Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   40   41   42   43   44   45   46   47   ...   97

 
142 
m
əqsədlərə  yardım  və  ya  mükafat  şəklində  məsrəf edən  – 
milli v
ə ya beynəlxalq təshizat; 3. yaradıcı xadimlərə maddi 
köm
ək göstərən təşkilat,  yaxud  idarə  (misal:  ədəbiyyat 
fondu); 4. dövl
ə və ya qeyri-dövlət təşkilatının maddi (pul) və 
texniki  inventarının  məcmusu; 5. sahibkarlıq  obyektinin 

əyyən (qazanc və  ya humanitar) proyektləri maliyyələş-
dirilm
əsi üçün ayırdığı vəsait. 
FORS-MAJOR 
(latın  vis major,  fransız  force majeure)  – 
fövq
əladə  hadisə; qabaqcadan nəzərə  alınmayan  (alına 
bilinm
əyən) və  ya heç bir tədbirlə  qarşısı  alına  bilinməyən 
v
əziyyət; qarşısı alınmaz qüvvə (təbii fəlakət (daşqın, zəlzələ 
v
ə  s.), ictimai hadisələr (hərbi  toqquşma  və  s.)) F. bir çox 
öhd
əliklərin icra olunmasına bəraət qazandırır, yəni məsuliy-
y
ətdən azad edir.  
FÖVQƏLADƏ BÜDCƏ – xüsusi qaydada təsdiq olunan, adi 
dövl
ət büdcəsinə  əlavə  kimi nəzərdə  tutulan, lakin formal 
olaraq onun t
ərkibinə  daxil edilməyən dövlət gəlir və  xərc-
l
ərinin siyahısı. Bax həmçinin fövqəladə vergilər. 
FÖVQƏLADƏ HÖKUMƏT – mürəkkəb siyasi situasiyalar-
da (misal: dövl
ət – başqa dövlət tərəfindən işğal olunduqda; 
qeyri-demokatik (avtoritar, totalitar) siyasi-hüquqi rejim 
demokratik seçkil
ər keçirmək, demokratik Hökumət qurmaq 
imkanı  vermədikdə  və  s.)  –  dövlətin  ziyalıları  və  (və  ya) 
nüfuzlu ictimai-siyasi t
əşkilatı tərəfindən-işğalçı və ya qeyri-
demokratik rejiml
ərin zülmətindən qurtarmaq və  ya onun 
azaltmaq m
əqsədi ilə  -  qurulan Hökumət. F.H.-in fəaliyyət 
dair
əsi, idarəçilik imkanları və resursları, məlum səbəblərdən 
dar olsa da, onun siyasi h
əyata təsiri ola bilər. 
FÖVQƏLADƏ QANUNLAR (bəzi mənbələrdə: dekretlər) – 
fövq
əladə  vəziyyətdə  qüvvədə  olan və  Hökumətə  fövqəladə 
s
əlahiyyət verən (o cümlədən:  hüquq  normaları  müəyyən 
etm
ək,  ayrı-ayrı  qanunların,  yaxud  onun  bəzi müddəalarının 
hüquqi qüvv
əsini dayandırmaq, vətəndaşların siyasi hüquq və 


 
143 
azadlıqlarını  məhdudlaşdırmaq,  yaxud  tam  ləğv  etmək, 
cinay
ət  sanksiyaların  tətbiqi sahəsini və  cəza  orqanların 
funksiyalarını genişləndirmək və s.) fövqəladə vəziyyət döv-
ründ
ə  qanunvericilik  prosedurasına  riayət etmədən  İcra 
hakimiyy
əti orqanları  tərfindən qəbul edilən xüsusi hüquqi 
qüvv
əli normativ aktlar sistemi. 
FÖVQƏLADƏ  VERGİLƏR  –  ölkədə  xüsusi (fövqəladə) 
v
əziyyət  yarandıqda  Hökumət tərəfindən müəyyən edilən, 
vergi öd
əyicilərindən əlavə olaraq tutulan (alınan) və dövlət 
büdc
əsinə  daxil edilən məcburi ödəmələr. Müharibə, yaxud 
dig
ər fövqəladə  hadisələrlə  əlaqədar yeni (əlavə) vergi 
öd
əmələrinin  tutulması,  yaxud  qüvvədə  olan vergi dərəcə-
l
ərinin  artırılması  yolu  ilə  tətbiq edilir. F.V. Birinci Dünya 
Müharib
əsi illərində  Rusiya və  Böyük Britaniyada,  İkinci 
Dünya Müharib
əsi illərində  Böyük  Britaniyada,  ABŞ-da, 
Almaniyada  geniş  yayılmışdır.  Hətta  SSRİ-də  F.V. 1918-
1924 v
ə  1941-1945-ci illərdə  əhalinin vəsaitinin dövlətin 
fövq
əladə  xərclərinin bir hissəsini maliyyələşdirməyə  cəlb 
etm
ək formasında olmuşdur. 
FÖVQƏLADƏ  VƏZİYYƏT  –  xüsusi hüquqi vəziyyət; 
müst
əsna hallarda (hərbi təcavüz, dövlət (hakimiyyət) 
çevrilişi və ya ona cəhd, siyasi böhran, kütləvi ixtişaşlar, təbii 
f
əlakət, iri texnogen avariya, katastrofa, epidemiya və s. baş 
verdikd
ə) ölkədə, cəmiyyətdə  təhlükəsizliyin, sabitliyin, 
qayda-
qanunun  qorunması,  yəni vətəndaşların  maraqlarının 
t
əmin edilməsi naminə, Konstitutsiyada və digər qanunlarda 
göst
ərilmiş  qaydada,  dövlətin müvafiq səlahiyyətli  orqanı 
(ad
ətən dövlət  başçısı)  tərəfindən müəyyən müddətə 
(müdd
ətsiz də  ola bilər), həmin  neqativ  halların  aradan 
qaldırılmasına  qədər, dövlətin bütün ərazisində  və  ya 
ərazisinin bir hissəsində  elan edilir və  xüsusi tədbirlərin 
t
ətbiqini nəzərdə  tutur.  Neqativ  haların  tezliklə  aradan 
qaldırılması  naminə, inzibati hakimiyyət və  idarəçilik 


 
144 
orqanların  səlahiyyətləri  genişləndirilir (ola bilər: xüsusi 
s
əlahiyyətli orqan yaradılır), bunun müqabilində insan hüquq 
v
ə  azadlıqları  müəyyən dərəcədə  məhdudlaşdırılır,  o 
cüml
ədən: kütləvi  yığıncaqlar,  mitinqlər,  küçə  nümayişləri, 
demonstrasiyalar, idman, teatr v
ə digər tamaşalar və s. kütləvi 
t
ədbirlər qadağan edilir; kütləvi informasiya vasitələri (KİV) 
üz
ərin-də  nəzarət gücləndirilir;  “komendant  saatı”  tətbiq 
edilir; d
əmir yolu və  digər kommunikasiya xətləri hərbi 
mühafiz
ə  ilə  təmin edilir; ölkəyə  daxil olma və  ölkədən 
çıxma,  eləcə  də  digər nəqliyyat vasitələrinin hərəkəti 
m
əhdudlaşdırılır; hətta rabitə vasitələrindən istifadənin xüsusi 
qaydaları  və  s. tətbiq  olunur.  İlk  dəfə  F.V. rejimi Fransada 
XIX 
əsrin ortalarında tətbiq edilmişdir. 
FRAKSİYA  (latın  fractio-parçalanmaq,  xırdalanma)  –  1. 
(ilkin m
ənası)  peşə  və  ya sex mənafeləri üzrə  birləşmiş 
adamlar qrupu; 2. mü
əyyən  seçimli  orqanın  (Parlament, 
B
ələdiyyə  və  s.) üzvü olan, eyni zamanda müəyyən siyasi 
partiyanın üzvi olan və ya müəyyən mövqe tərəfdarları olan 
şəxslərin  (Deputatların,  Bələdiyyə  üzvlərinin və  s.)  –  vahid 
ideya  (partiya  ideologiyası  və  ya müəyyən mövqe) naminə, 
onu h
əyata keçirmək naminə yüksək səviyyəli təşkil olunmuş 
birlik. Qanunvericilikd
ə  (o cümlədən, Konstitusiyada) F. 
t
əşkil  etmə  qaydaları,  fəaliyyət prinsipləri və, hətta ona (F.-
ya), 
əlavə səlahiyyət və imtiyazlar nəzərdə tutula bilər; 3. bu 
v
ə  ya digər siyasi partiya daxilində  formalaşmış,  partiyanın 
yürütdüyü siyas
ətin ana xəttindən (prinsipindən, proqramdan, 
platformadan) f
ərqli olaraq özünün xüsusi mövqeyi olan (bəzi 
hallarda t
əşkilati  mərkəzi olan), bəzi hallarda isə, hətta 
partiya siyas
ətinə qarşı mübarizə aparan – xüsusi qruplaşma; 
4. (geologiyada) s
əpələnən və ya xırda parçalar şəklində olan 
b
ərk  materialın  ya  da  duru  qarışığın  müəyyən  əlamətə  görə 
ayrılmış hissələri. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə