ayrı hakimiyyət budaqlarının bölgüsü
sistemində tutduğu yeri müəyyənləşdirmək üçün onların formalaşdırılması əsaslarını,
təyinatını müəyyən edən normalar da nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyətin bölünməsi ilə əlaqədar
səlahiyyətlər yalnız bir hakimiyyət budağına münasibətdə kəskin fərqləndirməklə təsbit
edilmişdir. Bu da qanunverici hakimiyyəti həyata keçirən Milli Məclisdir. Milli Məclisin
səlahiyyətinə aid edilən məsələlər 94 və 95-ci maddələrdə öz əksini tapmışdır. 95-ci maddə
Milli Məclisin həll etdiyi məsələlər adlanır və burada bu və ya digər şəkildə icra hakimiyyətinin
Dostları ilə paylaş: |