Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1



Yüklə 302,66 Kb.
səhifə32/71
tarix23.01.2023
ölçüsü302,66 Kb.
#99087
1   ...   28   29   30   31   32   33   34   35   ...   71
M vzu m asir t lim formalar ,i sullar v texnikalar plan 1

Oxunun ritmi:Bədii oxuda,xüsusiylə şeirlərin oxusunda ritm mühüm yer tutur.Oxu prosesində sonsuz davam edən düz xətt ritmin gözlənilmədiyini bildirir.Ritm hər hansı təkrar olunmayıb,eynicinsli hadisənin dövri olaraq bərabər təkrarlanmasıdır.Bu zaman surətlənmə və yavaşıma,gərginlik və zəifləmə,uzunluq və qısalıq eyni ölçüdə növbələşir.Əslində tam eyniliyi gözləmək mexaniki ritmikliyə apara bilər.
Melodika:Oxu prosesində müxtəlif yüksəklikdə olan səslər üzrə onun yuxarı və aşağı hərəkəti melodika adlanır.Durğu işarələri cümlənin melodikliyini,ahəngliliyini qaydaya salır.Nəqli cümlənin sonunda səsin tonu aşağı düşür,sual cümləsində isə özünəməxsus melodika yaranır.
Tembr:Tembr nitqin özünəməxsus rəngi olmaqla ona bu və ya digər ekspressiv-emosional xassə verir.Hər bir adamın səsi tembrlə fərqlənir.Səsin tembri ilə müxtəlif adamların səsləri arasındakı tanış adamın səsini müəyyən etmək mümkündür.Nitqin melodikasının zənginləşdirilməsində bu əlavə vasitə kimi çox mühüm əhəmiyyəti var.Hər bir adamin nitqi səslənməsi onun nitq aparatının qurluşu və fəaliyyətindən və səslənməsinin xarakterindən asılıdır.Danışıq zamanı emosiyadan asılı olaraq insanın səsi adi normadan fərqlənir,çaları dəyişir.İnsanın səsindən onun əhvali-ruhiyyəsini bilmək olur. Oxu prosesində yazıçınin məqsədi nitqin emosional çalarlığı ilə verilir. Tembr bədii əsəri al-əlvan bəzəyir.Bununla da əsərdəki surətlər prizmadan görünən kimi görünür.
Diksiya hər bir sözün aydın ,dəqiq tələffüz olunmasını tələb edir.Diksiyanın normallığı nitq aparatının quruluşundan və onun işinin düzgün təşkilindən asılıdır.Normal diksiyanı təmin etmək üçün ayrı-ayrı səslərin artikulyasiyası,tələffüzünə görə yaxın səslərin (b-p,v-f,q-ğ,d-t,j-ş,z-s)müxtəlif səs birləşmələrinin (krt,kst,kşt,kft,qko,fku,qke,şti),hecaların tələffüzü üzrə məşqlər təşkil olunmalıdır. Diksiyanı normallaşdırmaq məqsədilə fonetikanı yaxşı öyrətmək ,xorla tələffüz və xor oxutmaqdan istifadə etmək də məsləhət görülür. Kəkələmə,pəltəklik,tıntınlıq olan uşaqlarla fərdi iş aparılmalı, dodaqların ləng tərpənməsi damaqların sıxılması,dilin ağır hərəkət etməsi,tələskənlik hallarına yol verilməməlidir.Çalışmaq lazımdır ki,şagirdlərin diksiyaları aydın,səlis olsun.
Tənəffüs.Normal tənəffüs düzgün nəfəsalma və havanı qənaətlə,bərabər ölçüdə xərcləməkdən ibarətdir.Səsin təmizliyi,düzgünlüyü,gözəlliyi və dəyişməsi düzgün nəfəsalmadan asılıdır.Buna nail olmaq üçün döş qəfəsinin bütün əzələ aparatından istidə olunur.Sözlər və ya ifadələr arasindakı qısa fasilələr zamanı hiss olunmadan ciyərlərə hava daxil olur.Dərindən nəfəs alanda,xüsusilə,ciyərlərin daha tutumlu olan aşağı hissəsi hava ilə dolur,döş qəfəsi genişlənir,oxu zamanı hava məntiqi cəhətdən bitmiş hissələrə uyğun olaraq az-az xərclənir.Düzgün nəfəsalmanı təmin etmək üçün müxtəlif təmrinlər məsləhət görülür.: birdən beşə qədər saymaqla nəfəs almaq və ciyərlərin həddən artıq dolmasına yol verməmək,xüsusi mətinləri oxuyarkən nəfəsalmanı yoxlamaq və s.
Səs.Biz söz tələffüz edərkən ciyərlərdən hava buraxırıq.Hava nəfəs yolları ilə xirtdəyə gəlir,orada səs tellərinin yığılıb açılması nəticəsində zəif səs əmələ gəlir. Ağız boşluğunda səs kifayət qədər gur və xoş avazlı keyfiyyət qazanır.Səsin qüvvəsi ,ucalığı,uzunluğu,surəti,tembri və s. başqa keyfiyyətləri var.Nitqə ifadəlilik də verən elə bunlardır.Səsin qüvvəsi ilə ucalığını eyniləşdirmək olmaz. Qüvvə obyektiv,real böyüklüyü bildirir.Ucalıq isə nitq situasiyasından,oxunan mətndən asılıdır.Səsin müəyyən qüvvəsinə malik olan adam həm bərkdən,həm orta səviyyəli,həm də zəif səslə danışa bilər.Bəzən səsin ucalığı bir cümlənin içərisində dəyişir.Səsin uzunluğu (sürəti)uçuculuğu (uzağa uçaraq digər səslərlər fonunda ayrılması) da müxtəlif adamlarda fərqlənir.Oxucu öz səsinin imkanlarını bilməli və ondan düşünülmüş şəkildə istifadə etməlidir.Oxu prosesində səs gərginləşdirilmədikdə ifadəliliyin çalarları (kəskinlik,yumşaqlıq,istilik,soyuqluq və s.) hiss olunur.

Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə