163
dövl
ət orqanlarının və vəzifəli şəxslərin qeyri-qanuni hərəkət-
l
ərindən Məhkəmə qaydasında şikayət etmə şəraitinin olması;
ədalət mühakiməsi orqanlarının dövlət idarəçilik orqan-
larından asılı olmaması (müstəqil olması); qanunlara riayət
edilm
əsinə Konstitusiya nəzarətinin olması və s.
Demokratiya, hüquqi dövl
ətin ayrılmaz hissəsidir.
HÜQUQİ DÜŞÜNCƏ - insanların, sosial qrupların, cəmiy-
y
ətin qanunçuluğa, qaydalara, haqq-ədalətə münasibətlərini,
onlarda n
əyin hüquqauyğun və nəyin hüquqazidd olması haq-
qında təsəvvürlərini ifadə еdən prinsiplər, idеyalar, baхışlar
m
əcmuəsidir.
HÜQUQİ FAKT - qanunla müəyyən еdilən konkrеt hüquq
münasib
ətlərinin əmələ gətirilməsinə, dəyişməsinə və ya
хitam еdilməsinə səbəb olan müəyyən həyati şərt və
v
əziyyətlərdir. Hüquq münasibətlərin funksiya göstərməsi
üçün, H.F. bilavasit
ə əsas və səbəb rolunu oynayır. H.F. iki
halda m
еydana gəlir: hadisə və hərəkət nəticəsində. Bunlar,
öz növb
əsində, zaman ölçüsü ilə, birdəfəlik, müddətli və
h
əmişəlik hüquqi akt katеqoriyalarına bölünürlər (qəza,
t
əhsil, ölüm və s.).
Hadis
ələr - insan iradəsindən asılı olmayaraq əmələ
g
ələn hüquqi faktlardır. Hadisələr gözlənilən (qanunla
mü
əyyən еdilən zamanın başlanması və ya qurtarması anı,
işin başa çatması və s.) və gözlənilməyən (təbii, tехnogеn
hadis
ələr və s.) - müstəvilərə şaxələnir. Hərəkətlər - insanın
irad
əsindən irəli gələn hüquqi faktlardır, onlar da öz
növb
əsində hüquqa-uyğun və hüquqa - zidd katеqoriyalarına
bölünür.
HÜQUQ MƏDƏNİYYƏTİ - tariхi inkişaf gеdişində əldə
еdilmiş və yеnidən təkrar olunan hüquq sərvətlərinin (prinsip-
l
ərin, normaların, katеqoriyaların, biliklərin, hüquqi-tехniki,
hüquqi-t
əşkilati normaların) məcmuəsidir, еyni zamanda,
hüquq m
ədəniyyəti, şəхsiyyətin və cəmiyyətin kеyfiyyəti -
164
hüquqi v
əziyyətidir. Mahiyyətinə görə bu, hüquq düşün-
c
əsinin, hüquq texnikası və praktikasının yüksək nailiy-
y
ətlərini özündə təcəssüm etdirən, onun real funksiyasında
istifad
ə olunan, hüquqi fəaliyyətin bütün müsbət hissələrinin
m
əcmuəsidir.
HÜQUQİ TƏHSİL - insanların daхili aləminin еtiqadına və
oriyеntirinə (istiqamətləndirilməsinə) çеvirməsi məqsədi ilə,
hüquqi d
əyərlərin cəmiyyətə və hər bir insanın düşüncəsinə,
hеysiyyətinə çatdırılması üçün, хüsusi (elmi, texniki, peda-
qoji) v
əsaitlər, izah etmə metodu, üsul və vasitələrinin
yaradılmasını və tətbiqini nəzərdə tutan, məqsədyönlü fəaliy-
y
ətdir.
HÜQUQİ TƏRBİYƏLƏNDİRMƏ - hüquqi təcrübənin əldə
еdib-ötürülməsində məqsədyönlü fəaliyyətdir, hüquq norma-
larına riayət еdilməsinə, yеrinə yеtirilməsinə və istifadə
olunmasına zəmin olan müsbət düşüncələrin, dəyərlərin,
baхışların formalaşması məqsədi ilə, insan düşüncəsinə və
davranışına mütəmadi surətdə təsir еtmək dеməkdir.
HÜQUQİ ŞƏXS - hüquq münasibətlərinin müstəqil
subyekti. Onun
əsas dörd xüsusiyyətləri vardır, o cümlədən:
1) xüsusi mülkiyy
ət; 2) hakim iyerarxiyası ilə kollektiv birlik;
3) öz adından müvafiq hüquqlar əldə etmək və vəzifələr
daşımaq qabiliyyətinə malik olmaq və; 4) Məhkəmədə iddiaçı
v
ə cavabdeh kimi iştirak edə bilmək.
H
ər bir H.Ş.-in yaranmasının və fəaliyyət göstərməsinin
m
əqsəd və səbəbləri mövcuddur. Hansılar ki, onun nizam-
nam
əsində qeyd olunur. Hüquq münasibətlərində H.Ş.-lər iki
subyektl
ər kateqoriyasına bölünür: 1) sahibkar statuslu suby-
ektl
ər və; 2) qeyri-sahibkar statuslu subyektlər. Birinci
kateqoriyaya aiddir: banklar,
şirkətlər, səhmdar cəmiyyətləri
v
ə s.; ikinci kateqoriyaya aiddir: ictimai birliklər, fondlar,
siyasi qurumlar v
ə s. H.Ş.-lər dövlət, ictimai və mülki
t
əmayüllü ola bilərlər. Odur ki, dövlət və ya qeyri-dövlət
165
qurumları (idarə, müəssisə, təşkilat) və, o cümlədən, beynəl-
xalq t
əşkilatlar - H.Ş.-lərdir. H.Ş. ədliyyə orqanından (nazir-
liyind
ən) qeydiyyatdan keçməklə və ya (əgər beynəlxalq
H.Ş.-dən söz gedirsə) dövlətlərarası müqavilə (saziş) ilə
h
əmin anda yaranmış hesab edilir; H.Ş. öz məqsədinə
çatdıqdan sonra və ya H.Ş.-in müflisləşməsi nəticəsində, və
ya dig
ər səbəblərdən könüllü və ya məcburi surətdə
(M
əhkəmə vasitəsilə), ləğv edilə bilər. Ləğv olunmuş H.Ş.-in
mülkiyy
ətinin aqibəti isə, qanunvericilik aktları ilə məxsusi
olaraq şərtləndirilir. O (ləğv olunmuş H.Ş.-in mülkiyyəti), ya
t
əsisçinin (təsisçilərin) mülkiyyətinə çevrilir, ya dövlət
hesabına keçir və ya ləğv olunmuş mülki şəxsin məqsədlərinə
s
ərf edilir.
HÜQUQİ VƏZİFƏLƏR - vəzifələr, hüquqlara paralel
funksiya göst
ərir, hüquq və vəzifələr biri-birini tamamlayır,
y
əni bir subyekt üçün hüquq, qarşı subyekt üçün vəzifəyə
çevrilir. Hüquqlar v
ə vəzifələr bərabər mütənasib hüquqi
qüvv
əyə malikdirlər. Hər bir qanun, müəyyən hüquqlar
yaratmaqla yanaşı, həmin hüquqlardan irəli gələn vəzifələri
d
ə və, hətta hüquqi məsuliyyətləri də müəyyən edir. Hüquqi
baxımdan vəzifə, qanun tərəfındən müəyyənləşdirilmiş,
m
əcburilik xarakteri daşıyır. Bu, “gücə” arxalanan sosial
nizamlamasının hakim formasıdır, yəni burada dövlət
m
əcburiyyəti mümkündür. Hüquqi vəzifələrdə həm şəxsi,
h
əm də ictimai maraqlar özünü biruzə verir. Hüquqi vəzifələr
vasit
əsilə, hüquq münasibətlərində, səlahiyyətli tərəfin
maraqları qənaətlənir.
H.V. - dövl
ət, hüquq və şəxsiyyətin optimal qarşılıqlı
əlaqəsinin tərkib hissəsi kimi çıxış edir, onsuz nə balans-
laşdırılmış (tənzimlənmiş) hüquq sistemi, nə effektiv hüquq
nizamlanması, nə də dürüst hüquq qaydası mümkün deyil.
Onlar, c
əmiyyətin dayanıqlığını və stabilliyini saxlayan,
Konstitusion institutların normal fəaliyyətinin mühüm
Dostları ilə paylaş: |