Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   17   18   19   20   21   22   23   24   ...   84

41 
 
göstərmək; 

siyasi  və  sosial  proqramlar  hazırlamaq  yolu  ilə  Azərbaycan 
Respublikasının  daxili  və  xarici  siyasətinin  formalaşmasına  təsir 
göstərmək. 
Siyasi partiyaların təsnifatı müxtəlif meyarlara əsasən aparılır. 
I.  Siyasi rejimə görə: 
            II.  Siyasi sistemdəki yerinə görə: 
           III.  İdeoloji əlamətinə görə: 
           IV.  Açıq və ya gizli fəaliyyət göstərməsindən asılı olaraq: 
           V.  Üzvlərin sayı və təşkilati strukturuna görə: 
          VI.  Sinfi xarakterindən asılı olaraq: 
          Respublikamızda  dini  birliklərin  fəaliyyəti  xüsusi  olaraq  «Dini  etiqad 
azadlığı  haqqında»  Azərbaycan  Respublikasının  20  avqust  1992-ci  il  Qanunu 
ilə tənzimlənir. 
Bu qanun dövlətlə dini  birliklərin  qarşılıqlı münasibətlərini tənzimləyərkən 
müəyyən edir ki, dövlət: 

vətəndaşların,  özlərinin  dini  mənsubiyyətini  müəyyənləşdirməsinə, 
valideynlərin  uşaqlarmı  öz  dini  əqidələrinə  və  dinə  münasibətlərinə  uyğun 
tərbiyə etmələrinə müdaxilə etmir; 

dini  birliklərin  üzərinə  dövlət  orqanlarının  və  yerli  özünüidarəetmə 
orqanlarının funksiyalarının həyata keçirməsi vəzifəsini qoymur; 

mövcud  qanuna  zidd  olmayan  dini  birliklərin  fəaliyyətinə  müdaxilə 
etmir; 

dövlət və bələdiyyə tədris müəssisələrində təhsilin dünyəvi xarakterini 
təmin edir; 
Bu qanunda təsbit olunmuşdur ki, dini birlik: 

  özünün  xüsusi  quruluşuna  və  mövcud  qanunvericiliyə  uyğun 
yaradılır; 

dövlət orqanları və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak 
etmir; 

siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara 
maddi və digər köməkliklər göstərmir. 
Qanuna  görə  dini  birliklər  vətəndaşlar  tərəfindən  öz  dini  tələbatlarını 
ödəmək üçün könüllü olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada, azı 10 
nəfər  üzvlərin  ərizəsinə  əsasən  yaradılan  dini  təşkilatlardır.  Lazımi  qaydada 
qeydə  alınmış  dini  cəmiyyət  öz  daxili  işlərini  idarə  etmək  üçün  icra  orqanı  və 
nəzarət  komissiyasını  seçir,  dindarlar  qrupu  isə  öz  rəhbərini  seçir.  Dini 
mərkəzlər,  dini  idarələr  və  dini  təhsil  müəssisələri  dini  birliklərin  könüllü  ianəsi 
hesabına saxlanılır və öz nizamnamələrinə uyğun fəaliyyət göstərirlər. 
Dini 
birliklərin 
nizamnaməsində 
(əsasnaməsində) 
aşağıdakılar 
göstərilməlidir: 

dini birliyin növü, dini mənsubiyyəti və yeri; 

dini birliyin əmlak vəziyyəti; 

dini birliyin nizamnaməsinə dəyişikliklər və əlavələr etmək qaydası; 

dini birliyin  fəaliyyətinə  xitam verildikdə əmlak məsələlərinin və  başqa 
məsələlərin həlli qaydası və s. 
Qanunvericiliyi  mütəmadi  şəkildə  pozduqda  dini  birliklərin  fəaliyyətinə 
müəyyən edilmiş qaydada xitam verilə bilər. 


42 
 
Azərbaycan  Respublikasında  dinin,  dini  birliklərin  dövlətdən  ayrılması  heç 
də birlik üzvlərinin cəmiyyətin və dövlətin idarə olunmasında, dövlət orqanları və 
yerli  özünüidarəetmə  orqanlarına  seçkilərdə,  siyasi  partiyaların  və  digər 
birliklərin 
fəaliyyətində 
iştirak 
etmək 
kimi 
vətəndaş 
hüquqlarını 
məhdudlaşdırmır. 
Din vicdan azadlığının ifadə forması kimi, onun siyasi institut kimi dövlətlə 
münasibətlərinin qanunvericilik tənzimi bütövlükdə cəmiyyətin ahəngdar inkişafı 
üçün mühüm əhəmiyyət kəsb edir. 
 
 
 


43 
 
  MÖVZU 3.    AZƏRBAYCAN RESPUBLİKASINDA QANUNVERİCİLİK, İCRA VƏ 
MƏHKƏMƏ HAKİMİYYƏTİ. 
P L A N 
1.  Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri və fəaliyyətinin  əsasları.
 
2.  Milli Məclis deputatının hüquqi statusu. 
 3.  Qanunvericilik prosesi. 
 4.  Azərbaycan  Respublikası  Prezidentinin  Konstitusiya    statusunun  əsasları.  
Azərbaycan  Respublikası  Prezidentinin  seçilməsi  və  səlahiyyətlərinin  xitam 
edilməsi qaydaları. 
 5. Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qolu kimi. 
 6. Hakimlərin hüquqi statusu. 
 7.  Azərbaycan  Respublikasının  məhkəmə  sistemi:  məhkəmə  müdafiə  hüququ  və  
məhkəmə üsulunun formaları. 
 8.   Azərbaycan Respublikası Prokurorluğu. 
1.  Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri. 
Hakimiyyət  bölgüsü  mexanizmində  ən  əsas  vasitə  hakimiyyətin  bölünməsini  təmin 
edən  elementlər  -  səlahiyyətlərdir.  Məhz  bu  səlahiyyətlərin  bir-birinə  olan  münasibətindən, 
onların  həcmindən  asılı olaraq  hakimiyyət  bölgüsünün  mövcud  olub  olmadığını  demək  olar. 
Ona  görə  də  hakimiyyət  bölgüsünü  analiz  edərkən,  əsas  diqqət  onlara  yetirilməlidir. 
Hakimiyyət  bölgüsünün  elementləri  bu  və  ya  digər  hakimiyyət  budağına  aid  edilən  bütün 
səlahiyyətləri əhatə etmir. Buraya məhz o səlahiyyətlər aiddir ki, hakimiyyət budaqlarının bir-
birinə təsir etməsi, bir-birinin fəaliyyətinə müdaxilə etməməsi və nəzarət etməsini təmin edir. 
Bu səlahiyyətlər istisnasız olaraq məhz hakimiyyət bölgüsü mexanizminin həyata keçirilməsi 
naminə  müdaxilə  imkanmı  təmin  etməlidir.  Başqa  sözlə,  bu  səlahiyyət  mütləq  digər 
hakimiyyət  budağına  yönəlməli,  ən  başlıcası  onun  fəaliyyət  sahəsinə  təsir  etməyə  imkan 
verməlidir.  Lakin  iş  sadəcə  olaraq  bununla  bitmir.  Ayrı-ayrı  hakimiyyət  budaqlarının  bölgüsü 
sistemində  tutduğu  yeri  müəyyənləşdirmək  üçün  onların  formalaşdırılması  əsaslarını, 
təyinatını müəyyən edən normalar da nəzərə alınmalıdır. 
Azərbaycan  Respublikasının  Konstitusiyasında  hakimiyyətin  bölünməsi  ilə  əlaqədar 
səlahiyyətlər  yalnız  bir  hakimiyyət  budağına  münasibətdə  kəskin  fərqləndirməklə  təsbit 
edilmişdir.  Bu  da  qanunverici  hakimiyyəti  həyata  keçirən  Milli  Məclisdir.  Milli  Məclisin 
səlahiyyətinə aid edilən məsələlər 94 və 95-ci maddələrdə öz əksini tapmışdır. 95-ci maddə 
Milli Məclisin həll etdiyi məsələlər adlanır və burada bu və ya digər şəkildə icra hakimiyyətinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə