176
barədə, müdafiə barədə və s.) qəbul edilən qanunlardan gedir. Bu qanunlar dövlət
idarəçiliyinin müxtəlif sahələrində əmələ gələn münasibətləri tənzimləyir, dövlət
mexanizmində icra hakimiyyət orqanlarının yerini müəyyənləşdirir.
Prezident fərmanları inzibati hüququn mənbəyi sayılır. Prezident fərmanları ilə köhnə
dövlət orqanları ləğv edilir və onların yerinə yeni dövlət orqanları yaradılır, bu orqanların
funksiyaları müəyyənləşdirilir. Prezident mərkəzi icra hakimiyyət orqanlarının rəhbərlərini
– nazirləri, habelə yerli (rayon, şəhər) icra hakimiyyəti başçılarını vəzifəyə təyin edir.
Prezident nazirliklərin (məsələn, Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin və s.)
əsasnamələrini təsdiq edir.
Nazirlər Kabinetinin qərarları ayrı-ayrı dövlət orqanlarının fəaaliyyətini
tənzimləyir, onların səlahiyyətlərini müəyyən edir. Məsələn, Nazirlər Kabinetinin
müvafiq qərarları ilə Azərbaycan Dövlət Dəmir Yolunun, Bakı Beynəlxalq Ticarət
Limanının, Xəzər Gəmicilik İdarəsinin, «Azal» Dövlət Konserninin və s. əsasnamələri
təsdiq edilmişdir.
Mərkəzi icra hakimiyyət orqanlarının (nazirliklərin və dövlət komitələrinin)
normativ aktları (təlimat, əmr və s.) inzibati hüququn mənbəyidir. Bu aktlar qanunların,
prezident fərmanlarının və Nazirlər Kabinetinin qərarlarının icrası qaydasını
müəyyənləşdirir.
Bələdiyyələrin (yerli özünüidarəetmə orqanlarının) normativ xarakterli aktları
inzibati hüququn mənbəyi hesab edilir. Bu aktlar yerli əhəmiyyətli məsələlərin (yerli
əhəmiyyətli iqtisadi, sosial, ekoloji və digər məsələlərin) həll olunması üçün qəbul edilir.
Yerli icra hakimiyyət orqanlarının normativ xarakterli aktları inzibati hüququn
mənbəyi hesab edilir. Söhbət rayon (şəhər) icra hakimiyyəti başçılarının vərdikləri
sərəncamdan gedir. Bu sərəncamlar iqtisadiyyatın, sosial və mədəni sahələrın
inkişafının təmin edilməsinə yönəlir.
İnzibati hüququn mənbələri arasında məcəllələşdirilmiş aktlar mühüm yer tutur.
Söhbət her şeydən əvvəl, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən
gedir. Bu məcəllə 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Məcəllələşdirilmiş
aktlar içərisində Azərbaycan Respublikası Vergi Məcəlləsi vacib rola malikdir. Bu
məcəllə 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
177
İnzibati hüququn sistemi iki hissədən ibarətdir: ümumi hissədən; xüsusi hissədən.
Umumi hissə odur ki, bu hissəyə daxil olan inzibati hüquq normaları dövlət
idarəetməsinin (idareçiliyinin) bütün sahələrini nizamlayır. Umumi hissənin normaları
inzibati hüququn subyektlərini, dövlət idarəetmə prinsiplərini, icra hakimiyyəti
orqan!arının sistemini va bu orqanların fəaliyyətinin forma və metodlarını və umumi
xarakterli digər məsələləri muəyyən edir.
Xüsusi hissə odur ki, bu hissəyə daxil olan inzibati hüquq normaları ayrı-ayrı
idarəetma sahələrindəki ictimai münasibətləri tənzimləyir. Bu münasibatlərə daxildir:
maliyyə idarəetmasi sahəsində münasibətlər; gömrük idarəetməsi sahəsində
münasibatlər; vergi idarəetməsi sahəsındə münasibətlər; səhiyyə idarəetmesi sahəsində
münasibətlər; təhsil idarəetməsi sahəsində münasibətlər; madaniyyet idareetmesi
sahesinda münasibatler; müdafie va milli tehlükesizlik idarəetməsi sahəsində
münasibətlər və s.
İnzibati hüquq münasibətləri və onların subyektləri. İcra hakimiyyət
orqanlarının fəaliyyəti prosesində, ayrı-ayrı dövlət idarəetmə sahələrində müxtəlif
ictimai münasibətlər əmələ gəlir. Bu münasibətlər yuxarı dövlət idarəetmə (icra)
orqanları ilə aşağı dövlət idarəetmə orqanları arasında, habelə həmin orqanlarla
təşkilat və vətəndaşlar arasında yarana bilər. Həmin münasibatlər hüquq normaları ilə
tənzimlənərək inzibati hüquq münasibətləri formasını alır.
İnzibati hüquq münasibatləri dedikdə, icra hakimiyyati orqanlarının fəaliyyəti
prosesində, dövlət idarəetma sahələrində yaranan və hüquq normaları ilə
tənzimlənən ictimai münasibətlər başa düşülür.
İnzibati hüquq münasibəti hüquq münasibətinin bir növüdür. Buna görə də o, öz
daxili quruluşuna (strukturuna) görə üç elementdən (tərkib hissesindən) ibarətdir.
Məzmun inzibati hüquq münasibətinin elementlərindən biridir, inzibati hüquq
münasibətinin məzmunu dedikdə, subyektlərin hüquq və vəzifələri başa düşülür.
Subyektlər qarşılıqlı olaraq hüquqlara malik olub, vəzifələr daşıyırlar. Məhz qarşılıqlı
hüquq və vəzifələrin olması dövlət idarəetmə prosesinin qurulmasına imkan verir.
Obyekt inzibati hüquq münasibətinin elementlərindən biridir, inzibati hüquq
178
münasibətinin obyekti rolunda icra hakimiyyət orqanlarının fəaliyyəti və onların
davranışı çıxış edir. Məhz həmin fəaliyyət və davranışla bağlı olaraq inzibati hüquq
münasibəti əmələ gəlir.
Subyektlər inzibati hüquq münasibətinin elementləri sırasına daxildir. İnzibati
hüquq münasibətinin subyektləri dedikdə, həmin ınünasibətdə çıxış edən iştirakçılar
başa düşülür. Onlar hüquqlara malik olub, vəzifələr daşıyırlar.
İcra hakimiyyəti (dövlət idarəetmə) orqanı inzibati hüquq münasibətinin məcburi və
labüd subyektidir. Bu, o deməkdir ki, inzibati hüquq münasibtinin tərəflərindən biri
hökmən və mütləq icra hakimiyyət orqanı olmalıdır. Vətəndaş və təşkilatlar bu və ya
digər məsələni həll etmək üçün məhz həmin orqana müraciət edirlər. Məsələn, müvafiq
qurumu dövlət qeydiyyatına götürmək üçün təsisçi (vətəndaş) dövlət orqanına (Ədliyyə
Nazirliyinə) müraciət edir. Bu zaman inzibati hüquq münasibətinin bir tərəfində icra
hakimiyyət orqanı çıxış edir. Vətəndaşın nikaha daxil olması qeydiyyata alınan hallarda
da yaranan inzibati hüquq münasibətinin bir tərəfində icra hakimiyyati orqanı iştirak
edir. Vətəndaş pensiya almaq üçün müraciət edandə də belə vəziyyət yaranır.
İnzibati hüquq münasibəti subyektlərinin dairəsi kifayət qədər genişdir. Onlara
aiddir.
• icra hakimiyyət orqanlan;
• fiziki şəxslər;
• müəssisə, təşkilat, idarə və içtimai birliklər.
İcra hakimiyyəti orqanları inzibati hüquq münasibətlərinin əsas və başlıca subyekti
hesab olunur. İcra hakimiyyəti orqanları dedikdə, dövlət idarəetmə orqanları başa
düşülür. Bu orqanlar dövlət idarəetmesi sahəsində fəaliyyət göstərir.
Dövlət idarəetməsi dedikdə, dövlət orqanlarının icra və sərəncam fəaliyyəti başa
düşülür. Onun əsas təyinatı qanunları və digər qanunvericilik aktlarını icra etməkdən,
yeni həyata keçirməkdən ibarətdir. Dövlət idarəetməsi dövlət işlərinin idarə edilməsinin
başlıca sahəsidir. Onu dövlət idarəetmə orqanları həyata keçirir.
Dövlət idarəetme orqanları zahirən icra hakimiyyətini təmsil edir. İcra hakimiyyəti
məhz bu orqanların vasitə və köməyi ilə həyata keçirilir. Buna görə dövlət idarəetme
orqanlarını həm də icra hakimiyyət orqanları adlandırırlar. Onlar eynimənalı (sinonim)
Dostları ilə paylaş: |