Mövzu. Qadin yaradiciliğinin anlayişI



Yüklə 234,69 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix17.02.2018
ölçüsü234,69 Kb.
#27110
1   2   3   4   5   6   7   8

dövrünün yazıçı qadınları»5 tarixi-ədəbi oçerklər kitabı maraqlıdır. Bu zaman siyahıda artıq otuza qədər 

məşhur qadın var idi. ZA.Volkonskaya, N.A.Durova, K.K.Pavlova, E.P.Pastorçina bu qəbildəndirlər. 

Lakin, müasirlərinin yaradıcılıqlarına heyran olduqları bir sıra parlaq qadın yazıçılar da var idi: Elizabeta 

Kulman, Anna Zontaq, Alksandra İşimova, Nadejda Teplova, Aleksandra Fuks və b. Bu gün onların 

çoxunun adı unudulub, elə sağlıqlarında da onların yaradıcılığı haqqında susurdular. Onların müasiri 

olan tənqid də onlara düşmən münasibət bəsləyirdi. Məsələn, Belinski öz fəaliyyətinin  əvvəlində 

qətiyyətlə deyirdi: «Yox, heç vaxt, qadın-müəllif sevə bilməz, arvad, nə də ana ola bilməz».

6

  



Yazıçı-qadınların o dövrdə mürəkkəb ictimai vəziyyətini tənqidçi  İ.Kiriyevski belə ifadə edirdi: 

«Yazıçı qadınlara qarşı xürafat hələ də güclüdür. O bizim ədəbiyyatın yeni gözəlliyi, bəkə də yeni şöhrəti 

ola biləcək nə qədər talantı əzmişdir».

7

 



Onların rus ədəbiyyatına payı misilsizsizdir. Onların arasında  şairə  və nasirlər, uşaqlar üçün 

əsərlərin, tarixi romanların və povestlərin müəllifləri, dramaturq, tərcüməçilər, hətta tənqidçi və 

publisistlər var. Qadın ədəbiyyatının bu təbəqəsi demək olar ki, tədqiq olunmayıb.  

Bu gün onların yaradıcılığına qender tədqiqatları mövqeyindən müraciət etmək daha böyük maraq 

doğurur. 

Maraqlıdır ki, E.Kulman poeziyası alman dilində nəşr olunduğu üçün Almaniyada çox məşhur oldu. 

Bu vaxta qədər şerlərini alman klassik ədəbiyyatı tarixində və antologiyalarında tapmaq olar. A.Zontaq, 

A.İşimova, L.Yartsova uşaq  ədəbiyyatına çoxlu maraqlı yenilik gətirdilər. Onlar uşaqlar üçün böyük 

tərbiyəvi  əhəmiyyəti olan, elmi-populyar əsaslı biliklərə  zəngin  əsərlər yaradırdılar. Bu A.Zontaqın 

«Uşaqlar üçün povest və nağıllar», «Üç komediya», A.İşimovanın «Rusiyanın tarixi uşaqlar üçün 

hekayələrində», L.Yartsovanın «Uşaqlar üçün faydalı qiraət» kitablarıdır. Başqa əsərlərlə bir yerdə onlar 

Rusiyada uşaq  ədəbiyyatının  əsasını qoyurdular, tərbiyə, pedaqogika üzrə vacib məsələləri gündəmə 

gətirdilər və bununla Rusiyada qadın ədəbiyyatını zənginləndirdilər 

XIX  əsrin 20-30-cu illərində intensiv inkişaf etdiyi nəşriyyat işində  və jurnalistikada da qadın 

ədəbiyyatçılar aktiv iştirak edirdilər. P.İ.Şalikov tərəfindən nəşr olunan və əsasən qadınlar üçün nəzərdə 

tutulmuş «Qadın jurnalında» E.Andreyeva, T.Verevkina, O.Kryukova, M.Loqinova, N.Teplova və başqa 

şairələr öz əsərlərini çap edirdilər. Onların çoxu öz adlarını açmayaraq, çap olunurdular. Qadın  ədəbi 

salonları  və qrupları  təşkil olunmağa başlandı. Bu salonlar o zamanın  ədəbi və  mədəni həyatının 

mərkəzinə çevrilirdi. A.R.Yelaqinanın salonu ən sevimli və get-gəlli bir salon idi. A.S.Puşkin də bura 

gəlirmiş. Sonradan bu salon slavyanofillərin birləşdirilməsi işində böyük rol oynadı. Başqa Moskva 

salonları arasında Z.A.Volkonskaya, E.P.Rastorçina, K.K.Pavlovanın salonlarını qeyd etmək olar.  

Qeyd etmək lazımdır ki, XVIII əsrin sonunda fransız qadın birlikləri, XIX srin əvvəlində Rusiyada 

qadınların rəhbərlik etdiyi ədəbi salonlarla analoji şəkildə XIX əsrdə  Şuşa  şəhərində bu tipli birliyə 

(«məclisə») məşhur Azərbaycan  şairəsi Xurşudbanu Natəvan (son Qarabağ xanı  İbrahimin nəvəsi) 

rəhbərlik edirdi. O yaxşı  təhsil almış  və poeziya, incəsənət həvəskarları  və ustadları arasında tərbiyə 

almışdır.  

Onun poeziyası ananın, sevgilinin hiss və  həyəcanlarını ifadə edən  əsil qadın poeziyasıdır. Öz 

dövrünün qabaqcıl azərbaycanlı qadınlarından olan Natəvan bəzi nüfuzlu şəxslərin narazılığına 

baxmayaraq, «Məclisi-ünsə» istedadla rəhbərlik edir, xalqın hörmətini qazanırdı. Onun çəkdiyi şəkillərin 

albomu və tikmələri onun istedadlı rəssam olduğunu göstərir.  

1958-ci ildə Natəvan Aleksandr Düma (ata) ilə görüşərək söhbət edir və öz əl işlərini ona bağışlayır. 

XIX əsr Azərbaycan ədəbiyyatında iz buraxmış bir sıra qadın şairi vardır. Bu cənubi Azərbaycandan olan 

Heyran xanım, Aşıq Pəri, Fatma xanım və başqalarıdır.  

XIX  əsr qadın yaradıcılığı haqqında danışarkən A.V.Zracevskayanı qeyd etməmək mümkün deyil, 

onun ədəbi yaradıcılığının geniş diapazonu hətta müasirlərini təəccübləndirirdi. O həm tərcüməçi, nasir, 

şairə, tənqidçi, publisist, tarixçi həm də diyarşünas idi. Onun talantına hələ V.Jukovski yüksək qiymət 

vermişdi, amma onun adı indi demək olar ki, yada düşmür. V.Jukovski ona «Dostluq əlaqələri 

mənzərəsi» (1833) romanını  nəşr etməyə yardım göstərdi. Bu roman iki Peterburq ailəsinin və onların 

əhatəsinin həyatı  və taleyi haqqındadır. Baş  qəhrəmanlar ailə  və  cəmiyyətdə öz yerlərini müəyyən 

etməyə çalışan qadınlardır. Bundan başqa, Zracevskaya çoxlu tərcümə edirdi. O, ədəbi tənqidə də böyük 

                                                 

5

 Файнштейн М.Ш. Писательницы пушкинский поры. - Л., 1989 



6

 Белинский В.Г. Полн. собр. соч. в 13-ти томах. - М., 1953-1959. Т.6, с.226 

7

 Кириевский И. Полн. собр. соч. в 2-х томах. - М., 1864, с.119 




diqqət yetirir. Onun «Mayak»da o dövrdə yazılmış ayrı-ayrı  əsərlərə resenziyaları, rus ədəbiyyatı 

haqqında icmal məqalələri çap olunurdu.  

Zraceskayanın diqqət mərkəzində duran qadınların emansipasiyası  məsələsi öz bədii təcəssümünü 

«Qadın  əsri» romanında tapdı. M.Poqodinin «Mosvkityanin» jurnalında o romanın bir hissəsini çap 

etdirə bildi. İrtica ilərində onun cəsur çıxışları ədəbi «mühavizəkarları» qorxutdu.  

Daha sonra onun adı o dövrün jurnallarının səhifələrindən tamam itir. «Rusi biblioqrafik lüğəti»ndə 

A.Zracevskayaya belə xarakteristika verilir: «O yazıçı qadına nə lazım olduğunu tam aydınlığı ilə  dərk 

edirdi, məhz buna görə  də onun qəlbini uzun illər incitmiş  tənqidi qadının qələmini  əlindən düşürə 

bilmədi». Onun «Heyvanxana» əsərini müasirləri olan tənqidçilərə qarşı satira hesab etmək olar: üç 

dəhşətli heyvan – «xırdaçılıq, çürükçülük (uzunçuluq) və ibarətbazlıq» qadın yazıçılara qarşı  cəbhə 

açıblar, Zracevskayanın özü də onların iti dişlərinə məruz qalmışdı, lakin o öz postunda qəhrəmancasına 

duraraq, gələcək rus qadın yazıçıları üçün yolu tənzimləyirdi».8 

XIX  əsrin  əvvəllərində  ədəbi və  mədəni həyat Moskva və Peterburqdan başqa Kazan, Kaluqa, 

Kostroma, Odessa kimi əyalət şəhərlərində də fəal inkişaf edirdi. Burada kitab çapı geniş inkişaf etmişdi, 

qəzet və jurnallar çıxırdı, Kazan və Xarkovda universitetlər açılmışdı.  Əyalətin mühitindən Lyubov 

Kriçevskaya, Elizabeta Bezodolnaya, Olqa Kryukova və başqa ədəbiyyatçı-qadınlar irəli çıxdılar. 

Demək lazımdır ki, A.S.Puşkin «qadın  ədəbiyyatına» qarşı heç də birmənalı münasibət bəsləmirdi. 

Lakin bəzilərinin yaradıcılığını ö yüksək qiymətləndirirdi. Məsələn, o L.Volkonskaya, A.Qotovseva, E. 

Timaşevanın görkəmli işlərindən danışır, O.Kryukova, A.Zracevskaya, E.Qann, A.Fuksun yaradıcılığına 

diqqət verirdi. Puşkin «Sovremennik»inin səhifələrində ancaq Nadecda Durova fəxri yer tutdu, bu 

qadının həyatı  hələ sağlığında ikən  əfsanəyə çevrilmişdi. O Aleksandr Andreeviç Aleksandrov adı 

altında Litva polkunda xidmət edirdi. Bu cəmiyyətə meydan oxumaq idi. İstefaya çıxdıqdan sonra, o 

ədəbiyyatla məşğul olmağa başladı. Özünün çoxillik yürüşlərində (N.Durova Almaniya və Rusiya 

çöllərində gedər görüşlərdə  iştirak etmiş, Georgi xaçı ilə  təltif olunmuş, rotmistr rütbəsinə  qədər 

ucalmışdır) o gündəlik yazırdı. Bu «Qeydlər» ona şöhrət gətirdi. Belinski yazırdı: «Aman Allah! Bu 

qeydlərin qəhrəmanının mənəvi dünyasının necə  də  əcaib, necə  də gözəl fenomeni var, hələ onun 

gənccəsinə, gözüaçıqlığı, cəngavər ruhu…. Adama elə gəlir Puşkinin özü ona öz prozaik qələmini verib 

və o bu mərdlik və qüvvəyə görə, həmişə dolğun, gizli bir fikri ilə hopdurulmuş hekayətinin parlaq 

ifadələliyinə görə ona minnətdar olmalıdır».9  

O öz qadın açılmasına razı deyildi, amma onun kitabının nasiri olacaq A.S.Puşkin buna təkib etdi. Və 

N.Durovanın «Kavalerist qız. Rusiyada baş vermiş hadisə» kitabı 1836-cı ildə işıq üzü gördü. Bir müddət 

sonra N.Durova daha yeddi kitab çap etdirdi. A.Smiridinin «100 rus ədəbiyyatçısı» (1814) nəşrində 

N.Durovanın intensiv yazıçı  fəaliyyəti qeyd olunmuşdur. Onun əhvalatı A.K.Qladovun «Qusar 

balladası» filmində öz əksini tapmışdır. Bütün bunlara baxmayaraq parlaq yazıçı  və gözəl insan olan 

N.Durovanın nə özünə, nə  də yaradıcılığına kifayət qədər tədqiqatçı marağı  cəlb olunmadı. Onun 

yaradıcılığını qender aspektindən araşdırmaq çox maraqlı olar, belə ki, orada bunun üçün zəngin 

material var.  

Beləliklə, qeyd etmək lazımdır ki, XX əsrin birinci qərinəsində qadın  ədəbi yaradıcılığı Rusiyada 

görkəmli yer tuturdu. O dövrün qadın yazıçıları (onların çoxu unudulub) özlərini müxtəlif canrlarda 

göstərirdilər. Poeziya və nəsr, tarixi əsərlər və belletristika, dramaturgiya, rus oxucularını Qərbi Avropa, 

Qərbi Avropa oxucularını isə rus ədəbiyyvatının gözəl nümunələri ilə tanış edən tərcümələr, tənqid, 

publisistika – XIX əsrin  əvvəllərində rus qadın yazıçılarının  ədəbi məşğuliyyətinin geniş diapazonu 

belədir.  

Rəsmi hakimiyyətin qadınların  ədəbi yaradıcılığa münasibəti  əsasən neqativ xarakter daşıyırdı. 

Qadınların ictimai və  əqli bərabərlik ideyaları ümumdövlət maraqlarına açıq-aşkar zidd idi. Buna 

baxmayaraq qadın  ədəbiyyatı ictimaiyyətin müəyyən dairələrində Vyazemski, Baratınski, Pletnyov və 

başqaları hamilik edərək, imkan daxilində bu çətin işdə onlara kömək göstərirdilər. Bəzilərinin  əsərləri 

(Zontaq, İşimova, Yartseva) Elmlər Akademiyasının mükafatlarını almış, bəziləri (Volkonskaya, Qlinka, 

Yelaqina, Zontaq, Pavlova) Moskva Universitetinin nəzdində olan «Rus sözü həvəskarları» cəmiyyətinin 

üzvlüyünə qəbu olundular.  

Puşkin dövrünün qadın yazıçıları öz xələflərinə təsir göstərdilər. Məsələn, İ.S.Turgenev populyar rus 

yazıçısı  E.V.  Salias  de  Turnemir  haqqında yazdığı «Bacı  qızı» oçerkində  xələfi E.A.Qannı yada salaraq 

yazır:  



Yüklə 234,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə