Mövzu Sağlamlıq imkanları məhdud uşaqlar Plan: Sağlamlıq imkanları məhdud olan uşaqlar



Yüklə 461,41 Kb.
Pdf görüntüsü
səhifə33/38
tarix13.02.2022
ölçüsü461,41 Kb.
#83725
1   ...   30   31   32   33   34   35   36   37   38
Xüsusi-müəssisələrə-uşaqların-seçilməsinin-psixo-patoloji-müayinə-üsulları-конвертирован-1

Plan: 

1.

 

Sağlamlıq  imkanları  məhdud  olan  uşaqlarla  aparılan  psixokorreksiya 

işləri 

2.

 

Psixoterapiyalar 

Ədəbiyyat siyahısı: 

Tibbi psixologiya və psixoterapiya-N.V.İsmayılov, F.N.İsmayılov 

Uşaqların  sosial  şəxsiyyət  kimi  hazırlanması,  erkən  affektin  inkişafın 

mürəkkəb  proseslərinin  təbiiliyindən  asılıdır.  Affektiv  dezadaptasiyanın  psixoloji 

korreksiyası üçün 2 istiqamət vardır:   

 

 



 

 

 



 

 

-Ali şəxsi formalaşmanın yerinə yetirilməsi kimi və aşağı affektiv proseslərə 



təsir edən proses kimi;   

 

 



 

 

 



 

 

 



 

-Uşaqlarda  emosional  pozuntuların  korreksiyası  şəraitində  uşağın  affektiv 

bazal sferasının xüsusi diqqət yetirmək lazımdır.    

 

 



 

 

 



Bu zaman əsas metod kimi relaksasiya metodundan istifadə olunur. Bunun 

üçün  autotreninqlər,  davranış  requlyasiyasından  istifadə  olunur.  Uşağın  psixi 

inkişafının  pozulmalarının  psixoloji  korreksiyası  onlarla  emosional  kontaktın 

yaradılmasından  başlamalıdır.  Bu  sahədə  aparılan  praktik  işlər  iki  istiqamətdə 

olmalıdır:   

 

 



 

 

 



 

 

 



 

 

 



1.  Uşağın  öz  yaxınları  ilə  emosional  kontaktın  inkişafı  üçün  adekvat  olan 

affektiv mühit və münasibətin yaradılmsı;   

 

 

 



 

 

 



2. Uşağın ünsiyyətinin daxili affektiv mexanizminin istiqamətlənmiş olması. 

 

Sağlamlıq  imkanları  məhdud  olan  uşaqlar  bəzən  intellektin  köməyi  ilə  öz 



hisslərini  müvafiq  konkret  situasiyada  korreksiya  etmirlər.  Amma  belə  bir    fakt 

vardır  ki,  zəif  iradəli  uşaqlar  öz  əhatəsində  tələbkar,  qətiyyətli,  öz  sözünə  sadiq 

insanlar  görürsə,  özü  tədricən  eyni  xarakter  əlamətlərini  mənimsəyir.  Burada 

uşağın  əhatəsində  olan  insanların  onlara  qarşı  olan  davranışlarında  müəyyən 

pozitiv  keyfiyyətləri  əks  etdirməsi  əsasdır.  Zəif  iradənin  korreksiyası,  iradənin 

inkişafı  və  möhkəmlənməsi  ilk  növbədə  fiziki  tərbiyədən  başlamalıdır.  Burada 

iradi oyunların keçirilməsi xüsusi əhəmiyyətlidir.   

 

 



 

 

 



Bəzən  bu  uşaqların  ailələri  tərəfindən  rədd  edilməsi  halları  özünü  göstərir. 

Bu aşağıdakı səbəblərlə əlaqəlidir: 

 

 

 



 

 

 



 

 

-Ailədaxili sevgi əskikliyi; 



 

 

 



 

 

 



 

 

-Ailə üzvlərinin kobud və aqressiv davranmaları;   



 

 

 



 

-Uşaqların qayğısına qalmamaq və onlarla maraqlanmamaq və s.  

 



 

Sağlamlıq  imkanları  məhdud  övladları  olan  valideynlərin  sosial  dəstək 

proqramlarına  qatılması  mühümdür,  çünki  bu  proqramlar  sahəsində  onlar  həm 

övladları ilə necə rəftar edəcəklərini, onların keçirdiyi hissləri, nələr istədiklərini, 

onların  xəstəlikləri  barəsində  daha  geniş  məlumatlar  əldə  edirlər.  Valideynlərin 

qrup terapiyalarına gəlməsi,  gündəlik qarşılaşdıqları problemlə necə rəftar etməsi 

baxımından  əhəmiyyətlidir.  Burada    xəstəlik  barəsində  müxtəlif  yanaşmalar  əldə 

edirlər və bunlar onların övladları ilə olan ünsiyyətləri baxımından əlverişli olur.  




Yüklə 461,41 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə