Mövzu. Qadin yaradiciliğinin anlayişI



Yüklə 234,69 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix17.02.2018
ölçüsü234,69 Kb.
#27110
1   2   3   4   5   6   7   8

qazanmaq kimi böyük sənəti öyrənsəydilər və sonra bunu atalar öz oğullarına etdikləri kimi öz qızlarına 

vəsiyyət edib, onlara dərəcələr və  təqaüdlər ayırsaydılar, gələcək bizim üçün də yüksək maaşlı bir 

vəzifənin kölgəsində etibarlı  və buludsuz olardı. Bir də dünyanın qədim künc-bucağını  gəzib dolaşar, 

tədqiq edər, yazardıq, Parfenonun ətəyində oturaqdıq və ya saat 10-da işə gedər və beşin yarısında evə 

qayıdıb şerlərimizi yaradardıq». 

İnsanın şüuruna səfalət (kasıblıq) necə təsir edir? Onun inkişafına firavanlıq necə təsir göstərir? Niyə 

bir cins çiçəklənir, o biri isə kasıbdır və sabaha ümidi yoxdur? Niyə bəzilərinin arxasında ənənələr durur, 

bəzilərini isə boşluq və bu, yazıçının inkişafına necə  təsir edə bilər? – bütün bunlar V.Vulfun özünə 

verdiyi və cavab verməyə çalışdığı suallardır.  

XX əsrin əvvəlində ədəbi prosesin ümumi tendensiyaları – psixoloji analiz üsullarını dəyişərək ruhi 

hərəkətlərin təsvirin mürəkkəbləşdirmək və yeni yollarını axtarıb tapmaq, dərin subyektiv aləm 

yaratmaq, yaradıcılığın ekspressiv elementlərini gücləndirmək idi. Bunlar rus qadın nəsrində 

özünəməxsus keyfiyyət qazandılar. 

Məsələn, rus ədəbiyyatında  ənənəvi realist yazan qadın yazıçılar öz kişi və qadın sələflərinin XIX 

əsrdə tapdıqlarını möhkəmləndirir və inkişaf etdirirdilər. Bu zaman gözəl rus şairəsi Marina 

Svetayevanın yaradıcılığı inkişaf edirdi ki, onun lirikası heç kəsi biganə qoymurdu. Onun əsərlərində 

təsvir olunan zərif hisslər aləmi bizim qarşısında  şairənin özünün və ümumiyyətlə qadının obrazını 

yaradır. M.Svetayeva təkcə çox gözəl  şairə deyil, onun nəsri də öz parlaq stili, dəqiq ifadələri və 

gözlənilməz dəyişiklikləri ilə adamı heyran edir. M.Svetayevanın nəsri ilə tanış olmaq bunu öyrənməyə 

imkan verir (mətn verilib). 

Avanqard istiqamətli yazıçıları – N.Petrovskaya, L.Linovyeva, Annibal, M.Mar və A.Mirenin adları 

ədəbiyyata çoxlu yenilik gətirdi. Onlar müəllifin səsini gücləndirərək, öz simalarını uydurma personacın 

maskası altında gizlətmədən və ya öz «Mən»ini qəhrəmanlarının «Məni» ilə çox yaxınlaşdırmadan, öz 

şəxsi təcrübələrinin faciəsini və  əhəmiyyətini verməyə çalışırdılar. Bundan başqa, onların yaradıcılığı 

onunla fərqlənir ki, qadın yaradıcılığı, onun ənənəvi olan məhəbbət mövzusundan kənara çıxmağa 

çalışırdılar. Buna baxmayaraq, başqa mövzulara həsr olunmuş  əsərlərin hər sətri bütün hadisələrin 

qadınlara xas yüksək emosional qavrayış ilə hopub. Əgər onlar bu həddi keçə bilirdilərsə  də, həmin 

dövrün «kişi tənqidçiləri» inadla bunu görmək istəmir və  həqiqətə zidd olaraq, onları «məhəbbət 

dəftərxanasına» aid edirdilər.  

XX  əsrin  əvvəlinə aid Amerika yazıçısı Marqaret Mitçelin yaradıcılığı ölməyən  şöhrətə klassik 

nümunədir. Özünün yeganə «Küləklə sovrulmuşlar» (1936) romanını yazan bu qadın ona görə Pulitser 

mükafatını aldı. Roman Amerikada 70 dəfə nəşr olundu, müxtəlif dillərə tərcümə olundu, ekranlaşdırıldı. 

Roman ümumdünya şöhrəti və çox böyük populyarlıq qazandı. M.Mitçell 1861-1865-ci illərdə baş vermiş 

vətəndaş müharibəsi və  bərpa dövründə Amerika cənubunun həyatını  təsvir edir. Romanın qəhrəmanı 

Skarlett O.Xaranın adı ümumiləşdi.  

Bu romanın ciddi əsər və ya «əsil ədəbiyyat səviyyəsinə qalxmış» qadın romanı olması və ya evdar 

qadınlar üçün «bulvar romanı» olması haqqında mübahisələrə səbəb oldu. Onlar bu günə qədər davam 

edir.  


Kitabın qadın tərəfindən yazılması, faktiki, bəziləri qadının öz emosiyalarından yüksəyə qalxaraq, 

ədəbiyyatda, ümumilikdə incəsənətdə  dəyərli bir şey yarada bilməyəcəyi haqqında fikrinə son qoyur, 

oxucular, romana heyran qalaraq, onu klassik ədəbi əsərlərə aid edirdilər.  

Marqaret Mitçellin özü çoxları üçün bir tapmaca oldu. «Romanın rus dilində  çıxan ilk nəşrinin ön 

sözündə ABŞ adlı-sanlı ədəbiyyatçılarının «Külək ilə sovrulmuşlar» romanının populyarlığı ilə əlaqədar 

verdiyi reaksiyası belə təsvir olunmuşdu. Heç kəsə məlum olmayan evdar qadının yazdığı kitabın yazıla 

biləcəyi haqqında mübahisə aparan mütəxəssislər qərar çıxartdılar ki, yazıla bilməz.  

Bütün hallarda müəllifin ədəbi vergisinin olması, qələmə çox gözəl sahibliyi, tarixi hadisələri kəskin 

və  dəqiq təsviri və  qəhrəmanların parlaq və canlı obrazları göz qabağındadır. Bütün bunlar M.Mitselli 

dünya ədəbiyyatının görkəmli yazıçıları ilə bir sıraya qoyur.  

1917-ci il inqilabından sonra qadınlar hüquqi, siyasi, iqtisadi cəhətdən kişilərlə bərabər oldular, belə 

hesab etmək olardı ki, «qadın məsələsi» SSRİ-də artıq mövcud deyil, yazııların «cinsi» əlamətlərə görə 

ayrılması ancaq xarici tənqidə xasdır. Qadın hərəkatının buna çox böyük təsiri var idi. Qərb  ədəbiyyatı 

70-ci illərdə feminist hay-küyünə  məruz qaldı. Bu təkcə spesifik qadın və feminist ədəbiyyatının yeni, 

bütöv təbəqəsini deyil, həm də feminist tənqidini yaratdı.  



Xarici tənqid və  ədəbiyyatşünaslıq bu sahədə çoxlu nəzəri məsələlərin araşdırılmasında böyük 

nailiyyətlər əldə etdilər.  

Postsovet məkanında xüsusilə son vaxtlar istedadlı qadın yazıçılarının bütöv bir pleyadası 

yaranmışdır. Onlar «qadın ədəbiyyatı», «qadın nəsri» anlayışlarının yaşam haqqı üçün yenidən mübarizə 

aparırlar. Tez-tez indiki qəzet və jurnalların səhifələrində deyilir ki, «qadın məsələsi» bizim ölkədə həll 

olunmayıb, «qadınlıq» anlayışının özü uzun müddət elə bil ki, heç mövcud olmayıb. Buna təkan verən 

əlbəttə 60-70-ci illərdə  Qərbdə aparılan qender tədqiqatları olmuşdur. Onlar qadın  ədəbiyyatına 

münasibətin dəyişməsində böyük rol oynadılar. 70-ci illərin  əvvəllərində bir-birinin ardınca sanballı 

nəşrlər çıxmağa başladılar ki, bu gün onlar «qadın dəst-xətti» problemləri üzrə klassik sayılırlar. 

Y.Kristevanın «Qadın həmişə müxtəlifdir» (1974), E.Siksin «Başqa güzgü» (1974), «Tək olmayan cins» 

(1977), «Meduzanın gülüşü» (1975) Dyu Plessin «Məktub və sonu yoxdur onun». XX əsr qadın 

ədəbiyyatında narrativ strategiya» (1985), P.Yeqerin «Sevimli dəli qadınlar» qadın yazısında 

emansipasiya strategiyası» 1988 və başqa əsərlər bu qəbildəndir.  

Bütün bu işlərdə qadın hüquq bərabərliyi və qadın  ədəbiyyatı problemləri həll olunur, bu 

ədəbiyyatın spesifikası, onun ictimai həyatda yeri və rolu analiz olunurdu. Fransız feminizminin 

nəzəriyyəsinə görə qadın yazısının  əsas  əlamətləri – qadın mətninin məsumluğu və xüsusi «cisimin» 

mətnə müdaxiləsilə yaradılan azadlığıdır. 

Ədəbiyyatşünaslığın Amerika feminist məktəbi bu gün «müəllif qadın», «qadın identikliyi», «qadın 

fəliyyəti» və sair kimi kateqoriyaları araşdırır. Bu işlərə psixososiologiya və poststrukturalizm geniş cəlb 

olunur. Bu kitabların müəlliflərinin  əsas məqsədi – qadın yazı manerasının xüsusiyyətlərini, qadın 

nəsrində mövzu yaratmaq üsullarını, qadın müəllifin mətndə reprezentasiyası  və qadınlar tərəfindən 

yaradılmış ədəbiyyatın differensial xarakteristikasını interpretasiya etməkdir.  

80-ci illərin sonunda qadın nəsrinin qender tədqiqatları Rusiyada geniş yayılmağa başladı. Siyasi, 

sosial və mədəni səbəblərin bütöv bir kompeksi gücünə qadın nəsri müstəqil ədəbi cərəyana çevrildi və 

öz hüquq və mövqelərini müdafiə etməyə başladı. Bu cərəyan müxtəlif nəsildən olan, müxtəlif həyat 

təcrübəsi, bir-birinə zidd baxışları və bədii manerası olan yazıçı qadınları birləşdirdi.  

Qender  əlamətinə görə birliyin xarakteri müəlliflərin baxış, həvəs, yaradıcı maneralarında eyniliyi 

nəinki nəzərdə tutur, hətta tamamilə inkar edir. Hadisələrin çoxluğu və çoxvariantlılığı əsasında problem 

seçimi, qadın həyat təcrübəsinin ötürülməsi, aləmin dərk edilməsinin xüsusiyyətlərində, mövcudluq, 

zaman və  məkan kateqoriyalarına baxılmasında müəyyən səviyyədə birləşmələri görə bilərik. Bu bir 

daha qadın nəsri fenomeninə vahid estetik tamlıq kimi baxmağın aktuallığını göstərir.  

Bir-birinə tamamən oxşamayan müasir rus yazıçıları  İ.Petruşevskaya, T.Tolstoya, L.Vaneyeva, 

M.Palay və bir çox başqaların vahid estetik məkan təşkil edirlər, burada qadın obrazı  və qender 

kəsimində  ətraf aləm xüsusi bir estetikanın olmasını nümayiş etdirir. Beləliklə, mədəni-estetik hadisə 

kimi qadın nəsri vəhdəti yaranır. Bu XX əsrin 80-90-cı illərində bir-birinin ardınca yaranan müasir qadı 

nəsrinin məcmuələrində özünü göstərir.20 

Tərtibçilər qadın olan bu məcmuələr  ətraf gerçəkliyə qender sistemi koordinatlarından baxan, 

oxucunu yeni femin mədəniyyətin yaradıcılıq emalatxanasına aparıb ona qadın nəsrində olan çoxlu 

mövzu, problem yanaşmaları qiymətləndirməyə imkan verən kollektiv qadın müəllifliyinin 

özünəməxsus yekunudur.  

Bütün bu məcmuələrin proqram xarakteri daşıyan ön sözləri var. Məsələn «Kinsizlər» məcmuəsinin 

sözönündə deyilir: «Qadın nəsri var, belə ki, kişi dünyasından fərqli qadın dünyası var».21 Bu və digər 

məcmuələrin proqram məqalələrində qadın yazıcılar cins kateqoriyasını, təhlil üçün paradiqma 

kateqoriyalara aid edirlər. Qadın nəsrinin estetik manifesti «Yeni amazonkalar» məcmuəsində müasir 

«amazonka»nın kollektiv yaradıcı portreti verilib, bu da qadın nəsrinin feminist istiqamətinin 

dünyagörüşü ilə həmahəngdir. M.Arbatovanın yaradıcılığında bu parlaq əks olunub. 

Feminist tənqidin tənqid hədəflərindən biri, bir çox qadın yazıçının adının unudulması, bəzilərinin 

yaradıcılığının qender kəsimində ilşıqlandırılmaması ənənəsidir.  

Yuxarıda adı  çəkilən qadın məcmuələri hər bir qadın yazıçı haqqında informasiya, qısa bioqrafik 

məlumatlarla müşayiət olunur. Bunun məqsədi oxucuları onların həyatı, yaradıcılığı və əsərləri ilə tanış 

etməkdir. Onların əsərlərinin psixoloji və ideya məntiqini, onların estetikasını dərk etmək üçün açar olan 

qenderin yenidən qurulmasına diqqət verilir.  




Yüklə 234,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə