Mövzu. Qadin yaradiciliğinin anlayişI



Yüklə 234,69 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix17.02.2018
ölçüsü234,69 Kb.
#27110
1   2   3   4   5   6   7   8

Azərbaycan  ədəbiyyatı adları ilə  zəngindir. Bu da onları qender aspektində  tədqiq etmək üçün 

zəngin material verir.  

XX  əsrin 30-cu illərində  ədəbiyyata özlərini qadın lirikasının gözəl nümunələrini yaratmış  şairə  və 

təcrüməçi kimi göstərmiş Mirvarid Dilbazi və Nigar Rəfibəyli gəldilər. Rus poeziyasından çoxlu əsər 

onlar tərəfindən tərcümə olunmuşdur. Mirvarid Dilbazi «Bizim səsimiz» (1934) ilk şer kitabında qadın 

azadlığı problemini qaldırmışdır.  

Azərbaycan qadın yazıçılarının «kişi» canr formalarına müraciəti də qender aspektində  və 

tədqiqatında maraqlıdır. Məsələn istedadlı azərbaycanlı yazıçı  Ə.Cəfərzadənin yazdığı tarixi romanlar 

haqqında danışmaq olar. Bu romanlarda ağıllı, cəsur, öz ərlərinə sadiq qadın obrazları yaradılıb. XX əsrin 

ikinci yarısında Azərbaycan  ədəbiyyatına  Ələviyyə Babayeva, Xalidə  Həsilova və daha sonra nasir və 

şairlərin bütöv pleyadası gəldi.  

Haqqında danışılan qender – hissi yanaşma, qadın və kişilərin fərdi fərqləri və dünyaya müxtəlif 

baxışlarını nəzərə alaraq, cinslərin bərabərliyini və qender müxtəlifliyini tanımağı nəzərdə tutur. Qender 

tədqiqatlarına həsr olunmuş müasir diskurslarda o, qadın  ədəbiyyatının və onun tanınmasının lehinə 

çıxış edir.  

Bu dövrdə diskussiya aparanlar hissiyyatı leqallaşdıran, emosiyaları açıq büruzə verən, qadın əhval-

ruhiyyəsini verə bilən qadın  ədəbiyyatına  ənənəvi baxışları  təmsil edirdilər. «Qadın  ədəbiyyatı» uzun 

müddət femin təmayüllü mətnlərin sinonimi sayılmışdır.  

Qərb qadın ədəbiyyatından danışarkən İsveç yazıçısı Verena Ştefanın Almaniyada çıxan «Tülənmə» 

(1975) kitabı haqqında danışmaq lazımdır. Bu 60-70-ci illər qadın hərəkatının ilk almandilli bədii mətni, 

onun manifesti, proqram sənədi olmuşdur. 70-ci illərin  əvvəllərində androsentrik düzənli dünyaya, 

seksizmə müharibə elan olunan zaman feminist diskursun xarakterik əlamətləri bu əsərin dilində özünü 

açıq-aşkar göstərirdi. Kitabın adı isə metaforadır. «Tülənmə» çox ləng gedən ağrılı olsa da yeniləşmənin 

qanunauyğun prosesidir. Bunun nəticəsində yeni keyfiyyət  əldə olunur. Bunun üçün özəl dil tapmaq 

lazımdır. V.Ştefan «Expertin» sözünü baş anlayış kimi edərək, belə hesab edirdi ki, qadın zaman və 

cəmiyyət tərəfindən onun qarşısına daim qoyulan məsələləri həll etmək üçün özünü yaxşı tanımalı, «öz 

bədəni, öz ruhu, öz seksuallığı» haqqında hər şeyi bilməlidir. Və özünə cəmiyyətin, o cümlədən kişinin 

ənənəvi nəzəri ilə baxmamalıdır. Cəmiyyətin bir vətəndaşı kimi öz perspektivini yaratmalı, hər  şeyi öz 

sözləri ilə ifadə etməyi öyrənməlidir. V.Ştefanın və yeni dövr qadın hərəkatının çoxlu digər 

nümayəndəsinin xidimətləri ondadır ki, onlar hər şeyi öz adı ilə deməyə təşəbbüs göstərərək, mədəni və 

dil stereotipi halqasını qırmağa cəhd edirdilər.  

Müasir almandilli ədəbiyyat belə anlayışdan xilas olmağa başlayıb. Bu özünü onda göstərdi ki, XX 

əsrin 90-cı illərinin qadın mətnləri emosional tonuna görə yuxarıda nəzərdən keçirdiyimiz rus qadın 

nəsri mətnlərindən seçilmir. «Otuz yaşlılar nəsli» olan alman yazıçıları Yudit Heran, Maykl Vetuel, Alisa 

Varzel və başqaları 60-70-ci illərdə gedən dil sisteminin qeyri-mükəmməlliyi və «qadın dilinin» 

yaranması haqqında diskussiyalarda iştirak etmirdilər. T.V.Qreçuşnikova qeyd edirdi ki, «onların əsərləri 

hər  şeydən  əvvəl dilin eqalitar istifadəsinin məhsulu, hər iki cinsin yaradıcılıq sərvəti olan «kişi» və 

«qadın» xarakteristikalarının məcmusudur (cəmidir)».28 

Onların mətnlərinin xüsusiyyəti qəhrəmanların qender identikliyinin qəsdən qeyri-dəqiq ifadə 

olunmasıdır. Onlar da hekayəti birinci şəxsin dilindən edirlər, lakin obrazın qendercəsinə 

konkretləşdirilməsi bilərəkdən uzadılır. Belə ki, Y.Hermanın «Sonya» (1998) hekayəsində  qəhrəmanın 

cinsi ancaq sonda onun qəhrəman qadınlarla qeteroseksual xarakterli münasibətlərinin açılmasından 

sonra konkretləşir. K.Lanqe-Müllerin qəhrəmanı olan qadın özünün bütün xarakteristikalarına görə: acı 

atmacalar atması, biologiya ilə  məşğul olaraq həşəratlar üzərində  qəddar eksperimentlər aparması ilə 

oğlanlarla assosiasiya yaradır. Məktəbli qızın cinsi də burada dolayı yolla göstərilib (məsələn, o gizli 

siqaret çəkmək üçün qadın tualetinə gedir). 

Belə tendensiya, tənqidin fikrincə, qender stereotiplərinin dəyişməsinə  və qender rollarının 

arasındakı  sərhədlərin pozulmasına olan meyllə  əlaqədardır.  İctimai stereotiplərlə  daha  az  yüklənmiş 

gənc alman qadın yazıçılarına xas olan «idrakın intriqası» qender konstrukları ilə oyuna uyğun gəlir.  

Qərb qender elmi qadın hərəkatının yeni dalğasının (XX əsrin 60-70-ci illər) nəzəri düşüncələrindən 

poststrukturalist və postmodernistlərin nəzəri mühakimələrinə  qədər, demək olar ki, 30 illik yol 

keçmişdir. Bu yolda çoxlu mübahisə və diskussiyalar oldu ki, bu da Amerika, Qərbi Avropa və Fransada 

qender tədqiqatları sahəsində müxtəlif məktəblər yarandı. Bu gün elə bir böyük universitet yoxdur ki, 



orada qadın, feminist ədəbiyyatı və tənqidi, eləcə də  ədəbi yaradıcılıqda qender aspektləri üzrə kurslar 

olmasın. Bu kurslarda qadın müəllifliyi, qadın tənqidi, qadın stili məsələləri araşdırılır. Bu tənqid nəyə 

yönəlir yönəlsin, ümumi halda dünyada qadın varlığının xüsusi usulunun və ona uyğun reprezentativ 

qadın strategiyalarının olmasını  təsdiqləyir. Bundan da ədəbiyyata  ənənəvi baxışları yenidən gözdən 

keçirtmək, qadın ədəbiyyatının sosial tarixinin yaradılması tələbi irəli gəlir.  

Beləliklə,  əsərlərin hüdudunda qadın yazıçıların  əsərlərinə, qadın  ədəbiyyatına  ədəbi prosesdə 

xüsusi bir hadisə kimi, ədəbiyyatın müəyyən təbəqəsi kimi qəbul etmək meyli görünür.  

Qadınların yaradıcılığının öz xarakteri xüsusiyyətlərinin müəyyən spesifikasının olduğu etiraf 

olundu. Həmçinin qadın yazıçıları dünyaya ümumbəşəri baxışlarını, həm də öz qadın baxışlarını ifadə 

edə bilərlər ki, bu da öz spesifkasına görə çox dəyərlidir. Əsrlərin hüdudunda tənqid qadınların daha çox 

meyl göstərdiyi mövzu və problemləri göstərdi. Müəllif qadınlar tərəfindən dünyanın bədii görməsinin 

xüsusiyyətlərini aşkar etmək üçün ilk addımlar atıldı. 

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Qadın ədəbiyyatda obyekt və subyekt kimi 



2. Qadın yaradıcılığının nəzəri əsasları və onun öyrənilməsinin əsas prinsipləri  

3. Qadın nəsrinin qender təhlili aspektində tipoloji xüsusiyyətləri.  

4. Azərbaycan ədəbiyyatında qadın nəsrinin təhlili. 

 

İş üsulları - tələbələr tərəfindən əvvəlcədən oxunmuş kitablar üzrə slaydlardan istifadə etməklə 

diskussiya 



 

SLAYD MƏTNLƏRİ 

 

Marqaret Mitçell və onun «Küləklə sovrulmuşlar» romanı 

Tənqidin roman haqqında rəyi 

 

Slayd №1. «Bu romanın Tolstoy, Hardi, Dikkens tərəfindən yaradılmış böyük əcnəbi əsərlərlə yanaşı 

durmağa hər hansı bir başqa Amerika romanından daha çox haqqı var. 



Slayd  №2.  «Küləklə sovrulmuşlar» müharibə dövrünün nəhəng diapazonlu və mürəkkəb ictimai 

həyatının təsvir edilməsində Tolstoyun «Hərb və sülh»ünə yaxındır.  



Slayd  №3.  «Belə etiras və  səmimiyyətlə danışılmış, içəridən belə anlayışla işıqlandırılmış tarixi 

material və təsəvvürün məhdud çərçivəsindən hörülmüş hadisə sonsuz dərəcədə maraqlıdır…» 

 

 

 



 

 

TƏHLİL ÜÇÜN MATERİAL 



 

Virciniya Vulfun «Öz otağım» essesindən parçalar 

 

(«) Niyə kişilər şərab içir, qadınlar isə su? Niyə onlar tərəqqi edir, biz isə səfalətdəyik? Yoxsulluq 

ədəbiyyata necə  təsir göstərir?  İncəsənət  əsərlərini yaratmaq üçün hansı  şərait zəruridir? Amma hamı 

sual yox, cavab axtarır. Javab üçün alimlərin yanına gedirlər, o ağıllı  və  qərəzsiz adamların yanına ki, 

onlar Britaniya muzeyinin kitabxanasında toplanmış  əsərlərində  bəşəriyyət üçün öz zəkalarının 

məhsulunu qoyaraq bu fani aləmdən ayırılıblar. Əgər Britaniya muzeyinin rəflərində həqiqət yoxdursa, 

bəs onu harada axtarmaq lazımdır? – deyə mən soruşdum, bloknot, karandaşımı götürdüm.  

Və bu suallarla həqiqətin axtarışına başladım (…).  

Giriş qapısı açılır, və içəri girən adam nəhəng muzey gümbəzi altında duraraq, özünü adlı-sanlı 

adamların adlarının təmtəraqla yazısıyla sarınmış  nəhəng alında miskin bir fikir kimi hiss etdi. Stola 

yaxın gedir, blanka götürür, kataloqun nəhəng cildini açır… və…. Bu beş nöqtə quruyub qalma, təəccüb 



Yüklə 234,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə