Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə90/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   86   87   88   89   90   91   92   93   ...   106
iqtisadiyyat nmf

Biznes-plan. Planlaşdırmanın həyata keçiril­məsində biznes–planların əhəmiy-yəti və mahiyyəti olduqca bö­yük­­dür. Biznes-planlar əsasən biznes sahə­ləri üçün nə­zər­də tutu­lan plan sənədidir. Biznes-planlar biznes sa­hə­lə­ri­nin inki­şaf perspek­tiv­lə­rinin, iqtisadi səmərəliliyin gös­təri­cisi­dir. Biznes-planlar sanki müəs­sisənin güzgü­sü­dür.
Biznes-planlar müəssisənin istehsal və maliyyə-tə­sər­­­rüfat fəaliyyətinin geniş proqramıdır. Biznes-plan ye­ni ide­ya­ların həyata keçirilməsini, mövcud istehsalın geniş­­lən­diril­məsini əhatə edir. Həmçinin biznes-plan müəs­si­sə­sinin keç­miş, indiki və gələcək fəaliyyətinin qısa yazılmış şərhi­dir.
Biznes-plan həm müəssisədaxili, həm də müəssisə­xa­ri­ci sənəddir. Biznes-plan ona görə müəssisənin xarici sə­nə­di­dir ki, digər müəssisələr, rəqiblər, tərəfdaşlar, alı­cılar, sifa­rişçilər müəssisə haqqında informasiya almaq istədikdə, onlar biznes-planın məlumatlarına istinad edə bilər­lər. Biz­nes–plan ona görə müəssisədaxili sənəddir ki, müəssisənin daxi­li strukturları biznes-planın onlara aid olan bölmələrini əldə rəhbər tutaraq fəaliyyət gös­tə­rir­lər. Biznes-plan bir neçə bölmələrdən ibarət olur. Biznes-planın ən çox istifadə olunan bölmələri aşağıdakılardır:

  1. Biznes-plan haqqında qısa xülasə;

  2. Müəssisə haqqında məlumat;

  3. Təşkilati plan;(Təşkilati struktur)

  4. Marketinq planı;

  5. İstehsal planı;

  6. Maddi-texniki təchizat planı;

  7. Satış planı;

  8. Maliyyə planı;

  9. Mənfəət planı;

  10. Layihənin iqtisadi səmərəliliyi.

Birinci bölmədə biznes-plan haqqında ümumi mə­lu­­mat verilir. Yəni biznes-plan hansı məqsəd üçün tərtib olu­­­nub, fəaliyyətin hansı tərəflərini və hansı isti­qa­mət­lə­ri­ni əha­­tə edir, hansı müddət üçün nəzərdə tutulur. Bu böl­mə yeni layihə üçün lazım olan kapital qoyuluşunun həc­mini də müəy­yən edir.
İkinci bölmədə müəssisənin özü haqqında məlumat ve­ri­lir. Burada müəssisənin fəaliyyət sferaları, onun möv­cud vəziyyəti və iqtisadi durumu, əsas vəsaitləri, ehtiyac du­­­yu­lan təmir və bərpa işləri haqqında informasiyalar və s. nə­zər­də tutulur. Bu mərhələdə müəs­si­sə­nin maliyyə im­kan­ları, onun aktivləri və passivləri əks etdirilir.
Üçüncü bölmə təşkilati strukturun müəyyən olun­ma­sını və biznes-planın həyata keçirilməsi üçün vəzifə böl­gü­sü­nü özündə əks etdirir. Bu bölmədə biznes-planın han­sı tərəf­lərinin və müddəalarının təşkilati strukturun hansı böl­mə­ləri tərəfindən yerinə yetiriləcəyi qeyd edilir.
Dördüncü bölmə bazarın öyrənilməsini, bazarda məh­­­sula olan tələbatın müəyyən edilməsini əks etdirir. Bu plan “han­sı məhsuldan nə qədər və hansı keyfiyyətdə is­teh­­sal olu­narsa və bazara hansı qiymətlə çıxarılarsa onu sat­­maq olar” sualına cavab verir. Həmçinin marketinq plan müəssi­sənin rəqabət qabiliyyətinin artırılması üçün bö­yük əhə­miy­yət kəsb edir.
Beşinci bölmə istehsalla bağlı olub, marketinq plana istinad edərək məhsulun kə­miy­­yə­tini, növünü, çeşidini, key­fiyyətini, dəyərini plan­laş­dırır. Yəni bu bölmədə mar­ke­tinq planında irəli sü­rül­müş müddəalara əsasən, məh­su­lun kəmiyyət və keyfiyyət gös­təriciləri üzrə istehsal plan­laşdırılır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə