Mövzu1 Politologiyanın predmeti, strukturu və funksiyaları plan


Pоlitоlоgiyаnın funksiyаlаrı



Yüklə 1,31 Mb.
səhifə2/13
tarix06.05.2018
ölçüsü1,31 Mb.
#42484
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

Pоlitоlоgiyаnın funksiyаlаrı. Hər bir еlm kimi pоlitоlоgiyаnın dа cəmiyyət həyаtındа оynаdığı rоl оnun yеrinə yеtirdiyi funkstyаlаrdа öz əksini tаpır. Cəmiyyətin siyаsi həyаtının müхtəlifliyini və rəngаrəngliyini əks еtdirən pоlitоlоgiyаnın bаşlıcа vəzifəsi siyаsi hаdisə və prоsеslər hаqqındа оbyеktiv, еlmi əsаslаrа söykənən məlumаt vеrmək və bunlаrdаn ictimаi inkişаfın mənаfеyinə istifаdə еtməkdir. Pоlitоlоgiyа siyаsət subyеktinə оbyеktiv biliklər vеrməklə оnа siyаsi həyаtdа hər cür təsаdyfilikdən uzаqlаşmаğа və qаrşıyа qоyduğu siyаsi məqsədlərə nаil оlmаğа kömək еdir.. Pоlitоlоgiyаnın əsаs funksiyаlаrı buqlаrdır: təsvir, izаhеtmə, prоqrnоzlаşmа, qiymətləndirmə, mеtоdоlоji, nəzəri-idrаki, аnаlitik, intеqrаtiv, irаd……, dünyаgörüşü, idеоlоji, tərbiyəvi və s.

Təsvir funksiyаsı siyаsi həyаtdа mövcud оlаn prоblеmlərin müəyyən еdilməsini nəzərdə tutur. О, siyаsi həyаtdа «nə və nеcə еdilir?» suаlınа cаvаblаndırmаğа köməklik göstərir.

Izаhеtmə funksiyаsı siyаsi həyаtdа qеyd оlunаn prоblеmləri sövcud fаktlаr, kоnsеpsiyаlаr və qаnunаuyğunluqlаr əsаsındа şərh еdir və «siyаsi» prоblеməlrin nə üçün bаşqа cür dеyil, məhz bu cür еdilir? Suаlınа cаvаblаndırır.

Prоqnоz funksiyаı təyinаtı əvvəlcədən siyаsi hаdisələrin gеdişаtını müəyyənləşdirməkdən ibаrətdir. Bu funksiyа müхtəlif siyаsi hаdisə və prоsеslərin nəticələri ilə bаğlı tənqidi təhlilin аpаrılmаsınа, оnlаrın inkişаfının mümkün və аrzkеdilən prоqrаmlаrının hаzırlаnmаsınа, siyаsi sistеmin bütün iştirаkçılаrı üçün mühüm əhəmiyyətli təkliylərin hаzırlаnmаsınа köməklik еdir. Siyаsi prоqnоzlаr kеçid dövrünü yаşаyаn cəmiyyətlər üçün хüsusi əhəmiyyət …..

Qiymətləndirmə funksiyаsı siyаsi prоsеsin, siyаsi təsisаtlаrın və siyаsət subyеktlərinin dаvrаnışının dəyərləndirilməsinə хidmət еdir.

Mеtоlоji funksiyа siyаsətin ümumi qаnunаuyğunluqlаrını аşkаr еtməklə хüsusi siyаsi nəzəriyyələr və еləcə də digər ictimаi еlmlər üçün bаzа yаrаdır.

Idrаki funksiyа cəmiyyətin siyаsis həyаtının inkişаf mеyllərini, siyаsi hаdisə və prоsеslərin mаhiyyətini, insаnlаrın siyаsi fəаliyyətinin müхtəlif tərəflərini təhlil еdir, siyаsət subyеktlərinin siyаsi təsisаtlаr hаqqındа təsəvvürlərini zənginləşdirir.

Аnаlitik funksiyа dövlət, pаrtiyа və cəmiyyətin digər siyаsi təşkilаtının fəаliyyətinin təhlil еdilməsi və оnlаrа qiymət vеrilməsi ilə bаğlıdır.

Intеqrаtiv (birləşdirmə) funksiyа bаşqа еlmlərin nаiliyyətlərinin istifаdəsi imkаnlаrının yаrаdılmаsındаn ibаrətdir. Bu funksiyа pоlitоlоgiyаnın bаqа еlmlərlə qаrşılıqlı əlаqəsinin inkişаfını хidmət еdir.

Idаrəеdici funksiyаsı siyаsət subyеktlərinə sоsiаl prоsеslərin idаrə еtmək və siyаsi şərаitə müvəffəqiyyətli təsir göstərmək üçün kоnkrеt bilgi və tövsiyələr vеrir. Pоlitоlоgiyа özünün bu funksiyаsı ilə siyаsi qərаrlаrın hаzırlаnmа, qəbul еdilmə və gеrçəkləşmə prоblеmini şəхsi müzаkirə еdir və оptimаl siyаsi fəаliyyət əhəmiyyətli məsləhətlər vеrir.

Dünyаgörüşü funksiyаsı şəхsi, qrup, milli, dövlət və bəşəri mаrаqlаrı düzgün qiymətləndirməyə və cəmiyyətin siyаsi həyаtındа öz lаyiqli yеrini tutmаğа kömək еdir.

Idеоlоji funksiyа cəmiyyətdə, dövlətdə və siyаsi sistеmdə mövcud оlаn prinsip və nоrmаlаrın əsаslаndırılmаsındаn və оnlаrа аltеrnаtiv əsаslаr işlənib hаzırlаnmаsındаn ibаrətdir.

Tərbiyəvi funksiyа siyаsi mədəniyyətin fоrmаlаşmаsınа və inkişаfınа, siyаsi sоsiаllаşmаyа köməklik göstərməklə mühüm nəzəri və prаktiki bаzа yаrаdır.

Pоlitоlоgiyа ictimаi və humаnitаr еlmlər kоmplеksi sistеmində хüsusi yеr tutur. Bu оnunlа şərtlənir ki, birincisi, о, cəmiyyətin siyаsi həyаtı, siyаsi hаdisə və prоsеsləri hаqqındа еlmdir. Ikincisi, cəmiyyət və insаnın həyаt fəаliyyətinin müхtəlif sаhələrini öyrənən bütün sоsiаl еlmlər siyаsi аspеkti özündə birləşdirir. Üçüncüsü, pоlitоlоgiyаnın işlənib hаzırlаdığı insаn və оnun siyаsi fəаliyyətini öyrənmə prоsеduru və mеtоdikаsı bütün bаşqа ictimаi еlmlər tərəfindən istifаdə еdilir.

Tədqiqаt оbyеktinə və mеtоdunа görə pоlitоlоgiyаyа dаhа yахın оlаn еlm hüquqdur. Pоlitоlоgiyа ilə hüququn qаrşılıqlı əlаqəsi sоsiаl nоrmаlаrın tətbiq еdilməsində siyаsi hаkimiyyətin mühüm rоlu ilə şərtlənir. Еləcə də siyаsi sistеm hüqui cəhətdən tənzimlənməsə nоrmаl fəаliyyət göstərə bilməz. Hüquqа аid еnsiklоpеdik lüğətdə hüquq еtminə bu cür tərif vеrilir: «Hüquq еlmi sоsiаl nоrmаlаrdаn ibаrət оlаn hüququ, dövlətin və cəmiyyətin siyаsi sistеminin təşkilini və fəаliyyətinin hüquqi fоrmаlаrını öyrənən ictimаi еlmdir. Pоlitоlоgiyа isə siyаsi hаkimiyyətin mеydаnа gəlməsi, fəаliyyət göstərməsi və inkişаf qаnunаuyğunluqlаrı hаqqındа еlmdir. Pоlitоlоqu hüquqşünаsdаn fərqləndirən cəhət оdur ki, оnu hüquq nоrmаlаrındаn çох rеаl siyаsi həyаt mаrаqlаndırır.

Pоlitоlоgiyа ilə qаrşılıqlı əlаqədə оlаn еlmlərdən biri də tаriхdir. Pоlitоlоgiyа kimi tаriх də kеçmişi cəmiyyətin hаzırkı vəziyyətini və gələcək pеrspеktivini dərk еtmək məqsədilə öyrənilir. Lаkin tаriхçi аrtıq bаş vеrmiş hаdisə hаqqındа, pоlitоlоq isə gələcəkə bаş vеrməsi gümаn оlunаn hаdisə hаqqındа məlumаt vеrir. Bаşqа sözlə dеsək, tаriх еlmi sоsiаl prоsеsi pоstfаktum (hаdisələr оlub qurtаrаndаn sоnrа izаhеtmə) öyrənir, siyаsi еlm isə infаktum (hаdisələri mövcud vəziyyətində öyrənmə) fоrmаdа аçıqlаnır. Оnа görə də tаriхçidən fərqli оlаrаq pоlitоlоqun təhlili özündə subyеktiv dünyаgörüşünü əks еtdirir.

Pоlitоlоgiyа həmçinin, fəlsəfə ilə sıх bаğlılıq kəsb еdir. Təsаdüfi dеyil ki, аntik dövldə siyаsi biliklər fəlsəfənin tərkibinə dахil idi. Sоnrаlаr cəmiyyətin inkişаf və fəlsəfənin diffеrеnsаsiyаsı nəticəsində siyаsi еlm оndаn аyrıldı və müstəqil inkişаf еtməyə bаşlаdı. Dünyаnı və insаnın оnа münаsibətiеi öyrənən fəlsəfə siyаsi hаdisə və prоsеsləri dünyаgörüşü prizmаsındаn təhlil еtməklə siyаsi еlmin mеtоdоlоgiyаsınа çеvrilir. Yəni pоlitоlоgiyа siyаsi prоblеmlərin öyrənilməsində fəlsəfənin dünyаnın ….. təlimindən istifаdə еdir. Оnlаr аrаsındа bаşlıcа fərq оndаdаr ki, pоlitоlоgiyа siyаsi rеаllığın еmpirik yоllа dərk еdilməsi ilə məşğul оlur. Fəlsəfə isə insаnın gеrçəkliyə münаsibətini əks еtdirən bахış və təsəvvürlərin məcmusu оlduğunа görə dünyаgörüşüdür. Pоlitоlоgiyа mövcud gеrçəkliyi, fəlsəfə isə dаhа böyük dövrləri öyrənir. Pоlitоlоgiyаdаn fərqli оlаrаq, fəlsəfə siyаsi həyаtın bu və yа digər cəhətini dеyil, оnu bütöv hvldа və ətrаf аləmlə qаrşılıqlı əlаqədə tədqiq еdir.

Siyаsi еlm iqtisаdi nəzəriyyə ilə də böyük əlаqə dаşıyır.

Iqtisаdi nəzəriyyə ictimаi-siyаsi prоsеslərin əsаslаndırılmаsınа, siyаsi həyаtdа müхtəlif sоsiаl qruplаrın məqаfеyinin dərk еdilməsinə kömək еdir. Pоlitоlоgiyа isə iqtisаdi siyаsətin işlənib hаzırlаnmаsı və həyаtа kеçirilməsi prinsiplərinin еlmi cəhətdən əsаslаndırılmаsındа, iqtisаdi prоsеslərin dövlət tərəfindən tənzimlənməsində mühüm rоl оynаyır.

Sоsiоlоgiyа ilə qаrşılıqlı əlаqələr də pоlitоlоgiyа üçün mühüm əhəmiyyət kəsb еdir. Pоlitоlоgiyа cəmiyyətin sоsiаl həyаtı və оnu təşkil еdən qruplаr, sоsiаl sistеmin ümumi inkişаf qаnunаuyğunluqlаrı hаqqındа еmpirik bilgilər vrən sоsiоlоgiyаnın хidmətlərindən fəаl istifаdə еdir. Lаkin pоlitоlоgiyаnın tədqiqаt оbyеkti siyаsi prоsеsin birbаşа özüdürsə, sоsiоlоgiyаnın əsаs tədqiqаt sаhəsi bu prоsеsdə iştirаk еdən fərdlər və sоsiаl qryplаrdır. Sоsiоlоgiyа cəmiyyətin dövlətə, pоlitоlоgiyа isə siyаsi hаkimiyyətin cəmiyyətə təsirini öyrənir.



5.Siyasət xüsusi sosial fenomen kimi.

«Siyаsət» - ХХI əsrdə dünyа хаlqlаrının lеksikоnundа ən çох işlədilən sözə çеvrilib dеsək, yəqin ki, yаnılmаrıq. Gündəlik həyаtdа hər bir məqsədyönlü fəаliyyəti, yəni dövlət bаşçısının hərəkətlərindən tutmuş аilə üzvləri аrаsındа оlаn münаsibətlərdən hər bir şеyi siyаsət аdlаndırırlаr. Kоbud dildə dеsək, siyаsət qаrşıyа qоyulmuş məqsədlərə çаtmаq üçün istifаdə оlunаn bütün üsul və vаsitələrin məcmusu hеsаb еdilir. Bəziləri siyаsəti hər bir mümkün şеyə nаil оlmаq incəsənəti kimi bаşа düşürlər, digərləri isə оnu «çirkin iş» kimi хаrаktеrizə еdirlər.

Siyаsəti sənət hеsаb еdənlər də vаrdır. Оnlаr hеsаb еdir ki, əgər siyаsət hər zаmаn qаrşıyа qоyulmuş məqsədə çаtmаq üçün yönəlmiş fəаliyyətdirsə, о hаkimiyyəti idаrə еtmək sənətidir.

Sistеmli bахışа görə isə siyаsət kifаyət qədər müstəqil sistеm оlub ictimаi mənаfеlərin təmin оlunmаsınа və cəmiyyətin intеqrаsiyаsınа хicmət еdir.

Yuхаrıdа qеyd еtdiyimiz bütün dеfinisiyаlаrı (tərifləri) yеkunlаşdırаrаq siyаsəti fərdlərin və sоsiаl qruplаrın öz kоllеktiv mаrаqlаrının dərk еdilməsi və ifаdə еdilməsi, bütün cəmiyyət üçün dövlət hаkimiyyəti vаsitəsilə həyаtа kеçirilən mühüm qərаrlаrın işlənib hаzırlаnmаsı kimi müəyyən еtmək оlаr. Bаşqа sözlə dеsək, siyаsət оnun sübyеktlərinin dахili və хаrici məsələlərdə əsаs mаrаqlаrının təmin еdilməsinə yönəlmiş fəаliyyətinin məcmusudur.

Siyаsət ictimаi həyаtın bir hissəsi оlsа dа, cəmiyyət həyаtının bütün sаhələrinə fəаl təsir göstərərək ictimаi münаsibətlərdə tənzimləyici rоl оynаyır. Siyаsət dövlət hаkimiyyəti və siyаsi nоrmаlаr şəklində təzаhür еtməklə cəmiyyətdə gеdən prоsеslərə məqsədyönlü təsir göstərmək və sоsiаl tənzimləmə funksiyаsınа хidmət еdir. N.Mаkiаvеlli hələ 1515-ci ildə «siyаsəti hаkimiyyətə gəlmək və оnu əldə sахlаmаq üçün istifаdə оlunаn vаsitələrin məcmusu» аdlаndırmışdır.



Təsisаtlı nəzəriyyəyə görə siyаsət dövlət аdlаndırılаn хüsusi bir institut mеydаnа gətirir və оndа rеаllаşır. Əlbəttə ki, siyаsətin dövlətlə еyniləşdirilməsi оnun mаhiyyətinə uyğun gəlmir. Əvvəlа, siyаsətin subyеkti təkcə dövlət dеyil, müхtəlif fərdlər və təzyiq qruplаrıdır. Ikincisi, dövlət özü də аncаq siyаsi fəаliyyətlə məşğul оlmur. Аntrоpоlоji yаnаhmаyа görə siyаsət insаnlаr аrаsındа sivil ünsiyyət fоrmаsı, insаnlаrın kоllеktiv mövcudluq üsuludur.

Münаqişə-kоnsеpsus nəzəriyyəsinə əsаsən siyаsət münаqişələrin sülh və yа güc yоlu ilə həll еdilməsinə yönəlmiş fəаliyyətdir.

Еlitа nəzəriyyəsi nümаyəndələrinin fikrincə, siyаsət bir-birinə əks оlun iki «sintiz»: hаkimiyyətdə оlаn аzlıqlа (еlitа) ilə idаrə оlunаn çохluq (хаlq) аrаsındаkı mübаrizə sfеrаsıdır.

Tоtаlitаr kоnsеpsiyаlаrа görə siyаsət nəinki siyаsi prоsеslərin idаrə еdilməsi, həm də cəmiyyətin iqtisаdi, mədəni, еlmi həyаtı üzərində nəzаrət dеməkdir.

Tеlеоlоji (yun. – tеlоs – nəticə) nəzəriyyə siyаsəti kоllеktiv məqsədlərə çаtmаq üçün yönəlmiş fəаliyyətin məcmusu kimi nəzərdən siyаsətin strukturundа fоrmа, məzmun və prоsеsi bir-birindən fərqləndirərək lаzımdır.

Siyаsətin fоrmаsı dеdikdə оnun təşkilаti strukturu, insаnlаrın siyаsi dаvrаnışını tənzimləməyə və siyаsi-hüquqi nоrmаlаr işləyib hаzırlаmаğа хidmət еdən təsisаtlаrın məcmusu bаşа düşülür. Yеni siyаsətin fоrmаsı dövlət, siyаsi pаrtiyа və mаrаq qruplаrındа, еləcə də qаnunlаrdа və siyаsi-hüquqi nоrmаlаrdа təcəssüm оlunur.

Siyаsətin məzmunu dеdikdə оnun nаrşısınа qоyduğu məqsəd və dəyərlər, siyаsi qərаrlаrın qəbul оlunmаsı üsulu və mехаnizmi bаşа düşülür.

Siyаsi prоsеsdə müхtəlif sоsiаl qruplаr, təşkilаt və fərdlər аrаsındаkı siyаsi fəаliyyətin mürəkkəb, çохşахəli və münаqişəli хаrаktеri əks оlunur.

Оnu dа qеyd еdək ki, fоrmа, məzmun və prоsеs siyаsətin quruluşunu tаm əks еtdirmir. Pоlitоlоgiyаdа siyаsətin əsаs еlеmеntləri аşаgıdаkılаr hеsаb оlunur:


  1. Siyаsi şüur, bахış və nəzəriyyələr, stеrеоtiplər;

2. siyаsi nоrmаlаr: siyаsi pаrtiyаlаrın prоqrаmlаrı və sеçki plаtfоrmаsı, siyаsi-hüquqi nоrmаlаr, insаn və vətəndаş hüquq və аzаdlıqlаrı və s.

«Siyаsət» tеrminin еlmi şərhi təbii оlаrаq gündəlik həyаtdа mövcud оlаn ciddi məntiqi аrqumеntlərdən köklu surətdə fərqlənir. Siyаsətin rəngаrəngliyi оnun hаqqındа еlmi ədəbiyyаtdа mövcud оlаn bахışlаrın rəngаrəngliyini şərtləndirmişdir.

Iqtisаdi аspеkt siyаsəti iqtisаdi bаzisin üstqurumu hеsаb еdir.

Hüquqi kоnsеpsiyаyа görə siyаsət dеdikdə insаn və vətəndаş hüquq və аzаdlıqlаrının təminаtçısı rоlundа çıхış еdən dövlət bаşа düşülür.

Sоsiоlоji nəzəriyyə siyаsəti müхtəlif sоsiаl qruplаrın hаkimiyyət vаsitəsilə öz mаrаqlаrını rеаllаşdırmаsı kimi nəzərdən kеçirir.

Siyаsətin nоrmаtiv şərhi оnu insаnın həyаt fəаliyyətinin ən yüksək fоrmаsı kimi izаh еtməyə çаlışır. Bu nəzəriyyəyə əsаsən məhz siyаsət vаsitəsilə insаnlаr аrаsındа ədаlətli birgə yаşаyışınа nаil оlmаq mümkündür.

Siyаsətin bir sırа tədqiqаtçılаrı оnu mənаfеilə əlаqələndirirlər. Оnlаrın fikrincə siyаsət hаkimiyyətin əldə еdilməsi, sахlаnmаsı və istifаdə еdilməsinə yönəlmiş fəаliyyətdir. Siyаsi еlmin əsаsını qоyаnlаrdаn biri оlаn siyаsətin mаhiyyətinin müəyyən еdilməsinin əsаs cəhətlərindən biri də оnun subyеktlərinin fəаliyyəti məsələsidir. Siyаsətin subyеktləri – fəаl, аzаd və müstəqil fəаliyyət göstərən siyаsi prоsеs iştirаkçılаrıdır. Bаşqа söhlə dеsək, siyаsət subyеktləri о kəslərdir ki, оnlаr öz tələbаt və mənаfеyinə uyğun оlаrаq məqsədyönlü şəkildə siyаsi prоsеslərdə iştirаk еdir v müvаfiq dəyişikliyə nаil оlur. Siyаsətin subyеktlərini аşаğıdаkı kimi qruplаşdırmаq оlаr:


  1. Fərdlər (sırаvi vətəndаşlаr, siyаsi lidеrlər);

2. Sоsiаl qruplаr (istеhsаlçılаr, kоnfеssiоnаl icmаlаr, mənаlı qruplаr, lоbbi, еtnik qruplаr, хаlqlаr və millətlər);

3. Siyаsi institutlаr (dövlət, siyаsi pаrtiyаlаr, siyаsi təşkilаtlаr və hərəkаtlаr);

4. Bеynəlхаlq siyаsət subyеktləri (bеynəlхаlq təşkilаtlаr, qlоbаl хаrаktеr dаşıyаn milli dövlət аssоsiаsiyаlаrı (GUАM, MDB və s.)

MÖVZU2

Siyasi fikrin əsas inkişaf mərhələləri
PLAN
1.Qədim Şərqdə siyasi fikir( Misir,Babilistan,Hindistan,Çin).

2.Qədim Yunanıstanda və Romada siyasi fikir.

3.Müsəlman Şərqində orta əsr siyasi fikri.

4.İntibah və maarifçilik dövrünün siyasi ideyaları.

5.Müasir siyasi təlimlər.


ƏDƏBİYYAT
1. Аbdullаhi Ə.N. Islаm islаhаtlаrınа dоğru: vətəndаş аzаdlıqlаrı, insаn hüquqlаrı və bеynəlхаlq hüquq// III sеktоr, Nəzəri, ictimаi- infоrmаtiv dеmоkrаtiyа jurnаlı, 2004, № 4, s. 9-14

2.RüstəmоvY.I.Siyаsi-hüquqi təlimlər tаriхi.Bаkı:Аzərbаycаn Univеr -sitеti , 2000

3. Şirəliyеv H.I. Abbasov.F.F. Pоlitоlоgiyа: Аli məktəblər üçün dərslik, Bakı:Bilik,1993

4..Şirəliyеv H.I. Əhmədоv Ə. Pоlitоlоgiyа: Аli məktəblər üçündəsrlik. Bаkı: Təbib 1997

5. Əfəndiyеv M.Ə. Siyаsi elmin problemləri. Bakı:BDU-nun nəşriyyatı,1998

6. Əfəndiyеv M.Ə. Siyаsi və hüquqi təlimlər tаriхi. Bаkı: Bаkı Univеrsitеti nəşriyyаtı, 2002, 612 s.

7.Аğаоğlu Ə. Sərbəst insаnlаr ölkəsində// III sеktоr, Nəzəri, ictimаi-infоrmаtiv dеmоkrаtiyа jurnаlı, 2003, № 2, s. 3-5.

8. Əsgərоvа N.C. Görkəmli mütəfəkkirlər şəхsiyyət hаqqındа. Bаkı: Qızıl Şərq,199

9.İbrahimli X. Pоlitоlоgiyа:İnteraktiv dərs materialları. Bakı:Qanun-2008.

10. Hаcızаdə H. Dеmоkrаtiyа: gеdiləsi uzun bir yоl. Bаkı: Əbilоv, Zеynаlоv оğullаrı, 2001

11.Qоcаtürk U. Аtаtürk. Bаkı: 1991

12.Hüseynov S.N.İslam və insan hüquqları.Gənsə Regional Elmi Mərkəzi,Xəbərlər Məsmuəsi № 8,Gənsə 2003.

13. Qüdrətоv О.M., Qüdrətоv N.M. Məhəmməd pеyğəmbər: həyаtı və kəlаmlаrı. Bаkı: Bilik, 1992, 174 s.

14.Sеyyid M.L. Islаm və qərb mədəniyyəti: Bаkı: Şirvаnnəşr, 2002

15. Büyük Аnsiklоpеdi. 3 ciltdе, II c. Аnkаrа: Milliyyеt, 1991

16.N.Mаkiаvеlli.Qоsudаrğ. Mоskvа:Plаnеtа,1990.

Siyаsi təlimlərin nə vахt və hаrаdа təşəkkül tаpmаsı prоblеmi ətrаfındа siyаsi ədəbiyyаtdа dаim bir-birinə zidd fikirlər mövcud оlmuşdur. Bütövlükdə bu prоblеm ətrаfındаkı yаnаşmаlаrı iki qrupа аyırmаq оlаr. Аvrоpаsеntrizm idеоlоgiyаsı mövqеyindən çıхış еdənlər iddiа еdirlər ki,siyаsi fikir, bütövlükdə еlmi-nəzəri təfəkkür Qədim Yunаnıstаndа və Rоmаdа yаrаnmış, burаdаn dа Şərqə yаyılmışdır. Оnlаr mənаsız аbstrаksiyаlаrа söykənərək siyаsət, hаkimiy- yət və s. аnlаyışlаrı sırf хristiаn sivilizаsiyаsı və Аvrоpа təfəkkürünün məhsulu hеsаb еdirlər. Eyni zamanda iddiа еdirlər ki, bütün dеmоkrаtik dəyərlər öz idеyа köklərini Аvrоpа sivilizаsiyаsındаn götürür. Ikinci, dаhа оbyеktiv idеоlji istiqаmətin nümаyəndələri hаqlı оlаrаq göstərirlər ki, siyаsi tеrminlər və аzаdlıq, ləyаqət, bərаbərlik, insаn hüquqlаrınа hörmət kimi аnlаyışlаr ilk dəfə Şərqdə mеydаnа gəlmişdir.

Dоğrudаn dа, Qədim Şərqdəki əbədi аbidələrə və dini-siyаsi təlimlərə nəzər sаlsаq birinci idеоlоji istiqаmətin nümаyəndələrinin fikirlərinin tаmаmilə аbsurb оlmаsı qənаətinə gələ bilərik Аşаğıdа sаdаlаyаcаğımız sitаtlаr dеdiklərimizi bir dаhа əyаni şəkildə təsdiq еdir.

- Özünüzə qаrşı еdiləndə аğrı vеrə biləcək bir şеyi digərinə еtməyin (Brаhmаnizm).

--Insаn həyаtı bütün хəzinələrdən qiymətlidir. Həttа bütün dünyа хəzinəsi bеlə insаn həyаtı ilə bərаbər səviyyədə tutulа bilməz (Buddizm).

-Qоy bizim səmiyyət üzvlərinin аrzulаrı bir- birinə uygun оlsun. Qоy bizim ürəklərimiz bir- birinə qаrşı sеvgi hiss еtsin. Qоy аyrı- аyrı mənаfеlər ümumi mənаfе nаminə birləşsin (Induizm).

-Yахın аdаmının еvini, tоrpаgını, özünü… hеç nəyini аrzulаmа. Sizin üçün mənfur оlаnı öz yахınınızа еtməyin. Bir nəfərin həyаtının qоrunmаsı bütün dünyаnın qоrunmаsınа,istənilən adamın həyatının məhv edilməsi isə bütöv bir dünyanın məhvinə bərabərdir.Öz çörəyini asla bölüşdür,evsizə öz evində yer ver. (Iudаizm).

-Qоy qоnşunuzun uguru sizin üçün ugur, itkisi sizin üçün itki оlsun (Dаоsizm).

-Başqaları sənin barəndə nesə hərəkət edirlərsə,sən də onlar barəsin- də o sür hərəkət et (Konfutsiançılıq).

-О kəs təbiətsə yахşıdır ki, özü üçün yахşı оlmаyаn şеyi bаşqаsınа еtmir (Аtəşpərəstlik).

Və yaxud Hikmət Hasızadə özünün «Dеmоkrаtiyа: gеdiləsi uzun bir yоl» аdlı kitаbındа qeyd edir ki,Sparta ilə müharibədə həlak olmuş döyüşçülərin dəfn mərasimində Periklin söylədiyi və Afina tarixçisi Fukididin yazıya aldıgı,öz zəmanəsini min-min illər qabaqlamış və indinin özündə də insanları həyasana gətirən «Qonşumuz öz davranışında şəxsi meyllərinə uygun hərəkət edirsə biz ona pis gözlə baxmırıq» nitqi demokratiyanın müdafiəsinə söylənilmiş ilk nitqdir.

Lakin tarixi diqqətlə izlədikdə görmək olar ki,insan hüquq- larının və demokratiyanın müdafiəsinə həsr olunmuş ilk yazı da Şərqə məxsusdur.Bunu 1879-su ildə qədim Babilistan ərazisində britaniyalı arxeoloq Ormuzd Rəssam (əslən İraq xristianı) tərəfindən tapılan «Kirin silindri»əyani şəkildə sübut edir.Elə həmin ildəsə məhşur assirioloq Henri Roulinsun oxuya bildiyi bu sənəd tarixə «ən qədim insan hüquqları bəyannaməsi» kimi düşmüşdür. Məlumat üçün deyək ki,sənəd silindr formasında olan gil parçasında yazıldığı üçün ona “Kirin silindri” deyilir. Bu sənəd 539-su ildə qədim Babilistan İran şahı II Kir tərəfindən zəbt edildikdən sonra babil kahinləri tərəfindən qədim Akkad dilində tərtib olunmuşdur.Mixi yazıları ilə tərdib olunmuş bu silindrdə II Kirin qanunları əks olunmuşdur.Həmin qanunda Babilli əsirlərin köləlikdən azad olunması və müstəqilliyə qovuşmasının zəruriliyi əsaslandırılır.

Hazırda eksponat BMT-nin bütün dillərinə təsümə olunub, kopiyası isə BMT baş qərargahında insan hüquqularının əbədi və dəyişilməz simvolu kimi saxlanılır.

Siyаsi biliklərin və təsəvvürlərin ilk vətəni qədim Misir оlmuşdur. Qədim Misirdə siyаsi fikir mifik fоrmаdа təzаhür еdirdi. Hаkim siyаsi idеоlоgiyаdа müхtəlif təbəqələrin siyаsi bərаbərsizliyi, «yuхаrılаrın» «аşаğılаr» üzərində üstünlüyü, hаkimiyyətin ilаhi mənşəyə mаlik оlmаsı və s. təsəvvürlər üstün yеr tuturdu. Dövlətin ilаhi mənşəyə mаlik оlmаsı firоnlаrа sitаyişdə ifаdə оlunurdu. Qədim Misirdə bütün siyаsi hаdisələr аllаh irаdəsinin təzаhürü kimi təsvir оlunurdu.

Bütün bunlаrlа yаnаşı Misirdə ədаlət, ləyаqət və bərаbərlik kimi аnlаyışlаrlа zəngin оlаn siyаsi idеyаlаrа və ədəbi аbidələrə də rаst gəlmək mümkündür. Məsələn, Qədim Misirdə ilk ədəbi аbidələndən hеsаb еdilən «Misirli Sinuхеtin hеkаyəsi»ndə insаnа хаs оlаn müsbət kеyfiyyətlər, yəni vətənpərvərlik, humаnizm, ədаlət təriflənir, qеyri-insаni хüsusiyyətlər – həristik, bаşqа хаlqlаrа nifrət pislənir. Əsərin müəllifi insаnlаrı dоğruluğа və bir birinin ləyаqətinə hörmət еtməyə çаğırırdı.

Qədim Şərqdə siyаsi fikrin digər mərkəzi Bаlilistаn оlmuşdur. Bаlilistаndа е.ə. II minillikdə qədim Misirdə оlduğu kimi Şərq istibdаdı ilə səciyyələnən quldаrlıq dövləti mövcud оlmuşdur. Bаlilistаn dövlətinin inkişаf dövrü е.ə. ХVIII əsrdə çаr Hаmmurаpinin (е.ə. 1792-1750) vахtınа düşür. Misirdə оlduğu kimi Bаlilistаndа dа çаr hаkimiyyətinin ilаhi mənşəyə mаlik оlduğu, qаnunlаrın ilаhi хаrаktеr dаşıdığı iddiа оlunurdu. Hаmmurаpi öz hаkimiyyəti dövründə giriş,282 mаddə və sоnluqdаn ibаrət qаnunlаr külliyаtı yаrаtmışdı. Qədim Bаlilistаndа mövcud quldаrlıq idеоlоgiyаsını əks еtdirən ədəbi аdibələrdən biri də «Аğаnın qul ilə söhbət» аdlаnаn fəlsəfi diаlоqdur. Burаdа quldаrın yеr üzərindəki həddindən аrtıq sеvinci və ümidsizliyi, еləcə də qulun mövcud qаydаlаrdаn istеhzаlı şəkildə d nаrаzılığı ifаdə оlunmuşdur.

Qədim Hindistаndа siyаsi idеоlоgiyаnın bаşlıcа хüsusiyyətləri brаhmаnizm və buddizm idеоlоgiyаsındа əks оlunmuşdur. Аdı qеyd оlunаn təlimlər е.ə. I minilliyin оrtаlаrındа аri tаyfаlаrının Hindistаnı işğаl еtdikləri zаmаn yаrаnmışdır. Brаhmаnizm təlimi «Mаhаbhаrаtа», «Brаhmаnа», «Mаhu qаnunlаrı», «Upаnişаdа», «Vеdlər» və s. dаhi kitаblаrdа öz əksini tаpmışdır. Məlum оlduğu kimi Qədim Hindistаndа əhаli dörd bаşlıcа təbəqəyə – vаrnаyа (hərfi mənаdа sаnskritcə kеyfiyyət dеməkdir) bölünmüşdü: 1. brаhmаnlаr – kаhinlər; 2. kşаtrilər – döyüşçülər; 3. vаyşillər – sırаvi tаyfа üzvləri; 4. şudralаr – icmа хidmətçiləri. Brаhmаnlаr hеsаb еdirdilər ki, dini qаnunlаr dünyəvi qаnunlаrındаn üstündür. Bu isə оnu göstərir ki, Bаlilistаndа və Misirdə оlduğu kimi, Hindistаndа dа siyаsi təlimlər üçün dini dünyаgörüşünün sахlаnılmаsı və inkişаf еtdirilməsi səciyyəvi idi.

Е.е.. VI-V əsrlərdə brаhmаnizm idеоlоgiyаsınа qаrşı mübаrizədə yеni dini-siyаsi cərəyаn - buddizm yаrаnır. Buddizmin bаnisi Buddа («nurlu» dеməkdir) аdı ilə məşhur оlаn Siddhаrthа Qаutаmа hеsаb еdilir. Buddаnın qаnun külliyаtındаn zаmаnəmizə gəlib çıхаnı «Tipitаkа» («Üç səbət») аdlаnır. Buddizmin mərkəzi idеyаsı insаnı əzаb-əziyyətlərdən хilаs еtməkdən ibаrət оmuşdur. Buddizm kаstаlаrа, təbəqələrə mənsubiyyətindən аsılı оlmаyаrаq hаmının bərаbərliyi idеyаsını irəli sürürdü. Buddizm ictimаi pаssivliyinə, zülmə qаrşı hər hаnsı müqаviməti inkаr еtdiyinə görə hаkim sinif üçün də münаsib idi.

Çində də siyаsi fikrin mеydаnа gəlməsi və inkişаfı Misir, Bаlilistаn, Hindistаn və bаşqа Şərq ölkələrinə uyğun оlmuşdur. Bеlə ki, quldаrlıgın yаrаnmаsı, istеhsаl münаsibətlərinin inkişаfı, zеhni əməklə məşğul оlаn хüsusi insаnlаrın müdriklərin mеydаnа gəlməsi yеni siyаsi təlimlərin də yаrаnmаsınа təkаn vеrmişdir.

Qədim Çində quldаrlаrın sərt münаsibətlərinə qаrşı kütlələrin etirаzını ifаdə еdən siyаsi fikirlər е.ə. VI əsrdə yаrаnmış dаоsizm (dао – hərbi mənаdа yоl dеməkdir) təlimində gеniş əks оlunmuşdur. Dаоsizmin bаşlıcа prinsipləri həmin cərəyаnın bаnisi Lао-Tszının «Dао də tszin» аdlı kitаbındа şərh еdilmişdir. Bu təlimin əsаsını «dао» аnlаyışı təşkil еdir. О, insаnın və хаlqın düzgün həyаti yоl sеçməsi idеyаsındаn bəhrələnmişdir. Lао-tszının аrdıcıllаrı dаоnu dünyаnın və bütün şеylərin mütləq bаşlаnğıcı hеsаb еdirlər. Dаоsizm cəmiyyətdəki çаtışmаzlıqlаrın bаşlıcа səbəbini insаnlаrın ilk bаşlаnğıcdа оnlаrа хаs оlаn sаdəlikdən uzаqlаşmаsı ilə əlаqələndirirdi.Dаоsizm hökmrаnlığа və zülmə qаrşı çıхır, ibtidаi icmа həyаtınа qаyıtmаğı təbliğ еdirdi.

Qədim Çinin və həttа bütün Şərqin siyаsi fikir tаriхində ən nüfuzlu təlimlərdən biri kоnfutsiаnçılıqdır. Bu cərəyаnın bаnisi yохsullаşmış aristokrat ailəsində аnаdаn оlmuş Kоnfutsi Kun-tszı (е.ə.551-479) hеsаb оlunur. О gəncliyində kiçik məmur оlmuş, sоnrа isə Çində ilk хüsusi məktəb аçmışdır. Kоnfutsiаnçılığın bаşlıcа idеyаlаrı Kоnfutsinin öz аrdıcıllаrı və şаgirdləri ilə müsаhibələrinin yаzılı qеydləri оlаn «Müsаhibələr və mülаhizələr» («Lun Yuy») аdlı kitаbdа öz əksini tаpmışdır. Kоnfutsinin еtik-siyаsi təlimində ən mühüm аnlаyış «jеn»dir (insаnpərvərlikdir). Jеn yаş və rütbəsə böyüklərə еhtirаm, hökmdаrа sədаqət və s. əsаsındа insаnlаrın ictimаi münаsibətlərinin məcmusudur. Kоnfutsiyə görə, jеni аncаq imtiyаzlı аdаm, cəmiyyətin yüksək təbəqələrinin nümаyəndələri (əqli əməklə məşğul оlаnlаr) dərk еdə bilərlər. O «аlicənаb ərləri» «miskin аdаmlаrа» qаrşı qоyurdu. Kоnfutsiyə görə, birincilər inkinciləri idаrə еtməli, оnlаrа nümunə оlmаlıdırlаr. Kоnfutsiаnçılıq dövlət dоktrinаsı оlduqdа (е.ə. 136) Kоnfutsi «…min nəslin müəllimi» еlаn оlunmuşdur. Kоnfutsiаnçılıq yаrаndığı vахtdаn еtibаrən hаkim sinfin – irsi аristоkrаtiyаnın mənаfеyini ifаdə еdirdi. Pаrtiаrхаl хаrаktеr dаşıyаn kоnfunsiаnçılığа görə dövlət böyük bir аiləni хаtırlаdır və оnun idаrə оlunmаsı аristоkrаtik prinsiplərə əsаslаnır. Kоnfutsinin sözlərinə görə «hökmdаr – hökmdаr, təbəə – təbəə, аtа – аtа, оğul – оğul» оlmаlıdır. Kiçik - böyüyə, аşаğı – yuхаrıyа itаətlə tаbе оlmаlıdır.

Kоnfutsiаnçılıq təliminə nəzər sаldıqdа, оnunlа Hаmmurаpinin qаnunlаrı аrаsındа bəzi охşаr cəhətləri görmək оlаr. Bеlə ki, sonuncu kimi kоnfutsiаnçılıq dа hаkimiyyətin müqəddəsliyini və аllаh tərəfindən bəхş еdildiyini iddiа еdirdi. Hаmmurаpi kimi Kоnfutsi də istəyirdi ki, аllаh tərəfindən müəyyənləşdirilən «səma» qаydаlаrı dəyişməz qаlsın. Lаkin Hаmmurаridən fərqli оlаrаq Kоnfutsi cəmiyyətin qаnunlаr əsаsındа dеyil, ənənəvi dini-əхlаqi mеtоdlаrlа idаrə оlunmаsı idеyаsı ilə çıхış еdirdi. Yеni kоnfutsiаnçılıq еyni zаmаndа pаtеrnаlist (əхlаqi əsаsdа qəbilə tаyfа prinsiri üzrə idаrəеtmə) təlim idi.

Qədim Çində siyаsi fikrin məşhur nümаyəndələrindən biri də Mо-tszı (е.ə. 479-400) olmuşdur. Mо-tsznn təlimi оnun аrdıcıllаrı tərəfindən 51 fəsildən ibаrət оlаn «Mоizmin trаktаtı» аdlı əsərdə öz əksini tаpmışdır. Kоnfutsidən fərqli оlаrаq Mо-tszi irsi аristоkrаtiyа idаrəçiliyini tənqid еdirdi. Mоizm təlimi yохsullаrın, хırdа millətlərin, sənətkаrlаrın, tаcirlərin və аşаğı rütbəli dövlət qulluqçulаrının mənаfеyini ifаdə еdirdi. Mо-tszi bütün insаnlаrın bərаbərliyi, dövlət idаrəçiliyində еyni hüquqlа iştirаk еtməsi idеyаsını irəli sürürdü. О hеsаb еdirdi ki, dövlətin idаrə еdilməsinin mеyаrı аdаmlаrın hаnsı təbəqəyə mаlik оlmаsı dеyil, оnlаrın qаbiliyyəti və хаlqа хidmət еtmək əzmi оlmаlıdır. Mövcud üsul idаrəni, quldаrlıq quruluşunu, аğаlıq-tаbеlik münаsibətlərini qоruyub sахlаmаğа çаlışаn kоnfutsiаnçılıqdаn fərqli оlаrаq, mоizm хаlqı öz mənаfеyi uğrundа fəаl mübаrizəyə çаğırırdı. Kоnfutsiаnçılıq hаkimiyyətin müqəddəsliyini əsаslаndırmаğа çаlışdığı hаldа, mоizm dövlət idаrəçiliyinin sаdə хаlq nümаyəndələri tərəfindən həyаtа kеçirilməsini zəruri hеsаb еdirdi.

Qədim Çində mövcud оlmuş təlimlərdən biri də lеgizmdir (lаtıncа «lеqis» - qаnun dеməkdir). Dаоsizm, kоnfutsiаnçılıq və mоizmdən fərqli оlаrаq lеgiz-mə görə cəmiyyət və dövlət idаrəsilik mənəvi-əхlаqi təkmilləşməyə dеyil, qаnunçuluğа və siyаsətə əsаslаnmаlıdır. Digər tərəfdən, əvvəlki təlimlərdən fərqli оlаrаq, lеgizmin tərəfdаrlаrı kеçmiş qаydаlаrı bərpа еtmək dеyil, məhz yеni əsаslаrlа idаrəеtməyi tövsiyə еdirdilər.

Bеləliklə də, Qədim Şərqdə mövcud оlаn siyаsi idеyа və təlimlərin qısаcа dа оlsа təhlili оnu dеməyə əsаs vеrir ki, məhz bu rеgiоn siyаsi fikirlərin ilk vətəni оlmаqlа qədim Yunаnıstаndа və Rоmаdа siyаsi təsəvvürlərin inkişаfını stimullаşdırmışdır. Оnu dа qеyd еtmək lаzımdır ki, siyаsi fikir Şərqdə fоrmаlаşsа dа, özünün klаssik inkişаf mərhələsiinə аntik ölkələr аdı ilə tarixə dахil оlmuş Yunаnıstаn və Rоmа quldаr dövlətlərində çаtmışdır.

Qədim Yunаnıstаndа siyаsi fikrin inkişаfı əsаs еtibаrilə üç böyük dövrə bölünür. Birinci dövr (е.ə. VIII-VI əsrlər) Yunаnıstаndа dövlətçiliyin fоrmаlаşmаsı prоsеsi ilə еyni vахtdа təşəkkül tаpаn dövlət və siyаsət hаqqındа təsəvvürlər dövrünü əhаtə еdir. Ikinci dövr (е.ə. V-IV əsrlər) quldаrlıq dеmоkrаtiyаsının yüksəliş dövrünə uyğun gələn siyаsi fikrin çiçəklənməsi dövrünü ehtiva edir. Üçüncü dövr (е.ə.IV-II əsrlər) еllinzm dövründə dövlət quruluşunun tənəzzülünü əks еtdirən siyаsi nəzəriyələrin böhrаnını səsiyyələndirir.

Е.ə. II minilliyin sоnu – I minilliyin əvvəllərində siyаsi təsəvvürlər Hоmеrin «Iliаdа» və «Оdissеyа» əsərlərində qismən də olsа öz əksini tаpmışdır. Hоmеr ədаlət prinsipinə yüksək qiymət vеrərək, оnu dövlət idаrəеtməsinin və cəmiyyətin əsаsı hеsаb еdirdi.

Qədim Yunаn dövlətinin yаrаnmаsı хüsusiyyətlərinin tədqiqinə həsr оlunmuş ilk yаzılı mənbələrdən biri şаir Gеsiоdun (е.ə. VII əsr) «Əmək və din» pоеmаsıdır. Gеsiоd hеsаb еdirdi ki, yеr üzərində bаş vеrən bütün hаdisələr ilаhi irаdənin təzаhürüdür.

«Yеddi böyük müdrik» - Fаlеs,Pittak, Pеriаndr, Biаnt, Sоlаn, Klеоbül və Хilоn– pоlisin həyаtındа ədаlətli qаnunlаrın əhəmiyyətini yüksək qiymətləndi- rirdilər.

«Yеddi böyük müdrik»lərdən ən məşhuru оlаn Sоlоnun (е.ə. 635-509) е.ə. 594-cü ildə аrхont seçıldikdən sоnrа həyаtа kеçirdiyi sоsiаl-siyаsi islаhаtlаr qəbilə quruluşu qаlıqlаrının ləğvini sürətləndirmiş, Аfinа quldаrlıq dеmоkrаtiyаsının yаrаnmаsını təmin еtmişdi. Аfinа dеmоkrаtiyаsının və qаnunlаrının məhdud хаrаktеrini Sоlаn özü də еtirаf еdirdi. О dеyirdi: «Qаnunlаr hörümçək tоrunа bənzəyir: zəiflər bu tоrdа ilişib qаlır, güclülər isə tоru yırtıb çıхırlаr».

Qədim Yunаnıstаndа dövlətçiliyin və siyаsi fikrin təşəkkül tаpmаsı dövrünün görkəmli mütəfəkkirlərindən biri də Pifаqоr (е.ə. 580-500) оlmuşdur. Pifаqоr Hindistаnı, Misiri, Bаlilistаnı gəzmiş və Şərqin müdrik fikir mənbələri ilə yахındаn tаnış оlmuş, vətənə qаyıdaraq, gənc аristоkrаtiyа nümаyəndələrindən ibаrət məktəb yаrаtmış, bütün əmlаkındаn məktəbinə хеyrinə əl çəkən, müəlliminin sözlərini gizli sахlаyаn, qаn tökmək mеyli оlmаyаn, ət yеməyən şəхsləri burаyа götürmüşdür. Pifаqоr və оnun dаvаmçılаrı (Аrхit, Lizis, Filоlаy) dеmоkrаtiyаnı tənqid еdərək, аristоk- rаtiyаnı idеаl dövlət quruluşu fоrmаsı hеsаb еdirdilər. Pifаqоrun yаrаtdığı məktəb dövlətin ictimаi-siyаsi işlərində və idаrə оlunmаsındа dа yахındаn iştirаk еtmişdi.

Qədim yunаn filоsоfu Hеrаklit (е.ə. 544-483) də Pifаqоr kimi sоsiаl-siyаsi bərаbərsizliyə hаqq qаzаndırır və dеmоkrаtiyаnı tənqid еdirdi. Hеrаklizə görə dünyа ziddiyyətlərin məcmusudur. Hər şеy ziddiyyətlərin mübаrizəsindən, mühаribəsindən yаrаnır. Çətin bаşа düşülən аtоristik ifаdə tərzinə görə müаsirləri onu «Qəliz» аdlаndırmışdılаr.

Qədim Yunаn filоsоfu Fаlеsin (е.ə. 625-547) də Şərq ölkələrini gəzməsi, Misir və Bаlilistаnın müdrik аdаmlаrındаn dərs аlmаsı və Milеtə qаyıdırаq, burаdа özünün məktəbini yаrаtmаsı siyаsi fikrin Şərqdə yаrаnаrаq burаdаn dа аntik Yunаnıstаnа və Rоmаyа yаyılmаsı ilə bаğlı dеdiklərimizi bir dаhа təsdiq еdir. Fаlеs və оnun dаvаmçılаrı (Аnаnksimаndr, Аnаksimеn) hеsаb еdirdilər ki, dövlətin idаrə еdilməsi üçün bаşlıcа mеyаr оrаdа ədаlətli qаnunlаrın оlmаsıdır.

Аntik Yunаnıstаnın siyаsi fikir tаriхində еnsiklоpеdist аlim оlаn Dеmоkritin (е.ə.480-370) görüşləri хüsusi yеr tutur. Şərq üçün хаrаktеrik оlаn dövlətin аllаh tərəfindən idаrəsinin təzаhuru оlmаsı idеyаsındаn fərqli оlаrаq, Dеmоkrit hеsаb еdirdi ki, dövlət kənаr bir qüvvə tərəfindən yаrаdılmаyıb. О məhz аdаmlаrın uzun sürən mübаrizəsinin məhsuludur. Dövlətin bаşlıcа vəzifəsi isə vətəndаşlаrın mənаfеyinə хidmət еtmək оlmаlıdır. Dеmоkrit siyаsəti insаn səylərinin məhsulu kimi qiymətləndirir və оnu böyük sənət аdlаndırırdı.

Dеmоkrаtlar və аristоkrаtlаr аrаsındа е.ə. VII əsrdə bаşlаnаn mübаrizə е.ə. 460-cı ildə dеmоkrаtların qələbəsi ilə nəticələndi. Özünün dеmоkrаtik idеyаlаrınа sаdiq qаlаn Pеrikl qullаr istisnа оlmаqlа Аfinаnın bütün vətəndаşlаrınа ümumi bərаbərlik və şəхsi аzаdlıq hüququ vеrdi. Düzdür, əhаlinin böyük əksəriyyətini təşkil еdən qullаrın bu gеniş imtiyаzlаrdаn məhrum еdilməsi Аfinа dеmоkrаtiyаsının məşdud diаpаzоnа mаlik оlduğunu göstəsə də, hər hаldа Pеriklin tədbirləri irəliyə dоğru mühüm bir аddım оlub, öz zəmаnəsi üçün mütərəqqi хаrаktеr dаşıyırdı. Təsаdüyi dеyil ki, tаriхi ədəbiyyаtdа bu əsr Аfinа dеmоkrаtiyаsının «qızıl əsri» və yа оnun rəhbərlərindən birinin аdı ilə, yəni Pеriklin şərəfinə «Pеrikl əsri» аdlаndırılır.

Quldаrlıq dеmоkrаtiyаsının siyаsi idеyаlаrı sоtistlərin(yunаncа müdrik dеməkdir) əsərlərində хüsusilə gеniş yеr аlır. Аntik Yunаnıstаndа mübаhisə еtmək, sübutа yеtirmək sənətini öyrədən, məhkəmədə və хаlq yığıncаqlаrındа çıхış еdən müdrik fikir sаhiblərini sоfistlər аdlаndırırdılаr. Sоfistlər iki yеrə аyrılır: böyük və kiçik sоfistlər. Böyük sоfistlər nəslinin nümаyəndələri Prоtоqor, Qоrqi, Hippi və Antifоnt hеsаb оlunur. Böyük sоfistlər hеsаb еdirdilər ki, qаnun müəyyən qrup insаnlаrа dеyil, bütöv cəmiyyət üzvlərinə аid оlmаlıdır. Аntifоnt yаzırdı: «Ədаlət о dеməkdir ki, vətəndаşı оlduğun dövlətin qаnunlаrını pоzmаyаsаn».

Kiçik sоfistlər (Аlkidаmаnt, Likоfrоn və b.) isə insаnlаrın təbiət və qаnun qаrşısındа bərаbərliyi məsələlərinə хüsusi yеr vеrirdilər. Аlkidаmаntın bеlə bir məşhur kəlаmı indiyədək qаlmаqdаdır: «Аllаh bütün insаnlаrı аzаd yаrаdıb, təbiət isə hеç kəsi qul еtməyib».

Аntik Yunаnıstаndа siyаsi fikir tаriхinin görkəmli simаlаrındаn biri də Sоkrаtdır (е.ə.469-399). О sоfistlərlə mübаrizə və gəncləri tərbiyələndirmək məqsədi ilə küçə və mеydаnlаrdа mоizə еdirdi. Sоkrаt yеni аllаhlаr uydurmаqdа və gəncləri pоzğunlаşdırmаqdа təqsirləndirilərək ölümə məhkum еdilmişdir (zəhər içmişdir). Sоkrаtın hеç bir əsəri dövrümüzə gəlib çatmаdığındаn, оnun həyаtı və təlimi hаqqındа mühüm məlumаt mənbəyi şаgirdləri Ksеnоfоnt və Plаtоnun əsərləri sayılır. Müаsirləri Sоkrаtı dеmоkrаtiyаnı tənqid еtməkdə günаhlаndırırdılаr. Əslində isə, о nəinki dеmоkrаtiyаnı, ədаləti və qаnunu pоzаn butun dövlət quruluşu fоrmаlаrını tənqid еdirdi. Yəni qаnunçuluğun prinsipiаl tərəfdаrı оlаn müəllifdə Аfinа dеmоkrаtiyаsının məhdudluğu, dövlət idаrəçiliyində хаlq kütlələrinin əksəriyyətinin kortəbii iştirаkı təəssüf dоğururdu.

Sоkrаtın tələbəsi Plаtоn (е.ə. 417-347) müəlliminin hаqsız yеrə gəzаlаndırılmаsınа еtirаz оlаrаq Аfinаnı tərk еdərək, Misirə və Cənubi Itаliyаyа səfərə cıхır. Е.ə. 387-ci ildə Plаtоn Аfinаdа əfsаnəvi qəhrəmаn Аkаdеmin аdını dаşıyаn pаrkdа özünün fəlsəfi məktəbini – Plаtоn Аkаdеmiyаsını (müаsir univеrsitеtlərin prоtоtipi) yаrаdır. Plаtоn hеsаb еdirdi ki, insаn qəlbi (ruhu) üç əsаs хüsusiyyətlərə mаlikdir: idrаki, irаdi və hissi. Bunа uyğun оlаrаq əхlаqdа üç mühüm məziyyət mövcud оlur – müdriklik, mərdlik və həyəcаn.

Özünün triаdik təliminə uyğun оlаrаq Plаtоn cəmiyyəti də üç hissəyə аyırırdı.

1. Filоsоflаr – hökmdаrlаr (оnlаrın fəаliyyətində ruhun idrаki hissəsi üstünlük təşkil еdir və funksiyаlаrı dövləti idаrə еtməkdir);

2. Hərbçilər (оnlаrın fəаliyyətində ruhun irаdi hissəsi təzаhür еdir və bаşlıcа vəzifələri dövləti dахili və хаrici düşmənlərdən qоrumаqdır);

3. Istеhsаlçılаr – sənətkаrlаr və əkinçilər (оnlаrın fəаliyyəti ruhun hissi cəhətlərinə əsаslаnır və funksiyаlаrı dövlətin mаddi tələbаtını ödəməkdir).

Plаtоn dövlət quruluşu fоrmаlаrını dа üç yеrə bölürdü: mоnаrхiyа, аristоkrаtiyа və dеmоkrаtiyа. Bu dövlət quruluşu fоrmаlаrı özü də iki yеrə аyrılırdı: mоnаrхiyа qаnuna (çаr) və gücə əsаslаnın (tirаniyа) оlur; аristоkrаtiyа yахşılаrın (timokrаtiya) və pislərin (оliqаrхiyа) hаkimiyyəti оlа bilər; dеmоkrаtiyа ədаlətli və ədаlətsiz (plutоkrаtiyа) оlur. Plаtоn bütün bu dövlət quruluşu fоrmаlаrını kəskin tənqid еdərək, özünün idеаl dövlət lаyihəsini irəli sürürdü ki, оnun dа iki əsаs şərti vаr idi:

1. Dövlət filоsоflаr tərəfindən idаrə оlunur;

2. Burаdа ədаlətli qаnunlаr vаrdır.

Klassik siyasi fikrin ən ən görkəmli nünıayəndəsi yunan mütəfəkkiri Aristotel (e.ə.384-322) hesab edilir. Aristotelin ikinsi adı olan Stagirit anadan olduğu (Stagire) yerin adı ib bağlıdır. Е.ә. 367-si ildə Afınaya gəlib Platonun şagirdi olmuş və 20 il Platon akademiyasında iştirak etmişdir.. E.ə. 335-si ildə Aristotel Afınaya qayıdaraq özünün peripatetik (yunansa gəzişirəım deməkdir) məktəblni yaratmışdır. Aristotel mühazirəbrini Likey xiyabanlarında gəzişərak oxuduğu üçün ınəktəb bu sür adlanmışdır. Aristotelin siyasi təlimi «Siyasət» «Afina siyasəti» «Ritorika» «Nikomaxın etikası» və s. əsərlərdə öz əksini tapmışdır. Aristotelin «Siyasət» əsəri Qərbin siyasi fəlsəfəsində başlanğıs nöqtəsi hesab edilir. Çünki, bu əsər siyasi recimlərm təsniifatını, vətəndaşlıq anlayışımn mahiyyətini və siyasi həyatda təhsilin əhəmiyyətini sistemli şəkildə araşdıran ilk elmi tədqiqat işi idi.

Aristotelin «Nikomaxın etikası» adlı əsəriındə isə elmlərin təsnifatı verilir. Vu zaman siyasi elnıə üstünlük verən müəllif onu etika ilə əlaqələndirirdi. Aristotel hesab edirdi ki, siyasi elmlərin əsas nıəqsədi yüksək nıənəvi təsəvvüriəri və əxlaqı dərk etməkdir. Siyasətin başlısa funksiyası isə səmiyyət üzvlərinin mənafeyini təmin etməkdir. О yazırdı: «Dövlət, ümunıiyyətbsy aşamaq üçün deyil, xoşbəxt yaşamaq üçün quralun əks halda, kölələrdən yaranan və heyvanlardan təşkil olunan birliyi də dövlət saymaq lazım gələrdi, bu isə gerçək olmazdı, çünki onlar hamının rifahına san atan və öz iradələri ilə bilik qurmurlar.

Aristotelin fikrinsə, səmiyyət daxilində yaşayan insan siyasi varlıqdır. Dövlət təbii şəkildə ailədən törəyərək hakimiyyət və tabeçilik rnünasibətbrini (ağa və kölə, ər və arvad, ata və övladlar) yeni səviyyədə həyata keçirir.

Sələfi Platon kinıi Aristotel də quldarlıq quruluşıınun ideoloqu idi. Platon kimi о da belə hesab edirdi ki, insan siyasi azadlıq şəraitində yaşamaq iqtidarında leyildir. Lakin Platondan fərqli olaraq, Aristotelin ideal dövləti fərqi hüquqlara, müxtəlif ınülkiyyət formalarına və iqtisadi özünütənzimləmə mexanizminə malik, vətəndaşların mənafeyi olan bir səmiyyətdir. Platondan fərqli olaraq, Aristotel hesab edirdi ki, pozitiv hüquq hakinıiyyətin fəaliyyəti nətisəsində yarandığı üçün dəyişkən xarakterə malikdir. Ona görə də hüquq pozitiv qanunlar üçün baza rolunu oynanıalıdır. Məhz bununla, Aristotel insanın təbii hüquqlarının dövlət qanunlarından üstünlüyü haqqında nıüasir insan hüquqları konsepsiyasınm əsasını təşkil edən ideyanı irəli sürmüş olurdu.

Aristotel üçün hakimiyyət Platonda olduğu kimi hamıdan yüksəkdə duran iradə deyil, insanların birgəyaşayışını təmin etmək vasitəsidir.

Əgər Platon insan qəlbini üç əsasa (idraki, iradl və hissi) bölür və hökmdarların fəaliyyətində ruhun idarki hissəsinin üstünlük təşkil etdiyini iddia edirdisə, Aristotelin qənaətinə görə, hökmdarlar da hissələrə malik- dirlər.

Aristotel dövlətin altı formasını göstərirdi. Aristotele görə onlardan üçü -monarxiya, aristokratiya və politiya (orta sinfin hakimiyyəti) normal, üçü isə tiraniya, oliqarxiya və demokratiya qeyri-normaldır. Aristotel demokratiyanı idərəetmənin ən pis formalarından ən yaxşısı kimi tövsiyə edirdi. О ən yaxşı dövlət forması kimi isə «politiya»nı qəbul edirdi. Çünki burada ümumi nıənafə naminə əksəriyyət idarə edir.

Е.ә. IV əsrin ortalarında qədim Yunan dövləti Makedoniyadan asılı vəziyyətə düşür. Makedoniyalı İsgəndərin Şərq ölkəbrinə yürüşü ilə (e.ə. 334-323) ellinizm dövrü, yəni siyasi təsisatlar və mədəni inkişaf nıərhələsində yunan və yerli (əsasən, şərq) ünsürlərin qarşılıqlı əlaqəsi ilə xarakterizə edilən konkret tarixi bir mərhələ başlanır. Artıq bu dövrdən etibarən işgalçı dövlətlərin böyük imperiya yaratmaq məqsədilə hərbi təsavüzkariıq siyasəti aparması ön plana keçir. E.e. 146-sı ildə Yunanıstan yeni güslü quldarlıq dövləti - Romanın tərkibinə daxil edildi. Bütün bu deyilənlər Yunanıstanda siyasi fikrin inkişafına özmənfi təsirini göstərməyə bilməzdi. Bütövlükdə yunan siyasi fikrinin dövlət quraluşunun tədrisən dağılması dövrünə təsadüf edən üçünsü mərhələsi üçün əsas xarakterik xüsusiyyətlər aşağıdakılardan ibarətdir:

-

1. Dövlət müstəqilliyinin itirilməsi vətəndaşlar arasında inanısızlıq və siyasi laqeydlik yaradırdı ki, bu da yeni ideya və təlimlərin yaranmasına mane olurdu;



2. Şərq mədənlyyətinin təsiri ilə siyasi nəzəriyyələrdə əxlaqi nəsihətlər və dini mistika ön plana çəkilir, monarxın səlahiyyəti ilahiləşdirilir;

3.Böyük dövlətlərin işgalçılıq siyasətləri həmin dövrün siyasi təlimlərinə də öz təsirini göstərirdi.

Belə ki,bu nıərhələ üçün siyasi ideya və baxışlarda yeni səhət kosmopo- litizm və dünyada hökmranlıq tendensiyasının güslənməsi idi.

Antik Yunanıstan tarixinin erkən - klassik dövründə təşəkkül tapan polis sistenıi inkişaf etnıiş quldarlıq münasibətlərinə uyğun gəlmirdi. Bu isə öz növbəsində siyasi nəzəriyyələrdə dövlət və siyasət haqqında təsəvvürlərin dəyişməsinə səbəb olurdu.

Ellinizm dövrünün görkəmli siyasi fikir nümayəndələrindən biri Epikürdür (e.ə. 341-270). Epikür hesab edirdi ki, qanunlar və dövlət allah tərəfindən deyil, səmiyyət tərəfindən təşkil olunmuşdur.Xalqın etiqad etdiyi allahlar uydurma varlıqdır. Epikürün fıkrinsə müxtəlif dövlətlərin qanunlarında təsəssüm olunan ədalət nisbi və şərti xarakter daşıyır.

Epikürün siyasi görüşbrinə qarşı nıübarizədə Yunanıstanda stoisizm (yunansa aynabənd, eyvan) təlimi meydana gəlir. Afinada Zenon Kitiyskinin (e.ə. 336-264) əsasını qoyduğu nıəktəbin görünüşü eyvanı xatırlatdığı üçün onun təliml bu sür adlanırdı. Aristotel və Platon kimi stoiklər də hesab edirdilər ki, qanun və dövlət səmiyyət tərəfındən deyil, təbiətə əsasən yaradılır. Stoiklərin baxışlarında bu mərhələ üçün səsiyyəvi olan kosmopolitizm özünü onda büruzə verirdi ki, onlar təbii hüququ ümumdünya qanunları, dövləti isə dünya birliyi kimi əsaslandırırdılar.

Qədim yunan nıütəfəkkiri Polibinin (е.ә.200-120) 40 kitabdan ibarat olan «Ümumi tarix» əsərində siyasi baxışlar da geniş yer almışdır. О hesab edirdi ki, istimai həyatın mövsudluğu təbiətlə bağlıdır və tale ilə şərtlənir. Çünki orqanizm kimi "һәq sür səmiyyət qüvvətlənmə, çiçəklənmə və tənəzzül dövrü keçirir. Polibi monarxiya, aristokratiya və demokratiyanın qarışıgından ibarət olan dövlət quraluşunun tərəfdarı idi.

Yunanıstanda nnövsud olan siyasi mühit Qədim Romada siyasi fikrin formalaşmasına həlledisi təsir göstərmişdir. Qədim Roma siyasi fıkrinin ən görkəmli simalarından biri görkənıli nıütəfəkkir, antik dünyanın ən məşhur oratoru Mark Tulli Siseron (е.ә. 106-43) olnıuşdur. Onun siyasi görüşləri «Respublika» ,«Dövlət haqqında», «Qanunlar haqqında» «Аllahın təbiəti» adlı əsərlərdə öz əksini tapmışdır. Platon və Aristotel kimi Siseron da hesab edirdi ki, dövlət xalqın rifahı üçün yaradılır. O, yazırdı: «Dövlət xalqın sərvətidir, ümumi nıaraqlar və insanların birgəyaşayış tələbatı əsasında meydana gəlir». Lakin Platon və Aristoteldən fərqli olaraq, Siseron dövlət quruluşu forrnalarından heç birinə xüsusi üstünlük vermir, əksinə, onların hər birinin nıənfi үә müsbət səhətlərə malik olduğunu vurğulayırdı. Siserona görə, dövbtlərin başlısa vəzifəsi xüsusi mülkiyyəti müdafiə etnıəkdir. Siseron dövlətin üç başlısa formasını fərqləndirirdi: demokratiya, aristokratiya və monarxiya.

Siseronun siyasi fikir tarixində ən böyük xidmətlərindən biri də odur ki, məhz o, ilk dəfə olaraq dövlətin hüquqi təsisat olması ideyasını əsaslandırılmışdır.

Siseronun fikrinsə, vətəndaşlığa və ümumi qanunlara zidd olan köləliyə heç vaxt bəraət qazandırmaq olmaz. Təbii hüquq nəzəriyyəsinin sarçışı olan Siseron özünün «Dövlət haqqında» əsərində yazırdı: «Əsl qanun düzgün istifadə edilrniş aglın məhsuludur. Qanun təbiətlə ahəngdar olub ,һәq bir yerdə nıövsuddur və daimidir... Bu qanunlar dəyişə və güslərini itirə bilməzlər». Siseronun fikirlərindən aydın sezilir ki, о təbii qanunların səmiyyətin yaratdığı qayda-qanunlardan və hökumət qərarlarından üstünlüyünü iddia edirdi. Siserona görə, hüquq insanların yaratdığı qanunlar hesabına deyil, təbiət tərəfındən təmin edilir. Bununla Siseron belə bir həqiqəti unutmuş olurdu ki ,təbii-neqativ qanunların təsiri nə qədər böyük olsa da ,onlar yalnız pozitiv qanunların qəbul edilməsi ilə əxlaq imperativinə çevrilə bilərlər.

Qədim Romanın siyasi fikir tarixində stoiklərin (Zenon, Seneka, Epiktet və b.) siyasi görüşləri xüsusi yer tutur. Stoiklər fəal siyasi nıübarizədən imtina etməyə çağırır, adamların əxlaqi səhətdən kamilləşməsi və hakim sinfin zülmünə qarşı əxlaqi etiraza üstünlük verirdi. Zenona görə dünya tale ilə idarə olunur.. Onun fikrinsə dövlətin yaranması təsadüfün məhsuludur.Epiktet quldarları qullara qarşı münasibətdə visdanlı olnıağa səsləyirdi.

Qədim Romada siyasi fikrin inkişafında е.ә. I əsrdə yoxsul kütlələrin nıənafeyinin ifadəsi kinıi nıeydana gələn xristian (yunansa xristos - padşah deməkdir) dini böyük rol oynamışdır. Xristianlıq nıövsud qaydalara, quldarlıq dövlətinə qarşı nıəzlumların etirazının ifadəsi idi. О İsa peyğəmbərin ikinsi dəfə zühur etməsi ideyasına əsaslanırdı.

Məhz xristianlıq iudaizm və antik fikirdən qaynaqlanaraq insanlar üçün ədalətli davranış qaydasını «Qızıl qanunu»u kəşf etdi: «Adamların sizinlə nesə rəftar etmələrini istəyirsinizsə, onlarla da elə rəftar edin». Bu «Qızıl qanun»un başlısa məgzini təşkil edən bərabərlik prinsipi insanların qarşılıqlı fəaliyyətlnin bütün sahələrinə aid edilməklə bir növ normativ tənzimləmə funksiyasını həyata keçirirdi. İnsildə (yunansa yevangeliya - xoşxəbər, mücdə) bütün insanların qanun qarşısında bərabəriiyi çox sərrast şəkildə belə ifadə olunurdu: «Mühakimə etnıəyin ki, mühakimə olunnıayasınız. Çünki nə hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunasaqsınız».

Onu da qeyd etmək lazımdır ki, xristian dininin başlısa nıənbəyi olan Insildə quldarlıq ideologiyası pislənsə də, orada əhalini nıövsud istismara qarşı mübarizəyə çağırış motivləri yox dərəsəsində idi. İnsildə deyilirdi: «Kim sənin sol üzünə sillə vursa, sol üzünü də çevir».

Xristianlıq ideologiyasının ən görkərmli nümayəndələrindən biri Avreli Avqustin olmuşdur.Ona dini xidmətlərinə görə pravoslav kilsəsi «blocenni»(müqəddəs) ləqəbi vermişdir. Quldarlıq səmiyyətinin ideoloqu olan Avqustin hesab edirdi ki, köləlik allah tərəfindən göndərilmişdir. Onun fikrinsə,xüsusi mülkiyyət və istimai bərabərsizlik ilahi mənşəyə malikdir. Avqustini göstərirdi ki,dövlət insanlar tərəfindən yardılsa da,kilsəyə xidmət etməlidir.

Beləliklə,qədim Yunanıstan və Romadakı siyasi təlimlər üçün aşagıdakı xüsu- siyyətlər xarakterik olmuşdur:

-siyasi fikir getdiksə mifoloci dünyagörüşündən azad olmağa başlayır;

-siyasət elm və sənət kimi əsaslandırılmağa çalışılır;

-siyasi recimlərin müxtəlif və fərqli təsnifatı verilir,idarəetmənin səmərəli üsul və metodlan axtarılır;

-siyasi təlimlərdə xüsusi nıülkiyyət və quldarlıq münasibətbrini


əsaslandırmaq səhdləri başlıea uеq tutor.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə