Mövzu1 Politologiyanın predmeti, strukturu və funksiyaları plan



Yüklə 1,31 Mb.
səhifə1/13
tarix06.05.2018
ölçüsü1,31 Mb.
#42484
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   13

MÖVZU1

Politologiyanın predmeti, strukturu və funksiyaları
PLAN
1.Politologiyanın yaranması və inkişafı.

2.Politologiyanın predmeti,obyekti və strukturu.

3. Politologiyanın əsas qanunauygunluqları,prinsipləri,kateqoriyaları və

metodları.

4. Politologiyanın funksiyaları və humanitar elmlər sistemində yeri.

5.Siyasət xüsusi sosial fenomen kimi.



ƏDƏBİYYAT
1.Hüseynov Q.İ. Politologiya.Dərs vəsaiti. Bakı: 1991

2.Əliyev T.Əliyev Q. Politologiya/dərs vəsaiti/ Bakı:Təbib, 1994

3.Şirəliyev Ş.İ. Abbasov.F.F. Politologiya :/dərslik /Bakı:Bilik,1993

4.Aristotel. Politika.Bakı 1997.

5.Əfəndiyev M.İ.Siyasi elmin problemləri. Bakı:BDU-nun nəşriy- yatı,1998

6.Ələkbərova N. Siyasi elmin metolodogiyası. Bakı:2005

7.İbrahimli X. Pоlitоlоgiyа:İnteraktiv dərs materialları. Bakı:Qanun-2008.

8.Azərbaysan Milli Ensiklopediyası. Bakı:2008

9.Аqаfоnоv Ö.А., Viznеr S.V., Sаmıqin S.I. Оsnоvı pоlitоlоqii. Rоstоv- nа Dоnu: Fеniks, 2000

10.Puqаçёv V.P., Sоlоvёv А.I. Vvеdеniе v pоlitоlоqiö. M.: Pоlitizdаt 1995, s.

11..Qаdciеv K.S.Vvеdеniе v pоlitiçеskuö nаuku.M. ,1997

12.. Unpеlеv А.Q. Pоlitоlоqiə: vlаstğ, dеmоkrаtiə, liçnоstğ. M., 1994

13.. Sivis learning in teasher edusation. Edited by Gregory H.E., Cohn P.C., Robert S.L. USA: Indiana University, 2004, 238 p.

14.. National standards for siviss and government. USA: Senter for sivis edusation, 2000, 187 p.

15.. Urofsky M.I. Basis readings in U.S. Demosrasy: A teashers quide. USA: United States Information Agensy, 1995, 55 p.
1.POLITOLOGIYANIN YARANMASI VƏ İNKİŞAFI
Politologiya (yunansa politika – siyasət, dovləti idarə etmak sənəti, loqos -soz, anlayış, təlim) adından da göründüyü kimi, siyasət, siyasi proseslər və təsisatlar, siyasi hakimiyyət haqqında elmdir. Siyasət haqqında təsəvvurlərin tarixi çox qədim olsa da, erkən dovrlərda onlar miüstəqil bilik sahəsi omayıb, mifoloci dunyagörüşunün tərkib hissəsi kimi çıxış edirdi. E.ə. II-I minilliklərda butun xalqlarda hakimiyyətin və bütovlükdə istimai-siyasi hayatın ilahi mənşəyə malik olması haqqında təsəvvüürlər movsud idi.

Е.ə. I minilliyin ortalaından etibarən siyasi baxışlarm rasionallaşması tendensiyasi nəzərə çarpır, fəlsəfi-etik xarakter daşıyan ilk siyasi kateqoriya və konsepsiyalar meydana gəlir. Bu proses hər şeydən əvvəl Konfutsinin, Platonun və Aristotelin adı ilə baglı idi. Aristotel yazırdı: «Siyasi elm butun elmlərdən yüksəkdə durur.Çünki о, insanlara ədalətli qanunlar əsasında yaşamagı öyrədir.Aristotelin siyasi fikrin inkişafındakı xidmatlərini nəzərə alan müasirləri onu «siyasətin atası» adlandırmışlar.

Siyasi fikir tarixində ilk dəfə olaraq italyan mutafəkkiri Nikollo Makiavelli siyasəti sinkretik elmi biliklərin tərkib hissəsi kimi deyil, insan fəaliyyətinin müstəqil sferası kimi nəzərdən keçirmişdir.

Siyasi elm ozünün sonrakı inkişafını T.Hobbs, S.Lokk, Ş.L.Monteskye, C.C.Russo, S.Medison, E.Bern, S.S.Mill, A.Tokvil və b. mutəfəkkirlərin əsərlərində tapmışdır.

Ansaq çoxsaylı siyasi tədqiqatlarm mövsudluguna baxmayaraq, XIX əsrin II yarısınadək politologiya müstəqil fənn kimi deyil, asas etibarilə dovlət haqqında təlim və siyasi-fəlsəfi nəzəriyyə formasında mövsud olmuşdur.

Bəzi alimlər politologiyanm bir tədris fənni kimi meydana gəlməsini XIX əsrin I yarısında Almaniyada hüquqi məktəbin meydana gəlməsi, digəriləri isə-xususilə amerikalı mütəfəkkirlər onun yaranma tarixini XIX asrin II yarısı ilə baglayırlar. Sonunsulara görə, politologiyanın yaranması Frensis Leyberin adı ilə


baglıdır. Onun 1857-si ildən ABŞ-ın Kolumbiya Universitetində oxudugu muhazirələr burada 1880-si ildə onun həmkarı Son Bersess tərəfindən ali siyasi məktəb yaradılması üçün zəmin hazırlamışdır.XIXəsrin sonu – XX əsrin əv- vəllərində «siyasi elm» termini Avropada dagenis yayılır. Italyan mutəfəkkiri Q.Moska ozuniün 1896-sı ildə yazdıgı «Siyasi elmit ünsürləri » adlı əsərinə görə Avropada məşhurlaşır.

XX əsrin əvvəllərində politologiyanın müstəqil akademik fənnə çevrilməsi
prosesi demək olar ki, basa çatır. 1903-sü ildə Amerika siyasi elmlər Asso- siyasiyasının(ASEA),1949-su ildə isə YUNESKO-nun nəzdində Beynəlxalq siyasi elmlər assosiasiyasının yaradılması politologiyanın bir elm kimi inkişafma xusu- silə güslü təkan vermişdir.

Siyasi elmin inkişafi yolunda növbəti addim 1970-si ilda Ford fondunun vasaiti hesabina «Siyasi tadqiqatlarm Avropa konsorsiumu» adh umumavropa taskilatmm yaradilması oldu. Konsorsiumun muxtalif birga layihələrin həyata keçirilmssi üçün vəsait ayrılması diinya miqyasmda, istarsa da ayri-ayrı ölkələrdə politologiya sahəsində tədqiqat aparan genis mtitaxassislər şəbəkəsinin qarsılıqlı elmi va tasruba mtibadibsinin zanginb§masinda muhiim rol oynayır.

Zəngin ənənələrə malik olan Azarbaysanda siyasi elm məktəbinin ruseymlərinin yaranmasında XIX əsrin I yarısında formalaşan və 100 il ərzində üç mərhələdən keçən milli maarifsilik hərakatı böyük rol oynamısdır. Maarifçilik dövrünün görkamli numuyandələri olan A.Bakıxanov, M.F.Axundov, M.Kazımbəy, H.Zardabi, Ə.Hüseynzada və b. ozlərinin mütərəqqi siyasi ideyaları ilə vətən siyasi elm maktabinin rüşeymlərinin formalaşmasma deyil, bütovlükda dunyada politoloci tədqiqatlarm inkisafına xususi töhfə vermislər.

1949-su ildə görkəmli filosof Heydər Huseynov özünün «Azarbaysanda XIX əsr istimai-siyasi və fəlsəfi fikir tarixindən» adh fundamental əsərini nəşr etdirməklə müasir tipli siyasi elmin yaradılmasma töhfə vermək istəyirdi. Lakin insanlarm dunyagörüşünün, təfəkkür tərzi va siyasi mədəniyyətinin hakim ideologiyaya tade oldugu sovet totalitar recimində belə istəyin reallaşması qeyri-mumkün idi. Ona görə də muəllifin əsərdə aydın sezilən mustəqil istimai-siyasi baxışlarına görə təqib olunması onun başlamış oldugu inkisaf xəttinin qırıllması ilə nətisələndi.

Sovet totalitarizminin siyasi gerçəkliyindan çıxaraq, öz dövlət müstəqilliyini bərpa etmis Azarbaysanın demokratik səmiyyət qurusuluguna qədəm qoyması bir çox sahələrdə oldugu kimi, siyasi elmin də yaranması va inkisafi istiqamatində geniş imkanların yaranmasma səbəb oldu. Artıq 1991-si ildən, yəni milli müstəqillik bərpa olunduqdan sonra politologiya Azarbaysanda mustəqil elm sahəsi kimi tədris olunmaga basladı. Elə həmin ildə Bakı Sosial Idaraetmə və Politologiya Institutunda (1999-su ildən Azarbaysan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasi) ilk politologiya fakultəsi va politologiya kafedrasi fəaliyyatə basladı. Azarbaysanda siyasi elm məktəbinin inkisafında 2002-si ildə Fəlsəfə və Siyasi-Huquqi Tədqiqatlar Institutunda «Politologiya» söbasinin fəaliyyatə baslaması da olduqsa muhüm rol oynamısdır.

2. POLİTOLOGİYANIN PREDMETİ, OBYEKTİ VƏ STRUKTURU

Bu günədək politologiyanm predmetinə vahid yanaşmanm olmaması onun ətrafmda müxtəlif sür baxışların meydana gəlməsini şərtbndirmişdir. Bütövlükdə həmin yanaşmaları üs qrupda səmləşdirmək olar:

1.Politologiya hakimiyyətdə olan və ya onun həyata keçirilməsində iştirak etmək iddiasında olan müxtəlif fərdlərin, qruplarm, partiyalarm, dövlətin və digər institutlarm tədqiqi ilə məşğul olan elm sahəsidir. Bu mənada politologiya siyasi sosiologiya, siyasi fəlsəfə, siyasi psixologiya ilə yanaşı siyasət haqqmda elmlərdən biridir.

2.Politologiya siyasət haqqında yeganə elmdir. Politologiya siyasət haqqmda elm olsa da, siyasətlə bağlı bütün bilikləri deyil, sırf elmi və empirik metoda əsaslanan bilikləri özündə ehtiva edir.

3.Daha geniş yayılmış son yanaşmaya əsasən, politologiya bütün siyasi subfənləri - siyasi fəlsəfə, siyasi psixologiya, siyasi sosiologiya və s. birləşdirən megaelm, yaxud inteqrativ elmi bilik sahəsidir. Politologiya siyasi təsisatları və prosesləri, siyasi hakimiyyətin meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişafı qanunauyğunluqlarını öyrənir.

Bütün deyilənləri yekunlaşdıraraq belə qənaətə gəlmək olar ki, siyasətin ümumi nəzəriyyəsii rolunda çıxış edən və inteqral elm olan politologiyanm predmetini siyasət və onun təsisatları vasitəsilə səmiyyət və şəxsiyyətlə qarşılıqlı münasibətləri təşkil edir.

Məlumdur ki, siyasət səmiyyətin bütün fəaliyyət sahələrində özünü büruzə verir.Lakin politologiya siyasi həyatm аurı-аyrı aspektlərini (fəlsəfə, psixologiya, dövlətşünaslıq vəs.) deyil,onu məhz bütöv halda və yeganə obyekt kimi tədqiq edir.

Politologiyanm tədqiqat obyektinin müəyyənləşdirilməsində YUNESKO-nun təşəbbüsü ib Parisdə çağırılan beynəlxalq kollokvium tərəfindən qəbul edilmiş qətnamə mühüm rol oynamışdır. Həmin sənədə uyğun olaraq qərara almmışdır ki, politologiyanın əsas tədqiqat obyektinə aşağıdakılar daxil edilsin:

-Siyasi nəzəriyyə və siyasi ideyalar tarixi;

-siyasi təsisatlar;

-siyasi partiyalar, qruplar, istimai qәu, seçkibr, informasiya və təbliğat;

-beynəlxalq münasibətbr və xarisi siyasət.

Məlum olduğu kimi, siyasətşünas alim siyasi gerçəkliyi mövsud şəraitdəki vəziyyət baxımından qiymətləndirir və bu əsasda gələsəyi proqnozlaşdırmaqla məşğul olur. Yəni politoloq mövsud olan gerçəkliyin empirik yolla dərk edilməsi ilə məşğuldur. Lakin heç bir politoloci təhlil onun əsaslandığı ideya-nəzəri və fəlsəfı əsaslardan təsrid olunmuş şəkildə mümkün deyildir. Buna görə də, politologiya siyasi ənənələri, ideya-siyasi görüşləri və təlimləri, qərarlarm qəbııl olunmasının konkret mexanizmini və s. nəzərdən keçirir.

Siyasi elmin başlısa tədqiqat obyektini siyasi sistemin və təsisatların başlısa ünsürü olan dövlət və siyasi hakimiyyət təşkil edir. Lakin siyasi hakimiyyət və dövlət məsələsini həmçinin fəlsəfə, siyasi, iqtisad, dövlətşünaslıq, hüquq və s.-də öyrənir. Politologiya bu fənlərdən fərqli olaraq dövlət və siyasi hakimiyyətin aşağıdakı səhətlərini öyrənir:

1.Politologiya dövləti və hakimiyyət münasibətlərini səmiyyətin siyasi təşkili təsisatları kimi təhlil edir. Yəni politologiya müxtəlif səmiyyətlərin fəaliyyətinin və inkişafmm siyasi qanunauyğunluqlarını öyrənir;

2. Politologiya təksə siyasi hakimiyyətin ələ keçirilməsi və əldə saxlanması haqqmda deyil, habeb onun idarə olunmasmda əməli surətdə istifadə edibn forma və metodlar haqqında elmdir;

3. Siyasi elm dövbti yalnız siyasətin subyekti, bir ölkə çərçivəsində


hakimiyyət münasibətbrinin daşıyısısı kimi yox, həmçinin beynəlxalq aləmdə
һәqhansı ölkənin suverenlyinin daşıyısısı kimi öyrənir.Beynəlxalq münasibətləri tənzimləyən hüqııqi normalarm, əxlaqi dəyərbrin və siyasi tələblərin müəyyən edilməsi, dövlətlərarası əlaqələrin fəaliyyət qanunauyğunluqlarmın öyrənilməsi və s. politologiyanın tədqiqat obyektini təşkil edən problemlərdəndir.

Dövlət və hakimiyyətlə yanaşı politologiyanm tədqiq etdiyi problemlər sırasmda partiyalar və partiya sistemləri, müxtəlif təzyiq qrupları, parlament mexanizmi, seçki sistemi, kütləvi informasiya vasitələri, siyasi təşkilatlar mühüm yer tutur.

Politologiya dünyagörüşü xarakteri daşıyan elm olmaqla, fərdin sosial qrupun, xalqm və millətin hakimiyyət və dövlətə münasibətinin prinsiplərini öyrənir. Politologiya dünyagörüşü spektrində fərdin səmiyyətdə yeri və rolunu, şəxsi və qrup, maddi və mənəvi maraqlarmm mənası və əhəmiyyətini aydmlaşdırır. Lakin politologiyanı müəyyən dünyagörüşbrini əks etdirən siyasi ideologiya və doktrinalardan fərqləndirmək lazımdır. İdeologiya mövsud gerçəkliyə spesifik münasibəti ifadə etdiyindən, onun təsvir etdiyi ideal reallığa uyğım gəlməyə bilər. Politologiya isə siyasi gerçəklik haqqmda elmdir.

Politologiya siyasi fəaliyyət proqramı hazırlamır. Lakin bu elm siyasət və hakimiyyət haqqmda obyektiv doyərlərə malik bilikbr təqdim etməklə siyasi fəaliyyət proqrammm hazırlanmasında yardımçı olur.

Politologiya elm kimi - siyasi həyatm inkişaf qanunauyğunluqlarını, siyasi şimr və mədəniyyəti, siyasi prosesləri, siyasi sistemi, siyasi təlimbr tarixini, qlobal problembri tədqiq edir, tədris fəııni kimi siyasi təsisatlar, insan və vətəndaş hüqııq və azadlıqları, siyasi konsepsiyalar, dünyada sərəyan edən siyasi proseslər haqqmda bilik verir.

Yuxarıda qeyd etdiyimiz kimi, siyasət haqqmda yeganə elmi uә inteqrativ bilik sahəsi olan politologiyanm strukturuna bir sıra fənbr daxıldir. Alman alimi P.Noak politologiyanın dörd əsas hissəsinin olduğunu qeyd edir: siyasi fəlsəfə və ya siyasi nəzəriyyə; siyasi təsisaslar haqqmda təlim; siyasi sosiologiya; beynəlxalq siyasət nəzəriyyəsi.

Əlbəttə ki, bu bölgü şərtidir və o, tədqiqatçılar tərəfındən müxtəlif fənlərlə tamamlanır. Bütövlükdə bütün siyasi elmbri iki qrupa bölmək olar:

Siyasətin bir başa özünün tədqiqi ilə məşğul olan fənbr (siyasi fəlsəfə, siyasi təsisatlar haqqmda təlim, beynəlxalq siyasət nəzəriyyəsi, siyasi tarix, müqayisəli politologiya;

Siyasətin istimai həyatın başqa sahəbri ilə qarşılığı əlaqəbrini öyrənən fənbr (siyasi psixologiya, siyasi antropologiya, siyasi soğrafıya, siyasi astrologiya, siyasi kurturologiya və s.

Siyasi fəlsəfə - siyasətin mahiyyətini, onun şəxsiyyət, səmiyyət və dövbtlə qarşılıqlı əlaqəsini öyrənir. Siyasi fəlsəfə siyasi fəaliyyətin xarakterini, hakimiyyətin və siyasi meyllərin mahiyyətini açıqlayan elmi biliklərin məsmusudur. О siyasi sistemin səmərəli fəaliyyət göstərməsi üçün normativ dəyərbr və ideal əsaslar işbyib hazırlayır. Siyasi fəlsəfə siyasi tədqiqatlar üçün metodoloci baza rolunu oynayır. Bu fənn siyasi elmin tarixən ilkin mövsudluq forması olmaşdur.

Siyasi təsisatlar haqqında təlim səmiyyətin siyasi təşkili, dövlət, siyasi partiya və digər institutlar haqqmda nəzəriyyə kimi çıxış edir. Bu fənn səmiyyətin sosial-siyasi təbiətini, təsisatları və hakimiyyətin idarə edilməsi prinsiplərini hərtərəfli açıqlamağa imkan verir.

Beynəlxalq münasibətlər nəzəriyyəsinin predmetini dövlətlərin, istimai hərəkatlann xarisi siyasi fəaliyyətinin, beynəlxalq təşkilatların (BMT, NATO, ATƏT və b.) işinin öyrənilməsi təşkil edir. О həmçinin müharibə və sülh, beynəlxalq münaqişəbrin qarşısmın almması, yeni dünya qaydalarınm formalaşdırılması problembrini öyrənir.

Siyasi tarix siyasi nəzəriyyələri, baxışları və hadisəbri xronoloci ardısıllıqla və bir-bir ilə qarşılıqlı əlaqədə tədris edir. Səmiyyət həyatmm bütün tərəflərini öyrənin tarixdən fərqli olaraq siyasi tarix siyasi həyatı öyrənir.

Siyasi psixologiyanın tədqiqat obyekti insanların siyasi davranışmda təzahür edən oriyentasiya, inam, iradə, məqsəd, dəlil, iradə və emosiya təşkil edir. Siyasi psixologiyadan istimai rəyin öyrənilməsində, siyasi münaqişəbrin və əməkdaşlığın, siyasi davranışm tədqiqində geniş istifadə olunur.

Siyasi antropologiya siyasətin əsas insani tələblərdən - bioloci, intellektual, sosial, mədəni, dini və s. asılılığmı öyrənir. Siyasi antropologiyaya dair tədqiqatlar siyasi fəaliyyətdə etnik amillərin üzə çıxarılmasına şərait yaradır.

Siyası soğrafiya siyasi prosesbrin ərazi, təbiət, soğraxl mövqe, iqlim şərait və digər amillərlə bağlılığını öyrənir


3.POLİTOLOGİYANIN ƏSAS QANUNAUYĞUNLUQLARI, PRİNSİPLƏRİ, KATEQORİYALARIVƏ METODLARI

Politologiyanm əsas qanunauyğunluqları bunlardır:

-Siyasi maraqlarm meydana gəlməsi, təsisatlanması və inkişafı;

-Siyasi sistemin və siyasi hakimiyyətin yaranması və dəyişməsi;

-Siyasətin iqtisadiyyat və səmiyyət həyatının digər sahələri ilə qarşılıqlı əlaqədə olması;

-Siyasi prosesbrin yaranma, işləmə və inkişaf qanunauyğunluqları;

-Nəzəriyyə və praktikanın vəhdəti;

-Daxili və xarisi siyasətin qarşılıqlı əlaqəsi;

-Siyasətdə şəxsiyyətin yeri və rolunun artması;

-Şəxsiyyətin və siyasi təsisətlarm qarşılıqlı savabdeyliyi;

-Siyasi münasibətbrin beynəlmibşməsi və qloballaşması.

Politologiyanın başlısa prinsipləri isə aşağıdakılardır:

-Humanist dəyərlərin üstün tutulması;

-Siyasi reallığa əsaslanmaq;

-Digər elmlərin nailiyyətlərindən istifadə etmək.

Nәq bir elm kimi politologiyanm da öz kateqoriyalar sistemi vardir. Məlumdur ki, elmin predmetinin ən ümumi, fundamental anlayışları kateqoriyalar (dərketmə pillələri) adlanır. Kateqoriya sözü yunan dilindən tərsümədə mülahizə, ittiham mənasmı verir. Kateqoriya sözünü ilk dəfə işlədən Aristotel onu obyektiv reallığm ən yüksək şəkildə ümumibşdirilməsi və əksi adlandırırdı. Həqiqətən də insan onu əhatə edən aləmi kateqoriya vasitəsi ilə dərk edir. Hər bir elmin müstəqilliyi öz əksini ilk növbədə onda tapır ki, onun kateqoriyalarmda gerçəkliyin inkişafmm müxtəlif tərəfləri əks olunur. Politologiyanın kateqoriyalarında siyasi reallığm, siyası sistem və prosesin mühüm səhətləri öz əksini tapır. Bütövlükdə, politologiyanın kateqoriyalarının aşağıdakı kimi təsnifatını vermək olar:

Politologiya elminin öz mənşəyi ib bağlı olan kateqoriyalar: «siyasət», «siyasilik», «siyasi məkan», «hakimiyyətlik», «səmiyyətin siyasi təşkili» və s.

Törəmə xarakterli kateqoriyalar: siyasi təsisatlar, siyasi sistem, siyasi lider və s.

Fəlsəfə, sosiologiya və digər istimai elm sahəbrinin anlayışlarmm siyasi fəaliyyət sahəsinə tətbiqi nətisəsində formalaşan kateqoriyalar: «idrak» -«siyasi idrak», «təfəkkür» - «siyasi təfəkkür», «ziddiyyət”- «siyasi ziddiyyət» və s.

Siyasətin subyekti ib bağlı olan kateqoriyalar: «fərd», «sosial qrup»; «xalq», «millət» və s.

Siyasətin obyekti ib bağlı olan kateqoriyalar: «siyasi sfera», «siyasi problem», «siyasi hadisə”, «siyasi proqnoz” və Siyasətin funksiyaları ilə bağlı olan kateqoriyalar: siyasi proqnoz, siyasi təsvir, siyasi idarəetmə, siyasi sosiallaşma və s.

Siyasi prosesin tədqiqinə xidmət edən kateqoriyalar: «siyasi


modernləşmə», «seçki kompaniyası», «siyasi situasiya» və s.

Siyasi hadisə və prosesərin öyrənilməsi zamanı siyasi elm müxtəlif tədqiqat metodlarından istifadə edir. «Metod» sözünün hərfı mənası yunan dilindən tərsümədə tədqiqat üsulu və ya dərketmə deməkdir. Metod gerçəklik hadisələrinin qanunauyğunluqlarınm dərki ilə bağlı olub, real prosesbrin öyrənilmə üsulunu və ona yanaşmağı səsiyyəbndirir. Fəlsəfəyə dair ensiklopedik lüğətdə metod «gersəkliyin praktiki və nəzəri səhətdən mənimsənilməsi üsullarınm və əməliyyatlarmm məsmusu» kimi xarakterizə edilir.

Politologiyanın metodları da onun özünəməxsus tərəfınin, yəni siyasi gerçəkliyin hərtərəfli və dərindən öyrənilməsinə imkan yaradır.

Politologiyanın tədqiqat metodları bütövlükdə üç başlısa qrupa ayrılır:

Ümumməntiqi metodlar (analiz və sintez, abstraktlaşdırma,
dialektik metod, induksiya və deduksiya, statistik təhlil və s.

Sosial-humanitar metodlar: anket sorğusu, sənədlərin və mənbələrin təhlili, müsahibə, müşahidə və s.

Politologiyanın xüsusi - elmi metodları: müqayisəli təhlil, tarixi yanaşma, sistemli metod, struktur funksional analiz, siyasi modelləşdirmə, siyasi monitorinq, biheviorizm metodu, siyasi kommunikasiya metodu, kontent-təhlil (oyunlar nəzəriyyəsi və qərar qəbul etmə mstodu və s.).

Analiz (yun. analizis - parçalanma) predmetlərin, xassələrin, əlaqə və münasibətbrin tərkib hissəbrinə ayrılması, sintez (yun. sintezis - birbşmə) isə analizdə ayrılan ünsirbrin yenidən tam halmda birbşməsi əməliyyatıdır.

Abstraktlaşdırma (lat. abstrastia -ayırma) elmi-tədqiqat metodu kimi predmet və hadisəbrin əhəmiyyətsiz xassə və əlamətbrinin fıkrən ayrılması, əsas əlamətbrin ümumibşdirilməsidir.

Dialektik metod hadisəbri inkişafda götürməyi, onun daxili hərəkətverisi güvvəbrini aşkara çıxartmağa, bütün hadisəbri qarşılıqlı əlaqədə оuqgptgug çalışır.

Induksiya (lat - yönəltmə, söıqetmə) ayrı-ayrı faktlardan ümumi müddəalara doğru keçidi nəzərdə tutur.

Deduksiya isə əksinə ümumidə təksəni, konkreti axtarmaq metodudur.

Statistik materiallarm təhlili tədqiqatçıya əldə olunmuş məlumatlardan texniki təhlil zamanı әp əhəmiyyətlisini qəbul etməyə, qanunauyğunluqları işbməyə və müvafıq meylbri üzrə çıxarmağa imkan yaradır.

XIX əsrin 30-su ilbrində tətbiq olunmağa başlayan anket yolu ib tədqiqat və əhali arasmda sorğu aparılması metodu hazırki dövrdə geniş istifadə olunur. Bu metodlardan ilk dəfə Amerika sosioloqu Sore Hellan seçkiqabağı siyasi səraiti öyrənmək məqsədib istifadə etmişdir. Tarixi təsrübə göstərir ki, doğrudan da seçki ərəfəsində anket üsulu ilə sorğu aparılması seçisibrin rəyinin müəyyənbşdirilməsində və buna əsasən də, düzgün proqnozun verilməsində mühüm rol oynayır.

Sənədlərin və mənbələrin təhlilinə idarəetmə sistembrinin strukturunu muəyyən edən əsaslı qanunlarm, konstitusiyaların, parlament idarəçiliyi sisteminin, islasların stenoqrammasınm, partiyaların proqramlarının öyrənilməsi daxildir.

Müşahidə tədqiq olunan prosesin və hadisənin məqsədyönlü və sistemli şəkildə mənimsənilməsini nəzərdə tutur. Müşahidə metodu hər hansı istimai-siyasi tədbir iştirakçılarınm davranışmı, siyasi münaqişənin törənməsi və inkiqafı prosesini, siyasi partiyaların fəaliyyəti və sairəni öyrənməyə imkan verir. Müşahidənin 3 növü var: qısa, orta və uzunmüddətli.

Söhbət bir metod kimi müsahibədən onunla fərqbnir ki, o, ikitərəfli mahiyyət kəsb edir. Söhbəti aparan adam hansı siyasi informasiyanı əldə edəsəyini əvvəlsədən müəyyənbşdirir. Söhbətdən əvvəl müsahibə aparanla müsahibə verən arasında hes bir ünsiyyət olmadığı üçün, fərdi xarakter daşıyan informasiya əldə etmək qeyri-mümkün olur.

Müqayisəli təhlil metodu eyni tipli siyasi hadisələrin müqayəsəsini aparmağa və müvafiq nətisəbr çıxarmağa, müxtəlif xalqlarm, ölkəbrin siyasi həyatında, siyasi təsisatlarm fəaliyyətində oxşar və fərqli səhətbri aşkara çıxarmağa, siyasi prosesbrin inkişafmdakı ümumi qanunauyğunluqları müəyyənbşdirməyə, siyasi sistemlərin spesifık xüsusiyyətbrini dəyərbndirməyə kömək edir.

Formal məntiq nöqteyi-nəzərdən tarixi metod müxtəlif hadisə və prosesbrin xronoloci ardıgıllıqla öyrənilməsinə yönəlir. Siyasətdə tarixilik müxtəlif siyasi hadisəbrin dialektikasmın açılıb öyrənilməsi, müxtəlif siyasi sistem və normalara konkret-tarixi baxımdan yanaşılması, siyasi prosesbrin ümumi inkişaf qanunauyğunluqlarmm müəyyənbşdirilməsi deməkdir. Siyasi baxışlar hər bir tarixin dövrü xüsusiyyətbrini əks etdirməklə yanaşı, dərin varislik xarakteri daşıyır, keçmişdən bir sıra səsiyyəvi səhətbri ehtiva edir. Ona görə də, ayrı-ayrı dövrbrdəki siyasi hadisələri ondan əvvəlki tarixi inkişaf prosesindən təsrid etməklə öyrənmək mümkün deyildir. Odur ki, siyasi təhlildə tarixi yanaşma metodundan istifadə etmək siyasətdə subyektivizm və volyuntarizm təzahüründən qaçmağa imkan yaradır.

Sistemli yanaşma metodu siyasi gerçəkliyə tam şəkildə yanaşmaqla, onun bütün səhətbrinin küll halında nəzərə almaqla öyrənilməsinə deyilir. Bu metod tədqiqat obyektinə kompleks yanaşmanın zəruriyyətindən irəli gəlmişdir. Sistemli yanaşma metodunun köməyi ilə tədqiqat obyekti bütöv bir tam kimi qavranılır və onun ayra-ayrı tərkib hissəbri arasındakı qarşılıqlı əlaqə aşkara çıxarılır. Burada əsas diqqət siyasətin bütövlüyünə və onun ətrafla əhatə dairəsi ib qarşılıqlı münasibətbrinin öyrənilməsinə yönəlir.

Politologiyada sistem metodu üç səviyyədə tətbiq olunur:

1.Bütöv bir tam kimi siyasi sistemlər (məsəbn, һәq hansı bir ölkənin siyasi sistemi);

2.Qlobal sistemin hissəbri, yəni yarımsistemlər (məsələn, partiya sistemləri);

3.Siyasi sistem elementbri (dövbt, vətəndaş və s.).

Struktur-funksional metod amerikan sosioloqları R.Merton və T.Parsons tərəfındən işbnmiş, az sonra isə Q. Almond və D.İston tərəfındən təkmilbşdirilmişdir. Bu zaman öyrənibn siyasi obyekt ayrı-ayrı struktur hissəbrə ayrılıb tədqiq edilir, sonra isə həmin elementiərin yerinə yetirdiyi vəzifəbr təsvir edilir. Struktur-funksional metod siyasi sistemin quruluşu və daxili formasının açılmasına, onun öz struktur elementbrinin köməkliyi ib hansı funksiyaları yerinə yetirməli olmasınm müəyyənbşdirilməsinə kömək edir.

Biheviorizm (ingilissə davranış deməkdir) metodu siyasi elmə psixologiyadan gəlmişdir. Biheviorçu metodun mahiyyəti ondan idarətdir ki, siyasi prosesbri ayrı-ayrı insanlarm davranışını və əhval ruhiyyəsini öyrənmək əsasmda tədqiq edir. O, müxtəlif situasiyalarda, о sümbdən siyasi qərarlarm qəbul edilməsində, seçkibrin kesirilməsində şəxsbrin siyasi davranışını, müxtəlif oriyentasiyaların nisbətini və s. öyrənir.

Politologiyada hazırda әn geniş yayılmış metodlardan biri siyasi modelləşdirmədir. Siyasi modelləşdirmə metodunun tətbiqinə ilk səhd göstərən L.Riçardson olmuşdur. Real siyasi hadisə, proses və obyektbrin tədqiqi mümkün olmadıqda, yaxud uzun vaxt təbb edəndə modelləşdirmə metoduna ehtiyas yaranır. Burada model real siyasi obyektin analoqu kimi çıxış edir. Onu da qeyd edək ki, modelbşdirmə metodu əsasında əldə edibn bilikbr tam həqiqi ola bilməz, yəni tədqiqatm obyekti və onun modeli arasında qəti analogiyaya nail olmaq mümkün deyil.

Siyasi monitorinq hər hansı siyasi prosesin inkişafmm müşahidəsi, qiymətbndirilməsi və proqnozudur. Monitorinq (lat. - təqibetmə) birdəfəlik tədqiqi yox, öyrənilən obyekti inkişafda təhlil etməyə imkan verən izləmənin ardısıllığını nəzərdə tutur. Monitorinq obyekti müxtəlif münaqişəbr, seçki prosesbri və s. ola bibr.

Qərarların qəbul edilməsi metodu politologiyada son dövrlərdə xüsusib geniş yayılmışdır. «Qərarlar qəbuletmə» termini XX əsrin 30-su ilbrində Ç.Bernand, E.Stin və digər Amerika alimlərinin əsərbrində istifadə edilməyə başlamışdır. Bu metod siyasi elitanm qərar qəbul etmə prosesini aydmlaşdırmağa kömək edir.

4. Politologiyanın funksiyaları və humanitar elmlər sistemində yeri.


Kataloq: img -> page -> tmp
tmp -> Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə