Son hədd xərcləri konsepsiyasının strateji əhəmiyyəti vardır. Çünki bu, firmanın nəzarət edə biləcəyi xərcləri müəyyən etməyə imkan verir. Daha dəqiq desək, MC məhsulun son vahidi istehsal olunduqda firmanın artıq sərf edəcəyi xərci, yaxud da istehsalın həcmi ixtisar edildikdə və buna görə də son məhsul vahidinin istehsalı dayandırıldıqda əldə edəcəyi «qənaəti» göstərir.
Son hədd xərcləri ilə son məhsuldarlığın kəmiyyəti arasında qarşılıqlı əlaqə vardır. Belə ki, əməyin hər sonrakı vahidinin eyni qiymətə satın alındığı fərz edilməklə, hər əlavə işçinin son məhsuldarlığı artdığı zaman istehsal olunan məhsulun hər əlavə vahidinə düşən son hədd xərcləri aşağı düşür. Bu, onunla əlaqədardır ki, son hədd xərcləri sadəcə olaraq qiymətlərin dəyişmədiyini göstərir, yaxud da muzdla tutulmuş əlavə işçilərə verilən əmək haqqının onların məhsuldarlığına bölünməsi yolu ilə əldə edilən kəmiyyəti ifadə edir.
Firmaların ümumi və orta xərclərinin kəmiyyətinə iki əsas amil təsir göstərir: 1) istifadə olunan texnologiya; 2) iq-tisadi ehtiyatların qiymətləri. Yeni, mütərəqqi texnologiya-dan istifadə edilməsi xərclərin azaldılmasına imkan verir. Məsələn, digər şərtlər sabit qalmaqla, istifadə olunan texno-logiya və ona uyğun gələn texnikadan istifadə olunduqda və ondan əvvəl əmək haqqının ödənilməsi ilə əlaqədar olan xərcləri müqayisə edək. Tutaq ki, ənənəvi texnikadan istifa-də olunduqda işçi bir saat ərzində 10 məmulat hazırlayır və bunun müqabilində 1manat əmək haqqı alır. Deməli, mə-mulat vahidinin hazırlanmasına çəkilən xərc 10 qəpiyə bəra-bərdir. Daha mütərəqqi texnologiya tətbiq olunduqda isə işçi bir saatda 20 məmulat istehsal edir və onun əmək haqqı 1,6 manat, məhsul vahidinə çəkilən əmək haqqı xərci isə 8 qəpik təşkil edir. Deməli, nəzərdən keçirilən misalda əmək haqqının artmasına baxmayaraq məmulatın hər vahidinə düşən xərc 10 qəpikdən 8 qəpiyə düşmüşdür.
Istehlak olunan iqtisadi ehtiyatların qiymətlərinin yüksəlməsi bütün xərc növlərinin artmasına, əksinə aşağı düşməsi onun azalmasına səbəb olur. Həm də qeyd etmək lazımdır ki, real həyatda iqtisadi ehtiyatlardan bəzilərinin qiyməti yüksəlir, bəzilərininki isə aşağı düşür. Bu,təbii olaraq onların bir-birini əvəz etməsinə gətirib çıxarır.
.
2. Firmaların qısa və uzun müddətli dövrlərdə fəaliyyətləri və xərcləri.
Istehsal prosesində istifadə olunan ehtiyatların həc-minin dəyişməsinə müxtəlif miqdarda vaxt sərf olunur. Bununla əlaqədar olaraq qısa və uzun müddətli dövrləri bir-birindən fərqləndirmək lazımdır.
Qısa müddətli dövr dedikdə, müəssisənin malik ol-duğu mövcud güclərdən istifadənin intensivlik dərəcəsini dəyişdirmək üçün kifayət edən və özünün istehsal güclərini dəyişdirmək üçün lazım olan dövr nəzərdə tutulur. Bu dövrdə firmaların istehsal gücləri dəyişməz qalsa da, çox və ya az miqdarda canlı əmək, xammal və başqa ehtiyatları tətbiq etmək yolu ilə istehsalın həcmini dəyişdirmək olar. Və bu dövrdə mövcud istehsal güclərindən az və ya çox intensiv istifadə edilir.
Uzun müddətli dövr dedikdə, istehsal gücləri də daxil olmaqla bütün iqtisadi ehtiyatların miqdarının dəyiş-dirilməsi üçün kifayət edən uzun bir dövr nəzərdə tutulur. Uzun müddətli dövrə həmçinin ayrı-ayrı sahələrin məna-feləri baxımından, bu və ya digər sahədə fəaliyyət göstərən firmaların ləğv edilməsi və onların bu sahələri tərk etmə-ləri, yeni firmaların meydana gəlməsi və həmin sahələrdə qərarlaşmaları üçün zəruri olan vaxt da daxildir. Beləliklə, qısa müddətli dövr istehsal güclərinin dəyişmədiyi, uzun müddətli dövr isə onların dəyişdiyi dövrü səciyyələndirir.
Qısa və uzun müddətli dövrlər bir-birindən yalnız müddətə görə deyil, həm də ümumi təsəvvürlərə görə fərqlə-nir. Belə ki, yüngül sənaye müəssisələrində istehsal güclərini az qala bir gecədə dəyişdirmək mümkündür. Lakin ağır sənayedə vəziyyət tamamilə başqadır. Məsələn, yeni bir neftayırma zavodu tikdirmək üçün bir neçə il lazım gəlir.
Firmaların qısa müddətli dövrdə fəaliyyətlərini nəzərdən keçirdikdə müəyyən miqdarda məhsul buraxılışı-nı təşkil etmək məqsədilə yalnız bir istehsal amilinin dəyişdiyi fərz edilir. Uzunmüddətli dövrdə isə firma müəyyən miqdarda məhsul buraxmaq məsələsini tətbiq olunan bütün istehsal amillərini dəyişməklə həll edə bilər. Lakin bu cür qərarların qəbul edilməsi sahibkarın üzərinə böyük məsuliyyət qoyur. Ona görə ki, yol verilən hər hansı bir səhv məhsuldarlığı aşağı olan avadanlıqların istehsalının təşkili, onların reallaşdırılmasında çətinliklərin meydana çıxmasına, bu isə öz növbəsində onun müflis-ləşməsinə səbəb ola bilər. Bundan başqa, uzunmüddətli dövr üzrə qərarlar qəbul olunarkən gələcəkdə istehsal ehtiyatlarının qiymətlərinin dəyişib-dəyişməməsi, bazarın mümkün olan konyukturası, bütövlükdə sahənin vəziyyəti nəzərə alınmalıdır.
Firma daha çox mənfəət əldə etmək üçün istehsalı elə təşkil etməlidir ki, bu, buraxılan məhsul vahidinə düşən xərclərin azalmasına imkan versin. Qısa müddətli dövrdə firmanın fəaliyyətini nəzərdən keçirəndə olduğu kimi, burada da iqtisadi ehtiyatların qiymətlərinin dəyişdiyi ehtimal edilir.
Məlum olduğu kimi, əmək və kapitalın həcmi və on-lar arasındakı nisbət müəyyən miqdarda məhsul buraxıl-masına imkan verir. Başlıca vəzifə bu istehsal amillərinin birinin digəri ilə əvəz edilməsi nəticəsində məhsul vahidinə düşən xərclərin azaldılmasına imkan yaratmaqdır. Firma əməyi kapitalla, yaxud da əksinə, kapitalı əməklə o vaxta qədər əvəz edəcəkdir ki, əmək amilinin bir manatına düşən son məhsul, kapitalın bir manatına düşən son məhsula bərabər olsun. Bunu aşağıdakı misalla izah edək. Tutaq ki, ay əzində əmək vahidinin dəyəri 250 manat, kapital vahidinin dəyəri isə 100 manat təşkil edir. Indi deyək ki, hər əlavə kapital vahidinin müqabilində məhsul buraxılışı 10 vahid artır, yəni kapitalın son məhsulu 10-dur, əməyin son məhsulu isə 5 vahidə bərabərdir. Deməli, əlavə əmək amili, əlavə kapital amili ilə əvəz olunmalıdır. Çünki əlavə kapital amili daha çox səmərə verir. Bu 10/100>5/250 formulu ilə əlaqədardır.
3. Miqyasın səmərəliliyi və ya istehsalın miqyası-nın genişləndirilməsinin müsbət və mənfi cəhətləri.
Təcrübə göstərir ki, istehsalın miqyasının genişlən-dirilməsi müəyyən dövr ərzində məhsul vahidinə çəkilən xərclərin azalmasına, sonra isə artmasına səbəb olur. Bunlardan biri istehsalın miqyasının səmərəli, digəri isə səmərəsiz olmasıdır. Başqa sözlə, müəssisələrin həcmi genişləndikcə bə-zi amillər orta istehsal xərclərinin aşağı düşməsinə, bəziləri isə əksinə artmasına səbəb olur. Birinci qrup amillərə başlı-ca olaraq əməyin, o cümlədən idarəetmə əməyinin ixtisas-laşdırılmasını, kapitaldan səmərəli istifadə olunmasını, köməkçi məhsullar istehsalının təşkilini misal göstərmək olar.
Əməyin ixtisaslaşdırılması səviyyəsinin yüksəldilməsi istehsalın miqyası genişləndikdə mümkündür. Əlavə muzdlu işçilərin işə qəbul edilməsi o deməkdir ki, tapşırıq-lar onlar arasında daha konkret bölünə bilər. Başqa sözlə, əməyin ixtisaslaşdırılması dərinləşdikdə hər bir işçi istehsal prosesinin gedişində bir neçə əməliyyatı yerinə yetirmək əvəzinə, konkret olaraq bir əməliyyat üzrə tapşırıq alır. O, bütün iş günü ərzində özünün ixtisasına uyğun gələn əməliyyatı yerinə yetirməklə məşğul olur. Kiçik müəssisə-lərdə isə ixtisaslı işçilər bəzi hallarda iş gününün yarıya qədərini heç bir ixtisas tələb etməyən işlərin yerinə yetiril-məsinə sərf edir ki, bu da istehsal xərclərinin artmasına səbəb olur.
Istehsalın miqyasının geniş olması idarəetmə ilə məş-ğul olan işçilərin əməyindən səmərəli istifadə edilməsinə im-kan verir. Məsələn, 30 nəfər işçinin əməyinə nəzarət etmək qabiliyyətinə malik olan rəhbər işçinin əməyi 10 nəfər işçisi olan kiçik müəssisədə az səmərəli olur. Bu isə o deməkdir ki, bu halda iri müəssisələrdə idarəetmə aparatı dəyişməz qalmaqla sənaye–istehsal heyəti işçilərinin sayının üçqat artırılması imkanı var. Eyni zamanda qeyd etmək lazımdır ki, kiçik firmalar idarəetmə ilə məşğul olan mütəxəssislərin əməyindən öz təyinatlarına görə istifadə etmək imkanına malik deyildirlər. Kiçik firmalar əksəriyyət hallarda mütərəqqi texno-logiyaya əsaslanan avadanlıqlardan istifadə edə bilmirlər. Çünki bir çox məhsul növlərinin istehsalı üçün istifadə edilən maşınları satın almağa onların gücü çatmır. Deməli, ən yaxşı avadanlıqları iri müəssisələr satın ala və istehsal prosesində istifadə edə bilirlər. Istehsalı iri miqyasda iəşkil edən müəssisələr kiçik müəssisələrə nisbətən əlavə məhsul istehsalını təşkil etmək imkanına malikdirlər. Məsələn, ətin qablaşdırılması ilə məşğul olan iri müəssisələr, əmələ gələn tullantılardan yapışqan, gübrə, dərman preparatları və bir sıra digər məhsullar hazırlayırlar, halbuki kiçik müəssisələr üçün bunlar iqtisadi cəhətdən sərfəli deyildir.
Lakin istehsalın miqyasının həddindən artıq genişlən-dirilməsi mənfi iqtisadi nəticələrə və deməli, məhsul vahidi-nə düşən istehsal xərclərinin artmasına gətirib çıxara bilər. Miqyasın genişləndirilməsinin mənfi cəhətləri idarəetmədə baş verən çətinliklərlə əlaqədardır.
Beləliklə, nəzərdən keçirilənlərə əsasən belə bir ümu-mi nəticə çıxarmaq olar ki, miqyasın səmərəsinin aydınlaş-dırılmasına müsbət və mənfi cəhətdən yanaşmaq lazımdır. Istehsalın genişləndirilməsinin müsbət cəhətləri aşağıda-kılarla əlaqədardır:
– Müəssisələrin həcmi böyüdükcə istehsalda və idarə-etmədə ixtisaslaşdırmanın üstünlüklərindən istifadə olun-ması imkanları da artır;
–Daha iri müəssisələrdə yüksək məhsuldarlıqlı və çox qiymətli avadanlıqlardan istifadə edilməsi mümkün olur;
– Əsas istehsalatların tullantıları əsasında məhsul buraxılışını təşkil etmək üçün fəaliyyətin diversifikasiya-laşdırıılması, köməkçi istehsalatların yaradılması imkanı daha böyük olur;
Miqyasın mənfi cəhətləri həddən çox böyük firm-alarda idarəetmənin pozulması ilə əlaqədardır. Çünki:
– Müəssisələrin ayrı-ayrı bölmələri arasındakı qarşı-lıqlı əlaqələrin faydalılığı azalır, firma çevikliyini itirir;
– Firmaların rəhbərliyi tərəfindən qəbul olunan qə-rarların həyata keçirilməsinə nəzarət çətinləşir;
– Firmaların ayrı-ayrı bölmələrində «yerli» maraq-larla ümumi maraq arasında ziddiyyət əmələ gəlir;
– Firmaların həcmi böyüdükcə qərarların qəbulu üçün lazım olan informasiyaların verilməsi və «işlənməsi» ilə əlaqədar olan xərclər artır;
Miqyasın səmərəliliyi müxtəlif sahələrdə eyni deyildir. Elə sahələr var ki, bazarın tələbini ödəmək üçün kifayət edən çox böyük həcmdə məhsul buraxıldıqda da xərclər minimuma enir. Bunlara təbii inhisarların mövcud olduğu sahələri misal göstərmək olar. Xərclərə qənaət etmək məq-sədilə belə sahələrdə bir iri firmanın fəaliyyət göstərməsi məqsədəuyğundur. Təbii inhisarlara iri şəhərlərin elektrik, qaz, su təchizatı müəssisələri misal ola bilər. Təbii inhisarların fəaliyyəti dövlət tərəfindən tənzimlənir.
Xərclərin və zərərin azaldılması, mənfəətin isə artırı-lması son nəticədə bazar iqtisadiyyatında firmanın vəziy-yətinin sabit və möhkəm olmasını təmin etmək, mənfəət götürmək üçün bir vasitədir.
4. Mənfəətin məzmunu, onun növləri, vəzifələri, artırılması yolları. Normal və xalis mənfəət.
Firmanın ümumi gəliri dedikdə, istehsal olunmuş məh-sul və xidmətlərin satışından əldə edilən pul vəsaiti nəzərdə tutulur. Gəlirin kəmiyyətinə aşağıdakı iki amil təsir göstərir; 1) istehsal edilmiş məhsulun həcmi; 2)qiymətlərin səviyyəsi.
Firma, azad rəqabət bazarında əmələ gələn qiymətlərlə bazarın imkan verdiyi qədər məhsul reallaşdıra bildiyinə görə ümumi gəlir (TR) istehsal edilmiş məhsulun dəyərinə (QP) bərabər olur.
Yəni:
TR=QP
Firmanın orta gəliri isə məhsul vahidinə görə belə mü-əyyən edilir:
TR:Q
Lakin xalis inhisar və oliqopoliya bazarlarında gəlirin müəyyən edilməsinə yanaşmada müxtəliflik vardır. Belə ki, xalis inhisarçı daha çox məhsul satmaq üçün qiymətləri aşa-ğı salmalıdır. Qiymət satışın həcmindən asılı olan dəyişən kə-miyyət olduğu üçün, aşağıdakı bərabərliyi yazmaq olar:
TR = P (Q)Q
Inhisarçının orta gəliri isə belə müəyyən edilir:
TR / Q
Məhsulun reallaşdırıldığı orta qiyməti inhisarçının şəxsən özü müəyyən edir. Başqa sözlə, inhisarçı satışın həcmini artırmaqla qiymətləri dəyişdirir (aşağı salır). Deməli qiymət sabit kəmiyyət deyildir.
Inhisarçının son gəliri onun əlavə daha bir məhsul va-hidinin satışından əldə etdiyi əlavə gəlir deməkdir
Firmaların fəaliyyətinə qiymət verərkən istifadə olu-nan göstəricilərdən biri də mənfəətdir.
Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisidir. Mənfəətin aşağıdakı növləri vardır: 1) iqtisadi və ya xalis mənfəət; 2) normal mənfəət.
Bazar iqtisadiyyatı şəraitində ən mühüm anlayışlardan biri iqtisadi və ya xalis mənfəətdir. Iqtisadi mənfəət dedikdə firmanın ümumi gəliri ilə ümumi xərcləri (daxili və kənar) arasındakı fərq nəzərdə tutulur.
Iqtisadi mənfəətin müəyyən edilməsi nə qədər sadə görünsə də, onu normal mənfəətdən və ya sahibkar gəlirin-dən fərqləndirmək lazımdır. Artıq əvvəllərdə göstərildiyi ki-mi, daxili və ya kənar ödəmə olub olmamasından asılı olma-yaraq kapitala görə ödənilən faiz məbləği və iqtisadi renta kimi sahibkarın mənimsədiyi normal mənfəət də istehsal xərclərinə daxildir. Bazar nəzəriyyəsinə uyğun olaraq bütün istehsal amilləri (əmək, kapital, torpaq və sahibkarlıq qabi-liyyəti) yeni dəyər yaradır, onun konkret formaları (əmək haqqı, faiz məbləği, renta və sahibkar gəliri) isə həmin mül-kiyyət sahiblərinin gəlirlərini təşkil edir. Beləliklə, hər hansı bir sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və onu qoruyub saxlamaq üçün lazım olan mənfəət məbləğinə normal mənfəət deyilir. Normal mənfəət daxili xərclərin tərkib ünsürlərindən biridir. Normal mənfəət təmin olunmadıqda hətta bəzi hallarda muzdla işləməyə üstünlük verir.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi mənfəəti marksist siyasi iqtisaddakı üstəlik izafi dəyər anlayışı ilə mü-qayisə etmək olar. Lakin müasir bazar iqtisadiyyatı nəzəriy-yəsindəki üstəlik mənfəətin əmələ gəlməsi başqa cür aydın-laşdırılır. K.Marksın irəli sürdüyü üstəlik mənfəət məhsul vahidinin istehsalına sərf olunan xərclərin azaldılmasına imkan verən ən yeni texnika və mütərəqqi texnologiyaları tətbiq edən kapitalistin əldə etdiyi izafi dəyərdir. Əmtəələri az xərclə istehsal edən və bazar qiymətləri ilə reallaşdıran firmalar digər istehsalçılara nisbətən üstəlik mənfəət əldə edirlər ki, onun da mənbəyi muzdlu işçilərin əməyidir.
Inhisar mənfəəti ehtiyatlardan istifadə olunması və ya təbii ehtiyatların məhdudluğu şəraitində məhsullara yüksək inhisar qiymətinin müəyyən edilməsi nəticəsində əldə edilə bilər. Ehtiyatlardan istifadə olunması ilə əlaqədar məhdu-diyyətlərə patent və lisenziyaları misal göstərmək olar. Bu, imkanlı şirkətlərin yeni texnika və texnologiyalardan başqa-larının istifadə etməmələri üçün təzyiq göstərmələri for-masında həyata keçirilir. Təbii ehtiyatların məhdudluğuna gəldikdə, çox nadir ehtiyatları çox az olan nadir resurslar öz sahibinə yüksək mənfəət, renta, faiz və əmək haqqı əldə etmək imkanı verə bilər.
Beləliklə, mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisi olduğuna görə hər bir hüquqi və ya fiziki şəxs onun artırılmasına xüsusi diqqət yetirir və bu məqsədlə müxtəlif vasitə və yollardan istifadə edir. Görün-düyü kimi, mənfəət uğrunda mübarizə aparmaq və onu artırmaq üçün müxtəlif üsullardan istifadə etmək istehsalı təşkil edən hər bir sahibkarın başlıca məqsədidir. Və buna əsasən demək olar ki, mənfəət iqtisadi mexanizmdə çox mühüm rol oynayır. Bu isə onun yerinə yetirdiyi vəzifələrdən irəli gəlir.
Mənfəətin başlıca vəzifələrindən biri, onun istehsal-da əmək məsrəflərinə qənaət edilməsinin ölçüsü olmasıdır. Bu, mənfəətin digər vəzifələrinin yerinə yetirilməsi üçün əsasdır. Çünki mənfəət əməyə qənaət olunduqda–əmək məhsuldarlığı yüksəldikdə, buraxılmış məhsulların hər va-hidinə çəkilən xərc aşağı salındıqda, kapitalverimi artırıl-dıqda–mümkündür. Mənfəətin kütləsinə təkcə əməyə qəna-ət edilməsi deyil, istehsal olunan və satılan məhsulların həcmi də təsir göstərir. Buna isə həm işçilərin sayının artı-rılması (ekstensiv amil), həm də əmək məhsuldarlığının yüksəldilməsi (intensiv amil) yolu ilə nail olmaq mümkündür.
Mənfəətin artırılmasının ikinci amilindən istifadə edilməsi iqtisadi cəhətdən daha sərfəlidir. Çünki işçilərin sayının artırılması müəyyən həddə qədər mümkündür, digər tərəfdən isə əmək məhsuldarlığının yüksəldilməsi, həm də istehsal olunan məhsulların miqdarının artırıl-masına və onların istehsalına çəkilən xərclərin aşağı salın-masına imkan verir.
Mənfəət həmçinin, yalnız kommersiya hesablı mü-əssisələrin kollektiv iqtisadi mənafelərini deyil, həm də ümumxalq mənafelərini ifadə edir. Deməli, onun hamısı müəssisənin sərəncamında qala bilməz, bir hissəsi ümum-dövlət pul vəsaitləri fonduna daxil olmalıdır. Bununla əlaqədar olaraq mənfəətin ikinci vəzifəsi–ehtiyatların alterna-tiv istehsal növləri arasında, habelə milli gəlirin bölgüsü və yenidən bölgüsünü həyata keçirmək vəzifəsi meydana çıxır. Başqa sözlə, mənfəət milli gəlirin dövlət büdcəsi vasitəsilə bölgüsü və yenidən bölgüsü, ehtiyatların istehsal sahələri arasında bölüşdürülməsü vəzifəsini yerinə yetirir.
Ölkəmizdə bazar münasibətlərinin formalaşması ilə əlaqədar mənfəətin bölgü funksiyasında müəyyən dəyişik-liklər baş vermişdir. Bu, öz ifadəsini hər şeydən əvvəl müəs-sisələrin əldə etdikləri mənfəətdən dövlətə verdikləri vergi-də tapmışdır.
Mənfəətin vəzifələrindən biri də stimullaşdırmadır. Bu, onun ilk iki vəzifəsi ilə ələqadardır. Mənfəətin bu vəzifəsi öz əksini onun müəyyən nisbətdə bölüşdürülməsin-də, cəmiyyətin və müəssisələrin mənafelərinin düzgün əla-qələndirilməsində tapır. Mənfəət cəmiyyətlə müəssisə arasında düzgün bölüşdürüldükdə əməyə qənaət olunur, istehsal xərclərinin azaldılması, istehsalın nəticələrinin yaxşılaşdırılması üçün kollektivdə stimul yaranır.
Dəyər kateqoriyası olmaqla, mənfəətin müəyyən çatışmazlıqları da vardır. Bunlardan biri ondan ibarətdir ki, mənfəətin artırılması iqtisadiyyatda istehsal şəraitinin dəyişməsi nəticəsində baş verə bilər. Başqa sözlə, mənfəət, qiymətlərin artması nəticəsində artırsa, bu, istehsalçı müəs-sisələrdə mənfəətin süni surətdə çoxalmasına, istehlakçı müəssisələrdə isə, əksinə, azalmasına səbəb olacaqdır. Bu isə o deməkdir ki, mənfəət müəssisələrin işinin səmərəliliyi göstəricisi kimi onu təhrif edəcəkdir.
Mənfəət, müəssisə qiyməti daha yüksək olan məh-sulların istehsalına «meyl» göstərdiyi hallarda da yanlış tə-səvvür yaradır
Mənfəət firmaların işini ifadə edən başlıca göstəri-cilərdən olduğuna görə onun artırılması amillərinin nəzərdən keçirilməsi böyük əhəmiyyətə malikdir.
Mənfəətin artırılmasına istehsal amilləri (əmək məhsuldarlığı, istehsal sahələrində çalışan işçilərin sayı, iş gününün uzunluğu, investisiya ehtiyatlarından istifadə dərəcəsi, istehsalın üzvi quruluşu və i. a.), bölgü (məsələn, əmək haqqının artım sürəti) və mübadilə şəraiti də (qiymətlərin səviyyəsi, təklifin tələbə nə dərəcədə uyğun gəlməsi və i.a.) təsir göstərir. Lakin bunların içərisində istehsal amilləri həlledici rol oynayır. Digər amillərə gəldikdə, onlar mənfəətin kəmiyyətinə yalnız pul ifadəsində təsir göstərə bilər. Çünki bölgü və mübadilə mərhələsində nə dəyər, nə də istehlak dəyəri yaranmır.
Müasir elmi-texniki inqilab şəraitində mənfəətin artırılmasında başlıca rolu əmək məhsuldarlığının yüksəl-dilməsi oynayır.
Mövzu 11: Qiymət və onun əmələgəlmə mexanizmi( 2 saat).
Plan
1.Qiymətin vəzifələri və metodları.
2.Qiymətlərin müəyyən edilməsi prinsipləri və dəyişməsinə təsir edən amillər.
3.Qiymət sistemi. Qiymətin növləri.
4.Qiymətin dövlət tətəfindən tənzimlənməsi.
-
Qiymətin vəzifələri və metodları.
Kommersiya və qeyri- kommersiya fəaliyyəti ilə məşğul olan bütün təşkilatların qarşısında duran başlıca vəzifələrdən biri də istehsal etdikləri məhsullar yaxud da göstərdikləri xidmət üçün qiymətlərin müəyyən edilməsidir. Tarixə nəzər saldoqda aydon olur ki, qiymətlər bir qayda olaraq satıcılar və alıcılar arasında danışıq, razılaşma əsasında əmələ gəlir. Satıcılar adətən qiymətləri yuxarı, alıcılıar aşağı müəyyən etməyə çalışsalar da son nəticədə münasib qiymət əmələ gəlir.
Firmalar qiymətqoyma probleminə müxtəlif cəhətlərdən yanaşırlar. Belə ki, kiçik firmalarda qiymətlər çox vaxt ali rəhbərlik tərəfindən müəyyən edildiyi halda, iri şirkətlərdə bu işlə adətən şöbə müdirləri, habelə əmtəə çeşitləri üzrə müdirlər müdirlər məşğul olurlar. Lakin iri şirkətlərdə də qiymətqoyma siyasətinin ümumi istiqamətləri ali rəhbərlik tərəfindən müəyyən oluna bilər və olunur.
Firmaların istehsal etdikləri əmtəələrə ilkin qiymətlərin müəyyən edilməsi prosesi aşağıdakı mərhələlərdən keçir:
-
Qiymətin müəyyən edilməsi ilə əlaqədar məsələnin qoyuluşu.
-
Tələbatın müəyyənləşdirilməsi.
-
Xərclərin qiymətləndirilməsi.
-
Rəqiblər haqqında məlumatın toplanması, qiymətləndirilməsi və təhlili.
-
Qiymətqoyma metodlarının seçilməsi.
-
Son qiymətin müəyyən edilməsi.
Məlum olduğu kimi firmaların yeritdikləri qiymət siyasəti bazarın tipindən asılıdır. Ona görə də firma bazarın tipini nəzərə almaqla hər hansı bir məhsulun istehsalına başlamamazdan əvvəl qarşısına qoyduğu məqsədi aydınlaşdırmalıdır. Firmalar qarşılarına başqa məqsədlər də qoya bilər. Bu barədə təsəvvürlər nə qədər aydın olsa qiymətqoyma da bir o qədər asan olar. Qarşıya çıxan belə məqsədlərə aşağıdakılar aiddir:
-
Təhlükəsizliyin təmin edilməsi və fəaliyyətin davam etdirilməsi.
-
Mənfəətin ən yüksək səviyyəyə çatdırılması.
-
Əmtəələrin keyfiyyəti göstəricilərinə görə öncüllük qazanılması( bazar payı).
Bazarda əmtəə istehsalçılarının sayı çox olduqda və onlar arasında kəskin rəqabət getdikdə firmanın təhlükəsizliyinin və fəaliyyətinin davam etdirilməsinin təmin olunması onun əsas məqsədinə çevrilir.
Firmaların əldə etməyə cəhd göstərdikləri iqtisadi mənfəət ümumi gəlirlə ümumi xərc arasındakı fərq kimi müəyən edilir. Bazar qiymətlərinini dəyişdiyi şəraitdə rəqabət aparan istehsalçıların qarşılarında bir- biri ilə əlaqəda olan 3 vəzifə durur.
-
Məhsulun istehsalına başlamağa dəyərmi.
-
Əgər dəyərsə nə qədər istehsal etməli.
-
Nə qədər mənfəət əldə oluna, yaxud zərər ola bilər.
Firma qısamüddətli dövrdə aşağıdakı 2 halda:
-
Ya iqtisadi mənfəət əldə etdikdə
-
Ya da özünün sabit xərclərindən az zərər çəkdikdə məhsul istehsalını həyata keçirə bilər. Firma qısamüddətli dövrdə maksimum mənfəət əldə edilməsini, yaxud da zərərin minimuma endirilməsini təmin edə biləcək qədər məhsul istehsal etməlidir.
Firmalar uzunmüddətli dövrdə istehsal güclərində qısamüddətli dövrdə edilməsi mümkün olmayan dəyişik-likləri etmək imkanı əldə edirlər. Məlum olduğu kimi, qısa müddətli dövrdə sahədə eyni sayda firma fəaliyyət göstərir və onlardan heç birinin avadanlıqlarında dəyişiklik olmur. Deməli, firmalar qısa müddətli dövrdə bir dənə məhsul istehsal etdikdə, yaxud da öz aktivlərini ləğv etmələri, biznesdən uzaqlaşmaları üçün kifayət qədər vaxtları olmadıqda bağlana bilər. Firmalar uzunmüddətli dövrdə ya özlərinin istehsal güclərinin genişləndirilməsi, ya da azaldılması üçün kifayət qədər vaxta malik olur
Göründüyü kimi, hər bir firma daha çox mənfəət əl-də etməyə çalışdığına görə tələbatı və xərcləri nəzərə almaq, onları müxtəlif qiymət səviyyələri ilə müqayisə etməklə, əmtəələrə elə qiymət qoyurlar ki, o, xərclərin ödənilməsi və mənfəət əldə olunmasını təmin etmiş olsun. Digər tərəfdən, hər bir firma pay göstəricilərinə görə bazarda öncül olmaq istəyir. Çünki bazar payı artdıqca firmanın xərcləri azalır, uzunmüddətli dövr üzrə nəzərdə tutulan mənfəət isə yüksək olur. Firmalar bazar payına görə öncüllük uğrunda apardıqları mübarizədə müxtəlif üsullardan, hər şeydən əvvəl, qiymətlərin mümkün qədər aşağı salınması üsulundan istifadə edirlər. Ona görə ki, qiymətlərin başqala-rına nisbətən aşağı müəyyən edilməsi müştərilərin həmin firmanın məhsullarına müraciət etmələri və onlara üstünlük vermələri üçün şərait yaradır.
Bazarda iqtisadi subyektlər arasında gedən rəqabət mübarizəsində istifadə olunan göstəricilərdən biri də isteh-sal olunan məhsulların keyfiyyətidir. Məhsulların keyfiy-yəti dedikdə, onların müəyyən tələbatı ödəməyə yararlılıq dərəcəsi ilə şərtlənən xassələrinin toplusu nəzərdə tutulur. Yüksək keyfiyyətli məhsullar aşağı keyfiyyətli məh-sullarla müqayisədə cəmiyyət üçün daha çox səmərə verir. . Yüksək keyfiyyətli, tullantısız istehsal prosesi üçün beynəlxalq standartlara uyğun gələn, mütərəqqi texnologiyaya əsaslanan uzunömürlü, etibarlı, estetik tələb-lərə cavab verən, iqtisadi cəhətdən sərfəli məhsulları isteh-sal edən və müxtəlif bazarlarda onların satışını təşkil et-məklə digər firmalarla rəqabət aparan firma müəyyən üstünlüklərə malik olurMəhsulların keyfiyyətinin yaxşılaşdırılması firmanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsinə, beynəlxalq bazarda onun mövqeyinin möhkəmlənməsinə və daha çox məhsul ixrac etməsinə, texnoloji və texniki yenilikləri tətbiq etmək üçün şərait yaradılmasına və nəticə etibarilə böyük məbləğdə iqtisadi səmərə əldə etməsinə imkan verir.
Firmalar istehsalı təşkil edərkən həm də bu və ya di-gər məhsula olan tələbatı müəyyənləşdirməlidir. Məhsulla-ra olan tələbata təsir edən amillərdən biri qiymətdir. Qiymətlə tələbat arasındakı asılılığa əsasən firma məhsul istehsalı üzrə konkret vəzifələri müəyyən edir, hansı məhsuldan nə qədər istehsal olunacağını planlaşdırır..
Deməli firmalar tələbatın dəyiş-məsini müəyyənləşdirməyə, daha dəqiq desək ölçməyə çalı-şırlar Iqtisadçılar məhsulların qiymətlərinin dəyişməsində istehlakçıların reaksiyasını, onların həssaslıq dərəcəsini qiymətlərin elastikliyi konsepsiyasının köməyilə ölçürlər. Qiymətlərin çox cüzi dəyişməsi satın alınan məhsulların miqdarının xeyli dəyişməsinə səbəb olduğuna görə məh-sullara olan tələbat nisbi elastiklik və ya sadəcə olaraq elastiklik adlanır.
Əmtəələrə olan tələbata təsir göstərən amillər içəri-sində onların qiyməti xüsusi yer tutur. Və qiymətlə tələbat arasında qarşılıqlı əlaqə vardır. Belə ki, qiymət nə qədər yüksək olarsa, tələbat bir o qədər aşağı olur və əksinə, qiymət nə qədər aşağı olarsa, tələbat da bir o qədər yüksək olur.
Qiymətlər üzrə elastiklik aşağıdakılarla müəyyən edilir: 1) Əmtəəyə ya əvəz yoxdur, ya yox dərəcəsindədir, yaxud da bu sahədə hələ rəqiblər meydana çıxmamışdır; 2) Alıcılar qiymətlərin qalxdığını dərhal hiss etməmişlər; 3) Müştərilər özlərinin alıcı adətlərini ləng dəyişir və nisbətən ucuz mal axtarmağa tələsmir; 4) Alıcılar belə hesab edirlər ki, qiymətlərin bahalanması məhsulların keyfiyyətinin yüksəlməsi, inflyasiya və s. əlaqədardır. Deməli, tələbat elastikdirsə, satıcılar dərhal qiymətlərin aşağı salınması haqqında düşünməlidir. Ucuzlaşdırılmış qiymət daha çox ümumi gəlir əldə etməyə imkan verir.
Dostları ilə paylaş: |