Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Hazırda ölkədə bazar iqtisadiyyatının tələbləri nəzərə alınaraq istehsal əsas fondlarının amortizasiyasının hesablanmasının açıq metodu tətbiq edilir



Yüklə 0,68 Mb.
səhifə30/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   26   27   28   29   30   31   32   33   ...   106
iqtisadiyyat nmf

Hazırda ölkədə bazar iqtisadiyyatının tələbləri nəzərə alınaraq istehsal əsas fondlarının amortizasiyasının hesablanmasının açıq metodu tətbiq edilir. Bu metodun mahiyyəti ondan ibarətdir ki, dövlət amortizasiya normasının yuxarı həddini müəyyən edir və bu həddən aşağı müəssisə istədiyi amortizasiya normasını tətbiq edə bilər. Eyni zamanda, istehsal əsas fondlarının bütövlükdə müəyyən qrupu üzrə amortizasiya normasının yuxarı həddi müəyyən edilir və qeyd edilən hədd daxilində müəssisə, bu qrupa daxil olan əsas fondlara istənilən amortizasiya normasını tətbiq edə bilər.
Qruplar üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
- binalar, tikililər və qurğular - 7 faizədək;
- maşın, avadanlıq və hesablama texnikası - 25 faizədək;
- nəqliyyat vasitələri - 25 faizədək;
- iş heyvanları - 20 faizədək;
- geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər - 25 faizədək;
- qeyri-maddi aktivlər üzrə istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
- digər istehsal əsas fondları - 20 faizədək.
Bütün bunlara görə də, müəssisənin özünün amortizasiya siyasəti olur və amortizasiya ayırmalarının hesablanmasının müxtəlif metodları tətbiq edilir. Müəssisədə düzgün amortizasiya siyasətinin işlənib hazırlanması məqsədilə istehsal əsas fondlarının iqtisadi cəhətdən məqsədəuyğun xidmət müddəti müəyyən olunmalıdır.



  1. Əsas fondların səmərəli istifadəsini xarakterizə edən göstəricilər

Müəssisənin iqtisadi inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə əsas fondların yalnız geniş təkrar istehsalı ilə deyil, həm də mövcud əsas fondlardan istifadə səmərəliliyini yüksəltməklə nail olmaq mümkündür. İstehsal əsas fondlarından istifadə edilməsinin səmərəliliyi bir sıra göstəricilərlə xarakterizə olunur. Bu göstəricilər ümumiləşdirici (iqtisadi) və xüsusi (texniki və texniki-iqtisadi) göstəricilərə bölünür.


Müəssisələrin istehsal əsas fondlarından istifadəni səciyyələndirən iqtisadi (ümumiləşdirici) göstəricilərı bir çox texniki-təşkilati və iqtisadi amillərdən asılıdır və əsas fondlardan istifadənin son nəticəsini xarakterizə edir. Buraya fondverimifondtutumu göstəriciləri aid olunur.
Müəssisə üzrə fondverimi həcm göstəriciiərindən birinin - əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondlarının orta illik dəyərinə nisbəti kimi müəyyən edilir və bu, əsas fondların bir manatına düşən məhsul buraxılışını özündə əks etdirir. Fondverimi nə qədər yüksək olarsa, əsas fondlardan bir o qədər yaxşı istifadə olunar.
Fondverimi (F) göstəricisi aşağıdakı düsturla hesablanır:

Burada, V - il ərzində istehsal edilən məhsulun dəyəri, manatla;
Fəs - istehsal əsas fondlarının orta illik dəyəri, manatla.
İstehsal əsas fondlarından orta illik dəyəri onların ilin əvvəlinə olan dəyər məbləği, üstəgəl il ərzində işə salınan əsas fondların dəyəri, çıxılsın il ərzində istifadədən çıxan fondların dəyəri kimi müəyyən edilir.
Fondverimi göstəricisinin tərsi olan göstərici fondtutumu adlanır və buraxılan məhsulun hər manatına düşən istehsal əsas fondlarının (dəyərə görə) miqdarından ibarətdir. Fondtutumu (Ft) aşağıdakı kimi hesablanır:

Fondverimini daha ətraflı təhlil etmək, onu yüksəltməyin ehtiyat mənbələrini aşkara çıxarmaq üçün müəssisənin texniki-texnoloji xüsusiyyətlərini nəzərə almaqla əlavə göstəricilərdən də istifadə olunur. Məsələn, çuqun, polad, prokat, neft, qaz, kömür, sement, elektrik enerjisi və s. kimi standart məhsulların istehsalında həmin məhsulların buraxılışı həcminin istehsal əsas fondlarının bir (100, 1000) manatına görə natural ifadədə müəyyən etmək olar. Fondverimi göstəricisi istehsal əsas fondlarının ən aktiv hissəsinə - texnoloji avadanlıqlara görə də müəyyən oluna bilər.
Bütövlükdə, müəssisədə fondverimi göstəricisini təhlil edərkən onun (müəssisənin) aid olduğu sahənin xüsusiyyətlərini nəzərə almaq lazımdır, çünki ayrı-ayrı sahələr üzrə fondveriminin səviyyəsi geniş amplitudada tərəddüd edir. Məsələn, yüngül və yeyinti sənaye sahələrinin müəssisələrində orta illik istehsal əsas fondlarının hər manatına məhsul buraxılışı öz məbləğinə görə, sənaye üzrə orta hesabla məhsul buraxılışından müvafıq surətdə təqribən 2 - 4 dəfə çox, hasilat sahələrindəkinə, elektrik və istilik enerjisi istehsallarındakına nisbətən isə təqribən 2-3 dəfə az olur.
Fondverimi göstəricisi istehsal əsas fondlarından istifadə səviyyəsini səciyyələndirir. Lakin, məsələn, o, əmtəəlik məhsula görə hesablanırsa, bu halda fondverimi göstəricisi məhsul istehsalına çəkilən xərclərin nisbi qənaətini nəzərə almır. İstehsal xərclərində əsas fondların amortizasiyası sənaye müəssisələri üzrə orta hesabla təqribən 10 faizə qədər olur, lakin əsas fondlar istehsal prosesinin maddi əsası olduğuna görə xeyli dərəcədə əmək predmetlərinə və canlı əməyə qənaəti müəyyən edir. Halbuki xammala, materiallara, yanacağa və elektrik enerjisinə, həmçinin əmək haqqına qənaət fondverimi göstəricisinin ancaq məhsul buraxılışının artmasına təsir edən hissəsində əks olunur. Bu qənaətin üstünlük təşkil edən qalan hissəsi isə fondveriminin səviyyəsində öz əksini tapmır. Halbuki real şəraitdə xammala və başqa əmək predmetlərinə qənaət etmək, əməyi mexanikləşdirmək, iş şəraitini yaxşılaşdırmaq və bunun nəticəsində əmək məhsuldarlığını yüksəltmək üçün əlavə avadanlıq istifadəyə vermək iqtisadi cəhətdən sərfəli olur.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə