Müalicəsi:
Müalicə prosesində ilk növbədə valideynlər bunu uşağın istərək etmədiyini
anlamalıdır. Əgər ana uşağın bu halına qarşı ona fiziki şiddət tədbiq edərsə, bu
halın daha da artmasına səbəb olacağını ona demək və ailə istiqamətli terapiyalar
vermək lazımdır. Bu vəziyyətin uşağın emosional sferasına təsirini nəzərə alaraq,
mütləq ki, psixoloq müayinəsi qəbul edilməlidir. Çünki, enurezli uşaqlarda özünə
hörmət aşağı olur, bəzi davranış problemləri olur və bunlar onların sosial
əlaqələrinə, istər məktəbdə, istər evdə və digər yerlərdə dostları ilə olan
münasibətlərinə təsir edir. Mükafatlandırma, motivasiya etmə, davranışın
modifikasiyası, ailə terapiyaları tədbiq olunur.
Uşağa görə bir qrafik müəyyənləşdirilir və bu hər gün müalicə prosesi dövrü
davam etdirilir. Gecə enurezlərində motivasiya edici terapiyalar ilk öncə
valideynlərin və uşaqların bu haqqda məlumatlandırılması ilə əlaqəlidir. Burada
əsas məqsəd günah hissini aradan qaldırmaqdır. Uşağa yatmazdan ən azı 2 saat
əvvəlcədən sulu qidaları qəbul etdirilməsi dayandırmalıdır. Bu halın baş vermədiyi
gecələrə görə mükafatlandırma edilməlidir. Əgər baş verərsə, cəza tədbiq
olunmamalıdır. Bu metod kiçik yaşlı uşaqlarda əsasən 8 yaşdan aşağı olanlarda
daha faydalıdır, 15-20% uşaqlarda sağalma qeydə alınır.
Mövzu 10. Travmalar nəticəsində yaranan xəstəliklər
Dostları ilə paylaş: |