Mövzu Sağlamlıq imkanları məhdud uşaqlar Plan: Sağlamlıq imkanları məhdud olan uşaqlar



Yüklə 461,41 Kb.
Pdf görüntüsü
səhifə25/38
tarix13.02.2022
ölçüsü461,41 Kb.
#83725
1   ...   21   22   23   24   25   26   27   28   ...   38
Xüsusi-müəssisələrə-uşaqların-seçilməsinin-psixo-patoloji-müayinə-üsulları-конвертирован-1

Plan: 

1.

 

Uşaqlarda yaranan kəllə-beyin travmaları  

2.

 

 Kəllə-beyin travmalarının diaqnostikası 

3.

 

 Kəllə-beyin travmaları nəticəsində yaranan əlamətlər 

Ədəbiyyat: 

1.

 



Psixiatriya-N.V.İsmayılov 

2.

 



Baş ağrılarının differensial diaqnostikası-Klinik protokol 

 

Uşaqlarda  kəllə-beyin  travmaları  məişət  və  ya  nəqliyyat  qəzaları,  hündür 



yerlərdən  düşmə  nəticəsində  yaranır.  Onlarda  kəllə  sümüyünün  sərt  qişasının 

zədələnməsi  böyüklərə  nisbətən  daha  çox  özünü  göstərir.  Uşaqlarda  düşüncənin 

tez-tez  pozulması  hallarına  rast  gəlinmir.  Amma  travmadan  sonra  qusma  halları 

olarsa,  bu  alınan  zədənin  daha  riskli  olduğunu  göstərir.  Onlarda  əvvəlcə 

düşüncənin keyləşməsi, uşaq süst vəziyyətində olur, hərəki narahatlıq, travmadan 

sonra  baş  ağrıları  özünü  göstərir.

 

Kəllə  beyin  travmalarından    sonra  ilk  2  həftə 



ərzində əmələ gələn baş ağrıları baş beyinin ciddi patologiyasının əmələ gəlməsinə 

işarə  ola  bilər.  İlk  növbədə  beyindaxili  hematomaları,  travmatik  subaraxnoidal 

qansızmaları və baş beyinin zədələnməsini istisna etmək lazımdır.  Baş ağrılarının 

vaxt xüsusiyyəti (travma ilə vaxt bağlılığı, başlanğıc dövrün xarakteri):  

 

 

-Qəfil  baş  verməsi  və  ya  ləng  inkişafı,  ağrının  davamiyyət  müddəti, 



xəstəliyin gedişinin vaxt dinamikası);  

 

 



 

 

 



 

 

-Təhrik  edən  amillər  (başın  vəziyyətinin  dəyişməsi,  yuxu,  öskürmə,  başın 



perkussiyası və s.);  

 

 



 

 

 



 

 

 



 

 

-Yanaşı  simptomlar  (qusma,  huşun  pozulması,  epileptik  tutma,  ocaqlı 



nevroloji simptomların əmələ gəlməsi, hərarət, meningeal sindrom).   

 

 



Baş ağrıları kəllə-beyin travmasından sonra ilk 14 gün ərzində meydana gəlir 

və 8 həftə kimi davam edə bilər.  

 

 

 



 

 

 



 

 

Yüngül kəllə-beyin travması almış uşaqlarda aşağıdakı hallar özünü göstərir:



 

-Hafizə; 

 

 

 



 

 

 



 

 

 



 

 

-Planlama;   



 

 

 



 

 

 



 

 

 



 

-Diqqət; 

 

 

 



 

 

 



 

 

 



 

 

-Problemi həll etmə; 



 

 

 



 

 

 



 

 

 



-Oxuma və yazma problemi

 

 



 

 

 



 

 

 



-Yaddaş problemi;  

 

 



 

 

 



 

 

 



 

-Münasibət sferasında problemlər

 

 

 



 

 

 



 

-Yeni taprışıqları öyrənmədə çətinlik və s. hallar özünü göstərir. 

 



 

Beyindaxili  hematomaniyanın  olması  vəziyyəti  daha  da  çətinləşdirir. 

Düşüncənin  koma  vəziyyətində  pozulması  zamanı  isə,  bir  sıra  həyat  əhəmiyyətli 

orqanlarda ciddi funksional dəyişikiklilər yaranır.   

 

 

 



 

 

Diaqnostika  zamanı,  ilkin  olaraq  anamnestik  məlumatlar  toplanmalı, 



travmanın  olmasını  göstərən  klinik  əlamətlər,  laborator  analizin  nəticələri  əldə 

olunmalıdır.  Bu  işlə  neyrocərrahlar,  terapevtlər,  neyropatoloqlar  birgə  müşahidə 

etməlidir.    Travmadan  sonra  çox  vaxt  travmatik  psixoz  halları  meydana  çıxır. 

Burada  beyinin  üzvi  patologiyası  nəticəsində  meydana  çıxan  apatik-abulik, 

disforiya,  halsünator-sayıqlama  sindromları  üzvi  pozuntular  getsə  də,  endogen 

psixozlar  üçün  xas  olan  spesifikliyinə  və  dinamikasına  malik  olmur.  Travmatik 

psixozlar  zamanı  xəstəlik  özünü  uzun  müddətli  asteniya,  psixopatabənzər, 

tsiklotimik  əlamətlərlə  büruzə  verir.  Asteniya  psixozdan  əvvəl,  həm  də  psixozun 

gedişi boyu daimi sindrom kimi davam edir.  

 

 



 

 

 



 

Bu  zaman  Qlasko-koma  şkalasından  istifadə  olunur.  Bu  zaman 

neyrogörüntüləmə  zədənin  hansı  hissədə  olması  və  necə  olması  barədə  məlumat 

verir.  Çəkilmiş  tomoqrafiya  nəticəsində  daha  tez  və  geniş  məlumat  almaq  olar. 

Yaralanmaların  dahada  irəllədiyini  müəyyən  etmək  üçün  kompyüter 

tamoqrafiyasından  istifadə  olunur.  Maqnit  rezonans  vasitəsilə  əldə  edilən 

məlumatlar daha geniş sahəni əhatə edir. Bundan başqa cihazlardan isitfadə olunur: 

EEQ, pnevmo EEQ, angioqrafiya və s.  

 

 

 



 

 

 



 

Kəllə-beyin travmalarının müxtəlif növləri vardır, bunlar beyin maddəsinin 

zədələnməsinə  görə,  beyin  toxumalarının  zədələnməsinə  görə  növlərə  ayrılır. 

Bunlarda ağırlıq dərəcəsinə görə bölünür:   

 

 

 



 

 

 



-Yüngül dərəcəli kəllə-beyin travmaları; 

 

 



 

 

 



 

-Orta dərəcəli kəllə-beyin travmaları;  

 

 

 



 

 

 



-Ağır dərəcəli kəllə-beyin travmaları.  

 

 



 

 

 



 

Kəllə  travmalarının  ağır  dərəcəli  olması  zamanı,  beyin  maddəsinə  və  onun 

qişasına  qan  sızmalar  müşahidə  olunur.  Qansızmalar  əksər  hallarda  kəllə 

sümüyünün  çatlaması  və  sınması  zamanı  baş  verir.  Zədələr  zamanı  yaranan 

kontuziyaların lokalizasiyası zamanı aşağıdakılar müşahidə edilir: 

 

 



 

-Alın nahiyyətində yaranan əlamətlər: eyforiya, təlxəklik, diqqətin, yaddaşın 

zəifləməsi, davranışın dəyişməsi (funksional olaraq), əsəsbilik, tənqidin enməsi. 

 

-Aşağı  gicgah  və  gicgah-ənsə  zədələnməsi  zamanı,  apraksiya,  amnestik 



afaziya,  nitq  qabiliyyətinin  pozulması,  aqrafiya,  bədən  quruluşunun    və  xarici 

mühitdə  yerləşən  əşyaların  ölçüsünün  və  yerinin  yalnış  qavranılması-

depersonalizasiya, derealizasiya. 

 

 



 

 

 



 

 

 



-Mərkəzi qırış əlamətləri: müxtəlif parez və ifliclər.  

 

 



 

 

-Böyük  yarımkürələrin  yuxarı  səthinin  zədələnməsi  əlamətləri:  lokal  alın-



gicgah sindromları ilə yanaşı ağır dərəcəli ağıl zəifliyi   

 

 



 


 

-Ənsə əlamətləri: əşyaların rəngini, ölçüsünü, quruluşunu və s. əlamətləri ilə 

müşahidə olunan görmə problemləri.   

 

 



 

 

 



 

 

-Beyinciyin  zədələnməsi  zamanı,  müvazinətin,  yerişin  pozulması  kimi 



əlamətlər özünü göstərir.  

 

 



 

 

 



 

 

 



 

-  Qabıqaltı  bazal  və  beyin  sütunun  əlamətləri:  kəllə  sınıqları  zamanı  özünü 

göstərir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

Uşaqlarda kəllə travmalarından sonra düşüncənin itməsi halları 2 yaşdan az 

olan uşaqlarda 5%, 2 yaşdan yuxarı olan uşaqlarda 13%-dir.    

 

 



 

Kəllə-beyin travmalarından sonra yaranan davranış problemləri: 

 

 

-Əzələ ağrıları; 



 

 

 



 

 

 



 

 

 



 

-Hərəkət kordinasiyası problemləri;   

 

 

 



 

 

 



-Krizlər keçirmək;  

 

 



 

 

 



 

 

 



 

-İflic və s.   

 

 

 



 

 

 



 

 

 



 

Travma nəticəsində hissiyyat orqanlarında yaranan zədələr, dad, qoxu kimi 

hisslərin pozulmasına səbəb ola bilər.  

 

 



 

 

 



 

 

Bu zaman yaranan psixoloji problemləri:   



 

 

 



 

 

-Sosial sferada dəyişikliklər olur (insanlarla ünsiyyət sferasında); 



 

 

-Emosional sferada dəyişikliklər (əsəbilik, aqressivlik, kobudluq, depressiya, 



ambivalent hisslər və s. kimi hallar özünü göstərir); 

 

 



 

 

Travmalardan sonra aşağıdakı xəstəliklər yarana bilər:   



 

 

 



-Depressiya; 

 

 



 

 

 



 

 

 



 

 

-Fobiyalar;   



 

 

 



 

 

 



 

 

 



 

-Post-travmatik stress pozuntusu; 

 

 

 



 

 

 



 

-Təşviş-həyəcan pozuntusu; 

 

 

 



 

 

 



 

 

-Şizofreniya; 



 

 

 



 

 

 



 

 

 



 

-Uşaqlarda diqqət əskikliyi və hiperaktivlik;  

 

 

 



 

 

-Obsessiv-kompulsiv pozuntu və s.   



 

 

 



 

 

 



Bu  zaman  edilən  müdaxilələr  aşağıdakı  şəkildə  olmalıdır.  Kəllə 

travmasından  sonra  uşaqlar  maksimal  dərədə  az  hərəkət  etdirilməlidir.  Onlarda 

yuxu  problemlərini  yaranmasını  nəzərə  alaraq,  yataq  saatlarında  daha  sakit  bir 

şərait  yaradılmalıdır.  Onlarla  olan  münasibətdə  valideynlər  sakit  şəkildə  davam 

etdirməlidirlər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



                             Mövzu 11. Psixi proseslərin pozulmasının tədqiqi 


Yüklə 461,41 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə