Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə95/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   91   92   93   94   95   96   97   98   ...   106
iqtisadiyyat nmf

Daxili motivləri aşağıdakı kimi təsnifləşdirmək olar:
1) Təhsil (ali, orta ixtisas, peşə, orta).
2) Dünyagörüşü (biliklər, bacarıqlar, vərdişlər).
3) Davranış motivləri (xarakter, səy­lər, ma­raqlar cəhd, qətiyyət,).
4) Psixoloji keyfiyyətlər (təşəbbüskarlıq, diqqətlilik, həs­saslıq).
Təhsil biliklərin insana aşılanmasında rol oynayır. İn­san malik olduğu təhsilin formasına görə idarəetmə və əmək fəaliy­­yətində vəzifələrə nail olur. Məsələn idarə­et­mə fəaliy­yəti ilə məşğul olmaq üçün ali təhsil almaq məq­sə­d­ə­uy­ğun hesab edilir.
İnsanın dünyagörüşü dedikdə, onun nail olduğu bi­lik­lər, bacarıqlar və vərdişlər başa düşülür.
Bilik təbiət, cəmiyyət və idraka aid olan məlumat­ların, qa­nun və qanunauyğunluqların məcmusudur. Baca­rıq bilik­lərin həyatda və fəaliyyətdə tətbiqidir. Vər­diş isə ba­carığın av­tomatlaşdırılmış forma­sıdır. Məsələn avto­mo­bil sürmək, pal­tar tikmək, musi­qi alətində ifa etmək, dəzgah, avadanlıq və texniki vasitələrdə çalışmaq və s.
Qabiliyyət isə fəaliyyətin müvəffəqiyyətli icrasının şər­ti olub, onun üçün zəruri olan bilik, bacarıq və vərdiş­lə­rə yi­yə­­lənmə dinamikasının fərdlərdə təzahürüdür. Qa­bi­liy­­yət­li insanlar bilik, bacarıq və vərdişlərə sürətlə yiyə­lə­nirlər.
Xarakter insanın fərdi-psixoloji xüsusiyyətlərindən biri kimi daxili motivasiya amilləri içərisində böyük əhə­miy­­yət kəsb edən ünsürlər toplusuna aiddir. İnsanın xa­rak­teri ailədə, əmək kollek­tivin­də, cəmiyyətdə forma­la­şır və davranışın təsir vasi­tə­sinə çevrilir. Xarak­ter insanda özünü davamlı formada büruzə verir. Məsələn insan iş yoldaşları ilə bir dəfə humanist dav­ran­maq­la ona humanist insan de­mək olmaz. Əgər bu xüsusi­y­yə­t davamlı formada onun dav­ranış tərzində müşahidə olunursa, həmin insan hu­ma­nist xarakterli insan kimi qəbul oluna bilər. Xarakterik əla­mətlər dörd cür təsnifləşdirilir:
1) Kollektivə və insanlara münasibəti ifadə edən xa­rak­­terik əlamətlər (kollektivçilik, humanistlik, xeyir­xahlıq, qayğıkeşlik, sədaqətlilik, səmimilik, diqqətlilik, sa­də­­lik, nəzakətlilik, ədalətlilik);
2) Əməyə münasibəti ifadə edən xarakterik əla­mət­lər (əmək­­­sevərlik, işgüzarlıq, məsuliyyətlilik);
3) İnsanın özünə münasibətini ifadə edən xarakterik əla­mət­ləri (təvazökarlıq və ya şöhrətpərəstlik);
4) Əşyalara münasibəti ifadə edən xarakterik əla­mət­lər (səli­qəlilik, ehtiyatlılıq, qayğıkeşlik və s.).
Daxili motivlərlə bərabər insanın motivləşməsində xarici motivlərin də rolu böyükdür.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə