Mövzu yaş psixologiyasinin mövzusu və VƏZİFƏLƏRİ



Yüklə 85,27 Kb.
səhifə4/12
tarix20.04.2022
ölçüsü85,27 Kb.
#85715
1   2   3   4   5   6   7   8   9   ...   12
Yaş psixologiyası

B.G.Ananyev pedaqoji qiymətin şagird şəxsiyyətində müxtəlif xarakter əla- mətlərinin formalaşmasına təsiri haqqında irəli sürdüyü təlimdə müxtəlif yaş qrup- larından olan müxtəlif mənimsəmə səviyyəsinə malik uşaqlara psixoloji təsir yollarını göstərmişdir. İnkişaf və yaş psixologiyasının inkişafında L.S.Vıqotskinin, A.N.Leontyevin, D.B.Elkoninin, L.İ.Bojoviçin xidmətləri böyükdür.

XX əsrin əvvəllərində xaricdə də inkişaf və yaş psixologiyasi üzrə xeyli əsərlər yazılmışdır. İsveçrə psixoloqu Jan Pyaje uşağın inkişafında bioloji və sosioloji amillərin rolundan danışarkən, onların iki-xarici və bir-birinə təsir göstərən daxili qüvvə kimi şərh edir. Fransız psixoloqu Anri Vallonun konsepsiyasının başlıca müddəaları öz əksini “Uşağın psixi inkişafı”, “Hərəkətdən fikrə” və başqa əsərlərində tapmışdır.



A.Vallon və onun davamçılarından Rene Zazzonun uşağın psixi inkişafı haqqında irəli sürdüyü nəzəriyyə elmi baxımdan düzgün xarakter daşıyır. Burada göstərilir: uşaq psixikasının təbiəti tələb edir ki, onun tam inkişafı üçün müvafiq sosial şərait yaradılmalıdır.

Azərbaycan psixoloqlarının yaş pedaqoji psixologiya elmini inkişaf etdirmək sahəsində xidmətləri az olmamışdır. Belə ki, Azərbaycan psixoloqlarından: F.İbrahimbəyli (“qoşa dilin mənimsənilməsi”); M.Həmzə- yev, M.Əbdülov, Ş.Babayev (“ana dilinin mənimsənilməsi psixologiyası”); Ə.Bayramov, M.Məhərrəmov, Ə.Qədirov (“təlim prosesində psixi proseslərin inkişafı”); Z.M.Mehdizadə (riyazi təfəkkürün mənimsənilməsi xüsusiyyət- ləri”); Ə.Bayramov (təfəkkürün tənqidiliyi və müstəqilliyinin inkişafı”); Ə.Əlizadə (“cinsi dimorfizm və onun təlim prosesində rolu, ailə psixologiyası məsələləri) və s.mühüm problemlər ilə əlaqədar ətraflı tədqiqat işləri aparıl- mışdır. Ə.Həşimov “Kitabi Dədə-Qorqud”dakı tərbiyəvi irsdən tarix boyu və müasir məktəb təcrübəsində istifadə” (Bakı,1992); R.Əliyevin “Şagird şəxsiyyətinin formalaşmasında milli xüsusiyyətlərin formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınması” (Bakı,1995); E.Talıbovun “N.Tusi irsindən ümumtəhsil məktəblərində istifadə” (Bakı,1997) əsərləri, ilk növbədə, özlərinin praktik əhəmiyyəti ilə diqqəti xüsusilə cəlb edir.

MÖVZU 3. YAŞ PSİXOLOGİYASININ PSİXOLOJİ

TƏDQİQAT METODLARI


İnkişaf və yaş psixologiyasının tədqiqat metodları 2 qrupa ayrılır: əsas və köməkçi metodlara. Müşahidəeksperiment əsas metodlardır. Müşahidə- insanın xarici əlamətlərinə, davranış və rəftar tərzinə, mühakimə qabiliyyətinə və nitq mədəniyyətinə görə müxtəlif yaş dövrlərində təzahür edən psixi xüsusiyyətləri üzə çıxarmaqdan ibarət olan tədqiqat üsuludur. Müşahidənin səmərəli nəticə verməsi qarşıya qoyulan məqsədindən, plandan və üzə çıxarılacaq psixoloji xüsusiyyətlərin dəqiq öyrənilməsindən asılıdır.

Müşahidə metodu məhsuldar metod olub psixi prosesləri və hadisələri nəinki təsvir etməyə, həm də izah etməyə imkan verir. Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil edilməlidir. Müşahidə və onun nəticələrinin təhlili müşahidəçidən obyektivlik tələb edir. Müşahidənin etibarlı nəticə verməsi üçün qarşıya dəqiq və aydın məqsəd qoymaqla yanaşı,müəyyən sxemlərdən də istifadə edilməlidir. Müşahidəçi uşağın rəftar və hərəkətlərini, keçirdiyi hissi halları ətraflı öyrəndikdən sonra onun psixi vəziyyəti haqqında nəticə çıxarmalıdır.

Bu metodun köməyi ilə pedaqoji prosesdə baş verən bir çox psixi proseslərin xüsusiyyətlərini aşkara çıxarmaq mümkündür. Məsələn; təlimin səmərəliliyinə, yaddasaxlamanın məhsuldarlığına, şagirdlərdə şəxsiyyətin xassələrinin formalaşmasına və s. təsir edən bir sıra amilləri, idrak proseslərinin inkişaf xüsusiyyətləri və onun təlimlə qarşılıqlı əlaqəsini, tətbiq olunan tərbiyəvi təsirlərin davranışını tənzim etmədəki rolunu müşahidələr əsasında müəyyənləşdirmək mümkündür.

Adətən, nəyin müşahidə ediləcəyi qabaqcadan müəyyənləşdirilir və həmin hadisənin təzahür xüsusiyyətləri izlənilir. Müşahidənin nəticələri qeydə alınır, təhlil edilir və ümumiləşdirilir. Məsələn; şagirdin dərs zamanı diqqətini ən çox nəyə yönəltməsi, qeyri-ixtiyari və ixtiyari diqqətin nə zaman özünü aydın göstərməsi, onun diqqətinin nə vaxt yayındığını müşahidə əsasında aşkara çıxa-ran müəllim həmin prosesi idarə etmək imkanı əldə edir. Belə müşahidələrdən şagirdlərin davranışını, rəftarını, yoldaşlarını ilə qarşılıqlı münasibətini, ayrı-ayrı fənlərə münasibətini və onların təzahürünə təsir edən amilləri aşkara çıxarmaq üçün də istifadə etmək mümkündür.

Müşahidənin xaricidaxili müşahidə növləri vardır. Daxili müşahidə zamanı insan öz daxili aləmində baş verən dəyişiklikləri və onları törədən səbəbləri müəyyənləşdirməyə çalışır. Xarici müşahidə- tədqiqatçının şagird üzərində apardığı müşahidələrdən ibarətdir.Məsələn; müəllim şagirdin nitqinin xüsusiy- yətlərini öyrənmək üçün müəyyən müddət ərzində onun danışıq tərzinə diqqət yetiri və nəticədə nitqin rəvanlığı və s. xüsusiyyətlərini öyrənir, bu sahədə nəzərə çarpan qüsurları müəyyənləşdirir və onları islah etməyə başlayır.

Müşahidə qısamüddətli, uzunmüddətli və sistematik ola bilər. Qısa- müddətli müşahidə dəqiqaələr ərzində insan psixikasıvə davranışın təzahü- rünü izləməklə həyata keçirilir. Məsələn: müəllimin izahına şagirdlərin münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə misal ola bilər.




Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə