Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə98/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   94   95   96   97   98   99   100   101   ...   106
iqtisadiyyat nmf

Sosial konsepsiyanın (sosial-etik konsepsiya) əsas vəzifəsi məqsədli bazarların ehtiyaclarını, tələbatlarını müəy­yənləşdirmək və ödənilmə səviyyəsini daha səmərəli və məhsuldar formada təmin etməkdir. Sosial-etik kon­sep­siya marketinq fəaliyyətinin sosial və etik tərəf­lərinin tət­bi­qini və inkişafını nəzərdə tutur. Sosial kon­sep­siya de­dik­də, bazarlarda istehlakçıların tələbatının, onların istehlak qabiliyyətinin, ehtiyaclarının düzgün müəyyən olun­ması və bununla əlaqədar olaraq alıcıların məna­feyinə və tələ­ba­tına uyğun əmtəələrin istehsalının həyata keçirilməsi başa düşülür.
Sosial marketinq konsepsiyası insanların qısa müd­dət­li istəkləri və uzun müddətli rifahı arasındakı ziddiy­yət­ləri nəzərdən keçirməyi və aradan qaldırmağı tələb edir. Biz istəklərlə sosial rifah arasında ziddiyyət dedikdə, nəyi nə­zər­də tuturuq? Məsələn “Mac Donalds” restoranlar şə­bə­kəsi insanların istəklərini, tələbatını nəzərə alaraq sürətli qidalanma mexanizminə əsaslanaraq alıcı­la­rı­na münasib qiymətlərlə, dadlı yeməklər təklif edir. La­kin, sosioloqlar həmin yeməklərin yağlı olmasını tənqid edir­lər. Çünki bu cür qidalar nəticədə insanların orqaniz­mi­­nin piylənməsinə səbəb olur. Yəni istehlakçıların bu­gün­ki tələbatına uyğun istehsal edil­miş məhsul onun dai­mi sosial rifahına xidmət etməlidir.
Bazar konsepsiyası bazarda tələb-təklifi öyrənmək və bunun əsasında bazar üçün məhsul istehsal olunmasını özündə əks etdirir. Marketinq konsepsiyası sırf bazarla əla­qədar olub müştəri yönümlü konsep­siyadır. Əgər əv­vəl­ki üç konsepsiya “istehsal et və sat” fəlsəfəsinə xid­mət edir­­sə, marketinq konsepsiyası “düşün və al” fəlsə­fə­si­ni dəs­təkləyir. Bu konsepsiyanın əsas vəzifəsi öz məh­su­lu­mu­za uyğun müştəri tapmaq deyil, öz müştə­rimizə uy­ğun məh­sul tapmaqdır. Bu konsepsiya müştəri dəyərlərinə və məmnunluğuna əsaslanan uzun müddətli müştəri əla­qə­lə­rini yaratmaqla mənfəət əldə etməyi nəzərdə tutur. Bu kon­sepsiya müştərilərin ehtiyaclarını və tələbatlarını öyrə­nir. Deməli, əvvəlki üç konsepsiya bu kon­­sep­siyadan bəh­rə­lənir. Çünki qurul­muş istehsal, is­teh­sal edilmiş məhsul və satış prosesi insan tələbatının ödə­nil­məsinə xidmət edir.
Marketinqin funksiyaları müəssisələrin qarşıya qoy­duqları məqsədlərə çatmaq üçün marketinq sahəsində hə­ya­ta keçirdikləri vəzifələrin məcmusudur. Marke­tin­qin funksiyaları aşağıdakılardan ibarətdir:

    1. Bazarın kompleks tədqiqi və bunun əsasında müəs­sisənin elmi-texniki siyasətinin işlənib hazırlanması.

    2. Məhsulun çeşidinin planlaşdırılması. Yəni mü­əs­­si­­sədə neçə çeşiddə, nə qədər məhsul istehsalı nə­zər­də tu­tu­lur.

    3. Satışın intensivləşdirilməsi. Yəni reklamların, sər­­­gilərin, yarmarkaların təşkili və satış sahəsində motiv­ləş­mənin həyata keçirilməsi.

    4. Məhsulun bölüşdürülməsi və satışı. Yəni satışın plan­laşdırılması və həyata keçirilməsi.

    5. Satışdan sonrakı xidmətlərin təşkili. Yəni satış­dan sonra malların daşınması, quraşdırılması, servislərin gös­tə­rilməsi, zəmanətlərin verilməsi və s.

    6. Yeni istehlakçıların formalaşdırılması. Yəni is­teh­salçılar elə məhsullar istehsal etməlidirlər ki, həmin məhsullar alıcıların tələbatına uyğun olmalıdır və insan­lar həmin məhsulların istehlakçılarına çevrilmə­lidirlər.

İstənilən firma bazar imkanlarını aşkar etməyi bacar­ma­lıdır. Heç bir firma əbədi olaraq özünün indiki əm­tə­ə­lə­ri­nə və bazarlarına arxalana bilməz. Firmalar təs­diq edə bilər ki, onların satışının və mənfəətinin əksər his­səsi yeni məhsulların yaradılması hesabınadır. Yeni im­kan­ların ax­ta­rışı ilə müəssisələr ya vaxtaşırı, ya da mün­tə­zəm məş­ğul ola bilərlər. Bir çoxları yeni ideyaları sadəcə olaraq ba­zar­da baş verən dəyişiklikləri diqqətlə izləməklə axtarıb ta­pır­lar. Şirkət rəhbərləri qəzetləri oxuyur, ixtisaslaşdırılmış sərgilərə gedir, rəqiblərin əmtəələrini öyrənir, digər yol­lar­la bazar informa­siya­larını toplayırlar.
Marketinq strategiyası müəssisəsinin əsas fəaliyyət strategiyasına aid olub, aşağıdakı alt strategiyaları özündə birləşdirir:
1) Bazarın strateji məqsədlər naminə tədqiqi;
2) Əmtəə strategiyası;
3) Məqsədli bazarların seçilməsi;
4) Qiymət strategiyası;
5) Rəqabət strategiyası.
Hər bir müəssisə bazarlarda mövqeləri ələ almaq, on­ları qoruyub saxlamaq üçün özünün marketinq strate­gi­ya­­sını işləyib hazırlayır. Marketinq strate­gi­ya­sı­nın ana xət­tini rəqabət strategiyası təşkil edir.
Rəqabət latın sözü olub, toqquşma deməkdir. Rəq­a­bət iqtisadi tərəqqinin hərəkətverici qüvvəsi olub, cə­miy­yət üzvləri arasında yaşamaq və mövcud olmaq uğrunda mü­bari­zədir. Rəqabət əmtəələrin istehsalı və realizə edil­mə­­si uğrunda bazar təsərrüfatının subyektləri arasında mü­ba­­ri­zədir. Rəqabət eynicinsli məhsulların istehsalı və ya eyni xid­mət sferasında fəaliyyət göstərən subyektlər arasında baş verir.
Rəqabət istehsalçıların öz istehsalını, texnolo­giyasını təkmilləşdirməyə, əmtəənin keyfiyyətini yaxşılaşdırmağa və alıcılara yüksək səviyyəli xidmətlər göstərməyə vadar edir. Bəzən rəqiblərin çox olması, bəzən də dempinq – hədsiz dərəcədə ucuzlaşma halına gətirib çıxarır ki, bu zaman məhsul maya dəyərindən xeyli ucuz qiymətə satıla bilər. Bu hal müəssisələrin müflis olmasına səbəb olur.
Hər bir istehsalçı rəqibinə qalib gəlmək üçün elmi texniki tərəqqini, müasir texnologiyanı, yeni əmək metod­la­rını tətbiq etməyə çalışır. Rəqabətin inhisarçı və azad for­maları mövcuddur.
İnhisarçı rəqabət inhisarçılar tərəfindən həyata ke­çi­ri­lir. İnhisarçılar öz məhsullarını inhisar qiymətinə sa­tır­lar. İnhisarlar oliqapoliya (bazarda az sayda in­hi­sar­çı­nın olması) və xalis inhisarçılardan (bazarda ye­ga­nə satıcı) ibarət olur. Azad rəqabət isə qiymət (dempinq siyasəti) və qeyri qiymət (keyfiyyətin yüksəldi­l­mə­si, reklam təd­bir­lə­ri, çeşidin yeniləşdiril­məsi) metodları ilə həyata keçirilir.
Rəqabət məhsulun həyat tsiklinin müddətini müəy­yən edir. Rəqabət güclüdürsə, bu müddət az bir vaxtı, rə­qabət zəifdirsə, müddət uzun dövrü əhatə edir. Məhsulun həyat tsikli dörd mərhələdən ibarətdir:

  1. Yeni məhsulun istehsalı və ya mənimsənilməsi.

  2. İstehsalın həcminin artırılması və satışın geniş­lən­­di­rilməsi.

  3. Rəqabətin güclənməsi, tələbin və qiymətlərin aşa­ğı düşməsi.

  4. Əmtəənin qocalma mərhələsi. Bu mərhələdə əmtəə artıq yenisi ilə əvəz olunur və yeni məhsulun həyat tsikli başlayır.

Alıcı və satıcıların sayına görə rəqabət aşağıdakı kimi təsnifləşir:

  1. Polipoliya (çox saylı istehsalçı və çox saylı is­teh­lak­çı).

  2. Oliqopoliya (az saylı istehsalçı və çox saylı is­teh­lak­çı.

  3. Monopoliya (1 istehsalçı və çox saylı istehlakçı).

  4. Monopsoniya (çox saylı istehsalçı və 1 isteh­lak­çı).

Rəqabət təkmil və qeyri–təkmil rəqabətdən ibarətdir. Təkmil rəqabətə azad və sağlam rəqabət də deyilir. Bu cür rəqabət aşağıdakı fəaliyyətləri özündə birləşdirir:

  1. Yeni əmtəə və xidmətlərin yaradılması;

  2. Məhsulun keyfiyyətinin artırılması;

  3. Qiymətlərin aşağı salınması (Qiymətlərin müha­ri­bə­si);

  4. Bazarda satışa qədərki və satışdan sonrakı xid­mət­lə­rin inkişafı;

  5. Reklam fəaliyyətinin həyata keçirilməsi.

Qeyri – təkmil rəqabətə aşağıdakılar aiddir:

  1. Rəqibi şantaj etmək;

  2. Alıcıları aldatmaq;

  3. Monopoliya, oliqopoliya, monopsoniya yarat­maq.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə