Mövzu. Qadin yaradiciliğinin anlayişI



Yüklə 234,69 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix17.02.2018
ölçüsü234,69 Kb.
#27110
1   2   3   4   5   6   7   8

və  nəhayət karıxmanın beş uzun dəqiqəsidir. Qadınlar heç təsəvvür edirlərmi ki, kişilər hər il onlar 

haqqında nə qədər yazırlar? Onlar dünyada ən çox müzakirə olunan heyvan olduqlarını bilirlərmi? Mən 

kitabxanaya bloknot və karandaşla gəldim, hesabladım: səhəri oxumaqla keçirərəm, günorta həqiqət 

mənim  əlimdə olacaq. Amma indi götürək ki, bu işin öhdəsindən gəlmək üçün fil sürüsü, hörmüçək 

yığnağı olmaq lazımdır, - mən dəhşət içində ən dözümlü və çoxgöşlü heyvanları təsvir etdim. Təkcə dəni 

alaqdan ayırmaq üçün mənə polad dırnaq və  dəmir dimdik lazım olardı. Bu kağız kütləsinin içində 

həqiqət zərrələrini axtarım? – deyə çaşqın halda soruşdum və kitabların uzun siyahısını gözdən keçirdim. 

Hətta adlar da məni dalana salırdı. Jins məsələsi ilə bioloq və həkimlərin məşğul olması aydın məsələdir

lakin mənim izah olunmaz təəccübə görə qadın cinsi ilə  hər yerindən duran: esseistlər və zirək cızma-

qaraçılar, incəsənət magistri dərəcəli gənclər və  dərəcəsiz adamlar maraqlanırdılar, onların yeganə 

ləyaqəti onların kişi olmasında idi. Bəzi başlıqlar üzdən yüngül və məzəli görünürdü, lakin çoxu ciddi və 

nəsihətverici idi. Xəyalımda tribuna və minbərdə duran ciddi məktəb direktorları və ruhanilər canlanırdı, 

onlar elə  ləyaqətlə qadınlardan danışırdılar ki, onlara heç bir reqlament çatdırmaq olmazdı. Bu qəribə 

hadisədir, həm də ancaq kişilərə xas, mən məhz Q hərfini yoxladım. Qadınlar kişilər haqqında yazmırlar, 

mən rahat nəfəs aldım, çünki əgər mən həm bunların, həm onların bir-biriləri haqqında yazdıqlarını 

oxumalı olsaydım, qorxuram ki, yüz ildə bir çiçəkləyən kaktus 2 dəfə çiçək aça bilərdi, mən isə hələ də 

oturmalı olardım. Beləliklə, bir neçə kitabı qarasına seçərək, doldurulmuş blankları yolladım və öz 

stolumun arxasında oturub özüm kimi həqiqət ovçuları arasında gözləməyə başladım.  

Təmiz blanklarda cızma-qara edə-edə fikirləşdim – hər halda bu fərqi necə izah etmək olar? 

Kataloqa  əsasən axı niyə kişilər qadınlarla, qadınlar kişilərlə maraqlandığından çox maraqlanırlar? Çox 

qəribə faktdır və mən kimlərin qadınlar haqqında yazmaq istədiklərini təsəvvür etmək istərdim. Qocalar 

və ya cavanlar, evli və ya subaylar, alkoqoliklər, qozbellər. Diqqət mərkəzində olmaq müəyyən mənada 

xoşdur,  əlbəttə ki, əgər onu təkcə eybəcərlər və  şikəstlər göstərmirlərsə, azad fikirlərə dalmışdım ki, 

stolumun üstünə kitab seli yağdı. Və  işgəncələr başlandı. Aydındır ki, Oksbric tələbəsi cavabı tapana 

kimi sualı qoyunu pəyəyə qovan kimi, qovmağı bacarır. Məsələn, yanımda tələbə oturmuşdu və  səylə 

dərslikdən köçürürdü. Hiss olunurdu ki, o hər 10 dəqiqədən bir nəcib metalın zərrəsini deyil, külçələrini 

çıxardırdı. O hətta məmnunluqdan nıqqıldayırdı. Bəs universitet hazırlığı keçməyənlər? Onun sualı 

qoyun kimi pəyəyə qaçmaz, tula sürüsündən qorxan sürü kimi kənara səpərələnər. Bütün ləyaqətləri 

ancaq kişi olmaqlarından ibarət olan professorlar, direktorlar, sosioloqlar, ruhanilər, romançılar, 

esseistlər, jurnalistlər – hamı  mənim sadə sualımı didirdi: «Niyə qadınlar səfalət içindədirlər? (Niyə 

qadınlar dilənçidirlər?) Nəhayət 50 suala parçalandı  və 50-si də belə düşərək məhv oldular. Mənim 

bloknotum tamam dolmuşdu. Məni düzgün başa düşərsiniz, - deyə bir səhifəni oxumaq istəyirəm. O 

aydın və sadə olaraq, «Qadınlar və yoxsulluq» adlanırdı, amma ardınca elə bir şey gəlirdi ki… 

 

Orta əsrlərdə vəziyyət… 



Fidji amazonkaları… 

Sitayiş predmeti idilər… 

Əxlaqi cəhətdən möhkəm deyildilər… 

İdelaistlər ... 

Nisbətən məsuliyyətsizdirlər... 

Sakit okean adalarının qadınlarının cinsi yetişkənliyi.... 

Gözəldirlər... 

Qurban verilirdilər... 

Kəllə tasının həcmi kiçikdir... 

Şüuraltı fəallığı böyükdür... 

Tük örtüyü zəifdir... 

Əxlaqi, zehni və fiziki zəiflik ... 

Uşaqlara qarşı sevgi... 

Çox yaşayırlar ... 

Daha zəif əzələlərə malikdirlər... 

Sadiqliyin gücü ... 

Şöhrətpərəstdirlər... 

Tez tərbiyə olunurlar... 




Şekspirin rəyi ... 

Lord Berkenhedin rəyi ... 

Dekan Ayncanın rəyi... 

Labrüyerin rəyi ... 

Doktor Consonun rəyi... 

Cənab Oskar Brauninqin rəyi....  

 

Bu yerdə mən nəfəsimi dərib dərkənar qoydum: «Axı niyə Semyuel Batler deyir: «Ağıllı kişi heç vaxt 



qadınlar haqqında nə fikirləşdiyini dilinə gətirməz». Əsası da odur ki, onlar müxtəlif cür fikirləşir, mən 

stulun arxasına söykənərək, kitabxananın nəhəng qümbəzinə artıq qəzəblə baxmağa başladım. Məsələn 

Poup: «Qadınların çoxunda bir damcı  da  olsa  xarakter  yoxdur».  Bu  isə Labryuyer: Les femmes sont 

extemes, elles sont mei Ueures ou pires que les hommes (Qadın ifratın özüdür, o ya kişidən yaxşı ya da 

kişidən pis olur). Hər  şeyi görən müasir nəzarətçilər açıq-aşkar ziddiyyət içindədirlər. Qadınlar elmə 

qabildirlərmi? Napoleon hesab edirdi ki, qabil deyildirlər. Doktor Consonun başqa fikri də idi («Kişilər 

qadınlarda ciddi rəqib görürlər və buna görə  də avam və nadanları seçirlər. Yoxsa nəyə görə savadlı 

qadınlardan qorxmalıdırlar ki? … Ədalət naminə deməliyəm ki, sonradan bu söhbətə qayıdan zaman 

Conson məni inandırırdı ki, heç də zarafat etməyib». Bosuell. Hebrid adalarına bir səyahətin gündəliyi 

(müəllifin qeydi). 

Qadının qəlbi varmı? Bu suala yox cavabını verən vəhşilər tapılır. Başqaları isə qadınları az qala 

müqəddəs hesab edir və onlara sitayiş edirdilər (Qədim germanlar inanırdılar ki, qadınlarda nə isə 

müqəddəs bir şey var, qadınlar onlar üçün orakul kimi bir şey idilər. (Freyzer «Qızıl budaq»). 

Bəzi müdriklər qadınların kişilərdən ağılda dala qaldıqlarını, bəziləri onların daha dərin olduqlarını 

elan edirlər. Höte onlara hörmət edirdi, Mussolini nifrət edirdi. Elə  gəlir ki, bütün zamanlarda kişilər 

qadınlar haqqında fikirləşiblər və cürbəcür fikirləşiblər. Neyləyəsən – mən səliqə ilə A, B və S altında 

yekunları yazan qonşuma həsədlə baxdım, mənim bloknotum isə bir-birinə zidd sitatlarla üsyan edirdi. 

Heç də xoş deyil, axmaqlıqdır, haqsızlıqdır. Həqiqət qum kimi barmaqlarının arasındakı töküldü. Son 

zərrəsinə qədər.  

Axı  mən evə gedib qadın və  ədəbiyyat probleminin ciddi öyrənilməsi yerinə qadınların tük 

örtüyünün kişilərdən az olduğu haqqında və ya sakit okean adalarının qadınları arasında cinsi 

yetişkənliyin 9 və …ya 90 yaşında olması haqqında mühakimələri verə bilməzdim deyə düşünürdüm. 

Hətta xəttim də tamam korlanıb. Bütün səhər işləyəndən sonra, cəfəng bir şey göstərmək ayıbdır. Əgər 

mən Q (qadını  qısa  şəkildə belə adlandırmağa başlamışam) haqqında həqiqəti keçmişdə tapa 

bilməmişəmsə, onun gələcəyi haqqında narahat olmağa dəyərmi? Yox, yəqin ki, qadın məsələsi 

sahəsində  və qadınların siyasətə, uşaqlara, maaşa,  əxlaqa və sairə  təsiri haqqında çoxsaylı alim, böyük 

alimlərə müraciət etmək vaxtı əbəs yerə itirməkdir. Onların kitablarını açmağa dəyməz. Mənim qonşum 

kimi nəticə yazmaq əvəzinə  mən fikirləşə-fikirləşə karandaşı kağızda gəzdirirdim, kiminsə siması, 

kiminsə fiqurası cızılırdı. Bu ki, öz monumental opusu olan «Qadın cinsinin əqli, əxlaqi və fiziki zəifliyi» 

üzərində kürt oturan professor fon X-dir. Professor məndə gözəl alınmadı.  Şişman, böyük çənəli, 

dargözlü, qırmızı sifət. Üzünün ifadəsindən bilinirdi ki, hirslənib; qələmin ucunu kağıza elə salıb ki, 

sanki bir zərərli həşəratı öldürmək istəyir – və deyəsən artıq öldürüb, lakin bu azdır, yeni qurban tələb 

edir və onsuz da onun, yəqin ki, hirslənməyə və qıçıqlanmağa səbəbi qalıb. Şəkilə baxa-baxa fikirləşdim – 

bəlkə arvadıma görə? Arvadı süvariyə vurulub? Qaragül papaqlı, qamətli, yaraşıqlıya? Bəlkə də Freydi 

qəbul etsək, onun beşiyi üstə gözəl nadinc qız qəhqəhə  çəkib? Buna görə  də  yəqin professor uşaqlıqda 

hamıdan küçülü olub. Hər necə olursa olsun, mənim çəkdiyim şəkildə özünün qadınların əqli, əxlaqi və 

fiziki zəifliyi haqqındakı kitabıyla birlikdə o çox qəxzəbli və kifir çıxıb.  Şəkil çəkmək  əlbəttə  nəticə 

çıxarmağın rahat yoludur. Ancaq, hərdən məhz bekarçılıq, mürgü vaxtı həqiqət üzə çıxır. Psixoanalizlə 

müqayisə oluna bilməz sadə psixoloji hərəkət məni agah etdi ki, öz professorunu hirslənib çəkmişəm. 

Mənim karandaşıma xəlvətcə  qəzəb hakim oldu. Axı o hardan gəldi çıxdı? Maraq, çaşqınlıq,  şadlıq, 

darıxma – bütün bu hissləri yaxşı xatırlayıram. Bəs qəzəb? Yəni o gürzə kimi gizlənibmiş? Bəli, deyə şəkil 

cavab verdi. O bu qəzəbli ruhun hardan gəldiyini dəqiq dedi: mənim  əqli,  əxlaqi və fiziki zəifliyim 

haqqında professorun qəti bəyanatından. Və ürəyim bərk çırpındı, yanaqlarım pörtdü. Mən qəzəbdən 

alovlandım. Bu ağılsız olsa da, təbii insan reaksiyasıdır. Əgər birinin dalına desələr ki, insan nəslinin ən 

sadə nümayəndəsindən təbii olaraq aşağıdır, bu kimin xoşuna gələr. Mən yanımda fışıldayan,  əzik 



Yüklə 234,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə