Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Reklam fəaliyyətinin idarə olunması



Yüklə 0,68 Mb.
səhifə101/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   98   99   100   101   102   103   104   105   106
iqtisadiyyat nmf

Reklam fəaliyyətinin idarə olunması dedikdə, təş­viqat işinin aparılması, alıcı ilə satıcı arasında kom­mu­ni­kasiyanın yaradılması, reklam vasitələrinin hazır­lan­ma­sı, bazarda satışın intensivləşdirilməsi ilə əlaqə­dar fəa­liy­yət başa düşülür.
Müəssisədə marketinq fəaliyyətini həyata keçirmək üçün marketinq xidmətini yaratmaq lazımdır. Bunun han­sı səviyyədə həyata keçirilməsi isə müəssisədə işin həc­min­dən, istehsal olunan məhsulun çeşidindən, ba­zar­ların növündən asılıdır. Bundan ötrü müəssisədə mar­ke­tinq şöbəsinin olması əhəmiyyət kəsb edir. Marke­tinq şö­bə­si müəssisənin marketinq strategiyasını hazırlayır və marketinq planlarını tərtib edir. Marketinq planlarında məq­­sədlər müəyyənləşdirilir, məqsədə çatmağın yolları qo­­yulur və hansı nəticələrin əldə oluna­cağı nəzərdə tu­tulur. Marketinq strategiyası, həmçinin müəssisənin ümu­mi strategiyasına daxil olmaqla onun tərkib hissəsi kimi çıxış edir.
Marketinq fəaliyyətinin idarə olunması marketinq üzrə menecerlər tərəfindən həyata keçirilir. Marketinq fəaliy­­yətinin istiqamətləri üzrə müxtəlif sahə menecerləri fəaliy­yət göstərə bilərlər. Məsələn satış üzrə menecer, reklam meneceri, servis və ya xidmət üzrə menecer və s. Özünün ən məşhur simasında marketinq üzrə menecer müəyyən müddətdə firmanın istehsal etdiyi məhsulların sa­tıl­ması üçün lazımi sayda müştəri axtaran mütəxəssis kimi təsvir olunur.
Marketinq şöbəsində çalışan peşə sahibləri marketo­loq­lar adlanırlar. Marketoloqlar tələb, təklif, istehsal, əmtəə, xid­mət, qiymət və s. iqtisadi-sosial kateqoriyaların mahiy­yə­tini, məzmununu, vəzifələrini kamil bilən və elmi araş­dır­malar, tədqiqatlar aparmağı bacaran, təkliflər və tövsiyələr vermək qabiliyyətinə malik olan mütəxəs­sis­lər­dirlər. Mar­ketoloqlar dərin biliyə malik olmaqla bə­ra­bər ye­ni­lik­lə­rə hazır olmalı, ziddiyətləri təmkinlə həll et­mə­li, də­qiq­lik, yüksək mədəniyyət göstərməlidirlər.


5. Nəzarət funksiyası
Nəzarətetmə idarəetmənin mühüm funksiyalarından biri­dir. Nəzarət sözü nəzər yetirmək, baxmaq, müşahidə apar­maq mənasını daşıyır. Nəzarətetmə müəssisədə intiza­mın yaranmasını, fəaliyyətin tənzimlənməsini, qayda-qanunlara, təlimatlara əməl olunmasını təmin edən idarə­çi­lik funksiyasıdır.
Nəzarət idarəetmənin obyektini və subyektlərini əha­tə edir. Nəzarətin obyekti bütün isteh­sal sistemləri və ya­rım­sistemləri, funksional və xətti sistemlər, istehsal, tə­da­vül və s. sahələr ola bilər. Nəzarətin subyekti isə, fərdi adamlar, sosial qruplar və bütövlükdə təşkilat ola bilər.
Nəzarətin əsas məqsədi qərarların qəbulu ilə ic­ra­sı ara­sındakı vəhdətliyi təmin etməkdən, müəssisələrin sə­rən­camında olan maddi dəyərləri mühafizə etməkdən, prob­lemləri aşkar et­mək­dən, aradan qaldırmaqdan və gə­lə­cək­də baş vermə­mə­si üçün tədbirlər görülməkdən iba­rətdir.
Nəzarət təşkilatın öz məqsədinə çatmasını təmin edən bir prosesdir. İdarəetmədə nəzarət tətbiqi sahələri ilə əla­qədar olaraq aşağıdakı məqsəd­lər üçün istifadə olunur:

  1. Nizam-intizam qaydalarına əməl edilməsi məqsə­di­lə nəzarət;

  2. Norma və normativlərə əməl edilməsi məqsədilə nəzarət.

  3. İcraçılıq intizamına əməl edilməsi baxımından nə­zarət.

  4. Funksiyaların yerinə yetirilməsinə nəzarət.

  5. İdarəçilik qərarlarının icrasına nəzarət.

  6. Planların yerinə yetirilməsinə nəzarət.

Nəzarəti hə­yata keçirən rəhbərlər aşağıdakı funksi­ya­ları yerinə yetir­məlidirlər:

  1. Nəzarətin mexanizminin yaradılması.

  2. Nəzarətin zaman və məkan aspektindən planlaş­dı­rılması.

  3. Müəssisədə nəzarət strukturunun yaradılması.

  4. Nəzarəti gücləndirmək məqsədilə informasiya ma­teriallarının cəlb edilməsi.

  5. Nəzarət edilən obyektin real vəziyyətinin qiymət­lən­dirilməsi və aşkara çıxarılması.

  6. Norma və standartların, tapşırıqların, qaydaların po­zulması hallarının müəyyən edilməsi.

  7. Həmin kənarlaşma hallarının səbəblərinin aşkara çıxarılması.

  8. Yoxlanılan obyektin fəaliyyətinin qaydaya salın­ma­sı üçün təsirli tədbirlərin görülməsi.

Nəzarət ayrı-ayrı təşkilatlarda və onların daxili böl­mə­­lərində əlverişli şəraitin yaradılmasına imkan yarat­ma­lıdır. Bunun üçün təşkilatların özlərində və onlardan kə­nar­da müxtəlif nəzarətetmə sistemləri yara­dılır. Nəzarət öz tə­biətinə görə əks əlaqə prinsi­pinə, ideyasına əsas­lanır. Başqa sahələrdə (Məsələn idarə­etmə qərar­ların­da) olduğu kimi nəzarətin də özünəməxsus texnologiyası var­dır:

  1. nəzarət konsepsiyasının müəyyən edilməsi, seçil­m­əsi

  2. nəzarət məqsədinin seçilməsi

  3. nəzarət metodlarının seçilməsi

  4. nəzarət normalarının seçilməsi

  5. nəzarət sferalarının seçilməsi

  6. nəzarət müddətlərinin seçilməsi

Nəzarətin məqsədi stres vəziyyəti, qorxu xofu yarat­maq deyil, nöqsanların aradan qaldırılmasına kö­mək et­məkdir. Menecer həmişə nəzarətin səmərəli olma­sına, nə­ticədə müsbət halətin yaranmasına çalış­ma­lıdır.
Nəzarətdə ən başlıca məsələ obyektin arzu olunan stan­dartdan kənarlaşma səbəblərinin sistemli halda aş­kara çıxa­rılması və qiymətləndirilməsi, tənzimləmə proq­ramı­nın tərtib edilməsidir. Ən vacib məsələdən biri də nəza­rə­tin idarəetmə tsikli, menecmentin digər funksiyaları ilə op­timal halda əlaqələndirilməsidir. Nəzarətdə, həmçinin nə­za­rət vaxtının (ilkin, cari, son), nəzarət məqsədinin (ope­ra­tiv, strateji), nəzarət predmetinin (inzibati, maliy­yə), nə­za­rətin məzmununun və nəzarət metodlarının də­qiq­liyi, nə­za­rət fəaliyyətinin səmərəli təşkili son dərəcə vacibdir. Hər bir nəzarət növünün öz konkret məzmunu vardır. Bir qay­da olaraq kənarlaşmalar yol verilən, yol veriləndən aşağı və yuxarı hədlərdə olur. Ona görə də ən vacib prob­lem­lərdən biri həmin kənarlaşmaların faktiki miqyasının müəyyən edilməsidir.
Nəzarət prosesi dörd mərhələdən ibarətdir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə