Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   41   42   43   44   45   46   47   48   ...   97

 
145 

 
GENERALİSSİMUS  (latın  generalissimus-ən böyük) –  bir 
sıra  ölkələrin  silahlı  qüvvələrində  ən yüksək hərbi rütbə. 
Müharib
ə zamanı bir neçə orduya (bir çox hallarda müttəfiq 
ordulara)  komandanlıq  edən sərkərdələrə, bəzən də  hakim 
sülal
ələrdən  şəxslərə  və  dövlət xadimlərinə  fəxri ad kimi 
verilirdi. Tarix boyu, ümumiyy
ətlə; təqribən 30 nəfər hərbi və 
dövl
ət xadimləri G. rütbəsi  almışdır,  misal:  A.Rişelye, 
A.Vallenşteyn,  A.D.Menşikov,  A.V.Suvorov,  İ.V.Stalin  və 
başqaları. 
GERB  (dövl
ət gerbi) (polyak herb; alman Erbe-irs)  – 
dövl
ətin rəsmi simvolu (emblemi) dövlət binalarında, qanun-
larında,  banklarında,  möhürlərində  və  s. təsvir edilən bədii 
r
əssamlıq  əsəri. G. dövlətin, onun suverenliyinin vacib atri-
butudur. 
Dövl
ət G.-i Konstitutsiya ilə  və  xüsusi qanun ilə 

əyyənləşdirilir.  Azərbaycan  Respublikasının  Dövlət G.-i 
dair
əvi  qalxan  şəklində, üzərində  Azərbaycan dövlət bayra-
ğının  rəngləri ilə  dairəvi  şəkildə  rənglənmiş,  içərisində 
qırmızı rənglə ərəb qrafikası ilə “Allah” sözü yazılmış və ağ 
r
əngli,  bütün  qalxanı  əhatə  edən səkkiz  guşəli ulduzdan və 
qalxanın  aşağı  hissəsi sol tərəfdən  çinar  budaqları  ilə,  sağ 
t
ərəfdən isə  arpa sümbülləri ilə  bəzədilmiş  formadan  ibarət-
dir. 
GERONT
OKRATİYA  (yunan  geron-qoca və  kratos-
hakimiyy
ət)  -  əhalinin məhz  yaşlı  (qoca)  nümayəndələri 
t
ərəfindən cəmiyyəti və  dövləti idarə  edilməsini tərənnüm 
ed
ən ictimai-siyasi qurluş; “G.” anlayışı etnoqrafiyada, döv-
l
ətəqədərki  hakim  strukturları  analiz  edildikdə  (XX  əsrin 
əvvəlləri)  əmələ  gəlmişdir.  Müasir  siyasi  dildə  “G.”  – 
konservatizmin sinonimi v
ə liberallığın antonimi kimi istifadə 
edilir: 1. insan c
əmiyyətinin inkişafının ilkin mərhələlərində, 


 
146 
feodal – patriorxal dövrd
ə və müasir dövrdə dünyanın bir sıra 
region-
larında  (“şərq  dünyası”,  Asiya  və  Afrikanın,  Latın 
Amerikasının bəzi regionlarında) – qocaların (ağsaqqalların) 
hakimiyy
əti;  2.  yaşlı  nəsil insanlardan ibarət  olan,  aparıcı 
siyasi v
ə idarəetmə elitası; 3. məhz yaşlı və təcrübəli şəxsin 
idar
əçiliyinə ehtiyac duyan – ictimai-psixoloji kateqoriya. 
GƏLİR  VERGİSİ – vətəndaşlıq statusundan (dövlət vətən-
daşları,  xarici  vətəndaşlar,  ikili  (üçlü  və  s.) vətəndaşlar, 
v
ətəndaşlığı  olmayan  şəxslər)  asılı  olmayaraq  dövlətin 
ərazisində gəlir (əmək haqqı, mənfəət, lotereya uduşu və s.) 
əldə edilən bütün fiziki və hüquqi şəxslərin dövlət tərəfindən 
(ümumi g
əlirin müəyyən faizi ilə hesablanan) müəyyən etdiyi 
miqdarda v
ə  qaydada, nəğd  pul  şəklində  (nadir hallarda 
natura şəklində) dövlət hesabına (büdcəsinə) ödədikləri (və ya 
onlardan tutulan) m
əcburi  yığım;  dövlət büdcəsinin for-
malaşması  mənbələrindən  biri.  Prinsip  etibarı  ilə  xaricdə 
yaşayan vətəndaşlar da əldə etdikləri gəlirdən öz (vətəndaşlığı 
olduğu) dövlətin hesabına G.V. ödəməlidirlər, olduğu (yaşa-
dığı) dövlətin büdcəsinə vergi ödəməklə bərabər, adətən belə 
halların  qarşısını  almaq  üçün,  yəni  bir  şəxsin iki dəfə  vergi 
öd
əməsi  kimi  problemin  qarşısı  alınması  üçün  dövlətlər 
(Hökum
ətlər) “ikiqat vergilərin  tutulmaması  haqqında” 
sazişlər imzalayırlar – belə halda hər bir dövlət həmin şəxs-
d
ən öz ərazisində G.V.-ni tutur. 
G.V.-nin öd
ənilməməsi (ilkin xəbərdarlıq  olmaqla) 
cinay
ət məsuliyyətinə  səbəb  olur.  Bununla  yanaşı,  müəyyən 
g
əlirlərdən və ya vətəndaşlar kateqoriyalarından G.V. ya heç 
tutulmur  (misal:  aliment;  şikəstliyə, habelə  ailə  başçısının 
itirilm
əsi ilə  əlaqədar müavinət; pensiya və  s.) və  ya müəy-
y
ən güzəştlə, yəni ümumi G.V.-nin faizindən də  az faizlə 
tutulur (misal: dövl
ətin (Hökumətin) müəyyən etdiyi 
miqdardan az 
əldə edilən gəlir; müharibə veteranlarının gəliri, 
I v
ə II qrup əlillərin gəliri; yetkinlik yaşına çatmayan uşaqları 


 
147 
olan t
ək anaların gəlirləri və s.). 
GİZLİ  SƏSVERMƏ  vətəndaşın  seçkilərdə  (referendumlar-
da) irad
əsinin ifadə  edilməsinin heç bir vasitə  ilə  nəzarət 
edilm
əməsidir. Bunun üçün vətəndaşlar  tərəfindən seçki 
bülletenini gizli doldurulmasından ötrü seçki məntəqələrində 
ayrılmış  otaqlar,  kabinalar  (bokslar),  pərdələr və  digər vasi-
t
ələrlə şərait yaradılır. 
GÖMRÜK(XANA) (rus analoqu 
томожня, ingilis analoqu 
custom (house), alman analoqu Zollverein)  –  idxal v
ə  ixrac 
edil
ən yüklərin (o cümlədən, baqaj və  poçt ilə  göndərilən 
şeylərin dövlət sərhəddindən  daşınmasına  nəzarət edən və 
müvafiq olaraq 
gömrük  rüsumları  alan, gömrük əməliyyatı 
aparan,  bundan  savayı,  qaçaqmalçılığa  (kontrabandaya), 
s
ərhəddə  qeyri-qanuni mal dövriyyəsinə  və  digər gömrük 
qayda-
qanunlarını  pozanlara  qarşı  mübarizə  aparan xüsusi 
ixtisaslaşdırılmış, hərbiləşmiş, rütbə iyerxiyalı və bütün zəruri 
l
əvazimatla təchiz olunmuş dövlət müəssisəsi. G.-lar ölkənin 
ayrı-ayrı  məntəqələrində: asfalt, dəmir və  çay  yollarının 
s
ərhəd xətti üzərində  bütün sərhəd  boyunca,  bundan  savayı 
ölk
ənin  paytaxtında,  ölkənin beynəlxalq statuslu hava və 
d
əniz  limanlarında  yerləşirlər.  Bir  sıra  dövlətdə  G.-ların 
gömrük  bayrağı  olur.  G.  öz  fəaliyyətində  milli  qanunverici-
liyi, habel
ə beynəlxalq müqavilələri rəhbər tutur. 
 

 
HAKİMİYYƏT - еlmin və praktikanın mühüm anlayışların-
dan biri, bir t
ərəfin öz iradəsini tətbiq  еtməklə, digərlərini 
vadar (m
əcbur)  еtməsi,  insanlar  arasında  asılı  münasibətlər 
dеməkdir. H.- in digər təzahürü onun aliliyidir, digərləri üçün 
vacib v
ə  əhəmiyyətli olan qərarların  vahid  şəkildə  qəbul 
еdilməsi səlahiyyətidir. “Gücün” tətbiq  еdilməsi mümkün-
lüyü (t
əhlükəsi) əsasında insanların davranışlarının istiqamət-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə