Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   44   45   46   47   48   49   50   51   ...   97

 
154 
artırmaq, qabaqcıl əmək təcrübəsini həyata keçirmək işçilərin 
pozulmuş  hüquqlarını  bərpa etmək  və, hətta müdiriyyətlə 
işçilər arasında yaranan mübahisələrin həllinə öz töhvələrini 
verm
ək və digər ülvi məqsədlərdən ibarətdir. Bunlardan sava-
yı,  H.İ.-nın  praktiki  fəaliyyətində,  işçilər və  onların  ailələri 
üçün  yaşayış  və  yardımçı  binaların  tikilməsi,  sosial-iaşə, 
m
ədəni, idman obyektlərin tikilməsi, istirahət və  müalicə-
sanatoriya obyektl
ərinin tikilməsi,  bununla  yanaşı  işçiləri 
istirah
ət, təhsil,  peşə  ixtisasını  artırma  müəssisələrinə  gön-
d
ərilməsi, mədəni-kütləvi tədbirlərin keçirilməsi və  s. hal-
lar
ına  rast  gəlmək  olar.  İşçilərin  pozulmuş  hüquqlarının 
b
ərpası  məqsədi ilə  H.İ.-ları  Məhkəməyə  müraciət edilməsi, 
v
əkillərin  (adrokatların)  cəlb edilməsi,  yuxarı  dövlət (və, 
h
ətta Ali hakimiyyət) orqanlarına müraciət edilməsi, bundan 
savayı,  piket,  mitinq,  nümayiş  və  s. təşkil  etməsi üsul və 
vasit
ələrinə əl ata bilərlər. H.İ. özünüidarəetmə təşkilatıdır və 
onun Ali orqanı H.İ. qurultayıdır, H.İ.-nın başçısı hesabatıdır 
v
ə proqrammı həmin qurultayda qəbul edilir.  
HƏMRƏYLİK (rus analoqu coлидарность fransız analoqu 
solidaire, 
latın  solidus-möhkəm, bərk sözündən)  -  1) həm-
fikirlik, eyni m
əsələyə  dair müxtəlif, fərqli subyektlərin 
(şəxslərin,  sosial  qrupların,  partiyaların  siyasi,  hərəkatların, 
xalqların və s.) fikirlərinin, arzu və diləklərinin, iradələrinin, 
m
əqsədlərinin  uzlaşması;  maraqların,  mövqelərin,  baxışların 
yaxınlığı və ya ümumiliyi əsasında hərəkatların, təşkilatların 
v
ə ya fərdi şəxslərin iradəvi surətdə biri-birini dəstəkləməsi. 
Siyasi H. özünü, müxt
əlif siyasi subyektlərin təşkil  etdiyi 
birg
ə  aksiyalarda, birgə  və  ya fərqli (lakin eyni məzmunlu) 
çıxışlarda,  bəyanatlarda, seçkilərdə  eyni  şəxslərə  və  ya 
referendumda eyni m
əsələyə  səs verməkdə  və  digər  formalı 
bir-birini d
əstəkləməkdə biruzə verir. İttifaqdan fərqli olaraq 
H.-d
ə tərəflər bir-birinin qarşısında heç bir öhdəlik götürmür-
l
ər, hərçənd H. sazişlə də bərkidilə bilər; 2) birgə məsuliyyət. 


 
155 
HƏRBİ  DOKTRİNA  (latın  doctrina-təlim)  -  dövlətin Ali 
hakimiyy
ət  orqanı  tərəfindən qəbul edilən, hərbi siyasətin 
(müdafi
ənin) ümdə  prinsiplərini rəhbər tutan, tam hüquqi 
qüvv
əyə malik olan, dövlət aktı; hərbi quruculuğun istiqamə-
tini, ölk
ənin və  silahlı  qüvvələrin müharibəyə  hazırladığını, 
müharib
ənin  aparılması  üsul  və  formalarını  müəyyən edən 
r
əsmi  baxışlar  və  müddəalar  sistemi,  ictimai  quruluşun 
xarakteri,  dövl
ət siyasəti, ictimaiyyətin  inkişaf  səviyyəsi, 
elmi-texniki nailiyy
ətlər və  mümkünlüyü ehtimal edilən 
müharib
ə  haqqında  təssəvürlərlə  bağlıdır.  H.D.  dövlətin 
müst
əqilliyini və  ərazi  bütövlüyünü,  xalqın  təhlükəsizliyini 
müdafi
ə edilməsi ideyaları üzərində təşəkkül tapır.  
HƏRBİ  VƏZİYYƏT  -  xüsusi hüquqi vəziyyət; müstəsna 
hallarda (müharib
ə, hərbi təcavüz, dövlət (hakimiyyət) çevri-
lişi və ya ona cəhd, siyasi böhran, kütləvi ixtişaşlar, hətta təbii 
f
əlakət və  s.  baş  verdikdə) dövlətin müstəqilliyini,  ərazi 
bütövlüyünü, 
əhalinin təhlükəsizliyini, qayda-qanunun qorun-
ması naminə, Konstitusiyada və digər qanunlarda göstərilmiş 
qaydada, dövl
ətin müvafiq səlahiyyətli orqanı (adətən Ali baş 
komandanı) tərəfindən müəyyən müddətə (və ya müddətsiz), 
h
əmin neqativ halların aradan qaldırılmasına və məqsədə nail 
olunmasına  qədər, dövlətin bütün ərazisində  və  ya  ərazinin 
bir hiss
əsində  elan edilən və  tətbiq olunan xüsusi (hərbi) 
hüquqi rejim H.V.-in 
ən xarakterik cəhətləri bunlardır: H.V. 
elan  edilmiş  yerlərdə  hərbi hakimiyyətin səlahiyyətinin 
genişləndirilməsi, hərbi  qurumların,  o  cümlədən, hərbi 
tribunalın səlahiyyət dairəsinin genişləndirilməsi; müdafiənin, 
ictimai  qaydanın  və  dövlət təhlükəsizliyinin təmin edilməsi 
sah
əsində  dövlət hakimiyyəti  orqanlarının  funksiyalarının 
c
əbhə, ordu və  hərbi dairələrin hərbi  şuralarına,  hərbi 
birl
əşmələrin  Ali  komandanhğına  keçməsi; mühüm hərbi, 
iqtisadi, sosial obyektl
ərin xüsusi nəzarət  altına  alınması; 
v
ətəndaşların  üzərinə  ölkənin müdafiəsi sahəsində  əlavə 


 
156 
v
əzifələrin  qoyulması  (misal: hərbi,  əmək, intizam mükəl-
l
əfiyyəti və s.), “komendant saatının” tətbiq edilməsi, gediş-
g
əlişin məhdudlaşdırılması və s., o cümlədən: insan hüquq və 
azadlıqlarının  məhdudlaşdırılması,  kütləvi tədbirlərin qada-
ğan  edilməsi, kütləvi informasiya vasitələri  (KİV)  üzərində 
n
əzarətin gücləndirilməsi və s.  
HƏYAT  SƏVİYYƏSİ  (ingilis analoqu level of living) 
c
əmiyyətin (onun hər bir üzvünün) maddi, mənəvi və sosial 
t
ələbatlarının  ödənilməsi, istehlak nemətləri ilə  təminat 
d
ərəcəsi (vəziyyəti). H.S. onun müxtəlif tərəflərini əks etdirən 
k
əmiyyət və  keyfiyyət göstəriciləri sistemi ilə, istehlak 
olunan maddi nem
ətlərin və xidmətlərin ümumi həcmi, ərzaq 
v
ə  qeyri-ərzaq  mallarının,  həmçinin xidmətlərin istehlak 
s
əviyyəsi, əhalinin (onun hər bir üzvünün payına düşən) real 
g
əliri,  əmək  haqqının  və  ictimai  istehlak  fondlarının  həcmi, 
yığılmış  mülkün  və  pul  ehtiyatlarının  həcmi,  iş  (əmək) 
şəraitinin, iş vaxtının və istirahət vaxtının uzunluğu, mənzil-
kommunal  şəraiti, insan hüquq və  mənafelərinin qorunma, 
t
əmin olunma  səviyyəsi, insan həyatının,  ümumi  nisbətdə, 
uzunluğu səviyyəsi, eləcə də təhsil səhiyyə, mədəniyyət və s. 
göst
əriciləri ilə ifadə olunur. H.S. bilavasitə dövlətdə mövcud 
olan dövl
ət-hüquqi rejimdən, sosial-iqtisadi  inkişaf  səviy-
y
əsindən, eləcə  də  məhsuldar qüvvələrin  inkişafından  və 
istehsal münasib
ətlərinin xarakterindən asılıdır. Eyni zaman-
da, sosial-iqtisadi böhranlar, o cüml
ədən, beynəlxalq böhran-
lar,  çevirilişlər, inqilablar, ələlxüsus müharibələr H.S.-nə 
m
ənfi təsir göstərir. Onun (H.S.-nin) dinamikası iqtisadi qa-
nunların fəaliyyəti və məqsədi ilə müəyyənləşdirilir. 
HİMN  (dövlət himni) (yunan hymnos-təntənəli musiqi) - 
dövl
ətin  patriotik  çalarlı  musiqi  əsəri, dövlətin keçirdiyi 
bütün r
əsmi və təntənəli tədbirlərində ifa edilir. H. dövlətin, 
onun suverenliyinin vacib atributudur. 
Az
ərbaycan  Respublikasının  Dövlət H.-i, patriotik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə