Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Mövzu 13. Menecmentin informasiya təminatı



Yüklə 0,68 Mb.
səhifə104/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   98   99   100   101   102   103   104   105   106
iqtisadiyyat nmf

Mövzu 13. Menecmentin informasiya təminatı
1. İnformasiya anlayışı
2. İnformasiyaların idarəetmədə rolu
3. İnformasiyaların idarə edilməsi
1. İnformasiya anlayışı
İnformasiya latınca “informatsio” sözündən götürül­müş­­dür. İnformasiya ətraf mühitin obyektləri və hadi­sə­lə­ri, onların xassələri haqqında xəbərdir. İnfor­masiyalar iki cür­dür:

  1. Təhrikedici informasiyalar.

  2. Müəyyənedici informasiyalar.

Təhrikedici informasiyalar əmr, məsləhət, qərar, xahiş, sərəncam, göstəriş, tapşırıqlar formasında təzahür edir. O, insanı hər hansı fəaliyyətə və ya hərəkətə sövq edir.
Müəyyənedici informasiyalar məlumat və ya xəbər xa­rakteri daşıyır.
İnformasiyaları aşağıdakı kimi təsnifləşdirmək olar:

  • informasiyalar formasına görə yazılı və şifahi in­for­masiyalardan ibarətdir;

  • istifadə olunma müddətlərinə görə: cari və strateji informasiyalar;

  • məhsuldarlığına görə: real və faydalı informa­si­yalar;

  • məzmununa görə: iqtisadi, sosial, texniki və təş­kilati informasiyalar;

  • iqtisadi mahiyyətinə görə: plan, faktiki, hesabat, statistik informasiyalar.

  • mənbəyinə görə: daxili və xarici informasiyalar;

Daxili informasiyalar daxili struktur bölmələri və kol­lektiv tərəfindən hazırlanan və təqdim olunan infor­ma­si­­­­ya­lardır. Daxili informasiyaların mənbələri aşağı­da­kı­lar­dır:

  1. satış sənədləri (hesab-fakturalar, qaimələr, etibar­na­mələr və s.);

  2. mədaxil-məxaric sənədləri (mədaxil-məxaric or­den­ləri, xəzinə kitabı, bank əməliyyatlarından çıxarışlar və s.);

  3. plan sənədləri; strateji inkişaf planı, operativ plan, biznes-plan;

  4. maliyyə hesabatları və balanslar.

Xarici informasiya mənbəyi müəssisədən kənarda iş­lənib hazırlanan və müəssisəyə daxil olan infor­ma­si­yalar he­sab edilir. Xarici informasiya mənbələri aşağıdakılardır:

    1. Statistika orqanları;

    2. İnformasiya agentlikləri;

    3. Televiziya;

    4. Qəzetlər və jurnallar;

    5. İnternet saytları və s.

İstər daxili, istərsədə xarici informasiyaların əldə olunması və toplanmasının aşağıdakı üsulları mövcuddur.

  1. Dinləməklə.

  2. Oxumaqla.

  3. Seyr etməklə.

  4. Müşahidə aparmaqla.

  5. Müsahibə aparmaqla.

  6. Sorğu aparmaqla.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə