Mövzu. Qadin yaradiciliğinin anlayişI



Yüklə 234,69 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix17.02.2018
ölçüsü234,69 Kb.
#27110
1   2   3   4   5   6   7   8

«…o zərifliyi sevənlərin yaddaşında gözəl, riqqət doğuran xatirə kimi qalmışdır». 

Bütün bunlarla yanaşı çoxluq, qadınların  ədəbi işdə öz hüquq bərabərliklərini sübut etmək 

cəhdlərinə neqativ reaksiya verirdilər. Qadınlara bərabər hüquqlar vermək üçün edilən bütün cəhdlər 

kəskin reaksiya törədirdi.  

1869-cu ildə Rusiyada D.S.Millin «Qadının tabeçiliyi» kitabı çap olundu ki, tənqidçi N.N.Straxov 

buna qadınlara kişilərlə  bərabər hüquqların verilməsi zərurətini rədd edən məqalə ilə cavab verdi. O 

iddia edirdi ki, qadın üçün əsas ailədir. O belə hesab edirdi ki, ancaq ailəsiz və yaşlı qadınlar ictimai işlə 

məşğul ola bilərlər. Straxova yazdığı məktubda L.Tolstoy hətta bunu da inkar edərək, belə hesab edirdi 

ki, sözü gedən kateqoriyadan olan qadınlar özlərinə ancaq «mamaça, dayə, təsərrüfat müdirəsi, pozğun 

qadın» məşğuliyyətləri tapa bilərlər». 

XIX  əsrin sonu XX əsrin  əvvəlində Rusiyada qadın hərəkatı tarixində yeni dövr başlandı. Müxtəlif 

qadın cəmiyyət və  təşkilatlarının sayı artırdı. Qadınların hüquqları, orta və ali təhsil almaq, işləmək və 

iqtisadi cəhətdən müstəqil olmaq imkanları genişlənirdi. Artıq 1897-ci ildə Rusiyada öz maaşı ilə dolanan 

6 milyon qadın var idi. Qadınlar arasında geniş yayılmış peşələrdən biri ədəbi yaradıcılıq idi: qadınlar 

hər yerdə müxtəlif qəzet və jurnalların redaksiyalarında  əməkdaşlıq edirdilər. Adlı-sanlı yazıçı-qadın, 

jurnalist, qəzet əməkdaşı tərcüməçi – bu rus cəmiyyətində geniş yayılmış haldır». 

Elə bu vaxt qadın-müəllifin rolunun dəyişməsi, onun ədəbiyyatda, həm də  təkcə  kəmiyyətcə deyil, 

keyfiyyətcə həmişəkindən daha görkəmli yer tutmağa başlaması tənqidin fikrini cəlb etməyə başladı. Bu 

period üçün səciyyəvi olan qadın yazııların  əsərlərində problematikanın genişlənməsi və  sırf «qadın 

mövzusu» çərçivəsindən çıxmasıdır. Tənqidçi N.Nadejdin bu barədə yazırdı: «Qadın yazıçılar həyatda və 

ədəbiyyatda hökmranlıq edən bütün istiqamətlərə cavab verir, öz əsərlərində  hər dəqiqənin  əhval-

ruhiyyəsini əks etdirirlər». 

Bütün bu tendensiyalar tənqidə qadın yaradacılığına böyük diqqət verməyə,  ədəbi həyatda onu 

xüsusi bir hadisə kimi qavramağa, müasir ədəbi prosesdə onun yerini və rolunu müəyyən etməyə imkan 

verdi  

Qadın yaradıcılığı  təhlilinə müraciət edən tənqidçilər müxtəlif ideya mövqelərində olmalarına 



baxmayaraq yekdilliklə onu ictimai və  ədəbi həyatda mütərəqqi hadisə kimi qiymətləndirirdilər. 

Məsələn, S.İ.Ponomaryov «Bizim yazıçı qadınlar» kitabında qeyd edirdi ki, «qadın yaradıcılığının 

rəğbətləndirilməyə ehtiyacı var», belə ki, cəmiyyət ancaq qadınların yardımı ilə insancasına mədəniləşə 

bilər. 


Buna baxmayaraq tənqidçi  əsərlərin çoxunda qadın  ədəbi yaradıcılığı müsbət fakt kimi 

qiymətləndirilsə  də, «təbiət qadınlara talant qığılcısı versə  də, heç vaxt düha vermir» kimi fikir geniş 

yayılmışdı.  

Adətən qadın yazıçıları yaradıcılığın vacib şərti olan müstəqil təfəkkürə malik olmamaqlarında 

təqsirləndirirdilər. Bundan belə bir nəticə çıxarılırdı ki, qadın yazıçı ədəbiyyatda yeni bir söz deyə bilməz 

və ancaq artıq mövcud olan ideyaları  təkrar edəcək. Qadın yazıçıların intellektual tutarsızlığı adətən 

qadınların «əxlaqi instintləri rəhbər tutması» və «intuitiv inam» qabiliyyəti ilə qarşı-qarşıya qoyulur. 

Buna görə də hisslərin və ruhi həyəcanların təsvirini qadın ədəbiyyatının xüsusiyyəti hesab edirdilər ki, 

mövzunun belə darlığı tənqidçilərin dediyinə görə onu xeyli kasıblaşdırırdı.  

Qadın  ədəbiyyatının zəifliyini sübut edərkən, tənqidçilər onu «kişi»  ədəbiyyatının  ən yaxşı 

nümunələri ilə müqayisə edir, qadın  ədəbiyyatının xüsusiyyət və xarakter cizgilərinə isə qüsur kimi 

baxırdılar.  

Bu dövrdə elə kitablar meydana çıxdı ki, onların müəllifləri qadının öz təbiətinə görə adsız olduğu, 

dahi ola bilməyəcəyi, fərdi yaradıcılığın ona yad olduğu haqqında fikir yürüdürdülər.  Ən  əvvəl bu 

O.Veyningerin «Jins və xarakter» (1903) kitabına aiddir. Bu ideyalar eləcə də N.Abramoviçin «Qadın və 

kişi mədəniyyəti dünyası» kitabında da inkişaf etdirildilər. Burada müəllif yazıçı qadınların  əsərlərini 

təhlil edərək, belə bir nəticəyə  gəlir ki, «qadın yaradıcılığı real olaraq yoxdur, insan ruhunun təzahürü 

kimi, daxili təbii «Mən» kimi olaraq yoxdur, guya dünyanın intellektual həyatında qadının iştirakı 

cüzidir». 

Qadınlar tərəfindən yazılmış olan çox az əsərdə, qadın yaradıcılığında  ən dəyərli olan məhz onun 

xüsusiyyət və fərqləndirici cəhətləridir, ideyası irəli sürülür. Bu fikri E.Koltonovskaya «Qadın siluetləri» 

kitabında sübut edirdi. Həmçinin O.Veyninqerin hər bir insanda kişi və qadın mənşəyinin müxtəlif 

uyğunluqda olması ideyası da bu kitaba öz havasını verib. E.Koltonovskaya sübut etməyə çalışır ki, 



«ümumbəşər mədəniyyətinin yaradılması və intellektual yaradıcılıqda qadın öz əsas qadın elementləri ilə 

iştirak etmir; bu işdə ikinci dərəcəli elementlərdən, yad kişi təbiətindən onun təbiətinə sirrli şəkildə 

köçmüş kişi elementləri ilə iştirak edir». 

Qadın yaradıcılığının dəyrələrini tam tanımaq istəməyən O.Veyninqer və onun davamçılarından 

fərqli olaraq, E.Koltonovskaya nəinki onu tanıyır, həm də onun «özünəməxsus, parlaq siması» 

olduğundan danışır. 

Bu fikri L.Marqolm özünün «Qadın haqqında kitab» əsərində (1895) müdafiə edir. Kitabda gbstərilir 

ki, dünyadakı bütün canlılardan ən subyektiv olan qadın bizə ancaq özünü, özəl qəlbinin parçalarını verə 

bilər və bu onun ədəbiyyata verdiyi ən böyük paydır». 

Qeyd etmək lazımdır ki, yazıçıların çoxu öz əsərlərində tənqidçilərin arzusuna əks olaraq, hər hansı 

görkəmli, sosial, fəlsəfi, siyasi problemlərin qoyuluşuna və  həllinə can atmayaraq, bilərəkdən diqqəti 

qadın qəlbinin dərin dünyasına cəmləyirdilər. Belə ki, məşhur yazıçı qadın O.Şapir öz proqram çıxışında 

qeyd edir ki, qadının  ədəbiyyatda «qiymətli payı» onun «kişi dəst-xəttini tədqiq etməklə» dediyi deyil, 

«qadının adından dediyi» ola bilər. O məhz belə bir ədəbiyyatın mövcudluğunu müdafiə edirdi ki, orada 

«həyatın qadınca izahının əsil səsi» eşidilsin. Bununla belə o başa düşürdü ki, bu çıxışı ilə tənqidə onun 

əsərlərinə «xanım belletristikası» – ironik damğasını vurmaq imkanı verir.  

Tənqid doğru qeyd etmişdir ki, XIX əsrin sonunda qadın  ədəbiyyatının səciyyəvi cizgisi onunla öz 

«mənini» fəal ifadə etmək və onun ədəbi tədqiqatların predmeti etmək tendensiyasıdır. Bu, özünü qadın 

muəlliflərin kişi psevdonimlərindən imtina etməsində, povest-gündəlik, povest-məktublar canrına aludə 

olmasında özünü göstərir. Adı gedən canrda nəql birinci şəxsin dilindən bütün diqqətin və qadın 

qəhrəmanının daxili aləminə cəmlənmiş şəkildə gedir. Bununla əlaqədar L.Marqolm yazırdı ki, əvvəllər 

qadının ədəbi yaradıcılığı «simasız yaradıcılıq» idi və yaxud «forma və məzmuna görə kişi nümunələrini 

təqlid etmək idi». O qeyd edirdi ki, indi qadın yaradıcılığında yeni dövr başlanmışdır: yazıçı-qadınlar 

«qadın təbiətinin mahiyyətini»

8

  təsvir etməyə başlayıblar. Eyni fikri özünün «Yeni qadın» məqaləsində 



A.Kollontay da ifadə etmişdir. O yazırdı ki, «qadın yazıçılar öz dilləri ilə öz qadınlarından danışmağa 

başladıqları vaxtdan onların əsərləri…. özəl xüsusi dəyərə və özəl xüsusi əhəmiyyətə malikdir». 

Beləlilkə qadın yaradıcılığının mahiyyəti, qadının  ədəbiyyatda yeri haqqında mübahisələrə 

baxmayaraq, təqidçilər yekdilliklə qeyd edirdilər ki, yazıçı qadınlar  ədəbiyyata öz xüsusi mövzularını, 

dünyanı görməyin özb üsullarını «öz qadınlıqlarını» gətirdilər.  

Qadın  ədəbiyyatının spesifik xüsusiyyəti kimi tənqid qadının daxili aləminə olan, özünü təhlil 

etməyə, insan münasibətlərinin mürəkkəb çalarlarına olan marağı qeyd edirdi. Tənqid həm də qadın 

nəsrinin xaratkerik olan əsas mövzularını, suallarını, obrazları, eləcə  də onun ictimai mahiyyətini 

ayıraraq göstərdi. Qadın müəlliflərə xas olan dünyanın bədii qavrayışının özünəməxsusuğunu, estetik 

ümumiliyi aşkara çıxartmaq daha çətin oldu.  

E.Koltonovskaya «Qadın siluetləri» toplusunda bunun öhdəsindən daha maraqla gəldi. O qadının 

dünyaya baxışının spesifikasını ifadə etmiş  və onun həm ideya, həm də stil səviyyəsində qadın 

yazıçıların əsərlərində əksinin xarakterini ala bilənlərdən biri oldu.  

E.Koltonovskaya qadın yazıçılarını stilinin hansı xüsusiyyətlərini ustalıq və istedadın olmaması ilə 

əlaqədar olduğunu, hansının isə qadın şəxsiyyətinin spesifikası ilə əlaqədar olduğunu aydınlaşdırmağa 

çalışmışdır. O, qadıfn yaradıcılığının xarakterik cizgilərini, birinci növbədə qadın psixologiyasına, hisslər 

aləminə olan marağı, subyektivist qiymətləndirməni, emosionallıq və lirizmi «hisslərin içindən 

düşünmək qabiliyyətini aşkara çıxara bilmişdi.  

Qadın yaradıcılığının sadaladığımız xüsusiyyətlərini ingilis ədəbiyyatının başqa nümayəndəsi 

Vircinya Vilfun yaradıcılığında da rast gəlmək olar. Bu XX əsrin  əvvəlində yaşayan məşhur yazıcı  və 

feministdir. Onun qələmindən təkcə  bədii  əsərlər yox, həm də esse, resenziyalar, ədəbiyyat, incəsənət, 

qadın emansipasiyası problemləri haqqında məqalələr çıxmışdır. «Öz otağım» (1928) essesində V.Vulf 

qadınlar və ədəbiyyat haqqında düşüncələrini verir. Essenin adı kifayət qədər mənalıdır. Yazıçının rəyinə 

görə yazmağa hazırlaşan hər qadının bunun üçün vəsaiti və  şəxsi otağı olmalıdır». Bu, qadının, 

ədəiyyatda olan əsas problemidir, ona görə ki, XX əsrə qədər qadınları nə şəxsi pulları, nə təhsil almaq 

üçün imkanları, yaradıcılıqla məşğul olmaq üçün «öz otaqları» yox idi. Vulfun fikrinə görə, «qadın və 

ədəbiyyat» hadisəsini müzakirə edərkən, birinci növbədə qadının «kişi» cəmiyyətində sosial 

vəziyyətindən söhbət getməlidir. Virciniya Vulf yazırdı: «Əgər bizim analarımız öz vaxtlarında pul 

                                                 

8

 Йеня орада, сящ. 110 




Yüklə 234,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə