Mövzu yaş psixologiyasinin mövzusu və VƏZİFƏLƏRİ



Yüklə 85,27 Kb.
səhifə7/12
tarix20.04.2022
ölçüsü85,27 Kb.
#85715
1   2   3   4   5   6   7   8   9   ...   12
Yaş psixologiyası

Müdafiə refleksləri parlaq işığa, yüksək səsə, ağrıya xarakterik reaksiya- larla ifadə olunur ki, bu da cavabında göz yumma, bəbəklərin yığılması, səksənmə və qışqırma kimi qıcıqlandırıcı ilə qarşılıqlı əlaqəyə yönəldilmiş mərkəzləşdirilmiş reaksiyadır. Müşahidələrlə müəyyən olunmuşdur ki, 1-3 günlük çağa işığa doğru başını çevirir. Həmçinin sübut olunmuşdur ki, 2-ci günündən etibarən yeni doğulan çağalar asta-asta tərpənən işıq mənbəyinə reaksiya verirlər. Bələdləşmə qida refleksləri ("döş axtarma" refleksi) dodaqların kənarına toxunma ilə özünü göstərir, bu zaman körpə başını qıcıqlandırıcı tərəfə çevirir, ağzını açır və dodaqlarını uzadır. Əmmə refleksi dilin selikli qişasına toxunmaqla təzahür edir: əgər barmağı uşağın dilinə vursaq, çağanın onu sorduğunu aydın görərik. Tutma refleksi zamanı çağa ovcuna toxunan istənilən əşya ətrafında əl barmaqlarının sıxır. Əşyanı sıxmağa çalışdıqda isə çağa ovcunu daha möhkəm ("qapama effekti") yumur. Addımlama refleksi zamanı çağanı şaquli vəziyyətdə tutaraq onun ayaqlarını bərk səthə qoysaq onun hərəkətləri yeriş illüziyası yaradacaqdır.

Bir sıra anadangəlmə reflekslər də inkişaf edir. Araşdırmalar göstərir ki, körpənin ətraf qıcıqlandırıcılara anadangəlmə reaksiyasında bir sıra reflekslər də vardır ki, onların da əsasında heç nə inkişaf etmir. Bu atavistik reflekslərdir ki, bunu da körpə öz heyvan əcdadlarından qazanmışdır.Onlar əsasən, iməkləmə refleksləri şəklində təzahür edir. Bu reflekslərlə əlaqədar hərəkətlər tədricən itir. Çağa bir çox heyvanların balalarından fərqli olaraq köməksiz doğulur. Lakin bir sıra anadangəlmə reflekslərin olmamasını çağanın zəifliyi ilə deyil, onun möhkəmliyi kimi izah etmək olar. Yeni doğulmuşun əsas xüsusiyyəti yeni sosial təcrübənin mənimsənilməsinin və insana xas davranışların əldə olunmasının hədsiz-hüdudsuz imkanlarıdır. Anadanolma anında çağa yalnız elementar psixikaya malik olur. O, hiss edə bilir: görür və eşidir, iyi və dadı fərqləndirir, toxunmanı, təzyiqi və ağrını hiss edir. Yeni doğulmuş çağanın psixoloji xüsusiy- yətlərinin üç anı fərqləndirilir: 1/ Çağanın diferensiallaşmamış, bölünməmiş təəssüratlarının, hiss və duyğularının yaranması; 2/ Ətraf aləm obyektlərindən çağanın özünün və öz təəssüratlarının ayrılmaması; 3/ Çağanın kompleks emosional vəziyyətlərin ayrı-ayrı elementlərinə deyil, özünə reaksiyası.

Yeni doğulmuş çağanın yeməyə, istiliyə və hərəkətə ilkin tələbatları vardır. Beynin funksional inkişafı ilə əlaqədar tələbatlar- yeni təəssüratlara tələbatlar da vardır. Yeni qıcıqlandırıcıların analizatorlar vasitəsi ilə beynə təsiri onun normal yetişməsinə müəyyən şərtlər yaradır. Əgər uşaq "sensor deprivasiya" şəraitinə düşürsə (yetərincə təəssürat əldə edə bilmirsə) onun inkişafı kəskin surətdə aşağı düşür. Əksinə, əgər uşaq kifayət qədər təəssürat əldə etmişdirsə, onda hissiyyat orqanlarının inkişafı tez baş verir. Belə təəssüratların təşkiledicisi isə yaşlılardır.

Çağanın doğulması yeni inkiaşf mərhələsinə keçiddir. Doğuş zamanı çağanın anadan fiziki ayrılığı baş verir. Ana orqanizmindən ayrılma onlar arasında bir çox əlaqələrin- biokimyəvi, fizioloji, struktur-üzvi əlaqələrin qırılmasına gətirib çıxarır ki, bu da iki ayrı-ayrı həyat formasının yaranmasıdır. Çağanın anadan olması keyfiyyət sıçrayışı, inkişaf vəziyyətində kəskin dəyişiklikdir. Bu zaman bioloji inkişaf tipindən sosial inkişaf tipinə keçid baş verir.Yaşlılar tərəfindən çağaya anadan olduğu andan qulluq onun həyatının həlledici şərtidir. Çağa həyatının heç bir tələbatını özü şəxsən ödəyə bilməz.


3. Bu yaşda çağa üçün xüsusi maraq yaradan insanlardır. Çağada təbəssüm və "canlanma kompleksi"yaranır. Bu kompleks əsasında çağanın ata-ana və yaşlılarla emosional münasibəti tədricən artır və çağa belə münasibətlərdən xoşhal olduğunu aşıq şəkildə büruzə verir. Bu çür bilavasitə-emosional münasibət çağanın psixikasına öz müsbət təsirini göstərir. Bununla yanaşı olaraq, daha iki maraqlı emosional təzahür aşkar olunur. 4-5 aylıq çağa bərkdən gülməyə başlayır. Çağanın böyüklərlə ünsiyyəti seçici xarakter daşıyır. O, yaxınlarını gördükdə sevinir, ayaqlarını, əl-qolunu tərpədir, lakin tanımadığı insanları görəndə qışqırıb ağlayır.

Körpələrin əksəriyyəti bu dövrdə qıdığa böyük reaksiya verirlər. Bu mərhələdə çağanın əhvalı yüksəlir, əsasən, körpələrin həyatsevərliyi artır. Anaları yanlarında olmaqla körpələr digər insanlara da xoş münasibət nümayiş etdirirlər.

Çağalıq dövrünün səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarədir ki, bu yaş mərhələsində sensor etalonlar özünü göstərir, bunun da əsasında çağada təsəvvür etalonları təşəkkül tapır. Çağanın böhran dövründə fundamental ziddiyyəti körpənin maksimum sosiallığı ilə onun minimum imkanları arasındakı şəxsi sosial əlaqə və münasibətlərlə realizə olunur. Bu yaşda çağanın bütün psixi inkişafının özülü qoyulur. Əksər məniyyətlərdə bu ziddiyyət ya baş vermir, ya da böyüklərin həyati müstəvidə birlikdə iştirakı ilə (uzunmüddətli südlə bəsləmə, əllərdə gəzdirmə və s.) çox asan həllini tapır. Nəticədə böyük çağanın ehtiyac və tələbatını ödəməyi anlayır.

Avropada uşaq-böyük birliyində "getmə-gəlmə" kimi xüsusi forma mövcuddur. "Getmə-gəlmə" həyat fəaliyyətli rejim körpə ilə böyüklər arasında ünsiyyətin bərpasına və ya kəsilməsinə səbəb olur. Hissi-emosional mədəniyyətdə uyğunsuzluq və həyati əhəmiyyətli hadisələrdə birləşmə (aclıq-toxluq, ələ götürmək-ələ götürməmək və s.) körpənin yeni təsdiq vasitələrini reallaşdırır və ya onun müstəqilliyini təsdiqləyir. İlk vaxtlar belə vasitələr yaşlının özü (onun üzü, nitqi, cavab hərkəti), sonralar isə əşyalar (yüksək danışıq, oyuncaqlar və s.) təmsilçi funksiyasını yerinə yetirir.

Çağanın böhranında valideyn xüsusi formada özü hadisələrin müstəvisini yaradır. Belə ki, onun əsasını körpənin orqanik tələbatı deyil, körpənin böyüklə qarşılıqlı ünsiyyətə və münasibətə tələbatı təşkil edir. Böyüklər körpədə şəxsi ünsiyyəti də aşkar edirlər.

Psixoloqlar çağalıq yaşda ünsiyyəti bilavasitə-emosional ünsiyyət kimi səciyyələndirirlər. Aclıq körpənin davranışını tələb edən "nitq" kimi oxunulur: ağlamaq- gəlmək və ya əşyanı yerinə qoymaq; gülümsəmək- öz gedişinlə onu təsdiqləmək; poza- çağanı qucağına almaq və s. 3-4 aylığında çağa böyüklə birlikdə oynayaraq "danışır".

Əsasən, böyüklər körpələrin çıxardıqları səsləri təqlid edirlər. Çağa da böyüklərin səslərini yamsılayır. Nəticədə yamsılama ünsiyyətin və nitq inkişafının mexanizminin xüsusi forması kimi çıxış edir. Çağanın bütün davranış fəallığı və təşəbbüskarlıq vasitələri onun böyüklərlə eyniləşdiril- məsinə doğru istiqamətləndirilir. Burada böyük uşaqla deyil, uşağa görə məqsədi həyata keçirir. Çağalıq yaş dövrünün böhranı, adətən, 1 yaşın tamamında başa çatmış olur.
MÖVZU 7. KÖRPƏLİK YAŞ DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ
Plan:
1. 1 yaşın böhranı haqqında

2. Körpəlik yaş dövründə uşağın əqli inkişaf xüsusiyyətləri

3. Əşyavi fəaliyyətin inkişafı və inkişafın sosial situasiyası

4. Körpəlik yaş dövrü stabil inkişaf mərhələsi kimi

5. Uşaq şəxsiyyətinin inkişafı
1. Körpəlik yaş dövrünün böhranı adətən, 1 yaşın tamamında başa çatmış olur. Uşağın psixi inkişaf tempindən, fərdi-tipoloji xüsusiyyətdən və həyat şəraitindən asılı olaraq, o, bəzi uşaqlarda tez, digərlərində isə gec başa çata bilər.

1 yaşın böhranı – uşağın körpəlik dövrünün sonu, erkən uşaqlıq dövrünün başlanğıcında özünü göstərir. Bu dövrdə uşağın həyatında yeni keyfiyyət dəyişiklikləri, psixoloqların “körpəlik dövrünün üstünlükləri” adlandırdığı əhəmiyyətli yenilik baş verir. Bu böhran uşağın müstəqillik meylinin güclənməsində, fəaliyyət subyekti kimi sərbəstliyinin artmasında əks olunur. Nəticədə uşaq iməkləmək, sürünmək kimi yerdəyişmə üsullarından addımlamaqla, öz həyat fəaliyyətində düzgün yerimək üçün imkan əldə etmiş olur.

“Canlanma kompleksi” ilə səciyyələnən bu böhranlı yaş dövründə 1 yaşlı uşaqda sərbəstliyin artması hiss olunur. Körpəlik dövrünün sonunda uşağın psixomotorikası ilə yanaşı, əşyavi-manipulyativ fəaliyyəti və eləcə də nitqi mənimsəməsi sahəsində də dəyişikliklər baş verir. Uşaq bu yaş dövründə yalnız ona verilən oyuncaqlarla kifayətlənmir, məişət əşyalarına toxunur, onlarla manipulyasiya edir, onları sökür, sındırır. 1 yaşlı uşaq tələbkar və şıltaq olur. O, hər şeyə baxmaq, toxunmaq, əlinə götürmək istəyir.

Uşağın dil açması, tək-tək sözləri ifadə etməsi yaşlılarda böyük fərəh hisləri doğurur. O öz uşaq dilində müxtəlif sözlər söyləyir və bu sözlər onun üçün ümumiləşdirici məzmun daşıyaraq, mimika və jestlərlə əlaqələnmiş olur.

1 yaşlı uşağın dilindən “ansı”, “iyyə”, “onna” və s. kimi sözləri tez-tez eşitmək olar. Psixoloqlar uşaqların belə nitqini “avtonom nitq” və ya “protodil” adlandırırlar.

Rus psixoloqu L.S.Viqotski qeyd edirdi ki, avtonom nitq uşağın 1 yaşının böhranında olduğunu göstərir. Adətən, 1 yaşın böhranının sona çatması ilə əlaqədar avtonom nitq də uşağın həyatında tədricən yoxa çıxır və sosiallaşmış nitqə keçir. Uşaqlar 2 yaşından etibarən həqiqi sözlərdən istifadə etməklə öz yaş normalarına uyğun olan cümlələr qurmağa başlayırlar.Müasir elmi tədqiqatlara görə, uşaqların xeyli hissəsində bu yaş dövründə nitqi mənimsəmək baxımından ləngimə halları müşahidə olunur və onlar 1 yaşlı normal uşaqların nitq imkanlarına yalnız 2, bəzən də 3 yaşında sahib olurlar. Bu hal, əsasən, solaxaylığa meylli və yaxın qohumlarında solaxay olan oğlan uşaqlarında müşahidə olunur.

2. Körpəlik dövründə təfəkkürün inkişafı əşyavi fəaliyyət prosesində baş verir. Onların əşyavi fəaliyyəti praktik fəaliyyətdən tədricən əqli fəaliyyətə keçid üçün çox mühüm bir mərhələdir. Əşyalarla əməliyyatların yerinə yetirilməsi və onların sözlərlə ifadəsi uşağın fikri proseslərini formalaşdırır. Fikri əməliyyatlardan biri də ümumiləşdirmədir.Uşağən təcrübəsi az olduğu- na görə, o, əşyalar qrupundamühüm əlamətləri ayıra bilmir, çox vaxt səhvlərə yol verir.

Bir çox alimlər belə hesab edirlər ki, həyatın ilk illərində qavrayışın inkişafı təfəkkürün inkişafına əhəmiyyətli təsir göstərir. Bu onunla əlaqədar- dır ki, bu dövrdə qavrayış əməliyyatları təfəkkürün ümumiləşdirmə, təsnifat, anlayışa daxiletmə və s.kimi əməliyyatları ilə bağlıdır. Uşaqlarda təfəkkürün daxili planda inkişafı başlıca olaraq intellektual əməliyyatların inkişafı və anlayışların formalaşması olmaqla iki əsas istiqamətdə gedir.

Bu yaş dövründə uşaqlar onlara verilən sadə məsələləri əqli planda deyil, praktik-əməli planda yerinə yetirirlər. Uşaqlar forma və rəngi qavrayır, əşyaları əlamətlər əsasında fərqləndirməyi bacarırlar. Bu yaş dövründə uşaqların təfəkkürü onun nitqi ilə bağlı olmur. Uşaqlarda əyani-obrazlı təfəkkürün inkişafı ilk uşaqlıq dövrünün sonundan başlayır. Bu özünü iki əsas hadisə-elementar özünüdərketmənin yaranması və ixtiyari özünü- tənzimetmə fonunda baş verir.Erkən yaşlı uşaqlarda qavrayışla təfəkkür arasında əlaqənin inkişafını tədqiq edən psixoloq L.A.Venqerin qənaətinə görə, bu yaş dövründə uşaqlarda obrazlı təfəkkürlə məntiqi təfəkkürün "sərhəddində" təfəkkürün modal forması mövcuddur.
3. Birinci böhranlı ilin ardınca sabit erkən uşaqlıq dövrü başlayır. O, 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir və 3 yaş böhranı ilə başa çatır. Bu dövrün psixofizioloji xüsusiyyətlərinə aid etmək olar: 1/ fiziki və psixi inkişafın sız qarşılıqlı əlaqəsinin mövcudluğu (fiziki inkişafda istənilən ləngimə halları psixi pozulmalara gətirib çıxara bilər); 2/ inkişafın qeyri-bərabərliyi (orqanizmin orqan sistemində inkişafın qeyri-bərabər sürətdə olması); 3/ tez təsirlənən uşağa xüsusi tələblərin verilməsi; uşaqların təlimə həssaslığı (bu yaşda şərti əlaqələr asanlıqla yaranır).

Həyatın birinci ilinin sonunda sosial situasiyada böyüklərlə uşaqların birliyində daxilən bir partlayış yaranır:birada iki nəfər-uşaq və böyük özünü göstərir.Bu zaman uşaq məhdudlaşdırılmış həddə müstəqilliyinin müəyyən səviyyəsinə yiyələnir. Bu yaşda uşağın inkişafının qanunauyğunluqları xarakterlə və böyüklə onun birgə həyat fəaliyyətinin təşkili üsulu ilə təyin edilir. Artıq böyüklər təkcə uşağın əsas tələbatlarının təmin olunması tərəfin- dən deyil, həm də təşkilatçı, rəhbər kimi onun həyati situasiyalarda əşyalarla hərəkətində mənim- sədiyi ictimai təcrübənin daşıyıcısı kimi çıxış edirlər. Böyüklərlə birgə fəaliyyətdə inkişafın yeni sosial situasiyası yaradılır.Erkən uşaqlıq dövründə inkişafın sosial situasiyası "uşaq-əşya-böyük" sxemində (əvvəlkinin yerinə "uşaq-böyük") ifadə olunmuşdur.

Beləliklə, aparıcı fəaliyyətin yeni tipi-əşyavi fəaliyyət formalaşmışdır. Bilavasitə emosional əlaqələr və uşaqla böyüklərin münasibəti dəyişərək əşyavi vasitələrlə ifadə olunmuşdur. Erkən uşaqlıq dövründə əşyavi fəaliy- yətin psixoloji mexanizmlərinin mənimsənilməsini psixoloq D.B.Elkonin tədqiq etmişdir. Alimin fikrincə, əşyavi vasitələrdən istifadənin üsulları böyüklər tərəfindən qurulmuşdur. Birgə fəaliyyətdə böyüklər əşyalardan istifadə üsullarını uşağa öyrədirlər. Burada böyüklər uşağın fəaliyyətini təşkil edir, hərəkətlərin yerinə yetirilməsinə və formalaşmasına nəzarətini güclən- dirir.

Əşyanın mənimsənilməsi, əşyavi fəaliyyətə yiyələnmə böyüklərin həmin əşyalara təsiri gedişində baş verir. Məhz bu dövrdə ilk dəfə böyüklər tərəfindən uşağın əşyalarla hərəkətetmə üsulları mənimsənilir uşaq tərəfindən onun öyrənilməsi baş verir. Eyni zamanda təqlid nəticəsində uşaq onun istifadə üsulunun refleksini həyata keçirir. Refleksiv vasitə kimi böyüklərlə uşağın ünsiyyəti nitqin köməyi ilə həyata keçir.Böyüklərin nitqinin əhəmiy- yətli dərəcədə başa düşülməsi təkcə uşağın diqqətini göstərilən əşyaya cəlb edir, istiqamətləndirir və təşkil edir, həm də onun məzmununun müəyyən edilməsini müəyyən edir.Bu funksiyanı böyüklər ona görə yerinə yetirirlər ki, birincisi, onda uşaq üçün tapşıırıq formulə edilir ("gətir", ver", "saxla", "şəklini çək"), ikincisi, işin yerinə yetirilməsi üsulu göstərilir ("qələmi belə tut", "bu qələmi götür").

Beləliklə, nitqli ünsiyyətə sahib olan uşaq böyüklər vasitəsi ilə həyat hadisələri, ətraf aləm haqqında yeni biliklər, bacarıq və vərdişlər əldə edir, əxlaq normalarına sürətlə yiyələnmək imkanları qazanır. Əşyavi fəaliyyət uşağın əqli qabiliyyətlərinin, əl hərəkətlərinin daha da təkmilləşməsinə, inkişaf etməsinə təkan verir.
4. Körpəlik yaş dövründə uşaqlarda şəxsiyyətin bir sıra davamlı və sabit xarici davranış əlamətləri formalaşmış olur. Bu dövrdə inkişaf uzun müddətli, gizli dövrdən keçir. Ətraf adamların davranışını təqlid etmək ilk uşaqlıq dövründə uşağın şəxsiyyət kimi inkişafının əsas mənbələrindən biri kimiu özünü göstərir. Valideynlər tərəfindəbn uşağın hərəkətlərinin və şəxsiyyət keyfiyyətlərinin müsbət emosional çalarlı qiymətləndirilməsi onda özünə, öz qabiliyyətlərinə, imkanlarına inam hissi yaradır.

Bu dövrdə şəxsiyyətin formalaşması uşaqlarda özünü- dərketmənin yaranması ilə sıx bağlıdır. Bu dövrdə uşaq güzgüdəki əksinə baxıb öpzünü tanıyır, adı ilə çağrıldıqda dönüb baxır, nitqində "Mən" şəxs əvəzliyini daha fəal şəkildə işlətməyə başlayır, onda "mən" obrazı yaranır. Üç yaşlı uşaqlar özlərini başqa adamlarla müqayisə edir, tədricən onlarda müəyyən səviyyədə özünüqiymət- ləndirmə, yaşlıların tələblərinə uyğunlaşmanın ifadəli təzahürləri nəzərə çarpır.

Uşaqlarda utancaqlıq hissi və iddia səviyyəsi formalaşır. İlk uşaqlıq dövrünün sonunda müstəqillik meyli güclənir, onlarda "üç yaşın böhranı" adlanan yaş böhranı müşhidə olunur. Uşağın davranışında şəxsi, sərbəst fəaliyyət təşəbbüsləri güclənir, "mən özüm" şüuru meydana gəlir. Bu dövrdə uşaqlarda özünüdərketmənin təzahürləri müşahidə olunur və bu onlarda empatiyanın-başqa adamların emosional vəziyyətini anlamaq qabiliyyətinin yarandığını əks etdirir.

Beləliklə, körpəlik dövründə uşaqlarda özünüdərketmə, ilkin əxlaqi norma- ların, insan davranışı qaydalarının mənimsənilməsi, davranışın iradi özünütən- zimetmə forması meydana çıxır. Bu dövrdə nəzərə çarpan mühüm xüsusiy- yətlərdən biri də emosional sferanın labilliyidir. Uşağın əşyalara və başqa adamlara qarşı münasibətinidavamlı xarakter daşımır və şəraitin dəyişməsindən asılı olaraq dəyişə bilər.


5. Uşaq şəxsiyyətinin hansı dövrdən başlayaraq formalaşması məsələsi psixologiyada ziddiyyətli və mübahisəli bir problemdir. Son dövrlərdə aparılan tədqiqatlar nəticəsində sübut edilmişdir ki, artıq üç yaşında uşaq- larda şəxsiyyətin bir sıra davamlı və sabit xarici davranış əlamətləri formalaş- mış olur. Qeyd etmək lazımdır ki, ətraf adamların davranışını təqlid etmək ilk uşaqlıq dövründə uşağın şəxsiyyət kimi inkişafının əsas mənbələrindən biri kimi özünü göstərir. Həyatın birinci ilində uşaqda anaya bağlılıq hissi yaranır. Valideynlər tərəfindən uşağın hərəkətlərinin və şəxsiyyət keyfiyyət- lərinin müsbət emosional çalarlı qiymətləndirilməsi onda özünə, öz qabiliyyət- lərinə, imkanlarına inam hissi yaradır. Öz valideynlərinə güclü şəkildə bağlı olan uşaqlar daha intizamlı və sözüeşidən olurlar.

İlk uşaqlıq dövründə şəxsiyyətin formalaşması uşaqlarda özünüdərk- etmənin yaranması ilə bağlıdır. bu dövrdə uşaq güzgüdəki əksinə baxıb özünü tanıyır, adı ilə çağrıldıqda dönüb baxır, nitqində "Mən" şəxs əvəzliyini daha fəal şəkildə işlətməyə başlayır, onda "mən obrazı" yaranır. Uşaqda bir subyekt kimi özü haqqında ilkin təsəvvürlər yarandıqdan sonra o, ətrafdakı adamlarla fəal ünsiyyətə qoşulur. Bu uşağın psixikasında şəxsiyyətə məxsus digər yeni əlamətlər də yaradır. Uşaqlarda özünüqiymətləndirmə, yaşlıların tələblərinə uyğunlaşdırmanın səviyyəsi formalaşır. Uşaqlarda müstəqillik meyli güclənir,onların davranışında sərbəst fəaliyyət təşəbbüsləri güclənir, "mən özüm" şüuru meydana gəlir. Uşaqlarda tədricən özünüdərketmənin təzahürləri müşahidə olunur və bu onlarda empatiyanın-başqa adamların emosional vəziyyətini anlamaq qabiliyyətinin yarandığını əks etdirir. Uşaqlarda ilkin iradi keyfiyyətlərin təzahürləri diqqəti cəlb etsə də, bu keyfiyyətlər onlarda kifayət qədər davamlı olmur. Odur ki, onlar bəzən tapşırılan işi yarımçıq qoyur, yoldaşlarının buna necə qiymət verəcəyinə əhəmiyyət vermədən oyunu tərk edirlər.

ilk uşaqlıq dövrü nitqə yiyələnmənin intensiv göstəriciləri və lüğət artımının sürətli tempi diqqəti cəlb edir. Bu proses uşağın özünüdərketmə səviy- yəsinin inkişafı prosesinin sürətlənməsində, bütünlükdə onun şəxsiyyətinin formalaşmasında çox güclü amil kimi qiymətləndirilir. Nitq uşağın söz vasitəsilə rəğbətləndirmə və cəzalandırılma, davranış üzərində nəzarət və özünənəzarət vasitəsinə çevrilir. O, uşağın tabe olduğu əxlaq qaydaları və normalarının daşıyıcısı rolunda çıxış edir. Yaşlı ilə ünsiyyət, birgə əşyavi fəaliyyət uşaqların idrak proseslərinin inkişafına səmərəli təsir göstərir. Nitqi anlama və danışma ilk uşaqlıq dövründə bütöv sistem olaraq diqqəti cəlb edir. Nitqi anlama uşağa öz hərəkətlərini və davranışını yaşlılar tərəfindən qiymətləndirilməsini dərk etməyə imkan yaratdığı halda, danışma ona yaşlılarla dialoqa qoşulmağa, onların davranışını qiymətləndirməyə və təsir göstərməyə, öz istək və tələbatlarını verbal şəkildə ifadə etməyə imkan yaradır.

MÖVZU 8. MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ


Plan:

1. Məktəbəqədər yaş dövrünün psixoloji xüsusiyyətləri


1. Məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş dövrüdür. Bu yaş dövrü 3 yaşdan 6 yaşa qədər olan müddəti əhatə edir. Bu vaxt ərzində uşaq böyük inkişaf yolu keçərək fiziki cəhətdən diqqəti cəlb edəcək dərəcədə inkişaf edib möhkəmlənir. Məktəbəqədər yaşlı uşaqların şəxsiyyətinin inkişaf şəraiti əvvəlki dövrdən əsaslı surətdə fərqlənir. Bu dövrdə yaşlıların onlara verdiyi tələblər artır və uşaqdan ümumi davranış normalarını gözləmə tələb olunur. Həm də uşağın yaşıdları ilə birgə oyunları zamanı hərəkətlərinin uzlaşdırıl- ması, onlarda yaşıdların maraq və rəyi hesablaşma təşəkkül edir. Bununla yanaşı, m/q yaş dövründə uşağın fəaliyyəti mürəkkəbləşir və xarici aləmlə əlaqəsi, dərketmə imkanları genişlənir, onlarda müəyyən dəyişikliklər gedir, tədricən uşaq şəxsiyyətinin formalaşması imkanları reallaşır.

Bu, onunla səciyyələnir ki, 1) hər şeydən əvvəl uşaq onu əhatə edənləri tədricən anlayır, öz yerini, mövqeyini müəyyənləşdirir, bu, uşaqda yeni tip davranış motivi yaradır və onlar yeni davranışlara yiyələnir; 2) şağın emosional-iradi cəhətdən inkişafı baş verir. Bununla uşaq həmin keyfiyyət- lərin, əlamətlətin reallaşmasını təmin edir, davamlı davranış yaradır, xarici şəraitdə gedən dəyişikliyi dərk etməyə başlayır. Məktəbəqədər yaşlı uşaqlarda şəxsiyyətin inkişafına yaşlılar, böyüklər daha səmərəli təsir edir, uşaqda yeni psixoloji xüsusiyyətlər əmələ gəlir, onlar yeni davranış formalarına yiyələnir, tədricən cəmiyyətin kiçik üzvünı çevrilir və onda əvvəlki dövrə nisbətən davamlı daxili mənəvi xüsusiyyətlər formalaşır. Uşaq şəxsiyyətinin inkişafına yaşlıların əsas təsir yolu əxlaq normalarının mənimsənilməsini səmərəli təşkil etməkdir.




Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə